AzTehsil.com
RU


Cəmiyyət
08 dekabr 2024
327


Azərbaycanlı professor uzun illər həlli tapılmayan tənliyin öhdəsindən gəlib




120-dən çox elmi məqalənin müəllifi olan həmyerlimiz Kamal Soltanov riyaziyyatda bir çox yeniliyə imza atıb.


AzTehsil.com "Azərbaycan" qəzetinə istinadla xəbər verir ki, onun daha çox səs salan uğuru "Navye-Stoks bərabərliyi"nin həllini tapmasıdır.


Məlumat üçün bildirək ki, "Navye-Stoks bərabərliyi" uzun illər həlli tapılmayan vacib, klassik məsələlər olan 7 riyazi problemdən biridir.


"Öncə onu deyim ki, "Navye-Stoks" tənlikləri həyatda baş verən prosesin riyazi modeli oldması səbəbində üçölçülü vəziyyət üçün yazılıb və bu tənliklər sadəcə mayedə deyil, həm də bir çox prosesin riyazi modellərində, məsələn, hidrodinamikada, sinergetikada, ekologiyada, metrologiyada, qaz axınlarında və sairdə istifadə olunur. Ən vacib proseslərdən biri olan turbilensin araşdırılmasında da bu tənliklər əsas rol oynayır. "Navye-Stoks" tənlikləri qeyri-xətti olduğu üçün onun həll edilməsi illərlə mümkün olmayıb. Bu tənliklər əldə edildikdən 100 il sonra 1932-ci ildə onun üçün qoyulmuş problemin zəif həllinin varlığı isbat edilib, hansı funksiyalar sinfində olduğu tapılıb. Amma "həll təkdir, yoxsa çoxdur?" sualı açıq qalıb. Yəni həllər çoxdursa, o zaman onlar fərqli funksiyalarla göstərilə bilər və bu zaman prosesin hansı istiqamətə yönələcəyindən danışmaq mümkün olmayacaq. Ona görə də, 90 il idi bir nəticə əldə edilmirdi. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən bu problemi həll etdim. Bunun çox önəmli olduğunu deməkdən çəkinmirəm. Amma əgər həll çoxdursa, o zaman axının hansı istiqamətdə davam edəcəyini əvvəlcədən söyləyə bilmərəm", - K.Soltanov bildirib.


Qeyd edək ki, riyaziyyat elmləri doktoru, professor Kamal Soltanov 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) ali təhsilini başa vurduqdan sonra Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda işləyib. 1972-ci ilin noyabr ayında Moskva Dövlət Energetika İnstitutunun aspiranturasına daxil olub. 1975-ci ildə aspiranturanı bitirərək Bakıya dönüb və yenidən Riyaziyyat və Mexanika İnstitutunda işə başlayıb. Düz 27 il bu elm ocağında riyaziyyatın sirlərini araşdırıb, namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib. Çalışdığı illərdə elmin üst pilləsinə yüksəlib, professor olub. 2003-cü ildə Kamal Soltanovu Türkiyənin Hacettepe Universitetinə dəvət ediblər. Professor burada 13 il çalışıb. 2018-2020-ci illərdə İğdır Universitetindən dəvət alan Kamal müəllim tədqiqatlarını bu elm və təhsil ocağında davam etdirib.oxuaz//






Загрузка...
Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Şahmat üzrə zona yarışında Samux rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Şahmat üzrə zona yarışında Samux rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

NASA-nın forumuna dəvət alan azərbaycanlı

NASA-nın forumuna dəvət alan azərbaycanlı

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

XXI əsrin yeni kitab formatı -  ELEKTRON DƏRSLİKLƏR

XXI əsrin yeni kitab formatı - ELEKTRON DƏRSLİKLƏR

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

Çində “İlin ən yaxşı xarici müəllimi” seçilmiş azərbaycanlı

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Amerikada ilkə imza atan azərbaycanlı gənc

Amerikada ilkə imza atan azərbaycanlı gənc

Şahmat üzrə zona yarışında Şabran rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Şahmat üzrə zona yarışında Şabran rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Nizami Cəfərov dərslikdəki problemdən danışdı – “Bu məsələdə həddi aşmaq olmaz”

Nizami Cəfərov dərslikdəki problemdən danışdı – “Bu məsələdə həddi aşmaq olmaz”

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib  Böyüt

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib Böyüt