AzTehsil.com


Xəbərlər / H/N sənədlər / Tədris işləri üzrə dr/müavini / UBR / Direktor / Müəllim
01 may 2018
21 100


“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017



“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

 


 Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası
 
Azərbaycan Respublikası Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi   Kollegiyasının 20 dekabr 2017-ci il  tarixli 18-1 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

VII. ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİ       RƏHBƏRLƏR

DİREKTOR

 

Əmək funksiyası. Məktəbin fəaliyyətini idarə edir. Məktəbin inkişaf proqramını, perspektiv və cari planları hazırlayır, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır, məktəbdaxili qiymətləndirməni həyata keçirir və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, onun həyata keçirilməsinin optimal həlli yollarını tapır, dövlət orqanları və ictimai təşkilatlarda müəssisənin marağını təmsil edir. Tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlər görür; pedaqoji şuraya rəhbərlik edir. Tədris planı və proqramlarının yerinə yetirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı üçün tədbirlər həyata keçirir. Şagirdlərin fənn olimpiadalarına və digər bilik yarışlarına, xüsusi qabiliyyət tələb olunan tədbirlərə cəlb edilməsi sahəsində məqsədyönlü iş aparır, təlim-tərbiyə işlərinin məzmunlu və səmərəli aparılmasını həyata keçirir. Şagird özünüidarə orqanlarının fəaliyyətini istiqamətləndirir və onların işinə köməklik göstərir; sinifdənxaric və məktəbdənkənar işlərin təşkili üzərində nəzarəti həyata keçirir. İcbari ümumi orta təhsilin həyata keçirilməsini, uzun müddət təhsildən kənarda qalmış şəxslərin və istedadlı şagirdlərin fərdi təhsilə cəlb olunmasını təmin edir. Qabaqcıl iş təcrübəsini tətbiq edir, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Əmək qanunvericiliyinə uyğun pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji iqlimin yaradılması üzrə iş aparır. Əməkdə xüsusilə fərqlənmiş müəllimləri və müəssisənin digər işçilərini mükafatlandırma və təltif üçün təkliflər verir. Müavinlərin hesabatlarını dinləyir, onların işinin təkmilləşdirilməsinə dair təkliflər verir. Kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasını təmin edir.Kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait yaradır, onların ixtisasartırma təhsilinə olan tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir. İşçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir. Daxili intizam qaydalarına, müəllimlərin etik davranış qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. İşçilərə verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur. Valideynlərlə (onların qanuni nümayəndələri ilə), təlim-tərbiyə işlərinə kömək edən müəssisələri və xeyriyyə cəmiyyətləri ilə aparılan işlərin təşkili ilə bağlı məsələləri həll edir. Dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin edir.

Bilməlidir: "Təhsil haqqında”, "Gənclər siyasəti haqqında” və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; idarəetmənin təşkilini; müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sisteminin inkişaf etdirilməsini; müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını; qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması sahəsində müasir tələblərə uyğun mexanizmlərin yaradılmasını; pedaqoji kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni mexanizmin beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdirilməsini; təhsil proqramlarının və dərsliklərin müasir tələblər baxımından yeniləşdirilməsini; şagirdlərin idrak fəallığını artıran sistemli tədbirlərin görülməsini; tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunmasını; istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramların yaradılmasını; ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları); orta təhsil üzrə qüvvədə olan dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları); ümumi təhsil müəllimləri üçün fəal (interaktiv) təlim texnologiyaları və inklüziv təhsil üzrə məqsədli ixtisasartırmanın təmin edilməsini; müəllimlərin informasiya-kommunikasiya texnologiyaları bacarıqlarına yiyələnməsi üçün çevik sistemin yaradılmasını; müəllimlərin təkmilləşdirilməsinin beynəlxalq standartlarla uzlaşdırılmasını; tədris proqramları və tədris-metodiki sənədlərlə işi, məktəbdaxili nəzarəti; müəllimlərin əməyinin tarifləşdirilməsi metodlarını, qabaqcıl təlim-tərbiyə metodlarını, pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini, uşaqların asudə vaxtlarının səmərəli təşkili yollarını; Informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini; təhsilin iqtisadiyyatının və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil, 5 ildən az olmayaraq pedaqoji staj və ya elmi dərəcəsi və elmi adı olduqda 3 il pedaqoji staj.

a)      ümumtəhsil məktəblərində və ya ümumtəhsil internat məktəblərində:

13-cü dərəcə: şagirdlərin sayı 100 nəfərədək olduqda;

14-cü dərəcə: şagirdlərin sayı 100-dən 300-dək olduqda;

15-ci dərəcə: şagirdlərin sayı 300-dən 800-dək olduqda;

16-cı dərəcə: şagirdlərin sayı 800 və daha çox olduqda.

b)       sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi tipli təhsil müəssisələrində:

13-cü dərəcə: şagirdlərin sayı 100 nəfərədək olduqda;

14-cü dərəcə: şagirdlərin sayı 100-dən 150-dək olduqda;

15-ci dərəcə: şagirdlərin sayı 150-dən 200-dək olduqda;

16-cı dərəcə: şagirdlərin sayı 200 və daha çox olduqda.

Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

 



TƏDRİS (TƏLİM-TƏRBİYƏ) İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

 

Əmək funksiyası. Tədris (təlim-tərbiyə) və metodiki işləri təşkil edir. Tədris planları və proqramlarının (kurikulumların) yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirir, operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verir. Təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirir; siniflərin optimal komplektləşdirilməsini təmin edir, tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlini tərtib edir, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti həyata keçirir. Fənn kabinetlərinin zənginləşdirilməsi və səmərəli istifadəsini təmin edir. Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər verir, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, gənc müəllimlərlə və valideynlərlə pedaqoji işin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir. Pedaqoji işçilərin attestasiyadan keçmələri üçün müvafiq hazırlıq işlərini təmin edir, onların təkmilləşmələrinə, ixtisasartırma təhsilinə, yeni fənn kurikulumları ilə əlaqədar treninqlərə cəlb olunmalarına, eləcə də peşəkarlıq səviyyələrinin artırılması üçün nəzərdə tutulan digər tədbirlərdə iştirakına nail olur. Təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılmasını təmin edir, şagirdlərin yarımillik, illik və yekun qiymətləndirilməsinin uçotunu aparır, buraxılış imtahanlarına hazırlıq işlərini təşkil edir. Təlimin keyfiyyətinin idarə olunması məqsədilə monitorinq-qiymətləndirmə aparılmasını təmin edir.

Bilməlidir: "Təhsil haqqında”, "Gənclər siyasəti haqqında” və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sisteminin inkişaf etdirilməsini; müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını; qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması sahəsində müasir tələblərə uyğun mexanizmlərin yaradılmasını; pedaqoji kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni mexanizmin beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdirilməsini; təhsil proqramlarının və dərsliklərin müasir tələblər baxımından yeniləşdirilməsini; şagirdlərin idrak fəallığını artıran sistemli tədbirlərin görülməsini; tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunmasını; istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramların yaradılmasını; ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları); orta təhsil üzrə qüvvədə olan dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları); ümumi təhsil müəllimləri üçün fəal (interaktiv) təlim texnologiyaları və inklüziv təhsil üzrə məqsədli ixtisasartırmanın təmin edilməsini; müəllimlərin informasiya-kommunikasiya texnologiyaları bacarıqlarına yiyələnməsi üçün çevik sistemin yaradılmasını; müəllimlərin təkmilləşdirilməsinin beynəlxalq standartlarla uzlaşdırılmasını; idarəetmənin təşkilini; tədris proqramları və tədris-metodiki sənədlərlə işi, məktəbdaxili nəzarəti; müəllimlərin əməyinin tarifləşdirilməsi metodlarını, qabaqcıl təlim-tərbiyə metodlarını, pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini, uşaqların asudə vaxtlarının səmərəli təşkili yollarını; Informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini; təhsilin iqtisadiyyatının və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil, 3 ildən az olmayaraq pedaqoji staj.

Aylıq vəzifə maaşı direktorun vəzifə maaşından 10-15% aşağı məbləğdə müəyyən edilir.

Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavinlərinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.



TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ


Əmək funksiyası. Məktəbin əsasnaməsinə uyğun olaraq məktəbdə tərbiyə işinə rəhbərlik edir. Müəllimlərin, psixoloqların, tərbiyəçilərin, uşaq birliyi təşkilatının, sinif, dərnək rəhbərlərinin, valideynlərin, ictimai təşkilatların, şagird özünüidarə orqanlarının və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işini təşkil edir. Gənclərin milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, çağırışaqədərki hazırlığına, fiziki inkişafına və bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinə rəhbərlik edir. Müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi tədbirlər keçirir. Təhsil alan uşaqlar arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı profilaktik işin təşkilini və ona rəhbərliyi təmin edir.

