AzTehsil.com

Xəbərlər / Yazarlar / İnnovasiyalar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə / Məktəbə qədər və məktəbdən kənar
26 noyabr 2025
818

Azərbaycanda bağçada işləyən cəmi bir kişi müəllim var imiş



"Biz məktəbəqədər təhsil müəssisələrində kişi müəllimlərin olmasının vacibliyini dəfələrlə vurğulamışıq. Çünki strateji təhsil pillələrindən başlanğıcı məhz məktəbəqədər təhsil pilləsi təşkil edir. Onun ardınca isə ibtidai təhsil pilləsi gəlir. Təəssüflər olsun ki, bu hər iki pillədə bizim kişi müəllimlərin sayı çox azdır. Məktəbəqədər təhsil pilləsi üzrə cəmi bir nəfər kişi müəllim var".


Bu fikirləri  elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi məktəbəqədər və ibtidai təhsil sahəsində çalışan kişilərin çox az olmasından danışarkən bildirdi.


AzTehsil.com - "İbtidai təhsil pilləsində isə çox az sayda, məhdud sayda kişi müəllim çalışır. Amma hər iki təhsil pilləsində şagirdlərin kişi müəllimdən dərs almaları vacibdir. İstər qız övladlarının, istərsə də oğlan övladlarının ilkin təhsil pilləsində mütləq kişi cinsinə mənsub olanlardan təhsil almaları, təhsilin növbəti pillələrində onlara dəstək verən əsas amillərdəndir. Kişi müəllimləri təhsil prosesinə cəlb etmək üçün mütləq əməkhaqqı məsələsinə baxmalıyıq və eyni zamanda ictimai qınaq məsələsini özümüzdən uzaqlaşdırmalıyıq", - deyə o vurğuladı.


Mütəxəssisin sözlərinə görə, dünya təcrübəsində uşaqların həm sosial, həm emosional, ümumi davranışlarına, həmçinin onların təhsil göstəricilərinə kişi müəllimlərin olması böyük təsir göstərir, təkan verir:


"Amma kişi müəllimlər prosesdə azlıq təşkil etdiyi üçün son dövrlər xüsusilə də şagirdlərin davranışlarında müəyyən əksiklikləri və yaxud deviantlıqları müşahidə edirik".




Müsahibimiz vurğuladı ki, kişiləri təhsilə cəlb etmək üçün əməkhaqqı məsələsi mütləq rol oynamalıdır:


"Yüksək əmək haqqı olduğu halda, təbii ki, kişilər təhsil prosesinə yenidən qayıdacaqlar. Bir də ictimai qınaq məsələsi var. İctimai qınaq odur ki, adətən biz bağça müəllimi, ibtidai sinif müəllimi məsələsində ancaq xanımları görürük, ona görə də son illər, təəssüf olsun ki, hansısa bir oğlan abituriyent həmin ixtisası qeyd edəndə dərhal ictimai qınaq işə düşür.


Biz cəmiyyətə bu ismarıcı göndərməliyik ki, məktəbəqədər təhsildə və ibtidai təhsildə sadəcə qadınlar deyil, kişilər də çalışa bilər. Necə ki, 1993–2013-cü illərdə daha çox kişi müəllimlər bu istiqamətdə fəaliyyət göstərirdisə, ondan sonra demək olar ki, tədricən azaldılar. O nöqteyi-nəzərdən cəmiyyətin özü də kişi müəllimlərin təhsil prosesinə cəlb olunmasını dəstəkləməlidir".


Elçin Əfəndi bildirdi ki, kişiləri cəlb etməyin digər üsulları da ola bilər:


"Təbii ki, bu, əməkhaqqı və ictimai dəstəyin olması ilə paralel olaraq, həvəsləndirici xarakterli qərarların qəbul edilməsini tələb edir. Onlar nə ola bilər? Məsələn, məktəbəqədər təhsil üzrə qəbul olan oğlan tələbələrə əlavə hər hansı bir təqaüdün verilməsi və ya bu istiqamətdə fəaliyyət göstərəcək kişi müəllimlərə güzəştli şərtlərlə, məsələn, mənzillərin təqdim olunması və digər amillər düşünülə bilər. Bu, onların prosesə cəlb olunmasına böyük töhfə verər".





Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

TƏHSİL HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Universitetlərdə YENİ QAYDALAR

Universitetlərdə YENİ QAYDALAR

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri