AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
15 dekabr 2017
6 355


Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ



2008-2009-cu tədris ilindən ölkəmizdə yeni kurikulumların tətbiqinə başlanılıb. 1999-cu ildə təsdiq olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın  tərkib hissəsi olan kurikulum islahatı bu gün də mərhələli şəkildə həyata keçirilir.  Yaxın keçmişə nəzər saldıqda görürük ki, bu addım Azərbaycan təhsilində ilk nəticəyönümlü kurikulumların tətbiqi kimi mühüm əhəmiyyət daşıyır. Lakin xeyli müddət keçməsinə baxmayaraq, ölkəmizin təhsil ictimaiyyəti və valideynlər arasında kurikulum islahatları  ilə bağlı  fikirlər  hələ də birmənalı deyil. 

 

Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin rəhbəri, dosent Ənvər Abbasov - artıq xeyli müddətdir ki, respublikamızda yeni təhsil proqramları (kurikulumları) tətbiq olunmaqdadır. Əslində yeni kurikulumlar dedikdə mahiyyət etibarı ilə müasir kurikulumlar, bütövlükdə yeni məzmun və təhsil texnologiyaları başa düşülür. Eyni zamanda yeni dərslik komplektləri, eləcə də yeni təhsil resursları yada düşür.


Yeni kurikulumların yaradılması müasir pedaqoji elmin uğurlarından biri kimi dəyərləndirilir. Artıq müasir zamanda ənənəvi sistem qlobal inkişaf tendensiyasına cavab verə bilmir. Ona görə də şagird şəxsiyyətinin inkişafına yönəlmiş təhsil standartları, yeni təlim strategiyaları meydana gəlmişdir. Eləcə də müasir pedaqoji elmin ən yeni uğurlarından biri kimi şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin yaradılması işinə başlanılmışdır. Şagird inkişafını izləməyə imkan verən qiymətləndirmə texnologiyalarının yaradılması ölkəmizdə ilk dəfədir ki, həyata keçirilir.


Yeni kurikulumların yaradılması və tətbiqi təhsilə humanist və demokratik yanaşmanın bariz nümunəsidir. Bu konsepsiyanın nəzərə alınması ilkin olaraq ümumi təhsildə inteqrasiyanın həyata keçirilməsinə imkan yaratmışdır. Ümumtəhsil fənlərinin sayı azaldılmış və onların məzmunu minimum biliklərə söykənən bacarıq və qabiliyyətlərlə zənginləşdirilmişdir.


Bu gün müəyyən tədris resurslarımızda bəzi yüklənmələr nəzərə çarpsa da, onlar təfəkkür məktəbinin qurulması istiqamətində atılmış ilkin addımlar kimi dəyərləndirilməklə, islahı gözlənilən və mümkün olan reallıqdır.


Yeni təhsil kurikulumlarının tətbiqi müasir məktəbin fəallıq mexanizmi kimi başa düşülür. Təlim prosesində iştirak edən bütün şagirdlər bu mexanizmin yaratdığı imkandan istifadə etməklə fəaliyyət göstərir, çevik və mobil təfəkkür əməliyyatlarını həyata keçirə bilirlər. Onların tənqidi və yaradıcı fəaliyyətləri üçün geniş imkanlar açılmış olur. Şagirdlər sərbəst düşünə bilmək, axtarışlar aparmaq, müəyyən qənaətlərə gəlməklə qərarlar qəbul edərək fəal dərsin moderatoruna, aparıcı qüvvəsinə çevrilirlər.


Yeni kurikulumlar müəllim fəaliyyətinin idarə olunması, dəyərləndirilməsi baxımından da geniş əhəmiyyət daşıyır. Onlara əsasən işini quran müəllimlər özlərinin tədris fəaliyyətinin layihəsini hazırlamaqda, plan qurmaqda, fəaliyyət məqsədlərini həyata keçirməkdə, eləcə də texnologiyalar seçməkdə, yaxud onları müvafiq qaydada hazırlamaqda daha müstəqil olurlar.


Kurikulumların tələbinə əsasən valideyn və məktəb arasında münasibətlərin yenidən qurulması kimi mühüm pedaqoji hadisənin verilməsi müşahidə olunur. Maraqlı olan əsas tərəflərdən biri kimi  onlar təhsilin fəal iştirakçısına çevrilməklə məktəbin təhsil mühitinə demokratik bir ab-hava gətirirlər. Daha konkret mənada kurikulumlar şagird-müəllim-valideyn əlaqələrinin mərkəzində dayanaraq onların məhsuldar fəaliyyətini tənzimləyir.

 

Təhsil eksperti Asif Cahangirov - müasir dövrdə "Kurikulum" anlayışı təhsilalanların öz həyatının müəyyən bir dövrü ərzində mənimsəyəcəyi, keçəcəyi təlim kursu barədə cəmiyyət, dövlət və təhsil müəssisələri arasında razılaşdırılmış yanaşma kimi başa düşülür. Kurikulum təhsilin əsaslarını və məzmununu, təlimə ayrılan vaxt çərçivəsində onların öyrədilmə ardıcıllığını müəyyən edir, təhsil səviyyəsi və pilləsindən, təhsil müəssisəsinin tipindən asılı olaraq, tətbiq ediləcək metodlar, tədris və təlim resursları, qiymətləndirmə də daxil olmaqla tədris-təlim prosesinin və müəllim fəaliyyətinin xüsusiyyətlərinə aydınlıq gətirir. Bu baxımdan, 2000-ci illərin əvvəlindən başlayan ümumtəhsil məktəbi üçün kurikulum islahatı çox əhəmiyyətli və vacib idi. Bu, Azərbaycan təhsili tarixində mühüm bir addım idi.


Ümumiyyətlə, tamamilə yeni yanaşmalara əsaslanan  təhsil innovasiyalarının,  hər  hansı  bir yeniliyin həyata keçirilməsi həmin prosesə cəlb olunanlar tərəfindən heç də həmişə birmənalı qarşılanmır, bəziləri hətta ciddi müqavimət də göstərir, cəmiyyətdə müəyyən çaşqınlıq yaratmağa çalışır. Elə bunun nəticəsidir ki, bəzən ictimaiyyət arasında kurikulum islahatının təhsilimizi inkişafdan ləngitdiyi barədə fikirlər də söylənilir.


 İlk növbədə deyim ki, kurikulumlar dünyanın inkişaf etmiş ölkələrində uğurla tətbiq olunur və müsbət nəticələr verir. Bir sıra amillərlə bərabər burada ən mühüm məsələ kurikulumun tətbiqinə  bilavasitə məsul olan müəllimlərin yetişdirilməsi və ixtisasartırması, onların mükəmməl hazırlığının təmin olunmasıdır.


Əlbəttə, kurikulumu yüksək səviyyədə mənimsəyən bacarıqlı, səriştəli müəllimlərimiz kifayət qədərdir. Müşahidələrim, araşdırdığım  müəllim  təcrübələri  göstərir ki, kurikuluma ciddi yanaşanlar, onun fəlsəfəsini aydın dərk edənlər həmişə uğur qazana bilirlər. Lakin bununla yanaşı, kurikulumun mahiyyətini dərindən dərk etməyən, artıq bir yük kimi qəbul edən, onu "kurikulum proqramı" adlandıran  müəllimlərimiz, məktəb direktorlarımız da az deyildir.


Kurikulum tədris-təlim prosesinə yaradıcı yanaşmanı tələb edir. Bir çox ölkələrdə milli kurikulum və dövlət təhsil standartları əsasında hər bir məktəb tərəfindən özünün fənn kurikulumlarını tərtib etməsi adi bir haldır.  Bizim məktəblərdə isə doqmatik yanaşma hökm sürür, Təhsil Nazirliyinin təsdiq etdiyi fənn kurikulumları son nöqtəsinədək olduğu kimi tətbiq olunur. Nədənsə müəllimlərimiz  mövcud standartlar  gözlənilməklə öz dərslərinin şagirdlərin  xüsusiyyətlərinə uyğun planlaşdırılmasına çevik yanaşmadan çox ehtiyatlanırlar.


Kurikulumun uğurlu tətbiqi məktəb rəhbərlərindən əhəmiyyətli dərəcədə asılıdır.  Əfsuslar olsun ki, kurikulumun  tətbiqinə formal bir tədbir kimi yanaşan məktəb direktorlarına  tez-tez rast gəlinir. Rəhbərlik qarşısında kurikulum islahatını sözdə tərifləsələr də, belə direktorlar əməli  işlərdə müəllimlərə nəinki dəstək olmur, hətta yaradıcı müəllimlərin təşəbbüslərinə müqavimət də göstərirlər.


 Hamımız dərk etməliyik ki, kurikulum islahatı birdəfəlik aksiya yox,  inkişafda olan fasiləsiz bir prosesdir. Bununla əlaqədar kurikulumun hazırlanması və tətbiqi ilə bağlı məsələlər müntəzəm araşdırılmalı, mövcud çatışmazlıqlar üzə çıxarılmalıdır. Ölkənin inkişaf strategiyası, habelə müəllim və mütəxəssislərin, ictimaiyyətin, dövlət qurumlarının rəy və təklifləri də kurikulum islahatı üçün münbit mənbələrdir. 


Zaman keçdikcə yeni yaradılacaq kurikulumların  bəhrəsini daha aydın görəcəyimizə ümid edirəm.




Загрузка...
Həmçinin oxuyun:
Kurikulum ləğv edilir ? Müəllimlər sevinir

Kurikulum ləğv edilir ? Müəllimlər sevinir

Təhsil standartları, milli kurikulum və  təlimdə keyfiyyət

Təhsil standartları, milli kurikulum və təlimdə keyfiyyət

Kurikulumun nə olduğunu başa düşən var?

Kurikulumun nə olduğunu başa düşən var?

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

İxtisasartırma təhsili kredit-modul sistemində

İxtisasartırma təhsili kredit-modul sistemində

"Kurikulum təkmilləşməlidir,  ləğv edilməməlidir.  Bunu tələb etmək çox gülünc görsənir”

"Kurikulum təkmilləşməlidir, ləğv edilməməlidir. Bunu tələb etmək çox gülünc görsənir”

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Müəllim dərsə necə hazırlaşmalıdır? -3 istiqamət

Müəllim dərsə necə hazırlaşmalıdır? -3 istiqamət

HƏMKARA DƏSTƏK I kitabından seçmələr I MƏQALƏ

HƏMKARA DƏSTƏK I kitabından seçmələr I MƏQALƏ

Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ

Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ

MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU

MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU

Məleykə Abbaszadə: “Müəllimlər kurikulum sistemindən istifadə etməyi bacarmırlar"

Məleykə Abbaszadə: “Müəllimlər kurikulum sistemindən istifadə etməyi bacarmırlar"

Müəllimin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması aktual problem kimi

Müəllimin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması aktual problem kimi

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Təhsilimizin “iksiri”, yoxsa “qarayarası”?

Təhsilimizin “iksiri”, yoxsa “qarayarası”?

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

Bəzi məktəblərə muxtariyyət veriləcək

Bəzi məktəblərə muxtariyyət veriləcək

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Muasir dərs və Fəal təlim.

Muasir dərs və Fəal təlim.

Kurikulum siniflərində İdarəedicilər dərsdinləmə vaxtı nələrə DİQQƏT  etməlidirlər !

Kurikulum siniflərində İdarəedicilər dərsdinləmə vaxtı nələrə DİQQƏT etməlidirlər !

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müasir dövrdə müəllim-valideyn münasibəti

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı