Müsabiqə nəticələri açıqlanıb – Neçə müəllim işə qəbul edildi?
2024-2025-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində ümumilikdə 6 211 müəllim işə qəbul olunub.
AzTehsil.com xəbər verir ki, bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən bildirilib.
Qeyd edilib ki, 2024-2025-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 3 212 gənc müəllim müddətsiz qəbul olunub.
Eyni zamanda, 2 999 gənc müəllim isə müddətli müqavilə ilə ümumi təhsil müəssisələrinə işə qəbul edilib.