AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / İKT / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Texnologiya / Bölgə
21 oktyabr 2025
1 044

“Süni intellekt həyatımızı asanlaşdırır, amma ciddi risklər də yaradır”




Son illərdə süni intellektin (Sİ) sürətli inkişafı həyatın bütün sahələrinə sirayət edib və artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Texnologiyanın bu qədər geniş yayılması ilə bərabər, onun yaratdığı üstünlüklər və təhlükələr barədə müzakirələr də artmaqdadır. Süni intellekt bir tərəfdən insan əməyini yüngülləşdirir, iş proseslərini sürətləndirir və dəqiqliyi artırır, digər tərəfdən isə etik, hüquqi və sosial risklər doğurur. Xüsusilə saxta məlumatların yayılması, şəxsi məlumatların qorunması və peşələrin avtomatlaşdırılması kimi problemlər gündəmdədir.


Bu barədə  açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, süni intellekt texnologiyaları son illər ərzində həyatın bir çox sahəsində inqilabi dəyişikliklərə səbəb olub:


“Müsbət tərəfləri çox olsa da, ciddi təhlükə və problemlər yaratmaqda da peşəkardır. Bu gün bəlkə də ən çox müzakirə edlən mövzulardan biri süni intellektin zərərləridir. Doğrudur süni zəkanın köməyi ilə böyük problemlərin həll olunacağına ümid böyükdür. Amma təəssüf ki, son vaxtlar süni intellektdən dezinformasiya və saxta məlumatların yayılmasında geniş istifadə olunur. Bəs buna qarşı necə mübarizə aparmaq olar? Bu məsələ Qlobal Media Forumunda da geniş müzakirə olunub. Tədbir iştirakçıları bəzi qurupların süni intellektdən öz niyyətləri üçün sui-istifadə hallarının artdığını qeyd edirdilər. Hətta süni intellekt texnologiyalarından həm də təbliğat və qarayaxma məqsədləri üçün də istifadə edilir”.


AzTehsil.com xəbər verir ki, millət vəkili əlavə edib  ki, süni intellektlə bağlı ən böyük təhlükə fırıldaqçıların fəal şəkildə istifadə etməyə başladığı saxta səs yazılarından qaynaqlanır:




“Süni intellektin zərərləri sırasında vətəndaşların şəxsi informasiyalarının təhrif olunması, konfidensiallığın pozulmasıyla yanaşı etik və hüquqi problemlər də var. Yəni süni intellektin köməyi ilə şəxsin videosunun üzərinə səs yazıla bilər. Lakin süni intellektin faydalı istifadəsi üçün kifayət qədər çox sahə var. Məsələn, süni intellekt hərbçilərin həyatını xilas edə, təhlükəli tapşırıqları yerinə yetirə, ərazini kəşf edə, partlayıcıları zərərsizləşdirə bilir. Avtomatlaşdırılmış sistemlər dronların məlumatlarından istifadə edərək minimum səhvlərlə ağıllı qərarlar qəbul edir.Hətta süni intellektin sürətli inkişafı və gündəlik həyatımıza inteqrasiyası psixoloji aspektlərdən də risklər yaradır. Beləki, insanların sosial əlaqələrinə və psixoloji vəziyyətinə təsiri danılmazdır. Süni intellektlə ünsiyyət bir qaçış yeri, sığınılacaq məkana çevrilməyə başlayır. Bu da insanlarda sosiallaşmada ciddi problemlər yara bilər. Bir neçə gün əvvəl bir həkimin sosial şəbəkədəki paylaşımı diqqətimi çəkdi. Həkim qeyd edirki, xəstə sünii intelek vasitəsilə özünü müalicə etməyə çalışarkən, xəstəliyi daha da ağırlaşdırıb. Buna görə də insanın enerji və varlığı əvəzedilməzdir deyə bilərik”.


İnformasiya texnologiyaları üzrə mütəxəssis Gülnarə Qasımova bildirib ki, süni intellekt (Sİ) bu gün dünyanın bütün peşə sahələrinə təsir göstərən ən böyük texnoloji inqilablardan biridir:


“Sİ artıq tibb, təhsil, maliyyə, hüquq, sənaye və xidmət sektorlarında geniş tətbiq olunur. Onun əsas üstünlüyü iş proseslərini sürətləndirməsi, dəqiqliyi artırması və insan səhvlərini minimuma endirməsidir. Müsbət tərəflərdən biri odur ki, süni intellekt daha dəqiq analiz və proqnozlar verir. Məsələn, tibb sahəsində xəstəliklərin erkən aşkarlanmasına, təhsildə fərdi öyrənmə modellərinin hazırlanmasına, maliyyədə isə risklərin düzgün hesablanmasına kömək edir. Sənaye və istehsalda Sİ avtomatlaşdırmanı gücləndirərək məhsuldarlığı artırır. Həmçinin, süni intellekt insanlara vaxt qazandırır və yaradıcılığa daha çox fokuslanmaq imkanı yaradır”.


Mütəxəssis vurğulayıb ki, bu texnologiyanın mənfi cəhətləri və riskləri də az deyil:


“Ən böyük təhlükə iş yerlərinin azalması və bir çox peşələrin avtomatlaşdırma nəticəsində aradan çıxmasıdır. Sİ-nin verdiyi qərarlar bəzən etik və insani dəyərləri nəzərə almır, bu da sosial narazılıqlara səbəb ola bilər. Məlumatların toplanması və işlənməsi zamanı şəxsi məxfilik və məlumat təhlükəsizliyi pozula bilər. Bundan başqa, Sİ texnologiyalarından sui-istifadə edildikdə saxta kontent, dərin feyklər və dezinformasiya yayılması riski artır. Bu yenilik insan bacarıqlarına olan tələbi dəyişdirir. Gələcəkdə yaradıcılıq, analitik düşünmə və texnoloji savad kimi qabiliyyətlər əsas rol oynayacaq. Buna görə də süni intellektin inkişafı qarşısında dayanmaq yox, onu etik qaydalar və insan nəzarəti çərçivəsində idarə etmək vacibdir. Süni intellekt həm böyük imkanlar, həm də ciddi məsuliyyətlər yaradır. Onun düzgün istifadəsi cəmiyyətin inkişafına xidmət edə, yanlış yönləndirilməsi isə sosial və iqtisadi problemləri dərinləşdirə bilər.



Həmçinin oxuyun:
Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Süni intellektin təhsildəki rolu

Süni intellektin təhsildəki rolu

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

İbrahim Cəfərov ilin ən yaxşı rektoru adını alıb-MÜSAHİBƏ

İbrahim Cəfərov ilin ən yaxşı rektoru adını alıb-MÜSAHİBƏ

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

Milli Məclisin deputatı  növbəti xeyriyyə aksiyası keçirib

Milli Məclisin deputatı növbəti xeyriyyə aksiyası keçirib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

BMU-nun bu tələbələri qırmızı diplom ALIB - Tam Siyahı

BMU-nun bu tələbələri qırmızı diplom ALIB - Tam Siyahı

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

Müəllimə işləyən bacısına Mikayıl Müşfiqə görə atılan şər – Anım  günü

Müəllimə işləyən bacısına Mikayıl Müşfiqə görə atılan şər – Anım günü