2000-ə yaxın vakant yer tutulmamış QALIB
Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, müəllimlərin işə qəbulu imtahanının məqsədi məktəblərdə kadr təminatının ödənməsidir.
“2000-ə yaxın vakant yer tutulmamış qalıb. Vakant yerlərin gizlədilməsi yolverilməzdir və iddialar əsassızdır. Buna görə müsabiqəyə təqdim edilməyən az saatlı vakant yerlərlə bağlı yenilik edilir. Burada təqdim edilən vakant yerlərdən biri əlavə, digəri isə əlavə iş yeri olacaq”.