Bilməlidir: "Təhsil haqqında”, "Gənclər siyasəti haqqında” və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sisteminin inkişaf etdirilməsini; müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını; qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması sahəsində müasir tələblərə uyğun mexanizmlərin yaradılmasını; pedaqoji kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni mexanizmin beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdirilməsini; təhsil proqramlarının və dərsliklərin müasir tələblər baxımından yeniləşdirilməsini; şagirdlərin idrak fəallığını artıran sistemli tədbirlərin görülməsini; tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunmasını; istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramların yaradılmasını; ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları); orta təhsil üzrə qüvvədə olan dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları); ümumi təhsil müəllimləri üçün fəal (interaktiv) təlim texnologiyaları və inklüziv təhsil üzrə məqsədli ixtisasartırmanın təmin edilməsini; müəllimlərin informasiya-kommunikasiya texnologiyaları bacarıqlarına yiyələnməsi üçün çevik sistemin yaradılmasını; müəllimlərin təkmilləşdirilməsinin beynəlxalq standartlarla uzlaşdırılmasını; qabaqcıl təlim-tərbiyə metodlarını, pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini, uşaqların asudə vaxtlarının səmərəli təşkili yollarını; İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; tərbiyənin tədrislə vəhdətini; fəal təlim metodlarını, sosial-psixoloji ünsiyyət metodlarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil, 3 ildən az olmayaraq pedaqoji staj.

Aylıq vəzifə maaşı direktorun vəzifə maaşından 15% aşağı məbləğdə müəyyən edilir.

      Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin tərbiyə işləri üzrə direktor müavinlərinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.

 

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

 

Əmək funksiyası. Məktəbin təsərrüfat işlərinə rəhbərlik edir. Təsərrüfat inventarlarının qorunub saxlanılmasını, məktəb binasının, kabinetlərin və sinif otaqlarının, həyətin təmiz saxlanılmasını təmin edir. Kabinetlərdə və sinif otaqlarında, idman zalında, yeməkxanada sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlayır. Məktəb binasında cari təmir işlərinin aparılmasını, onun avadanlıqlarla, inventar və materiallarla təchiz olunmasını, yanğından mühafizə qaydalarına düzgün əməl olunmasını və istehsalat sanitariyasını təmin edir.

Bilməlidir: "Təhsil haqqında” və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını; təsərrüfat xidməti üzrə işin yerinə yetirilməsinin təşkilini; xidmətçi heyətin əməyindən səmərəli istifadə yollarını; binanın istismar olunmasının təşkilinin elmi əsaslarını; əmək qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: orta ixtisas təhsili və ya ali təhsil, 3 ildən az olmayaraq əmək stajı.

Aylıq vəzifə maaşı direktorun vəzifə maaşından 20% aşağı məbləğdə müəyyən edilir.

Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin təsərrüfat işləri üzrə direktor müavinlərinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.

 

MƏKTƏBDƏNKƏNAR VƏ SİNİFDƏNXARİC TƏRBİYƏ İŞİ ÜZRƏ TƏŞKİLATÇI

 

Əmək funksiyası. Məktəbin əsasnaməsinə uyğun olaraq məktəbdə tərbiyə işinə rəhbərlik edir. Müəllimlərin, psixoloqların, tərbiyəçilərin, uşaq birliyi təşkilatının, sinif, dərnək rəhbərlərinin, valideynlərin, ictimai təşkilatların, şagird özünüidarə orqanlarının və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işini təşkil edir.

Gənclərin milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, çağırışaqədərki hazırlığına, fiziki inkişafına və bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinə rəhbərlik edir. Müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi tədbirlər keçirir. Təhsil alan uşaqlar arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı profilaktik işin təşkilini və ona rəhbərliyi təmin edir.

Bilməlidir: "Təhsil haqqında”, "Gənclər siyasəti haqqında” və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; məktəbdənkənar təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir təhsil proqramlarının hazırlanmasını; qabaqcıl təlim-tərbiyə metodlarını, pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini, uşaqların asudə vaxtlarının səmərəli təşkili yollarını; İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; tərbiyənin tədrislə vəhdətini; fəal təlim metodlarını, sosial-psixoloji ünsiyyət metodlarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil, 3 ildən az olmayaraq pedaqoji staj.

12-ci dərəcə: şagirdlərin sayı 100 nəfərədək olduqda;

13-cü dərəcə: şagirdlərin sayı 100-dən 300-dək olduqda;

14-cü dərəcə: şagirdlərin sayı 300-dən 800-dək olduqda;

15-ci dərəcə: şagirdlərin sayı 800 və daha çox olduqda.

Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılarının aylıq vəzifə maaşı direktorun vəzifə maaşından 15 faiz aşağı məbləğdə müəyyən edilir.

 

UŞAQ BİRLİYİ TƏŞKİLATININ RƏHBƏRİ

 

 Əmək funksiyası. İş fəaliyyətini uşaq təşkilat və birliklərinin əsasnamələrində öz əksini tapan məqsəd və vəzifələrə uyğun həyata keçirir. İşini uşaq təşkilatının, özünüidarə orqanlarının, uşaq və yeniyetmələrin özfəaliyyəti və təşəbbüskarlığı, əməkdaşlığı, pedaqoji və humanist prinsiplərindən çıxış edərək qurur. Təşəbbüslərə yaradıcı yanaşır, uşaqların qabiliyyət və bacarığını aşkara çıxarmaq üçün onlara imkan yaradır. Uşaq birliklərinin fəaliyyətinin məzmun və formasını, uşaqların yaş xüsusiyyətlərini, həyatın tələblərini nəzərə almaqla yeniləşdirir və dəyişdirir. Uşaq və yeniyetmələrin istedad, bacarıq və imkanlarını üzə çıxarmaq üçün şərait yaradır, onların asudə vaxtlarının səmərəli və maraqlı keçməsini təmin edir. Ona etibar olunan uşaqların sağlamlığının və təhlükəsizliyinin qayğısına qalır. Uşaq və yeniyetmələrlə fəaliyyətində qabaqcıl iş təcrübəsindən geniş istifadə edir. Uşaq təşkilatının maddi-texniki bazasını qoruyur və inkişaf etdirir. Dövlət müəssisələri, ictimai təşkilatlar və çalışdığı pedaqoji kollektiv ilə sıx əlaqədə işləyir.

Bilməlidir: "Təhsil haqqında” və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; tərbiyə və özünütərbiyənin pedaqogika və psixologiyasını, pedaqoji etikanı, uşaq və yeniyetmələrin fərdi və yaş xüsusiyyətlərini, uşaq kollektivlərinin psixologiyasını, uşaq təşkilatlarının iş xüsusiyyətlərini; uşaq birliyi təşkilatının rəhbərinin vəzifələrini və qarşısında duran tələbləri; Informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: ümumi orta təhsil, əmək stajına tələb qoyulmadan;

8-ci dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

9-cu dərəcə: orta ixtisas təhsili, 5 ildən az olmayaraq əmək stajı; ali pedaqoji təhsil, əmək stajına tələb qoyulmadan;

10-cu dərəcə: ali pedaqoji təhsil, 5 ildən az olmayaraq əmək stajı.



MÜTƏXƏSSİSLƏR

 MÜƏLLİM

 

Əmək funksiyası. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir. Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırılmasını, onların müstəqil həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. Tədris edilən fənnin spesifik xüsusiyyətləri nəzərə alınmaqla şagirdlərlə təlim məşğələləri aparır. Təlim prosesində müxtəlif formalardan, üsullardan, metodlardan, təlim strategiyalarından istifadə edir. Keçdiyi fənn üzrə tədris materiallarını planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini, bütün şagirdlərin dövlət standartları səviyyəsində mənimsəməsini təmin edir. Tədris etdiyi fənnə dair sinifdənkənar tədbirlər üzrə iş aparır. Şagirdlərin valideynləri, yaxud onları əvəz edən şəxslərlə müntəzəm əlaqə saxlayır. Tədris intizamına riayət edilməsini və məşğələlərə davamiyyət rejiminə əməl olunmasını təmin edir. Tədris avadanlıqlarından istifadə zamanı təhlükəsizlik texnikası və sanitariya tələblərinin yerinə yetirilməsinə nəzarət edir. Metodbirləşmələrin fəaliyyətində və həyata keçirilən digər metodik işlərin təşkilində iştirak edir. Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə yönəldilən təkliflər irəli sürür, müntəzəm surətdə özünün peşə ixtisasını yüksəltməyə çalışır.

Bilməlidir: "Təhsil haqqında” və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; pedaqoji, elmi-metodik və təşkilati məsələlərin həlli çərçivəsində fənlərin ümumi nəzəri əsaslarını; pedaqogika və psixologiya elminin son nailiyyətlərini, fizioloji inkişafı, tədris metodikasını, tərbiyə işlərinin metodikasını; İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; fənn üzrə təlimin məzmunu və təşkili prinsiplərini; tədris kabinetlərinin və yardımçı binaların avadanlıqlarla təchiz olunmasına qoyulan tələbləri; əmək qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə: pedaqoji orta ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan;

9-cu dərəcə: pedaqoji orta ixtisas təhsilli, 3 ildən 5 ilədək pedaqoji stajı olan və ya orta ixtisas təhsilini fərqlənmə diplomu ilə bitirən;

10-cu dərəcə: orta ixtisas təhsili, 5 ildən 10 ilədək pedaqoji staj; ali pedaqoji təhsil, əmək stajına tələb qoyulmadan;

11-ci dərəcə: orta ixtisas təhsili, 10 ildən 15 ilədək pedaqoji staj; ali pedaqoji təhsil, 3 ildən 8 ilədək pedaqoji staj və ya ali təhsili fərqlənmə diplomu ilə bitirən;

12-ci dərəcə: orta ixtisas təhsili, 15 ildən az olmayaraq pedaqoji staj; ali pedaqoji təhsil, 8 ildən 13 ilədək pedaqoji staj;

13-cü dərəcə: ali pedaqoji təhsil, 13 ildən 18 ilədək pedaqoji staj;

14-cü dərəcə: ali pedaqoji təhsil, 18 ildən çox pedaqoji staj;

15-ci dərəcə: elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edən şəxslər; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslər; dərslik və müəllim üçün metodik vəsait müəllifləri.

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.


MÜƏLLİM-DEFEKTOLOQ; MÜƏLLİM-LOQOPED;

LOQOPED

 

Əmək funksiyası. Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrdə olan müvafiq çatışmazlıqların mövcud imkanlar və şərait daxilində aradan qaldırılması, korreksiya edilməsi üzrə kompleks işləri planlaşdırır, təşkil edir və yerinə yetirir, təlim-tərbiyə işlərinin həmin istiqamətdə həyata keçirilən tədbirlərlə üzvü bağlılıq təşkil etməsi istiqamətində işlər görür. Uşaqların əqli, nitq və fiziki qüsurlarının xarakteri nəzərə alınmaqla onların təlim imkanlarını müəyyənləşdirir, korreksiya tədbirləri aparır. Uşaq və yeniyetmələrə sosial-psixoloji köməklik göstərir, onlarda cəmiyyət haqqında təsəvvür yaradır, sosial uyğunlaşmalarına, peşəyönümünə, nitq qüsurlarının aradan qaldırılmasına yardım edir, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etmək vərdişləri aşılayır, uşaq və yeniyetmələrin təlim-tərbiyəsinin təşkili və təkmilləşdirilməsi ilə bağlı metodik işlər aparır. Valideynlərə uşaqlarının əqli və ya fiziki çatışmazlıqları ilə bağlı təhsil, yaxud müalicə müəssisələrinə göndərilməsi barədə məsləhətlər verir, tibbi-pedaqoji komissiyaların işində yaxından iştirak edir, müəllimlərin etik davranış qaydalarına riayət edir.

Bilməlidir: "Təhsil haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını; sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin yaş psixologiyasını, onlarla iş metodikalarını, fənlərin tədrisi metodikasını, defektologiya sahəsindəki qabaqcıl təcrübə nümunələrinin praktik fəaliyyətdə tətbiqini, sağlamlıq imkanları məhdud uşaqlarla iş üzrə proqramları, tədris kabinetlərinin təchizinə verilən müasir tələbləri, informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə: ali pedaqoji təhsil, yenidənhazırlanma qurumlarında ixtisası üzrə əlavə təhsil, əmək stajına tələb qoyulmadan;

9-cu dərəcə: müvafiq ixtisas üzrə ali təhsil, əmək stajına tələb qoyulmadan;

10-cu dərəcə: müvafiq ixtisas üzrə ali təhsil, 1 ildən 3 ilədək pedaqoji staj;

11-ci dərəcə: müvafiq ixtisas üzrə ali təhsil, 3 ildən 8 ilədək pedaqoji staj və ya ali təhsilini fərqlənmə diplomu ilə bitirən;

12-ci dərəcə: müvafiq ixtisas üzrə ali təhsil, 8 ildən 13 ilədək pedaqoji staj;

13-cü dərəcə: müvafiq ixtisas üzrə ali təhsil, 13 ildən 18 ilədək pedaqoji staj;

14-cü dərəcə: müvafiq ixtisas üzrə ali təhsil, 18 ildən cox pedaqoji staj;

15-ci dərəcə: elmi dərəcəsi olan və ixtisası üzrə işləyən; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslər; dərslik və müəllim üçün metodik vəsait müəllifləri.

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllim-defektoloqların (müəllim-loqopedlərin, loqopedlərin) aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.

 

SOSİAL PEDAQOQ

 

Əmək funksiyası. Müəssisədə və yaşayış yeri üzrə təhsilalanların (tərbiyə alanların, uşaqların) tərbiyəsi, təhsili, inkişafı və sosial müdafiəsi ilə bağlı tədbirləri həyata keçirir. Təhsilalanların (tərbiyə alanların, uşaqların) şəxsiyyətinin psixo-tibbi-pedaqoji xüsusiyyətlərini, onun mikromühit amillərini və həyat şəraitini öyrənir. Təhsilalanların (tərbiyə alanların, uşaqların) maraqları və tələbatları, çətinlik və problemlərini, mübahisəli hallarını, davranışında pozuntuları aşkar edir və sosial yardım və dəstək göstərir. Təhsilalan (tərbiyə alan, uşaq) şəxslər, müəssisə, ailə, müxtəlif sosial xidmətlər, yerli icra strukturları və digər inzibatı orqanların əməkdaşları arasında vasitəçi kimi çıxış edir. Sosial-pedaqoji işin məqsədlərini, üsullarını, formalarını müəyyən edir, şəxsi və müxtəlif sosial problemlərin həlli yolları, sosial müdafiə və sosial yardım, təhsilalan (tərbiyə alan, uşaq) şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı tədbirlər görür. Təhsilalanların (tərbiyə alanların, uşaqların) və böyüklərin sosial baxımdan dəyərli fəaliyyətinin müxtəlif növlərini təşkil edir, sosial təşəbbüslərin inkişafına yönəlmiş tədbirlərin, sosial layihələrin və proqramların həyata keçirilməsi, onların işlənib hazırlanmasında və təsdiqində iştirak edir. Sosial mühitdə insansevər, mənəvi baxımdan sağlam münasibətlərin yaradılmasına imkan yaradır. Psixoloji rahatlıq şəraitinin yaradılmasını, təhsilalan (tərbiyə alan, uşaq) şəxslərin təhlükəsizliyini, onların həyat və sağlamlığının qorunmasının təmin edilməsinə kömək edir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından təhsil alanların (tərbiyə alanların, uşaqların) işlə təmin olunması, hamiliyi, evlə təmin olunması, müavinətlər, pensiya, qoyulan əmanətlərin rəsmiləşdirilməsi, qiymətli kağızların istifadəsi ilə bağlı məsələləri həyata keçirir. Müəllim, valideyn (onları əvəz edən şəxslər), sosial xidmətlərin mütəxəssisləri, ailə və gənclərin məşğulluq xidmətləri, xeyriyyəçi təşkilatlar və digərləri ilə qəyyumluq və himayəçiliyə ehtiyacı olan, əqli və fiziki imkanları məhdud, deviant davranışlı, o cümlədən, fövqəladə vəziyyətə düşmüş təhsilalanlar (tərbiyə alanlar, uşaqlar) arasında köməklik göstərmək məqsədilə qarşılıqlı əlaqə yaradır.

 Bilməlidir: "Təhsil haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Uşaq hüquqları haqqında”, "Sosial xidmət haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarını; əmək və ailə qanunvericiliyini, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; ümumi və sosial pedaqogikanı, yaş və uşaq psixologiyasını; sosial gigiyenanın əsaslarını; sosial-pedaqoji və diaqnostik metodikaları; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil və yaxud ali təhsil və yenidənhazırlanma qurumlarında ixtisası üzrə əlavə təhsil.

10-cu dərəcə: 3 ilədək pedaqoji və ya sosial-psixoloji xidmət üzrə staj;

11-ci dərəcə: 3 ildən 8 ilədək pedaqoji və ya sosial-psixoloji xidmət üzrə staj və ya ali təhsilini fərqlənmə diplomu ilə bitirən;

12-ci dərəcə: 8 ildən 13 ilədək pedaqoji və ya sosial-psixoloji xidmət üzrə staj;

13-cü dərəcə: 13 ildən 18 ilədək pedaqoji və ya sosial-psixoloji xidmət üzrə staj;

14-cü dərəcə: 18 ildən çox pedaqoji və ya sosial-psixoloji xidmət üzrə staj;

15-ci dərəcə: elmi dərəcəsi olan və ixtisası üzrə işləyən; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslər; dərslik və müəllim üçün metodik vəsait müəllifləri.

