Xaçmazda müəllim vəfat EDİB
Xaçmazda müəllim vəfat EDİB.
Xudat şəhəri Kərim Məhərrəmov adına 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Gülyaz Yusif qızı Vəlibəyova dünən axşam saatlarında vəfat edib.
AzTehsil.com xəbər verir ki, bununla bağlı məktəbin sosial media hesabında paylaşım edilib.
“Gülyaz müəllim uzun illər ərzində pedaqoji fəaliyyətini uşaqlara sevgi, səbr və fədakarlıqla həsr edərək yüzlərlə şagirdin həyatında silinməz iz buraxmış nümunəvi bir pedaqoq idi.
O, şagirdlərinə yalnız dərs öyrətməklə kifayətlənməz, onların hər birinə ana mərhəməti, insanlıq və qayğı ilə yanaşardı.
Onun səmimiyyəti, işıqlı təbəssümü, əməksevərliyi və yüksək insani keyfiyyətləri həm kollektivin, həm də şagirdlərin yaddaşında daim yaşayacaq.
Məktəbimiz Gülyaz müəllimənin simasında dəyərli bir müəlliməni, əvəzsiz bir həmkarını itirib.
Allah rəhmət eləsin. Məkanı cənnət olsun.
Ailəsinə, yaxınlarına, həmkarlarına və bütün şagirdlərinə dərin hüznlə başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.![]()











