BDU-da Məzunlar Şəbəkəsi yaradılır
-Bakı Dövlət Universitetində (BDU) Məzunlar Şəbəkəsinin yaradılmasına başlanılır. AzTehsil.com xəbər verir ki, BDU-dan bildirilib ki, Məzunlar Şəbəkəsi universitetin məzunlarını bir araya gətirmək, onlar arasında əlaqələri gücləndirmək və gələcəkdə birgə əməkdaşlığı təşviq etmək məqsədilə yaradılır. BDU-nun ən böyük uğuru məzunlarının qazandıqları nailiyyətlər, ölkəmizin sosial-iqtisadi inkişafına verdikləri töhfələrdir.![]()