 

XÜSUSİ TƏHSİL ÜZRƏ MÜTƏXƏSSİS;   KORREKSİYA ÜZRƏ İNKİŞAF MÜTƏXƏSSİSİ

 

Əmək funksiyası. Xüsusi təhsilə ehtiyacı olan uşaq və yeniyetmələrin ümumtəhsil və xüsusi təhsil məktəblərində, xüsusi və inteqrasiyalı internat məktəblərində həmçinin reabilitasiya mərkəzlərində mövcud imkanlar və şərait daxilində inkişaf etdirilməsi və təhsil hüquqlarının təmin olunması üzrə kompleks işlər planlaşdırır, təşkil edir və yerinə yetirir. Uşaqlarda xüsusi təhsilə ehtiyacların müəyyənləşdirilməsinə dair müəllimləri metodiki baxımdan təlimatlandırır və köməklik göstərir. Xüsusi təhsilə ehtiyacı olan uşaqların təhsilinin təşkilinə dair və onların təhsildə nailiyyətlərinin ölçmə meyarlarının müəyyənləşdirilməsinə dair müəllimlərə, valideynlərə tövsiyələr verir. Xüsusi təhsilə ehtiyacı olan uşağın təhsilinin təşkil edilməsi üçün müəllimlərlə digər mütəxəssislər arasında əməkdaşlığın səmərəli olmasına nəzarət edir və prosesi koordinasiya edir. Valideynlərə uşaqların inkişafı, müalicəsi və reabilitasiyası ilə bağlı məsləhətlər verərək mütəxəssislərə və xidmətlərə yönəldir, psixoloji-tibbi-pedaqoji komissiyaların işində yaxından iştirak edir. Xüsusi təhsilə ehtiyacı olan uşaqlarla fərdi və inteqrasiyalı qrup işləri aparır, onların sosial mühitə uyğunlaşmasına, nitqinin korreksiyasına və inkişafına yardım edir. Uşaq və yeniyetmələrin təlim-tərbiyəsinin təşkili və təkmilləşdirilməsi ilə bağlı metodiki işlər aparılır.

Bilməlidir: "Təhsil haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını; inklüziv təhsilin fəlsəfəsi, prinsipləri və tətbiqetmə metodlarını; əlilliyi olan şəxslərin təhsili haqqında beynəlxalq konvensiya və deklarasiyaları; xüsusi təhsilin təşkili, müasir pedaqogika və xüsusi təhsil metodologiyaları, fənlərin tədris metodikası, davranışın idarə olunmasını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ixtisas üzrə ali təhsil və yaxud ali təhsil və yenidənhazırlanma qurumlarında ixtisası üzrə əlavə təhsil.

10-cu dərəcə: 3 ilədək pedaqoji və ya sosial-psixoloji xidmət üzrə staj;

11-ci dərəcə: 3 ildən 8 ilədək pedaqoji və ya sosial-psixoloji xidmət üzrə staj və ya ali təhsilini fərqlənmə diplomu ilə bitirən;

12-ci dərəcə: 8 ildən 13 ilədək pedaqoji və ya sosial-psixoloji xidmət üzrə staj;

13-cü dərəcə: 13 ildən 18 ilədək pedaqoji və ya sosial-psixoloji xidmət üzrə staj;

14-cü dərəcə: 18 ildən çox pedaqoji və ya sosial-psixoloji xidmət üzrə staj;

15-ci dərəcə: elmi dərəcəsi olan və ixtisası üzrə işləyən; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslər; dərslik və müəllim üçün metodik vəsait müəllifləri.

 

TƏRBİYƏÇİ

 

Əmək funksiyası. Uşaqların tərbiyəsini, harmonik inkişafını təşkil edir, tədris tapşırıqlarının yerinə yetirilməsinə kömək edir. Qrupda hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərini nəzərə alır. Uşaqlara diqqətlə yanaşır, onların fərdi xüsusiyyətlərini öyrənir. Tərbiyə işinin təşkili ilə bağlı aylıq, illik iş planı tərtib edir. Uşaqlar üçün müəyyən edilmiş gün rejiminin yerinə yetirilməsini təmin edir. Uşaqların davranışlarındakı dəyişikliklər və pozuntular, səhhətinin vəziyyəti barədə məktəbin rəhbərliyinə və tibbi heyətə məlumat verir, tibbi heyətin tələblərini yerinə yetirir. Uşaqların ailədə tərbiyəsinə dair valideynlərlə iş aparır.

