Azərbaycan Respublikasının təhsil naziri cənab Ceyhun Bayramova
Hörmətli Ceyhun müəllim!
Bu məktubu yazmağa, məni bir vətəndaş kimi, yüzlərlə valideynlərin mənə edilən müraciətləri məcbur edib. Bu müraciətlər onu qöstərir ki, təhsil sistemində problemlər hələ də mövcüddur. Və bu problemlər son illərin problemi deyil, keçmişin problemləridir ki, hələ də həll olunmayıb.
Hörmətli Ceyhun müəllim!
Sözsüz, mən də başa düşürəm ki, son illər təhsil sistemində aparılan islahatlar illərlə yığılan problemləri dərhal həll etməyəcək. Buna vaxt lazımdır. Mən bir dəfə Təhsil Nazirliyinin nəzdində İctimai Şuranın yaradılması ilə bağlı Təhsil Nazirliyə öz təkliflərimi vermişdim. Mən yenədə hesab edirəm ki, bu Şuraya mütəxəssislər, ictimaiyyət nümayəndələri təmsil olunsalar, Sizin tərəfinizdən başlanılan islahatlar, məncə, daha da sürətlənər və öz nəticəsini verər.
Hörmətli Ceyhun müəllim!
Bugün ki təhsil sistemin nəqədər zərərli olduğunu bildirmişim və bu artıq öz mənfi nəticələrini verməyə başlayıb. Bu sistemlə oxuyub, Ali məktəbləri bitirən gənc müəllimlərin demək olar ki əksəriyyəti, özlərinin savad səviyyəsini şübhə altına alır. Belə ki, mənə yüzlərlə şikayətlərin birini Sizə misal çekmək istəyirəm. Onuda qeyd edim ki, bu şikayət məktubu Sizə ünvanlanıb və nəticəsiz qalaraq, mənə müraciət etməyə məcbur olublar.
Şikayət məktubundan:
"Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 169 saylı tam orta məktəbin "2E” sinif şagirdlərinin valideyinləri:
1. Piriyeva Sevinc Hüseyn qızı
2. Qaralova Arzu Abdulbəşirovna
3. Abdullayeva Nəzakət Firdovsi qızı
4. Semakova Nedejda Vitalyevna
5. Əliyeva Yelena Cavad qızı
6. Əlirzayeva Fərəh Arif qızı
7. Qubadova Könül Bəhram qızı
8. Poladova Səbinə Fazil qızı
9. Əhmədova Aysel İlham qızı
10. Həsənli Naidə Tofiq qızı
11. Əlibabayeva Samirə Nadirovna
12. Səfibəyova Ayna Allahqulu qızı
13. Məhəmmədova Səbinə Məhəmmədovna
14. Qurbanova Günay Xaliq qızı
15. Davudova Səbinə Məhəmmədovna
16. Carasova Təranə Fikrət qızı
17. Mehdiyeva Mehriban Abbasqulu qızı
18. Sadıqova Əsli Aqil qızı
19. İsmayılova Viktoriya Serqeyevna
20. Kərimova Tatyana Vitalyevna
21. Cəfərova Ellada Anatolyevna
Məktublar üçün ünvan: Bakı şəhəri,Mehmandarov küçəsi ev 24, mənzil 6.
Ş İ K A Y Ə T
Hörmətli Ceyhun müəllim !
Biz, Sabunçu rayon, Bakixanov qəsəbəsi, 169 saylı tam orta məktəbin 2 E sinif (rus bölməsi) şagirdlərinin valideynləri, nəzərinizə çatdırmaq istəyirik ki, övladlarımıza yeni 2018-2019 tədris ili üçün təyin edilmiş müəllimə Maya Hüseynovanın qeyri peşakar fəaliyyəti və fərdi məsuliyyətindən narazıyıq.
Belə ki, yuxarıda adı qeyd edilmiş müəllimə, təhsil alanların biliklərini artırmaqda heç həvəsli deyil, onların sağlamlıqlarını düşünmədən təhlükəsizliklərinə çox laqeyd yanaşır. Buna misal olaraq bildirmək istəyirik ki, müəllimə sinif lövhəsində səhvlərlə yazılar (misallar) yazır və uşaqlar dəftərlərinə bu yazıları köçürməli olurlar. Həmin səhvlərlə olan yazıları müəllimə yoxlayır və yüksək qiymətlə qiymətləndirir. Bunu təsdiq edən bütün sinifin səhvlərlə dolu və müəllimə tərəfindən yüksək qiymətləndirilmiş 20 sentyabr 2018-ci il tarixli misallarının surətləri ərizəmizə əlavə edilmişdir. "
Baxın, bu müəlliməni özünü yenidən birinci sinifə oxumağa göndərmək lazımdır!!! Bu məktubda qeyd olunan valideyinlər deyirlər ki, dəfələrlə Maya Hüseynovanın haqqında məktəb rəhbərliyinə şikayət ediblər. Maya Hüseynova isə deyir: "Bilirsiz mənim arxamda kim durub. Təhsil Nazirin müavini Məhəbbət Vəliyeva. Siz mənə heçnə edə bilməsiz”.
Şikayət məktubundan:
""Müəllimlərin Etik Davranış Qaydaları” haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiasnın 06 noyabr 2014-cü il tarixli, 1/2 saylı qərarınının 2-ci bəndinə əsasən, müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və tələblərə ciddi şəkildə əməl etməlidir:
- Loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.
- İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir.”
Hörmətli Ceyhun müəllim!
Ümüd edirəm ki, mənim və valideyinlərin Sizə ünvanladığımız müraciəti cavabsız qoymayacaqsiz. İnanıram ki, Siz də bir vətəndaş kimi və ən əsası təhsil naziri kimi gələcək nəslimizin savadlı olmağını istəyirsiz. Bu işdə Sizə daha da iradəli olmağa arzulayıram. Hələ 2008-ci ildə keçirilən prezident seçkilərində, prezidentliyə namizəd kimi, təhsilə aid olan bir neçə təklifim olub. On il keçməsinə baxmayaraq, həmin təkliflər bu gün də öz aktualığını itirməyib. Savadlı nəslin yetişməsi arzusu ilə, təkliflərlə bölüşməyə və İçtimai Şuranın yaradılmasında köməklik etməyə hazır olduğumu bildirirəm.
Hörmətlə, Fuad Əliyev
Azəbaycan Liberal Demokrat Partiyasının sədri
Qeyd:
Valideyinlərin şikayət məktubu və digər sənətlər əlavə olunur
Azərbaycan Respublikası Təhsil Naziri
Cənab Ceyhun Bayramova
Surəti: Bakı şəhəri üzrə Təhsil İdarəsinin Müdiri
Xanım Məhəbbət Vəliyevaya
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,
169 saylı tam orta məktəbin "2E” sinif şagirdlərinin
valideyinləri:
1. Piriyeva Sevinc Hüseyn qızı
2. Qaralova Arzu Abdulbəşirovna
3. Abdullayeva Nəzakət Firdovsi qızı
4. Semakova Nedejda Vitalyevna
5. Əliyeva Yelena Cavad qızı
6. Əlirzayeva Fərəh Arif qızı
7. Qubadova Könül Bəhram qızı
8. Poladova Səbinə Fazil qızı
9. Əhmədova Aysel İlham qızı
10. Həsənli Naidə Tofiq qızı
11. Əlibabayeva Samirə Nadirovna
12. Səfibəyova Ayna Allahqulu qızı
13. Məhəmmədova Səbinə Məhəmmədovna
14. Qurbanova Günay Xaliq qızı
15. Davudova Səbinə Məhəmmədovna
16. Carasova Təranə Fikrət qızı
17. Mehdiyeva Mehriban Abbasqulu qızı
18. Sadıqova Əsli Aqil qızı
19. İsmayılova Viktoriya Serqeyevna
20. Kərimova Tatyana Vitalyevna
21. Cəfərova Ellada Anatolyevna
Məktublar üçün ünvan: Bakı şəhəri,Mehmandarov küçəsi ev 24, mənzil 6.
Ş İ K A Y Ə T
Hörmətli Ceyhun müəllim !
Biz, Sabunçu rayon, Bakixanov qəsəbəsi, 169 saylı tam orta məktəbin 2 E sinif (rus bölməsi) şagirdlərinin valideynləri, nəzərinizə çatdırmaq istəyirik ki, övladlarımıza yeni 2018-2019 tədris ili üçün təyin edilmiş müəllimə Maya Hüseynovanın qeyri peşakar fəaliyyəti və fərdi məsuliyyətindən narazıyıq.
Belə ki, yuxarıda adı qeyd edilmiş müəllimə, təhsil alanların biliklərini artırmaqda heç həvəsli deyil, onların sağlamlıqlarını düşünmədən təhlükəsizliklərinə çox laqeyd yanaşır. Buna misal olaraq bildirmək istəyirik ki, müəllimə sinif lövhəsində səhvlərlə yazılar (misallar) yazır və uşaqlar dəftərlərinə bu yazıları köçürməli olurlar. Həmin səhvlərlə olan yazıları müəllimə yoxlayır və yüksək qiymətlə qiymətləndirir. Bunu təsdiq edən bütün sinifin səhvlərlə dolu və müəllimə tərəfindən yüksək qiymətləndirilmiş 20 sentyabr 2018-ci il tarixli misallarının surətləri ərizəmizə əlavə edilmişdir.
Bundan əlavə 20 sentyabr 2018-ci il tarixində "2E” sinifinin dərsləri günorta saat 12:05-də bitəcəyini bilən vaideyinlər uşaqlarını saat 11:30 dan məktəbin həyətində tam nəzarətsiz gəzişdiklərini müşahidə etmişdirlər. Bu halı dərslərin bitmə vaxtından əvvəl övladlarını qarşılamaq üçün məktəbin həyətində gözləyən valideyinlər təsdiqləyə bilərlər.
Uşaqları vaxtından əvvəl və nəzarətsiz buraxılmalarıı ilə bağlı valideynlər müəlliməyə iradlarını bildirdikdə, sonuncu valideyinlərlə kobudcasına, sayqısız şəkildə rəftar edərək, istənilən yerə şikayət etmələrini tövsiyyə etmişdir. Bununla da, o, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bizim və övladlarımızın hüquqlarımızı pozmuşdur. Bu davranış, məsuliyyətsizlik biz valideyinlər tərəfindən qəbul edilə bilməz və Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə ziddir. Eyni zamanda mərhum Ulu Öndər Heydər Əliyevin şuarında qeyd etdiyi kimi, "Təhsil millətin gələcəyidir”. Heydər Əliyev Azərbaycan Respublikasının təhsil sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. O, bildirmişdir ki, "Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu həssaslığı ulu öndərimiz SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən və ölkəmiz müstəqillik qazandıqdan sonra da göstərmişdir.Bunu onun təhsil sahəsindəki xidmətləri də sübut edir.
Azərbaycan Respublikası Konstitusiasının 24-cü maddəsinin, II-ci bəndində əsasən, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
Konstitusiyanın 42-ci maddəsinin, I-ci bəndinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
II-ci bəndinə əsasən, Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
III-cü bəndinə əsasən, təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
Konstitusiyanın 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
Təhsil Haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
- humanistlik - milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması;
- demokratiklik - təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması;
- bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması;
- millilik və dünyəvilik - milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;
- keyfiyyətlilik - təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;
- səmərəlilik - təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili;
- fasiləsizlik, vəhdətlik, daimilik - mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi;
- varislik - təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti nəslə (dövrə) ötürülməsi;
- liberallaşma - təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;
- inteqrasiya - milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı.
Həmin Qanunun 5-ci maddəsinə əsasən, Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir.
- Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.
- Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir.
Həmin Qanunun 19-cu maddəsinə əsasən, ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir.
- Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.
- Ümumi təhsil müvafiq təhsil proqramları əsasında həyata keçirilir.
- Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir.
- İbtidai təhsilin məqsədi təhsilalanlara oxumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.
- İbtidai təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir.
-Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.
Həmin Qanunun 31-ci maddəsinə əsasən, təhsil prosesinin iştirakçıları aşağıdakılardır:
- Təhsilalanlar - uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, rezidentlər, doktorantlar və başqaları;
- təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, rezidentlərin kuratorları, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşaq birliklərinin rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, təhsil müəssisəsinin kitabxanaçıları, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, sosial müdafiə, səhiyyə və digər orqanların bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri;
- valideynlər və ya digər qanuni nümayəndələr;
- təhsili idarəetmə orqanları və bələdiyyələr;
- təlim-tərbiyə prosesində iştirak edən digər fiziki və hüquqi şəxslər.
Həmin Qanunun 33-cü maddəsinə əsasən, təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir.
- Təhsilverənlərin vəzifələri aşağıdakılardır:
- təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
- təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
- təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
- şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
- pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
- təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;
- uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;
- ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək;
- qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Həmin Qanunun 34-cü maddəsinə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları aşağıdakılardır:
- yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək;
- təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;
- təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək;
- təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;
Həmin Qanunun 45-ci maddəsinə əsasən, bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
"Müəllimlərin Etik Davranış Qaydaları” haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiasnın 06 noyabr 2014-cü il tarixli, 1/2 saylı qərarınının 2-ci bəndinə əsasən, müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və tələblərə ciddi şəkildə əməl etməlidir:
- Qanunun aliliyi – müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur.
- Vicdanlılıq – müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
- Peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməməsinə görə intizam məsuliyyəti daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir.
- Loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.
- Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.
- Qərəzsizlik – müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir.
- İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir.
- Konfidensiallıq - qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir.
Həmin Qərarın 4-cü bəndinə əsasən,
- Müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir.
- Müəllim özünə və təhsilalanlara qarşı tələbkar olmalı, bu tələbkarlıq əsaslı və müsbət xarakter daşımalıdır.
- Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır.
- Müəllim təhsilalanlarda müsbət keyfiyyətlərin formalaşmasına və inkişafına təkan verəcək müasir təlim texnologiyalarından və strategiyalarından istifadə etməlidir.
- Müəllim hər bir təhsilalanın sağlamlığını və rifahını düşünərək, onları zərərli vərdişlərdən çəkindirməlidir.
- Müəllim təhsilalanların fəaliyyəti, nailiyyətləri, bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsində obyektiv və qərəzsiz olmalı, təhsilalanlarda özünə inam hissini möhkəmləndirməli, motivasiyanı yüksəltməlidir. Təhsilalanlara verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız olaraq artırılmasına yol verməməlidir.
- Müəllim təhsilalanlara qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa çalışmalıdır.
- Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir.
- Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
- Müəllim təhsilalanlar tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini qorumalıdır.
- Müəllim öz vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməməlidir.
- Müəllim peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsilalanlardan hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməməlidir.
- Müəllim valideyn və ya digər qanuni nümayəndələrin hüquqlarını bilməli, onlara təhsilalanlarla bağlı tövsiyələr verməli, valideyn və uşaqlar arasında yaranan mübahisə və münaqişələrin həllində yardımçı olmalıdır.
- Müəllim tərəfindən valideynlərin qanunazidd hərəkətlərə sövq edilməsi yolverilməzdir.
- Müəllim valideyn və ya digər qanuni nümayəndələrlə hörmətlə və nəzakətlə davranmalıdır.
- Valideyn və ya digər qanuni nümayəndələrlə münasibətlər təhsilalanlarla münasibətlərə və onların nailiyyətlərinin qiymətləndirilməsinə təsir göstərməməlidir.
- Valideyn və ya digər qanuni nümayəndələr tərəfindən könüllü və qanunvericiliklə qadağan olunmayan üsullarla təhsil müəsissəsinə edilmiş yardım, müəllim - təhsilalan münasibətlərinə və nailiyyətlərin qiymətləndirilməsinə təsir göstərməməlidir.
Həmin Qərarın 6-cı bəndinə əsasən,
- Hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur.
- Müəllimlər tərəfindən etik davranış qaydalarına əməl olunması rəhbər tərəfindən təhlil edilir və qayda pozmuş müəllimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülür.
Qeyd etdiyimiz kimi, müəllimə Maya Hüseynova öz vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirməmiş, təhsilalanlara tələb olunan bilikləri çatdırmamış, şagirdləri vaxtından tez siniflərindən çıxardıb onları həyətə düşürdərək onların həyat və sağlamlıqlarına zərər yetirə biləcək şərait yaratmış, buna irad bildirən bir neçə valideyinlərə qarşı aqressiya göstərərək "HARA İSTƏYİRSİNİZSƏ ŞİKAYƏT EDİN MƏNİM XALAM NAZİR MÜAVİNİDİR MƏNƏ HEÇ KİM HEÇNƏ EDƏ BİLMƏZ” sözlərini ifadə edərək onalar qarşı hörmətsizlik etmişdir.
Odur ki, qeyd olunanları nəzərə alaraq, Sabunçu rayon, Bakixanov qəsəbəsi, 169 saylı tam orta məktəbin 2 E sinif (rus bölməsi) şagirdlərinə yeni təyin olunmuş öz vəzifə səlahiyyətlərini yerinə yetirə bilməyən, təhsilalanların həyat və sağlamlıqları onu maraqlı olmayan, təhsilalanların valideyinlərinə qarşı hörmətsizlik ifadə edən müəllimə Maya Hüseynovanı övladlarımızla ünsiyyətdən uzaqlaşdırmağınızı və əvəzinə öz səlahiyyətlərini layiqincə yerinə yetirən, təcrübəli, peşəkar müəllimə təyin etməyinizi Sizdən artıq dərəcədə xahiş edirik.