Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə üçün elektron ərizə qəbulu iyunun 1-dən 12-dək keçiriləcəkdir. Müsabiqədə müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlər iştirak edə bilərlər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, işləməyən, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən şəxslər iştirak edə bilərlər. Müsabiqə üçün ərizə qəbulu iyulun 1-dən 15-dək aparılacaq.
Müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqə 4 mərhələdə təşkil edilir:
• Müsabiqənin birinci mərhələsində (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi) namizədin ərizədə qeyd etdiyi şəxsi, təhsil və iş təcrübəsi haqqında məlumatlar yoxlanılır.
• Müsabiqənin ikinci mərhələsində (test imtahanı) hər bir namizədə 60 sual (40 ixtisas 10 metodika 10 məntiq) təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.
• Müsabiqənin üçüncü mərhələsində (vakant yerlərin seçimi) test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər vakant yerləri seçirlər. Namizədlər dörd yer seçə bilərlər.
• Müsabiqənin dördüncü mərhələsində (müsahibə) test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Məktəb direktorunun əmək funsiyaları...

T Ö V S İ Y Ə L Ə R - Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbərləri oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Təhsil eksperti Elşən Qafarov

Direktor olmaq istəyənlər üçün - Maliyyədən testlər .....

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Niyə Aztehsil.com saytında reklam yerləşdirməlisiniz?

İnformatika Testləri - B variantı - Qeyri ixtisas müəllimləri üçün

İnformatikadan testlər ( cavabları ilə ) - Qeyri ixtisas müəllimləri üçün A variantı

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Oxuyun - 14 yaşlı məktəblinin hekayəsi hamını kövrəltdi..

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

MÜDİRLƏ LİDER ARASINDA 10 FƏRQ--DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN

Sinif rəhbərinin illik fəaliyyət planı ( fayl ) yükləyin

Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası