AzTehsil.com


Xəbərlər
13 aprel 2017
5 342


İbtidai təhsil fakültəsinin əməkdaşları Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə olublar



İbtidai təhsil fakültəsinin əməkdaşları Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə olublar

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin professor-müəllim heyətinin Nəsimi rayonundakı Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbin müəllim və 11-ci sinif şagirdləri ilə görüşü keçirildi. Görüşü məktəbin direktoru Vaqif Babayev açdı, məktəbdə tədrisin səmərəli təşkilindən, yeni qiymətləndirmə sisteminin tətbiqindən, müəllimlərin hazırlığından, ali məktəblə ümumtəhsil məktəbinin əlaqələrindən, şagirdlərin təlim nailiyyətlərindən danışdı. Sonra İbtidai təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov ADPU-nun İbtidai təhsil fakültəsinin tarixi, bu günü və inkişaf perspektivləri haqqında geniş məlumat verdi. Qeyd etdi ki, ADPU-nun İbtidai təhsil fakültəsi 1958-ci ildə təşkil olunmuşdur. Fakültənin inkişafında akademik Mehdi Mehdizadənin, professor Mərdan Muradxanovun, dosent Əfşan Qədimbəyovanın, fakültənin dekanı vəzifəsində çalışmış dosent İsfəndiyar Vəlixanlının (1959-1969), professor Nəmidə Abbasovanın (1969-1976), dosent Musa Həsənovun (1976-1989), professor Xəlil Fətəliyevin (1990-1997), professor Zahid Xəlilovun (1998-2005) və dosent Zabit Məmmədovun (2005-2006) mühüm xidmətləri olmuşdur. Fakültədə məqsədimiz yeni düşüncəyə, təhsil-tərbiyə texnologiyasına, mənəvi və əxlaqi saflığa, yüksək peşə və ixtisas hazırlığına, ümummədəni kompetensiyalara malik ibtidai sinif müəllimi hazırlığından, missiyamız İbtidai təhsil fakültəsində təhsilverici, tərbiyəedici və inkişafetdirici təlim mühiti yaratmaqdan, hədəfimiz ibtidai sinif müəllimi hazırlığında yüksək maddi-texniki bazaya, peşəkar professor-müəllim heyətinə, müasir tələblərə cavab verən mükəmməl təhsil proqramlarına malik fakültə olmaqdan ibarətdir.
 

 

Bu məqsədlə fəaliyyətimizdə aşağıdakı dəyər və prinsipləri rəhbər tuturuq:
Keyfiyyətli təhsil xidməti;
Tələbə nailiyyətlərinin obyektiv və şəffaf qiymətləndirilməsi;
Müəllim-tələbə əməkdaşlığı;
Təhsil-tərbiyə prosesinin təşkilində peşəkarlıq;
Müəllim və tələbələrə humanist münasibət.
 

İbtidai təhsil fakültəsinin əməkdaşları Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə olublar

 

Daha sonra professor F.Rüstəmov fakültənin strukturu, ixtisaslar, kadr potensialı, məzunlar, elmi-pedaqoji əlaqələr, pedaqoji təcrübə, tədrisin təşkili haqqında ətraflı məlumat verdi. Tədbirdə şagirdlərin və müəllimlərin müxtəlif sualları fakültə dekanı, professor F.Rüstəmov, dekan müavini, dosent Afət Həsənova, məktəbin direktoru V.Babayev tərəfindən cavablandırıldı, onlar 15 aprel 2017-ci ildə, saat 11:00-da ADPU-nun Böyük Akt zalında keçiriləcək "Açıq qapı" gününə dəvət edildilər.



Загрузка...