Bilməlidir: "Təhsil haqqında”, "Uşaq hüquqları haqqında”, "Sosial xidmət haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; əmək və ailə qanunvericiliyini; pedaqogika, sosial, yaş və uşaq psixologiyasını; gigiyenanın əsaslarını, uşaqların həyatının qorunması və onların səhhətinin möhkəmləndirilməsi işini; ümumi və xüsusi təhsil üzrə milli məzmun standartlarını, kurikulumu; təlim-tərbiyə işinin təşkilini; İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

9-cu dərəcə: orta ixtisas təhsili, 3 ildən 5 ilədək pedaqoji staj və ya orta ixtisas təhsilini fərqlənmə diplomu ilə bitirən;

10-cu dərəcə: orta ixtisas təhsili, 5 ildən 10 ilədək pedaqoji staj; ali təhsil, əmək stajına tələb qoyulmadan;

11-ci dərəcə: orta ixtisas təhsili, 10 ildən 15 ilədək pedaqoji staj; ali təhsil, 3 ildən 8 ilədək pedaqoji staj; ali təhsili fərqlənmə diplomu ilə bitirən;

12-ci dərəcə: orta ixtisas təhsili, 15 ildən az olmayaraq pedaqoji staj; ali təhsil, 8 ildən 13 ilədək pedaqoji staj;

13-cü dərəcə: ali təhsil, 13 ildən 18 ilədək pedaqoji staj;

14-cü dərəcə: ali təhsil, 18 ildən çox pedaqoji staj.

 

MÜƏLLİM KÖMƏKÇİSİ (ASSİSTENT)

 

Əmək funksiyası. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) ilə bağlı qanunvericilik aktlarında müəyyən edilmiş tələblərə uyğun sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkil edilməsi ilə məşğul olur.

İnklüziv təhsil həyata keçirilən siniflərdə sağlamlıq imkanları məhdud uşaqların fərdi inkişaf, plan və fənn proqramlarına uyğun olaraq onların təlim-tərbiyəsini təşkil edir. Sağlamlıq imkanları məhdud uşaqların inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsi, müvafiq təlim-tərbiyə işlərinin aparılması üçün məktəbin psixoloqu və müəllim-defektoloqu ilə məsləhətləşmələr aparır. Şagirdlərin valideynlərinə və yaxud himayəsində olduqları qanuni nümayəndələrinə onların əqli və fiziki inkişafında müşahidə olunan yeniliklər barədə məlumat verir. Sağlamlıq imkanları məhdud uşaqların qabiliyyət və imkanlarına uyğun peşə və ya ixtisasın seçilməsi üçün istiqamətlər müəyyənləşdirir, müəllimlərin etik davranış qaydalarına riayət edir.

Bilməlidir: "Təhsil haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını; sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin yaş psixologiyasını, onlarla iş metodikalarını, fənlərin tədrisi metodikasını, defektologiya sahəsindəki qabaqcıl təcrübə nümunələrinin praktik fəaliyyətdə tətbiqini, sağlamlıq imkanları məhdud uşaqlarla iş üzrə proqramları, tədris kabinetlərinin təchizinə verilən müasir tələbləri, İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

8-ci dərəcə: orta ixtisas təhsili, 3 ildən 5 ilədək pedaqoji staj və ya orta ixtisas təhsilini fərqlənmə diplomu ilə bitirən;

9-cu dərəcə: orta ixtisas təhsili, 5 ildən 10 ilədək pedaqoji staj; ali pedaqoji təhsil, əmək stajına tələb qoyulmadan;

10-cu dərəcə: orta ixtisas təhsili, 10 ildən 15 ilədək pedaqoji staj; ali pedaqoji təhsil, 3 ildən 8 ilədək pedaqoji staj; ali təhsili fərqlənmə diplomu ilə bitirən;

11-ci dərəcə: orta ixtisas təhsili və 15 ildən az olmayaraq pedaqoji staj; ali pedaqoji təhsil, 8 ildən 13 ilədək pedaqoji staj;

12-ci dərəcə: ali pedaqoji təhsil, 13 ildən 18 ilədək pedaqoji staj;

13-cü dərəcə: ali pedaqoji təhsil, 18 ildən çox pedaqoji staj.





Загрузка...