AzTehsil.com


Xəbərlər / Müəllim
04 iyun 2020
1 346


"Hazırda sistemdə 7.531 vakansiya mövcuddur"-Murad Camalzadə



 

"Vakansiya təkamülü"

Ön söz

Yerdəyişmə müsabiqəsinə 7.539 vakansiya çıxarılacağı barədə 29 may tarixdə məlumat vermişdim.

Vakant yerlərin ümumi siyahısı dərc olunduqdan sonra Bakı şəhəri üzrə əlavə 3 yer də (ingilis dili fənni üzrə) sistemə daxil edilmişdir.

Ümumi siyahı ilə tanış olan bir neçə yerli təhsili idarəetmə orqanları isə səhv daxil edilmiş bəzi yerlərin sistemdən silinməsi barədə İRM-yə müraciət etmişdir. Nəticədə 8 rayon üzrə ümumilikdə 11 yer sistemdən silinmişdir. Hazırda sistemdə 7.531 vakansiya mövcuddur.

Vakansiyaların formalaşdırılması və sistemə daxil edilməsi prosesinin yerlər tərəfindən insan amili vasitəsilə həyata keçirildiyini nəzərə alsaq, belə texniki nöqsanların olması anlaşılandır.

Amma belə nöqsanın buraxılması ehtimalını nəzərə alaraq, elan olunacaq vakant yerlərin siyahısının dəqiqləşdirilməsi üçün İRM tərəfindən hər dəfə yerlərə əvvəlcədən göndərildiyini də unutmamalıyıq. Vakant yerlərin müəyyən edilməsi zamanı buraxılan nöqsanlar vətəndaşlarımızın vəziyyətinə bu və ya digər formada təsir göstərir.

Belə halların yalnız İRM-nin deyil, eyni zamanda digərlərinin də məsuliyyətində olduğunu aidiyyəti qurumlar dərk etməlidir.

Ümumilikdə, vakansiya ilə əlaqədar fərqli problemlərin köklü həllini yalnız adıçəkilən prosesin tam elekrtronlaşmasında görürəm. Adıçəkilən prosesin tənzimlənməsində insan amili qaldığı müddət ərzində oxşar problemlərin mövcud olması daim qaçılmazdır.

"Vakansiya tarixi"

Bir çox hallarda tarix fənni ilə əlaqədar yanaşmalarımızın düzgün olmadığı qənaətindəyəm. Adıçəkilən fənn yalnız keçmişdə baş verənlərin öyrənilməsi üçün deyil, eyni zamanda bu gün cərəyan edən hadisələrin mahiyyətinin dərk olunmasında da müstəsna əhəmiyyət kəsb edir.

Vakansiyaların müəyyən edilməsi səviyyəsinin bugünkü mənzərəsini düzgün qiymətləndirmək üçün ötən dövrlər ərzində bu sahədə keçilmiş yolu bilmək vacibdir. 2013-cü ildən etibarən vakansiya tarixini şərti olaraq 3 dövrə bölə bilərik:

1) Sərbəst tənzimlənmə (2013-2016);
2) Mərkəzləşmiş tənzimlənmə (2017-2018);
3) Düstur tənzimlənmə (2019-2020).

Sərbəst tənzimlənmə dövründə vakant yerlərin kəmiyyət və keyfiyyət göstəriciləri xatirimizdədir.

Mərkəzləşmiş tənzimlənmə dövründə vakant yerlərin kəmiyyət və keyfiyyət göstəricilərində ciddi müsbət dinamika var idi. Lakin respublikanın bütün ümumi təhsil müəssisələrindəki vakant yerlərin vahid əldən toplanması çox böyük insan əməyi hesabına başa gəlirdi. Həmin dövrdə vakansiyaların toplanılmasına məsul olan struktur bölmələrin fəaliyyəti bir aydan çox müddətə iflic vəziyyətinə düşürdü. Eyni zamanda prosesin bu formada həyata keçirilməsi ümumi məsuliyyətin yerlər tərəfindən bölüşdürülməməsinə şərait yaratmaqla, müəyyən çətinliklər də törədirdi.

Düstür tənzimlənmə dövründə konkret meyarlar müəyyən edilməklə məsuliyyətin bölüşdürülməsi baş verdi. Vakansiyaların bu formada müəyyən edilməyə başlanması tərəflər arasında iş yükü həcminin də paritet əsaslarda bölgüsünə şərait yaratdı. İctimai etimadın gücləndirilməsi üçün bu dövr müstəsna fürsətlər yaradır və ondan səmərəli istifadə etmək zəruridir.

"İnhisarçılıqdan imtina"

Düstur tənzimlənməsinin ən ciddi çatışmazlığı vakant yerlərin gizlədilməsi ilə əlaqədar vətəndaşlarda daim narahatlığın olmasıdır. Müxtəlif dövrlərdə vətəndaş müraciətlərinin dinlənilməsi və araşdırılaraq tədbir görülməsi istiqamətində İRM tərəfindən əməli işlər görülmüşdür. Gizlədilmiş vakansiyalarla əlaqədar ötən dövrlərdə edilmiş müraciətlərin araşdırılması nəticələrinin təhlili göstərir ki, həmin sorğuların təqribən 75%-i əsassız xarakter daşımışdır.

Geridə qoyduğumuz illər ərzində ictimai nəzarətin dəstəklənməsinin nəticəsidir ki, günümüzdə vakansiyaların gizlədilməsi halının gələcək perspektivi çox aşağıdır. Nümunəvi vətəndaşların sayıqlığı sayəsində neqativ halların əksəriyyəti aşkara çıxarılır.

Yerli təhsili idarəetmə orqanlarında ali dəyərlərə xidmət etmək istəyən çalışqan əməkdaşların olması və onların sıralarının mütəmadi genişlənməsi sevindirici haldır. Gizlədilmiş vakansiyalarla əlaqədar araşdırma prosesində həmin əməkdaşlarla birgə fəaliyyətdə olmaqdan məmnunluq hissi duyarıq.

Çalışdığı rayon (şəhər) üzrə gizlədilmiş vakansiyalarla əlaqədar vətəndaş müraciətlərinin dinlənilməsi, araşdırılması və nəticəsi barədə şikayət müəllifinə məlumat verilməsi sahəsində İRM ilə əməkdaşlıq istəyində və marağında olan yerli təhsili idarəetmə orqanlarındakı dəyərli həmkalarımız öz adını bu paylaşımın rəy hissəsində qeyd edə bilərlər.

Gizlədilmiş vakansiyalarla əlaqədar araşdırma qrupunun üzvləri:

1. İnsan Resursları Mərkəzi;

2. Rəşad Həsənov - Astara Rayon Təhsil Şöbəsinin müdiri;

3. Vahid Tağıyev - İmişli rayon Təhsil Şöbəsinin müdir müavini;

4. Aqşin Bağırov - Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri;

5. Yaşar Məhərrəmov - Tərtər Rayon Təhsil Şöbəsinin müdiri;

6. Rüfət Hacıyev - Quba Rayon Təhsil Şöbəsinin müdiri;

7. Suliddin Əsgərov - Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri;

8. Xalid Bayramov - Kürdəmir Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi;



Загрузка...
Həmçinin oxuyun:
Murad Camalzadə: Nümunəvi vətəndaşların sayıqlığı sayəsində neqativ halların əksəriyyəti aşkara çıxarılır

Murad Camalzadə: Nümunəvi vətəndaşların sayıqlığı sayəsində neqativ halların əksəriyyəti aşkara çıxarılır

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Müəllimlərin işə qəbulu üzrə vakant yerlərin SİYAHISI

Müəllimlərin işə qəbulu üzrə vakant yerlərin SİYAHISI

Vakant yerlərin seçimi mərhələsində dəyişiklər ediləcək

Vakant yerlərin seçimi mərhələsində dəyişiklər ediləcək

Vakant yerlərin sayı açıqlandı.

Vakant yerlərin sayı açıqlandı.

MİQ-da gizlədilən vakansiyalara ekspertin fikri.."Bakı üçün vakansiya olduqca azdır"

MİQ-da gizlədilən vakansiyalara ekspertin fikri.."Bakı üçün vakansiya olduqca azdır"

Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ

Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ

MİQ-in vakansiya seçimindəki səhv etiraf edildi – RƏSMİ

MİQ-in vakansiya seçimindəki səhv etiraf edildi – RƏSMİ

Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA

Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA

"Keçid ballarının aşağı salınması istisna edilmir"....Müsahibə mərhələsi avqustun 13-ü başlayacaq

"Keçid ballarının aşağı salınması istisna edilmir"....Müsahibə mərhələsi avqustun 13-ü başlayacaq

Vakant müəllim yerini gizlədənlər CƏRİMƏLƏNƏCƏK - 1 YER 50 MANAT

Vakant müəllim yerini gizlədənlər CƏRİMƏLƏNƏCƏK - 1 YER 50 MANAT

"Sentyabrın 15-dək bir necə dəfə bu cür mərkəzləşdirilmiş qaydada yerləşdirmə aparılacaq”

"Sentyabrın 15-dək bir necə dəfə bu cür mərkəzləşdirilmiş qaydada yerləşdirmə aparılacaq”

Direktorların işəqəbul imtahanlarında vakant yerlər – Ən çox və ən az yer ayrılan rayonlar

Direktorların işəqəbul imtahanlarında vakant yerlər – Ən çox və ən az yer ayrılan rayonlar

"Yenilikçi RTŞ müdiri " - onu belə adlandırırlar.

"Yenilikçi RTŞ müdiri " - onu belə adlandırırlar.

Vakant müəllim yeri ən çox bu ixtisasadır - NAZİRLİK

Vakant müəllim yeri ən çox bu ixtisasadır - NAZİRLİK

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Təhsil naziri daha iki şöbə müdirini vəzifədən azad edib.

Təhsil naziri daha iki şöbə müdirini vəzifədən azad edib.

Artıq bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər

Artıq bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər

Bu il qəbulda əcnəbilər də  iştrak edəcəklər.

Bu il qəbulda əcnəbilər də iştrak edəcəklər.

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

"Vakansiyada yer tuta bilməyən namizəd direktorlardan ibarət ehtiyat baza yaradılacaq"

"Vakansiyada yer tuta bilməyən namizəd direktorlardan ibarət ehtiyat baza yaradılacaq"

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir

Müəllimlərin işə qəbulu qaydalarında YENİLİK

Müəllimlərin işə qəbulu qaydalarında YENİLİK