AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Manşet / Bölgə / Tədbirlər
01 iyul 2025
912

TƏHSİLİN zirvəsindən gələcəyə doğru



_Təhsilin zirvəsindən gələcəyə doğru: SDU-da “Məzun günü”


AzTehsil.com xəbər verir ki, Sumqayıt Dövlət Universiteti (SDU) növbəti məzunlarını yola salır. Arxada qalan illər zəhmətin, ümidin və xəyalların izini daşıyır. Universitet yalnız bilik yox, həm də unudulmaz dostlar, xatirələr bəxş edib. Məzun olmaq ayrılıq kimi görünə bilər, amma bu ayrılıq sabaha aparan yolların başlanğıcıdır.

İyunun 30-da Sumqayıt Dövlət Universitetinin əsas tədris binasının qarşısında 2024/2025-ci tədris ilində bakalavriat və magistratura səviyyələri üzrə təhsillərini başa vuran təhsilalanların “Məzun günü” keçirilib. 

Açıq havada baş tutan tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, magistrantlar, onların valideynləri, əvvəlki illərin məzunları və qonaqlar iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi yad edilib.

 Açılış nitqi ilə çıxış edən universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov iştirakçıları salamlayıb, məzunları “Məzun günü” münasibətilə təbrik edib, onlara gələcək karyera yollarında davamlı inkişaf, yüksək nailiyyətlər, yeni həyat mərhələsində isə uğurlar arzulayıb. Bildirib ki, bugünkü məzunları sadəcə ali məktəbi bitirmiş tələbələr kimi deyil, dövlətimizin inkişafında və cəmiyyətimizin həyatında daha fəal iştirak etmək üçün yüsəkixtisaslı mütəxəssis kimi yola salırıq. “Əziz məzunlar, bu gün sizinlə birlikdə biz də böyük həyəcan içindəyik. Sizdən ayrılmaq bizim üçün asan deyil. Bu illər ərzində universitet ailəsinin bir parçası olaraq həm akademik biliklərlə, həm də fərdi dəyərlərlə zənginləşərək böyük bir yol keçdiniz. İndi isə həyatın növbəti mərhələsinə qədəm qoyursunuz. Siz nə qədər məsuliyyətli və işgüzar olsanız, həyatınız bir o qədər dolğun və mənalı olacaq, cəmiyyət üçün o qədər dəyərli və sevimli olacaqsınız”-deyə Əminağa Sadıqov vurğulayıb. Qeyd edib ki, Məzun günü ölkəmiz üçün olduqca əlamətdar bir dövrə təsadüf edir. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə öz müstəqilliyini tam bərqərar edib və bu gün qürurla demək olar ki, dövlətimiz siyasi, iqtisadi, elmi və mədəni sahələrdə tam müstəqil şəkildə inkişaf etmək gücünə malikdir. Bu reallıq fonunda yüksək ixtisaslı, bilikli və vətənpərvər kadrlara olan ehtiyac daha da artıb. Sizin kimi ali təhsilli gənc mütəxəssislər bu ehtiyacı qarşılamalı, Azərbaycanın sabahına töhfə verəcək əsas qüvvə kimi çıxış etməlidirlər. Bu, sizin üçün həm məsuliyyətli bir çağırış, eyni zamanda böyük bir fürsətdir. Bu gün yola salındığınız ali məktəbdən yalnız diplomla deyil, həm də Vətənə xidmət əzmi ilə ayrılırsınız. Məhz bu, sizin gələcək uğurlarınızın təməlini təşkil edəcək. Hazırda dünyada hərtərəfli və sürətli inkişaf prosesi müşahidə olunur. İstər texnoloji sahədə, istərsə də iqtisadi və sosial sferalarda baş verən köklü dəyişikliklər qlobal reallıqları yenidən formalaşdırır. Bu proseslər siz gənclərə böyük imkanlar yaradır – sürətli inkişaf templərinə uyğun olaraq sizə daha hazırlıqlı, daha çevik və daha müasir düşüncəli şəkildə formalaşmaq fürsəti verilir. Sizdən gözlənilən əsas keyfiyyətlər-məsuliyyət, işgüzarlıq, dürüstlük və əlbəttə ki, vətənpərvərlikdir. Çünki vətənpərvərlik bütün bu dəyərləri özündə birləşdirən ali məfhumdur. Biz arzu edirik ki, sizin uğurlarınızın sədası dünyanın müxtəlif ölkələrindən, eləcə də doğma vətənimizin ən yüksək zirvələrindən eşidilsin. Unutmayın, universitetin nüfuzu və reytinqi təkcə burada çalışan müəllimlərdən və təhsil alan tələbələrdən deyil, eyni zamanda məzunlarımızın həyatda göstərdikləri fəaliyyət və qazandıqları uğurlardan da asılıdır. Sizin nailiyyətləriniz SDU-nun gələcək nüfuzuna birbaşa təsir göstərəcək. Bu gün fəxrlə deyə bilirik ki, siz dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlində yer almış Sumqayıt Dövlət Universitetinin məzunlarısınız. Bu, sizin üçün həm qürur, həm də məsuliyyətdir. Siz sadəcə iş axtaran deyil, yeni imkanlar yaradan, ideyaları ilə fərqlənən, təşəbbüskar məzunlar olmalısınız. Bu şərəfli yolda hər birinizə səmimi qəlbdən uğurlar arzulayıram! Sumqayıt Dövlət Universiteti sizin üçün həmişə doğma ev olacaq, müəllimləriniz uğurlarınıza sevinəcək. Gələcəyiniz parlaq, yolunuz aydın, uğurlarınız davamlı olsun! Bayramınız mübarək, əziz məzunlar! 

Sonra məzunlara təbriklərini çatdıran Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Əlisa Qurbanov və 2001–2005-ci illərdə Sumqayıt Dövlət Universitetinin məzunu Simarə Əsədova gənclərin burada qazandıqları bilik və təcrübə ilə ölkənin gələcəyində aparıcı mövqeyə sahib olacaqlarına inamını ifadə ediblər.

Tədbirdə Tədris-metodiki mərkəzin direktoru, dosent Osman Hacıyev, Filologiya fakültəsinin Dil və ədəbiyyat kafedrasının baş müəllimi Elşad Əliyev çıxış edərək ali təhsil müəssisəsinin son dövrlərdə əldə etdiyi mühüm uğurları və nailiyyətləri diqqətə çatdıraraq, məzunları təbrik edib, onlara uğurlar arzulayıblar. 

Məzunlar adından Riyaziyyat fakültəsinin magistrantı İlahə Abdullazadə, Filologiya fakültəsinin tələbəsi Nicat Paşayev, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Səbinə Mehrəliyeva çıxış edərək Sumqayıt Dövlət Universitetinin məzunu olmaqdan fəxr etdiklərini vurğulayıb, məzun dostlarına xoş arzularını çatdırıblar.

Çıxışlardan sonra yüksək akademik göstəriciləri və fəallığı ilə seçilən məzunlara universitetin rəhbərliyi tərəfindən fəxri fərmanlar təqdim edilib.

Sonra sülhün rəmzi olan ağ göyərçinlər və şarlar havaya buraxılıb.

Tədbir bədii hissə ilə davam edib. Tələbələrin ifasında universitetin marşı səslənib. Ənənəvi “papaqatma” mərasimindən sonra universitetin özfəaliyyət kollektivi ilə yanaşı, tanınmış sənətçilər ifaları ilə məzunları təbrik ediblər.





Həmçinin oxuyun:
Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

"İşıqlı gələcəyə inamla aparan yol"

"İşıqlı gələcəyə inamla aparan yol"

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

Terror və təxribat həmişə Ermənistanın dövlət siyasəti olubdur.

Terror və təxribat həmişə Ermənistanın dövlət siyasəti olubdur.

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

“Vergilər" mövzusunda tələbə və magistrantlar arasında 11-ci olimpiadaya yekun vurulub

“Vergilər" mövzusunda tələbə və magistrantlar arasında 11-ci olimpiadaya yekun vurulub

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

10-cu ibtidai sinfinin məzunlarını görən 65 illik müəllim ömrü

10-cu ibtidai sinfinin məzunlarını görən 65 illik müəllim ömrü

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR