AzTehsil.com


Xəbərlər
12 iyul 2016
5 540


ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib



 

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iyul ayının 11-də keçirilən iclasının gündəliyinə aşağıdakı məsələlər daxil idi: ADPU-nun İnkişaf Strategiyası, ADPU-nun 2015-ci ildə keçirilən akkreditasiyasının nəticələri; Azərbaycan Respublikası Təhsil Nazirinin 24.05.2016-cı il tarixli 355 saylı əmri ilə bağlı qarşıda duran vəzifələr. 
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Elmi Şuranın iclasında ADPU-nun İnkişaf Strategiyası haqqında çıxış edib. Rektor Cəfər Cəfərov bildirib ki, müasir dövrdə bilgi artıq hamı üçün ortaq payda və demək olar ki, hamı üçün asanlıqla əlçatan olmuşdur. Çünki bilgi sürətlə yaradılaraq dünyanın hər yerinə hamının əldə edə biləcəyi şəkildə paylaşılır, müzakirə edilir və inkişaf etdirilir.
Artıq dəyişməyən doğru bilgi anlayışı yoxdur. Bu gün üçün ən doğru olan bilgi dünyada baş verən sürətli dəyişikliklər, yeniliklər və inkişaf nəticəsində sürətlə öz etibarlılığını və ya doğruluğunu itirərək yeni xüsusiyyətlər əldə edir. Bu gün hər hansı bir bilgiyə sahib olmaq və onu əldə saxlamaq öz nisbi əhəmiyyətini itirmişdir. Çünki istəyən hər bir şəxs informasiya və kommunikasiya texnologiyalarının köməyi ilə çox rahat bir şəkildə bilginin mənbəyinə çataraq onu rahatlıqla əldə edə bilir. 
Yaşadığımız bu dövrdə bilgiyə sahib olmaq və onu bir sonrakı nəsilə ötürmək əsasında qurulmuş təhsil sisteminin müasir dünyanın ehtiyacı olan müasir insan modelini yaratmaq üçün kifayət etməyəcəyi şübhə doğurmur.
Müasir insanı yetişdirmək üçün yeni bir təhsil modelinə ehtiyac olduğu artıq günümüzün ən aktual probleminə çevrilmişdir. Müasir təhsilin hədəfi, problemləri həlletmə bacarığına sahib, bilgini əldə etmənin yollarını bilən, analitik düşüncə qabiliyyəti olan, daim yeni bilginin əldə edilməsinin əhəmiyyətini bilən və buna nail olmağa çalışan mütəxəssislər yetişdirməkdir. Bu gün tələbələrə qrup çalışmasını öyrətmək və onları aktiv şəkildə öyrətmə prosesinə daxil etmək günümüzün zərurətinə və ən vacib işinə çevrilmişdir.
Bu hədəflərə nail olmaq üçün isə müasir dövrdə müəllimlik peşəsinə yiyələnəcək kadrların təhsillərinin bu ehtiyaclara cavab verə biləcək şəkildə yenidən təşkil edilməsi lazımdır.
Son illərdə ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Təhsilin normativ-hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir.
Bu gün ölkəmizdə təhsil sahəsində islahatlar sürətlə həyata keçirilməklə, "müasir müəllim kimliyi” formalaşdırılmağa çalışılaraq bir vaxtlar böyük nüfuzu olan müəllim peşəsinə olan inamın və etibarın yüksəldilməsi üçün müasir dövrün tələblərinə uyğun bilik və bacarığa sahib müəllimlərin yetişdirilməsi istiqamətində işlər həyata keçirilir. Bu məqsədlə də şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi üçün ali pedaqoji təhsilin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Ölkəmizdə insan kapitalının inkişafı, məhz təhsil alan şəxslərin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi yolu ilə mümkün ola biləcəkdir.
Heç təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ilə bağlı 2013-cü il oktyabrın 24-də imzaladığı Sərəncamda müəllimlərin nüfuzunun artırılması ilə bağlı maraqlı məqamlar da yer alıb. Qeyd olunan sənəddə:
"Səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün genişmiqyaslı tədbirləri nəzərdə tutulur. 
Müəllim amili təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur. Bilik və bacarıqlarını davamlı artıran müəllimlər təhsilalanların nailiyyətlərinə əlavə töhfə verirlər.
Bundan başqa, müasir dövrdə təhsilin iqtisadi həyatda rolu əhəmiyyətli dərəcədə artmışdır. Müasir dövrün təhsili fərdin gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri yerinə yetirməlidir. İnsanın ömür boyu təhsil almaq zərurətinin və tələbatının ödənilməsi isə təhsilin həyatda rolunu yüksəldən amillərdən ən mühümüdür. Çünki sürətli texnoloji tərəqqi bilik və bacarıqların müntəzəm yenilənməsini tələb edir. Bu isə yeni və daha münasib ixtisasa yiyələnməyə və səriştənin inkişafına tələbatı artırır” kimi mühüm məqamlar öz əksini tapıb. Strategiyada keyfiyyətin artirilması, pedaqoji heyətin gücləndirilməsi, idarəetmə mexanizminin təkmillləşdirilməsi, ömürboyu təhsili təmin edən Universitet infrastrukturunun yaradılması, yeni maliyyəşmə mexanizminin yaradılması məsələləri vacib məsələ kimi irəli sürülür.
Bu mənada müasir dövrün tələblərinə uyğun olaraq məsuliyyət sahibi olan cəmiyyət üzvlərinin (insanların) yetişdirilməsi müəllim peşəsinin hazırlanması ilə birbaşa bağlıdır. Bu səbəbdən də müasir dövrdə müəllimlik peşəsinə sahib kadrların hazırlanmasının hədəfləri və məzmunu diqqətlə təkrar gözdən keçirilməlidir. Bu günün tələbələri olan gələcək müəllimlərin gələcəkdə dərs keçdikləri sinifdə qarşılarına çıxa biləcək həqiqətlərə və reallıqlara uyğun hazırlanmaları bu sahədəki kadr hazırlığında ən əsas strateji nöqtəni təşkil edir.
Çünki müəllimlik fəaliyyəti (və ya öyrətmə fəaliyyəti), müəllimin sinifdə qarşısına çıxan müxtəlif xarakterli şagirdlərin olması kimi çeşidli problemlərin çox sıx rastlanıldığı bir prosesdir. Müəllimdən tələb olunan təkcə bilgini ötürmək və öyrətmək deyil, eyni zamanda bu prosesdə qarşıya çıxa biləcək müxtəlif problemlərin öhdəsindən gələ bilmək bacarığıdır. Bu bacarıqların əskikliyi isə zamanla hər hansı bir müəllimin performansına, məhsuldarlığına və yaradıcılığına mənfi təsir göstərəcək, fəaliyyətinin effektivliyini azaldacaq, onun motivasiyasını zədələyərək onda özünə qarşı inama ciddi şəkildə zərər vura biləcəkdir. Bu mənada müasir müəllimdən gözlənilməyən vəziyyətlərdə düzgün qərar vermə bacarığı və biliyi tələb olunur.
Texnoloji inkişafa paralel olaraq insanların arzu və ehtiyacları da sürətlə dəyişir. Müasir dövrün valideynləri övladlarının gələcəyin tələblərinə uyğun yetişdirilməsi üçün yeni yollar və formullar axtarırlar. Yeni minilliyin nəsli olaraq xarakterizə edilən və İnternetlə, kompüterlə, planşetlə və "ağıllı telefonlarla” doğulan uşaqları öyrətmək və tərbiyə etmək sözün həqiqi mənasında çox çətindir və bu işin öhdəsindən gələ biləcək müəllim kadrlarının hazırlanması bu sahədə fəaliyyət göstərən təhsil müəssisələri qarşısında tamamilə yeni tələblər qoyur. Məktəbdə "əti sənin, sümüyü mənim" anlayışı çox gerilərdə qalmışdır. Müəllimin yazı taxtası başında, əlində təbaşirlə dərs danışdığı siniflərin yerini, tələbələrin mərkəzdə olduğu, edərək, yaşayaraq öyrənmənin önə çıxdığı yeni təhsil mühitləri almışdır. İnkişaf etmiş ölkələrin bütün təhsil modellərində də, ilk növbədə müəllimin rolu müzakirə edilir. Hər şeyi bilən, məlumat ötürücü aparat kimi fəaliyyət göstərən istiqamətverici müəllimin yerini yol göstərən müəllim almışdır. Fərdi çalışan, sinif şəraitində dinləyici rolunda olan şagird anlayışı artıq tərk edilmişdir. Sinifdən kənar vasitələrdən istifadə edilərək, öyrənmə daha cəlbedici hala gəlmişdir. Aktiv, qrup çalışmasını bacaran, mühakimə qabiliyyəti yüksək olan yeni şagird nəsli formalaşmışdır. Qeyd olunanlarla yanaşı, ölkəmizdə pedaqoji təhsilin inkişaf etdirilməsi, müasirləşdirilməsi, dünyada baş verən dəyişikliklərə və yeniliklərə uyğun yenidən qurulması və müasir dövrün tələblərinə cavab verməsi istiqamətində yeni addımların atılmasına və pedaqoji təhsilin keyfiyyət göstəricilərinin dünya standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır. 
Qeyd olunanlar nəzərə alındığında bu gün Azərbaycanda pedaqoji kadrların hazırlanması sahəsində xüsusi çəkiyə sahib olan ADPU-nun üzərinə inanılmaz dərəcədə çox böyük öhdəliklər düşür. Bu hədəflərə nail olmaq üçün müəllimlər yetişdirən bir ali məktəb olaraq ADPU-dan cəmiyyətin və dövlətimizin haqlı gözləntiləri çoxdur. Bunun üçün də ADPU-da təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün universitetin fəaliyyətinin yenidən qurulması, bu sahədə dünya ölkələrinin qabaqcıl təcrübələrinin tətbiq edilməsi günün tələbi kimi özünü göstərir və bu həm də ölkəmizdə müəllim peşəsinin nüfuzunun artırılması baxımından da zəruridir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq ADPU-nun fəaliyyətinin yenidən qurulması və universitetin planlı şəkildə inkişaf etdirilməsi üçün aşağıda qeyd edilən birsıra strateji hədəflərin və tədbirlərin həyata keçirilməsi zəruridir.
1) ADPU-da fəaliyyətinin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik idarəetmə sisteminin formalaşdırılması və ADPU-nun idarə edilməsinin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması;
2) Maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə ADPU-da yeni idarəetmə modelinin qurulması;
3) ADPU-nun təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsini və universitetdə rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən yeni standartların tətbiqi;
4) ADPU-da mütəxəssis hazırlanan ixtisaslar üzrə müasir dövrün tələbatlarına və dünyanın inkişaf etmiş ölkələrinin təcrübələrinə uyğun olaraq hər bir ixtisas üzrə standartların yenidən hazırlanması, təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübə əsasında pedaqoji kadr hazırlığı üzrə müasir tədris planlarının hazırlanması;
5) Beynəlmiləşmə, 2-3 dildə tədris
6) ADPU-da təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin və keyfiyyətin monitorinqi və qiymətləndirmə mexanizmlərinin yaradılması;
7) ADPU-da əmək bazarının, xüsusilə də, müasir orta təhsil müəssisələrinin hansı kadrlara və necə keyfiyyət göstəricilərinə sahib kadrlara olan ehtiyaclarının mütəmadi öyrənilməsi sisteminin yaradılması;
8) ADPU-da müasir dövrün tələblərinə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması.
9) ADPU-da informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, universitetin bütün strukturlarının kompüter avadanlıqları ilə təchiz olunması və professor-müəllim heyətinin və hər bir tələbənin İnternetə rahat çıxışının təmin olunması;
10) ADPU-da kitabxana fəaliyyətinin modernləşdirilməsi, elektron kitabxana şəbəkəsinin, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi və beynəlxalq informasiya resurslarına çıxış imkanlarının təmin edilməsi;
11) ADPU-da fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyalarının işinin yenidən qurulması, elmi-tədqiqatların dövlət sifarişi və qrantlar əsasında maliyyələşdirilməsi mexanizminin hazırlanması və tədqiqat laboratoriyalarının işinin təşkilində innovativ fəaliyyəti stimullaşdıran qrant sisteminin yaradılması və tətbiqi;
12) ADPU-da pedaqoji heyətin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistemin yaradılması, bu məqsədlə də yeni ixtisasartırma və rəqabətəsaslı təlimlər sisteminin yaradılması;
13) Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması, orta ümumtəhsil məktəblərinin müəllimlərinin öz işlərindən və tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması və o cümlədən peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən innovativ modellərin ("Mentorluq” və s.)tətbiqi;
14) ADPU-da əməkdaşların maddi motivasiyasının yaxşılaşdırılması məqsədiylə səriştə və nəticə əsaslı diferensiallaşdırılmış rəqabətqabiliyyətli əməkhaqqı sisteminin yaradılması; büdcənin artırılmasının fərqli yolları;
15) ADPU-da ayrı-ayrı ixtisaslar və fakültələr üzrə reytinq sisteminin yaradılması; 
16) ADPU-da və onun filiallarında tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması;
17) ADPU-nun fəaliyyəti ilə bağlı marketinq və ictimaiyyətlə əlaqələri işinin təşkili, universitetin fəaliyyəti ilə bağlı təbliğat və təşviqat fəaliyyətinin təmin edilməsi;
18) 12 illik ümumi təhsilə keçidlə və tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi ilə əlaqədar olaraq ADPU-da kadr hazırlığı həyata keçirilən ixtisasların ekspertizası və gələcəkdəki ehtiyaclar nəzərə alınaraq prioritet sahələr üzrə kadr hazırlığını təmin edəcək müvafiq dəyişikliklərin edilməsi;
19) Əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsi və əmək intizamına nəzarət xidmətinin gücləndirilməsi;
20) İcra intizamı, təşəbbüskarlıq
21) ADPU üzrə sənədləşmə işinin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi;
22) ADPU-da təsərrüfat, texniki,iaşə və s. xidmətlərinin təkmilləşdirilməsi;
23) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.9. bəndində qeyd edilmişdir ki: "Akademik saat - 45 dəqiqədir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır”. Təcrübədə məlum olur ki, dərslərin 5 dəqiqə fasilə ilə 45 dəqiqə təşkil edilməsi tədris prosesində öyrənmə və öyrətmə prosesinin davamlılığına zərər vurur. Bundan başqa, bu vəziyyət bir çox hallarda isə tələbələrin dərsdən yayınmalarına şərait yaradaraq tədris prosesinin düzgün təşkilini çətinləşdirir. Bunu nəzərə alaraq ölkəmizdə fəaliyyət götərən qabaqcıl digər ali məktəblərin təcrübəsinə uyğun olaraq akademik saatların birləşdirilərək auditoriya dərslərinin 80 dəqiqə və dərslər arasındakı fasilənin 10 dəqiqə təşkil edilməsi;
24) ADPU-nun inkişafı, fəaliyyətinin yenidən qurulması və yuxarıda qeyd olunan məsələlərin həyata keçirilməsi ilə bağlı fəaliyyət planının hazırlanması.
Rektor Cəfər Cəfərov çıxışında ADPU-nun keçid dövrü üçün Strateji Plan təklifləri haqqında da məlumat verib. Rektor bildirib ki, keçid dövrü üçün ADPU-nun İslahat Strategiyası formalaşdırılmalıdır. 
Bu Strategiya 5 hissədən ibarət olacaq:
1. Tələbələrlə İş/Təhsilalan və Təhsilverənin Münasibətləri Şurası
2. İnzibati Məşvərət Şurası
3. Akademik Məsləhət Şurası 
4. İnfrastruktur İşləri Şurası
5. PR və Marketinq Şurası
Şuralar birbaşa rektorla bağlı olacaq.
Tələbələrlə iş Şurasının vəzifələri: 
-Tələbələrlə əlaqədar hər məsələdə tələbələrlə Rektor arasında körpü olmaq. 
2016-2017-ci tədris ili başlayanadək görüləcək işlər:
- ADPU-nun Bakıdakı tədris binalarını və universiteti "STUDENT FRİENDLY”vəziyyətə gətirmək üçün təcili tədbilər planı hazırlayıb icra etmək.
Misal: ADPU-ya yeni qəbul olan tələbələrə "Xoş gəldiniz günü” və toplantısını təşkil etmək, rektorun təbrik çıxışı, tələbələrin universitet korpusları ilə tanışlığı, tələbələr üçün yaddaş kitabçası hazırlanması və paylanması. Bu kitabçada tələbələrin hüquq və məsuliyyətləri, vacib qaydalar, ərizə və şikayətlərini Rektorluğa necə təqdim edəcəkləri, tələbələrin müəllimləri qiymətləndirməsi sisteminin açıqlanması və s., "XOŞ GƏLDİNİZ” posterinin hazırlanıb girişə vurulması.
2016-2017-ci tədris ilinin əvvəlində və prosesdə görüləcək işlər:
- Tələbələrin müəllimlər və dərslərlə əlaqədar qiymətlədirmə sisteminin qurulması, sorğu formalarının hazırlanması; 
- Tələbə münasibətləri ofisinin tələbələrin rahat tapabiləcəyi bir yerdə qurulması.
- Arzu və təkliflər qutularının hazırlnamsı və uyğun yerlərə qoyulması.
- Tələbə təmsilçiləri Kordinasiya Şurasının (hər fakültə üzrə 1 tələbə) vəzifələri, işləmə mexanizminin dəqiq müəyyən olunması.
- Tələbələr arasında bir sorğu keçirərək dərslə bağlı və ya kənardan hansı təlimlərə ehtiyac duyduqlarını soruşmaq.
İnzibati İşlər Şurası
Vəzifələri:
-ADPU-nun nizam-intizam qaydalarını ( Tələbələr, müəllimlər və inzibati işçilər üçün) hazırlamaq;
- ADPU-nun idarəetmə strukturu vəişləyişi ilə əlaqədar problemləri müəyyən etmək və həlli haqqında Rektora təklfiləri vermək.
Akademik İşlər Şurası:
Vəzifələri: 
- Baklavr, magistr və doktorantura tədris planlarını araşdırmaq və dəyişiklik təkliflərini Rektora təqdim etmək; 
- Akademik advisor sistemini formalaşdırmaq; 
- Tyutorlarla təlimlər təşkil etmək;
- 2016-2017-ci tədris ili üçün bir təlim planı hazırlamaq. İdarəetmə və akademik heyət arasında hansı təlimlərə ehtiyac olduğu haqqında sorğu keçirmək. 
İnfrastruktura İşləri Şurası:
Vəzifəsi: ADPU-nun əsas infrasturtur və texnoloji problemlərini təsbit etmək və Rektora təkliflər vermək. 
İctimaiyyətlə Əlaqələr (Public Relations)Şurası:
Vəzifələri: ADPU-nin yeni imicinin təşkil etmək, bunu ictimaiyyətə elan etmək, loqo, korporativ stili müəyyən etmək üçün Rektora təkliflər vermək.
2016-2017-ci tədris ili başlayanadək görüləcək işlər;
- ADPU-nu ictimaiyyətə bəyəndirmə işlərini müəyyən etmək (Valideynlərlə görüş, təhsil KİV-ləri, QHT-lər ilə görüş), fəal dövlət və özəl orta məktəblərlə ADPU-da görüşlər təşkil etmək;
- ADPU-ya səfirləri, mötəbər qonaqları gətirmək, KİV-də yeni formatda çıxış etmək;
- ADPU-nun yeni imic və ictimaiyyətə nə üzvlə, hansı şüaarla çıxacağını müəyyən etmək;
- Tanıtım və Marketinqin metodlarını formlaşdırmaq;
(Misal;Open House günləri təşkil etmək, Kampus gəzintiləri, mədəni proqramlar, sosial şəbəkə və s.)
- Əlaqədar sənaye müəssisələri ilə əlaqələr qurmaq;
- ADPU-nin buklet və lifletlərini hazırlayıb çap etdirmək.
Tədris işləri üzrə prorektor, professor Malik Cəbrayılov Elmi Şuranın iclasında ADPU-nun 2015-ci ildə keçirilən akkreditasiyasının nəticələri haqqında məlumat verib. Prorektor Malik Cəbrayılov bildirib ki, 2014-2015-ci tədris ilində ADPU-da akkreditasiya keçirilib. Akkreditasiya zamanı qeyd edilən irad və çatışmazlıqlar aradan qaldırlıb. Təhsil Nazirliyi bu il mart ayının 11-də ADPU-nun akkreditasiyası barədə qərar verib. Qərara əsasən ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas, magistratura səviyyəsində isə 18 ixtisas üzrə pedaqoji kadr hazırlamaq icazəsi verilib. Akkreditasiya Komissiyasının bu qərarı əsasında Təhsil naziri cənab Mikayıl Cabbarov may ayının 20-də ADPU-nun akkreditasiyadan keçməsi haqqında 327 nömrəli əmr verib. 
Elmi Şuranın iclasında ADPU-nun 2014-2015-ci tədris ilində keçirilmiş akkreditasiyası barədə Təhsil Nazirinin 20.05.2016-cı il tarixli 327 nömrəli əmrinə uyğun olaraq akkreditasiyanın nəticələri və akkreditasiya zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün qərar qəbul edilib.
Tərbiyə işləri üzrə prorektor, professor Fikrət Rzayev Elmi Şuranın iclasında Azərbaycan Respublikası Təhsil Nazirinin 24.05.2016-cı il tarixli 355 saylı əmri ilə bağlı qarşıda duran vəzifələr haqqında məlumat verib.
Mənsur İbrahimli
ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib
ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib
ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib
ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

Təhsilin məzmunu

Təhsilin məzmunu

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

Gənc müəllimlər üçün GÜZƏŞTLƏR  Təhsil Nazirinin 455 №-li əmri

Gənc müəllimlər üçün GÜZƏŞTLƏR Təhsil Nazirinin 455 №-li əmri

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.