AzTehsil.com
RU


Xəbərlər
11 aprel 2017
3 546


ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi



ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

 

Aprelin 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Ümumi pedaqogika kafedrasının təşkilatçılığı ilə Ulu Öndərin anadan olmasının 94 illiyinə həsr olunmuş "Təhsil, təhsilin təşkili və idarə edilməsinin müasir problemləri: reallıqlar, perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə açan universitetin Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov universitetdə Ümummilli Liderin anadan olunmasının 94 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçiriləciyini, bu mənada Ümumi pedaqogika kafedrasının ilk addım atdığını diqqətə çatdırdı. Natiq Heydər Əliyevin həyat və fəaliyyətinin maraqlı və yaddaqalan məqamlarından-Ulu Öndərin gənclik illəri, Naxçıvanda əmək fəaliyyətinə başladığı, Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı illərdən bəhs etdi. Vurğulandı ki, Heydər Əliyevə qədər heç bir milli kadr Azərbaycanda Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə yüksəlməmişdir. Heydər Əliyevin çalışdığı bütün sahələrdə lider olduğu və lideriliyini sonadak saxladığı qeyd olundu. Ulu Öndərin Azərbaycanda 1969-1982-ci illərdəki yorulmaz fəaliyyətindən bəhs edən natiq Azərbaycanın həm iqtisadiyyat, həm intellektual baxımdan keçdiyi sürətli inkşaf yolundan danışdı. Eyni zamanda Ulu Öndərin təhsilə göstərdiyi qayğıdan, Azərbaycan ziyalılarına, mədəniyyət və incəsənət xadimlərinə olan diqqətindən də ətraflı bəhs edildi. Heydər Əliyev demişdir: "Millətin böyüklüyü onun sayı ilə yox, intellektual potensialının gücü ilə ölçülür”. Heydər Əliyev daim intellektual potensialın inkişafına diqqət göstərmiş, xeyli azərbaycanlı gəncin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaratmışdır. 
 
Heydər Əliyevin ideyalarını Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Natiq bir məqamı da diqqətə çatdırdı ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”na əsasən 4 minə qədər gənc Azərbaycandan kənarda dövlət hesabına təhsil almağa göndərilmişdir.
 

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

 

Sonda natiq belə tədbirlərin keçirilməsini təqdirəlayiq hesab etdiyini bildirdi, konfransın işinə uğurlar arzuladı və bir daha vurğuladı ki, Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, onum doğum günü hər il qeyd edilməlidir, edilir və gələcəkdə də qeyd ediləcəkdir. Azərbaycan xalqı durduqca Heydər Əliyevin xatirəsi daim yad ediləcək, adı həmişə yüksəkdə olacaqdır. Asəf müəllim konfransın materiallarının artıq çap olunduğunu yüksək qiymətləndirdi. Magistrantlar tərəfindən təqdim edilmiş məqalələrin aktuallığını diqqətə çatdırdı və gələcəkdə daha önəmli elmi problemlərin tədqiq olunmasını arzuladı. 
 
Ümumi pedaqogika kafedrasının müdiri, professor İramin İsayev "Heydər Əliyevin təhsil strategiyası: reallıqlar, perspektivlər” mövzusunda çıxış etdi. Məruzəçi vurğuladı ki, xalqımızın böyük oğlu Heydər Əliyevin milli-mənəvi dəyərlər ruhunda tərbiyə konsepsiyasında aparıcı keyfiyyətlərdən biri vətənprvərlikdir. Ana dilinə məhəbbət hissinin aşılanmasını isə bunun mühüm təzahürü hesab edən Heydər Əliyev xalqın inkişaf edib formalaşmasında, varlığını sübüt edib digər millətlər arasında özünə mövqe qazanmasında dilin rolunu qiymətləndirməklə ona böyük siyasi əhəmiyyət verirdi. Müstəqil Azərbaycanın milli sərvəti olan ana dilini qoruyub inkişaf etdirmək hər bir adi vətəndaşın, siyasətçinin, alimin Vətənə, millətə olan məhəbbətini – vətənpərvərliyini ifadə etdiyi qeyd olundu. Ulu Öndərin bu müqəddəs hissin daşıyıcısı olduğu diqqətə çatdırıldı. Bununla yanaşı, vurğulandı ki, Ulu öndər Heydər Əliyevin təhsil konsepsiyası onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məruzəçi "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan, dövlət başçımız İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ”ndan da bəhs etdi. 
 

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

 

"Menecment” ixtisası üzrə magistrant Günay Seyidova "Heydər Əliyev: multikultural dəyərlər müasirlik müstəvisində” mövzusunda məruzə etdi. Məruzəçi multikulturalizm, multikultural dəyərlərin son vaxtlar tez-tez müraciət olunan mövzulardan biri olduğunu diqqətə çatdırdı. Multikulturalizm sosial mədəni davranışın və müvafiq siyasi strategiyanın modeli kimi də nəzərdən keçirilir və xalqlarda dini tolerantlılığı yaradır. 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili” elan olunduğu vurğulandı. Multikultural dəyərlər barədə ətraflı şərh edən məruzəçi sonda ona verilən sualları cavablandırdı.
 
"Menecment” ixtisası üzrə magistrant Sevinc Məmmədova "Heydər Əliyevin gender siyasəti və onun inkişaf istiqamətləri mövzusunda” maraqlı məruzə etdi. Azərbaycan tarixində qadın probleminin və gender məsələlərinin dövlət səviyyəsinə qaldırılmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladı. Qeyd olundu ki, Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə qadın siyasətinin təməl prinsiplərini müəyyən etmiş, onların cəmiyyətdə daha real mövqe tutmaları üçün əlindən gələni etmişdir. Gender siyasətinin həyata keçirilməsi məqsədilə Heydər Əliyev1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaratmıdır. Komitənin əsas məqsədinin qadınların hüquqlarının qorunması və ölkəmizin sosial-siyasi həyatında onların iştirakının artırılması olduğu vurğulandı. Məruzəçi dövlət qurumlarında çalışan qadınların sayı ilə bağlı araşdırma aparmış, işgüzar qadınların sayının ötən illərə nisbətən xeyli artdığını göstərən statistik məlumatı diqqətə çatdırdı. 
 

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

 

Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov öz çıxışında Ulu Öndərin zəngin irsinin öyrənilməsinin gələcək nəsillər üçün olan böyük əhəmiyyətindən söhbət açdı. Məruzəçi Heydər Əliyevin hakimiyyətdə olduğu birinci dövr – sövet dövründən bəhs etdi, maraqlı faktları diqqətə çatdırdı. Heydər Əliyevin keçmiş ittifaqda üç rəhbərin dəyişdiyi çətin bir dövrdə fəaliyyət göstərməsi, hər zaman daim öndə dayanan sima olduğunu vurğuladı. Şahin Pənahov belə tədbirlərin mütəmadi olaraq keçirilməsini tövsiyə etdi, konfransın işinə uğurlar arzuladı.
 
Sonda konfransın təşkilinə görə Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahova, Ümumi pedaqogika kafedrasının əməkdaşlarına təşəkkür edildi. Konfrans "Pedaqogikanın nəzəriyyəsi və tarixi”, "Menecment” adlı 2 bölmədə öz işini davam etdirdi.
 

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi




Загрузка...