230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.
21 oktyabr tarixində Bakı şəhəri Fuad Fərhadoğlu adına 230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elşən Qafarov qonaqları salamlayaraq cəmiyyətimizdə zəif də olsa, artan dinamika ilə inkişaf edən narkomaniya və digər zərərli vərdişlərin sosial bəlaya gətirib çıxartdığını , bu tip maarifləndirici tədbirlərin yeniyetmələrin təlim-tərbiyəsində xüsusi əhəmiyyəti olduğunu qey etdi.
Xəzər RPİ-nin rəisi polis palkovniki Azər Muradov məruzəsində narkomaniyaya qarşı ölkə səviyyəsində ,eləcə də rayon səviyyəsində aparılan kompleks tədbirlərdən danışdı.Daha sonra Xəzər rayonunun 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş narkoloqu Zakir Cabbarov psxatrop maddələrin insan orqanizminə dağıdıcı təsirindən və bu bəlaya tutulmuş insanların müalicə yollarından məlumat verdi.
Polis Akademiyasının müəllimi polis baş leytenantı Fərhad Həsənzadə narkamaniyanın ictimai fəsadlarından , narkomaniyaya qarşı qəbul edilmiş qanunlardan danışdı.Xəzər RPİ-nin rəis müavini polis palkovniki İsmayıl Qasımov ayrı -ayrı cinayət hadisələrinin statistikasını açıqlayaraq ,bu cinayət hadisələrinin böyük bir hissəsinin narkomaniyaya yoluxmuş insanlar tərəfindən törədilməsinə , onların arasında yeniyetmələrin də olmasına diqqəti yönəltdi. Tədbir daha sonra şagirdlərin qonaqlara verdiyi çoxsaylı suaaları iulə davam etdi. Tədbirin sonunda məktəbin müəllimləri Hüseyn Məmmədov və Əsayə Ağayev qonaqlara və məktəb rəhbərliyinə belə maarifləndirici tədbirləri təşkil etdiklərinə görə təşəkkür etdilər.Tədbirdə Xəzər RPİ-nin I Polis bölməsinin rəisi palkovnik-leytenant Murad Hüseynov,Xəzər rayonu Polis İdarəsinin Veteranlar Şurasının sədri Vaqif Şahbazov və digər qonaqlar da iştirak edirdilər.