AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Bölgə / Şagird
17 sentyabr 2025
1 217

Qusar rayonunun Cibir kəndində yeni məktəb binası istifadəyə verilib

Qusar rayonunun Cibir kəndində yeni məktəb binası istifadəyə verilib.

AzTehsil.com xəbər verir ki, Qusar rayonunun Cibir kəndində inşası tam başa çatdırılan 264 şagird yerlik tam orta ümumtəhsil məktəbinin binası istifadəyə verilib.

Tədbirdə Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil sektorunun əməkdaşları, müəllimlər, şagirdlər və şəhid ailələri iştirak ediblər.

Yeni məktəb binasının açılış mərasimində çıxış edən rəsmi şəxslər – 15 Sentyabr Bilik Gününün önəmini vurğulayaraq, bu əlamətdar gündə istifadəyə verilən yeni məktəb binasının regionda təhsilin inkişafına böyük töhfə verəcəyini qeyd ediblər. Çıxışlarda, həmçinin, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsil sahəsinə göstərilən xüsusi diqqət və qayğının nəticəsi olaraq ölkə üzrə müasir tipli məktəblərin inşasının geniş vüsət aldığı, bunun da gənc nəslin keyfiyyətli təhsil alması üçün mühüm imkanlar yaratdığı vurğulanıb.

Çıxış edən şəhid ailələrinin üzvləri də onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlıqlarını bildirib, yeni təhsil ocağının istifadəyə verilməsinin gələcək nəsillərin savadlı və vətənpərvər ruhda yetişməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd ediblər.

Müasir standartlara uyğun tikilən məktəb binasında şagirdlərin tədris prosesini yüksək səviyyədə davam etdirməsi üçün hər cür şərait yaradılıb. Təhsil ocağında 13 sinif otağı, 1 məktəbəqədər hazırlıq otağı, 2 laboratoriya otağı, 2 texnologiya otağı, 1 informatika kabineti və 1 hərbi hazırlıq kabineti fəaliyyət göstərəcək.

Bundan əlavə, məktəbdə 1 ədəd kitabxana oxu zalı, 84 yerlik akt zalı, 1 yeməkxana, 1 idman zalı və 1 açıq idman meydançası da istifadəyə verilib.

Yeni təhsil müəssisəsinin istifadəyə verilməsi Cibir kəndi və ətraf yaşayış məntəqələrində yaşayan şagirdlərin keyfiyyətli təhsilə çıxışını təmin edəcək, onların intellektual, fiziki və sosial inkişafına mühüm töhfə verəcək.

Həmçinin oxuyun:
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Mehriban Əliyeva yeni məktəb binasının açılışında - FOTOLAR

Mehriban Əliyeva yeni məktəb binasının açılışında - FOTOLAR

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilir

Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilir

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məzun olan şəhid övladları - SİYAHI

Məzun olan şəhid övladları - SİYAHI

Prezident və birinci xanım Ağdamda Sarıcalı kənd körpələr evi-uşaq bağçasının və tam orta məktəbin açılışlarında iştirak ediblər

Mehriban Əliyeva necə tələbə olub? – Müəllimləri danışır + Sənədlər

Mehriban Əliyeva necə tələbə olub? – Müəllimləri danışır + Sənədlər

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Birinci vitse-prezident uşaq bağçası və təhsil müəssisələrindəki şəraitlə tanış olub

Birinci vitse-prezident uşaq bağçası və təhsil müəssisələrindəki şəraitlə tanış olub