AzTehsil.com


Xəbərlər
15 may 2017
3 094


“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”



“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”

 

"Universitetdə illik təhsil haqlarının aşağı salınması barədə qərar gələcək tələbələr üçün keyfiyyətli təhsilin daha əlçatan olması baxımından çox əhəmiyyətlidir”
 
İnnovativ layihələri ilə seçilən Qərb Universiteti istər akademik, istərsə də infrastruktur bazasını möhkəmləndirir və bu təhsil ocağının yeniliklərə açıq olduğu artıq təsdiqlənib.
 
Universitetdə hansı işlərin aparıldığı, tələbələri hansı yeniliklərin gözlədiyi barədə Universitetin yeni rektoru, elmlər doktoru Andris Leitasın müsahibəsi:
 
- Qərb Universiteti ölkənin ilk özəl universitetlərindən biridir. İllər ərzində universitetin keçdiyi yol barədə artıq xeyli məlumatınız var. Universitetin keçmişini necə xarakterizə edərdiz, nə kimi nailiyyətlər əldə edilib?
 
- Hər şeydən öncə onu deməliyəm ki, Qərb Universiteti üçün yenilənmə, yeni dövrün çağırışlarına doğru irəliləmək bütün dövrlərdə prioritet olub. Ümumiyyətlə, təhsil sistemi real praktikanı qabaqlamalıdır. Məhz bu yanaşmanın nəticəsidir ki, Qərb Universiteti daim yeniliklərlə seçilib, bir çox istiqamətlər üzrə flaqman kimi çıxış edib.

Qərb Universiteti UNESCO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, Qara Dəniz Ölkələri Universitetlər Şəbəkəsinin, Beynəlxalq İnzibati Elmlər İnstitutunun və "Atlas” Beynəlxalq Turizm Assosiasiyasının üzvüdür və dünyanın bir çox nüfuzlu təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. 
Bu günə qədər universitet çoxlu sayda beynəlxalq layihələrdə iştirak edib və akademik proqramlarını təkmilləşdirib.

Universitet akademik çevrədə böyük nüfuza malikdir və bakalavr pilləsi ilə yanaşı magistr və doktorantura səviyyəsində də çox spektrli tədris proqramı təqdim edir.

Bu gün bu proses bir qədər diversifikasiya edilib, yeni-yeni əməkdaşlıq platformalarına çıxış əldə olunub. Başlıca məqsədimiz təhsilin yeni tələblərə uyğun formalaşdırılması və bugünkü iş bazarına uyğun kadrların yetişdirilməsindən ibarətdir.
 
- Universitetin təhsil keyfiyyətini onun məzunlarının karyera uğurları göstərir. Aydın məsələdir ki, məşğulluq bu gün dünyanın bütün ölkələrini narahat edən problemdir. Sizcə Qərb Universitetini bitirən gənclər öz karyeralarında nə qədər uğurlar əldə edə bilirlər və bu uğurların əsasında nələr dayanır?
 
- Yüksək nizam-intazam, şəffaf təhsil sistemi və obyektiv qiymətləndirmə ilə yanaşı, xarici dillərin yüksək səviyyədə tədrisini qeyd etməliyəm. Prioritetlərimizdən biri odur ki, tələbələrimiz ən azı üç xarici dili yüksək səviyyədə mənimsəsinlər. Bu, onlara müxtəlif elm sahələri ilə bağlı xarici dillərdə olan ədəbiyyatlarla tanış olmağa, daha geniş spektrdə bilik və bacarıqları mənimsəməyə imkan yaradır.

Universitetin siyasəti ondan ibarətdir ki, milli iqtisadiyyatın tələb etdiyi peşəkar mütəxəssislər hazırlasın. Bunu uğurla həyata keçirmək üçün biz əmək bazarını diqqətlə təhlil edirik və təlim proqramlarımızı tələblərə uyğunlaşdırırıq.

Qeyd edim ki, universitetin tələbələri haqqında hərtərəfli məlumat İnformasiya Bazasına toplanır və hər il yeni qəbul olunan tələbələr haqqında məlumatlar yenilənir. Bu 1999-cu ildən fəaliyyət göstərən Tələbə Xidməti Mərkəzi tərəfindən edilir.

Mərkəzin əsas missiyası tələbələrin intellektual və mədəni inkişafı və peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi üçün layihələr həyata keçirməkdən və universitetin çoxsaylı məzunları ilə daim əlaqə saxlamaqdan ibarətdir. Mərkəz tələbə və məzunlara ixtisaslarına uyğun iş yerləri əldə etməkdə yardım edir. Mərkəzin təşəbbüsü ilə tez-tez təşkilatların, şirkətlərin, xarici ölkələrin nümayəndələri ilə tələbələrin görüşləri keçirilir, müxtəlif sahələrə dair təlimlər, treyninq və seminarlar təşkil olunur. Yarandığı gündən bəri Mərkəz yüzlərlə məzun və tələbəyə işə düzəlməkdə yardımçı olmuşdur.

Universitetimiz istehsalat təcrübəsinin ən yüksək səviyyədə təşkili üçün tədbirlər də görür. Tələbələrin Milli Məclis, bir sıra nazirlik və komitələrdə, AMEA-nın institutlarında, aparıcı banklarda və digər tanınmış şirkətlərdə təcrübə keçmələrini təmin edir.

Universitetin karyeralarında çox böyük nailiyyətlər əldə etmiş xeyli sayda məzunu var. Onlar Azərbaycanda, eləcə də beynəlxalq qurumlarda mühüm vəzifələr tuturlar. Məsələn, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, ADA Universitetinin prorektoru, BP-in Houston ofisində aparıcı hüquq müşaviri, AZAL-ın Parisdəki nümayəndəliyinin rəhbəri, "Microsoft” şirkətinin baş meneceri, Azərbaycan-Amerika Şurasının direktorlar şurasının üzvü və Texas ştatında bu təşkilatın vitse-prezidenti kimi karyerasında uğur qazanmış çox sayda gənc məhz Qərb Universitetinin məzunudur.

Universitetin təhsil proqramları ABŞ və Avropanın aparıcı tədris ocaqlarının mütəxəssisləri ilə birgə işlənib hazırlanıb. Bu proqramlar daimi olaraq yenilənir və yeni dövrün çağırışlarına uyğunlaşdırılır. Nüfuzlu xarici universitetlərdən mütəxəssislər mühazirələr üçün mütəmadi olaraq universitetimizə dəvət olunur.
 
- Ümumilikdə, universitetin beynəlxalq portnyorluq əlaqələri hansı səviyyədədir?
 
- Hazırda Qərb Universitetinin beynəlxalq şəbəkəsi Koventri, Suonsi, Lodz, Tomas Bata, İndiana, Kanzas, Notinqem Trent və Kent Universitetləri, həmçinin Saloniki ATEİ, Viana do Castelo Politexnik İnstitutu və 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Universitetin beynəlxalq fəaliyyətinə birgə və ya ikitərəfli əməkdaşlıq sahəsində magistr kursları, müqavilələrin artikulyasiyası və inkişafı, Erasmus - tələbə mübadilə proqramı və akademik mobillik daxildir.

Biz daim səmərəli və davamlı əməkdaşlıq üçün yeni partnyorlar axtarışındayıq. Belə qlobal yanaşma tələbə-müəllim heyətimizə elmi bacarıqlarını inkişaf etdirmək, beynəlxalq təcrübə ilə təmin olunmaq imkanları yaradır.

Qərb Universiteti Avropanın nüfuzlu universitetləri ilə birgə həyata keçirdiyi tərəfdaşlıq layihələri çərçivəsində ikili diplomlar da təqdim edir. Belə ki, Universitet 2015-ci ildən Böyük Britaniyanın "Koventri”, 2016-cı ildən bu ölkənin Sinqapurda yerləşən "London Biznes və Maliyyə Məktəbi”, İsveçrədə yerləşən Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS), Çexiyanın "Newton College” Universitetilə birlikdə ikili diplom layihələrini həyata keçirir. Yəni tələbə təhsilin bir hissəsini Qərb Universitetində, bir hissəsini isə tərəfdaş universitetdə almaqla bir təhsil müddətinin sonunda iki diplom əldə edir.

Eyni zamanda Avropanın bir sıra ölkələrində yay məktəbləri, müxtəlif kurslar və qısamüddətli proqramlar təşkil olunur ki, bütün bunlar da tələbələrimizə xarici dilləri daha yaxşı səviyyədə mənimsəmək, dünya görüşlərini artırmaq baxımından yeni imkanlar açır
 
- Səhv etmirəmsə, universitet yeni istqamətlər üzrə də kadrlar hazırlayacaq. Söhbət hansı yeni ixtisaslardan gedir?
 
- Bəli, ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq yeni ixtisaslar üzrə kadrların hazırlığı indiki dövrün çağırışı kimi qarşımızda durur. Məhz növbəti tədris ilindən etibarən universitetimizdə yeni ixtisaslar üzrə kadr hazırlığına başlanacaq. Konkret olaraq deyim ki, bakalavr səviyyəsi üzrə "İstehlak mallarının ekspertizası və marketinqi”, "Meşəçilik”, "Yer quruluşu”, "Torpaq və şəhər kadastrı”, "Memarlıq”, "Dövlət və bələdiyyə idarəetməsi”, "Mühasibat uçotu və audit”, "Sənayenin təşkili və idarə olunması”, "Tarix”, "Fəlsəfə” ixtisasları üzrə növbəti tədris ili üçün qəbul aparılacaq.

Universitetdə mühəndislik istiqaməti üzrə də yeni ixtisaslara qəbul elan edilib. Belə ki, növbəti tədris ilindən etibarən "Mexanika mühəndisliyi”, "Ekologiya mühəndisliyi”, "Mühəndis sistemləri və qurğularının tikintisi mühəndisliyi”, "Cihazqayırma mühəndisliyi”, "Elektronika, telekomunikasiya və radiotexnika mühəndisliyi”, "Mexatronika və robototexnika mühəndisliyi”, "Poliqrafiya mühəndisliyi”, "Sistem mühəndisliyi” və s. ixtisaslaşmalar üzrə də tədris aparılacaq.

Magistratura səviyyəsi üzrə də yeni ixtisaslar yaradılıb. Növbəti tədris ilindən başlayaraq digər istiqamətlərlə yanaşı "Psixologiya” və "Ekologiya” ixtisaları üzrə magistr təhsili almaq istəyənlər də Qərb Universitetini seçə bilərlər.
 
- Bildiyimizə görə universitetdə müasir laboratoriyaların qurulması istiqamətində işlər aparılır.
 
- Bəli, müasir laboratoriyalar bu günün tələbidir. Qərb Universiteti də bu istiqamətdə yenilənməni, maddi-texniki bazanın möhkəmləndirilməsini daim diqqətdə saxlayır. Xüsusilə mühəndislik istiqamətləri üzrə ixtisaslarla bağlı müasir standartlara cavab verən laboratoriyaların formalaşdırılmasına başlanılıb və bu laboratoriyaların təşkilinə bu sahədə böyük təcrübəsi olan ABŞ və Avropa şirkətləri cəlb edilib. Mexatronika və robototexnika mühəndisliyi, maşınqayırma, həmçinin meşəçilik, ağac emalının texnologiyası ixtisasları üzrə də laboratoriyaların təşkilinə start verilib. Xüsusilə qeyd edim ki, ağac emalı ilə bağlı əldə olunacaq qurğular ölkədə ilk dəfə Qərb Universitetində tətbiq olunacaq.

Yaxın vaxtlarda universitetdə genetik analizlərin aparılmasına imkan verən laboratoriyanın qurulması məqsədilə cihaz və qurğuların alınması üçün müvafiq xarici şirkətlərlə danışıqlar müsbət nəticələnib.

Ekologiya mühəndisliyi sahəsi üzrə qurulmaqda olan laboratoriyanı da xüsusilə vurğulamaq istərdim. Burada aparılacaq bir sıra proseslər ölkə üzrə ilk dəfə Qərb Universitetində reallaşdırılacaq.
 
- Bu yaxınlarda Qərb Universitetinin yeni imtahan modelinə keçidi barədə məlumatın maraqla qarşılandığını deyə bilərik. Mümkünsə, bir qədər bu barədə.
 
- Bəli, bu yenilik artıq həyata keçirilməyə başlanılıb. Artıq universitetdə təhsil alan tələbələr bundan sonra imtahan modelini özü müəyyən edə biləcək. Dəyişikliyə əsasən tələbələr semestr boyu keçdikləri fənlər üzrə, müvafiq kursun formatına uyğun olaraq təklif olunan imtahan modellərindən birini seçərək imtahan vermək şansı əldə edəcəklər. Mövcud imtahan formaları ilə yanaşı (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar), yeni imtahan modellərinə "Açıq kitab”, "Təqdimat”, "Keys həlli” kimi beynəlxalq akademik səviyyədə tətbiq olunan üsullar daxildir. Bu üsullar tələbələrə yalnız nəzəri deyil, praktik biliklərin də mənimsəməyə imkan verir.

Əlavə edək ki, bir müddət öncə edilmiş dəyişikliyə əsasən tələbələrin biliklərinin qiymətləndirilməsində Qərb Universiteti daha bir yeniliyə imza atmışdı. Belə ki, hər hansı bir fənn üzrə imtahandan müvəffəq nəticə göstərməmiş tələbələr üçün tamamilə ödənişsiz əsaslarla intensiv kurslar və konsultasiya saatları təşkil olunur.
 
- Zəngin kitabxana tədrisin keyfiyyətinə təsir edən amillərdəndir. Bəs Qərb Universitetinin kitabxana fondu nə qədər zəngindir?
 
- Hazırda universitetin kitabxanası 55.000-dən çox ədəbiyyat, 500-dən çox mikroforma və informasiyanın başqa mənbələri ilə ölkədə ən zəngin kitabxanalardan biridir. Kitabxanada təkcə ingilis dilində 16 000-dən çox ədəbiyyat mövcuddur. Belə ki, universitetdə BMT-nin Sosial İnkişaf üçün Tədqiqat İnstitutunun (UNRISD), BMT-nin Ümumdünya Turizm Təşkilatının, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanaları yaradılıb. Universitetin kitabxana fondunun zənginləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi, müasirləşdirilməsi istiqamətində ardıcıl işlər aparılır. Hazırda onlarla nüfuzlu beynəlxalq təşkilatdan kitabxana fonduna ədəbiyyatlar daxil olur.

Eyni zamanda dünyanın aparıcı nəşriyyatlarının elmi və informasiya resurslarının ən böyük aqreqatoru olan EBSCO şirkəti ilə bu yaxınlarda əməkdaşlıq əlaqələri qurulub, bu əməkdaşlıq nəticəsində universitetin professor-müəllim heyəti, tələbələri müxtəlif sahələrlə bağlı mövcud ədəbiyyatlarla, eləcə də yeni çap olunan kitablarla tanış olmaq imkanlarını genişləndirəcəklər.
 
moderator.az



Загрузка...
Həmçinin oxuyun:
Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

Qərb Universitetində müasir laboratoriyalar qurulur

Qərb Universitetində müasir laboratoriyalar qurulur

Qərb Universitetindən daha bir yenilik: Tələbə imtahan formasını özü seçəcək

Qərb Universitetindən daha bir yenilik: Tələbə imtahan formasını özü seçəcək

Qərb Universiteti bu aktual istiqamət üzrə də kadr hazırlayacaq

Qərb Universiteti bu aktual istiqamət üzrə də kadr hazırlayacaq

Qərb Universitetinin Karyera Mərkəzi tələbələrə uğurlu karyera qurmaqda kömək edir

Qərb Universitetinin Karyera Mərkəzi tələbələrə uğurlu karyera qurmaqda kömək edir

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

Tanınmış yazıçı Varis Yolçiyev Qərb Universitetin filoloq tələbələrinə seminar keçib

Tanınmış yazıçı Varis Yolçiyev Qərb Universitetin filoloq tələbələrinə seminar keçib

Qərb Universitetindən yeni imtahan modeli: tələbələr üçün əhəmiyyətli dəstək

Qərb Universitetindən yeni imtahan modeli: tələbələr üçün əhəmiyyətli dəstək

Qərb Universitetinin tələbələri üçün iş imkanı

Qərb Universitetinin tələbələri üçün iş imkanı

Qərb Universiteti illik təhsil haqlarını aşağı saldı

Qərb Universiteti illik təhsil haqlarını aşağı saldı

Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

Qərb Universitetinin Kolleci qəbul elan edir

Qərb Universitetinin Kolleci qəbul elan edir

Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu

Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu

Qərb Universitetində “İdarəetmə etikası” mövzusunda seminar keçirildi

Qərb Universitetində “İdarəetmə etikası” mövzusunda seminar keçirildi

Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb

Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

Qərb Universitetinin tələbələri məşhur proqram və oyunları Azərbaycan dilinə çevirəcək

Qərb Universitetinin tələbələri məşhur proqram və oyunları Azərbaycan dilinə çevirəcək

Qərb Universitetinin tələbələri cəbhə bölgəsində əsgərlərlə birgə

Qərb Universitetinin tələbələri cəbhə bölgəsində əsgərlərlə birgə

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

Qərb Universiteti idman klubu ölkə cempionatının qaliblərindən oldu

Qərb Universiteti idman klubu ölkə cempionatının qaliblərindən oldu

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində