Xəbərlər
03 fevral 2017
1249

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib Böyüt


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib  Böyüt

 

AMEA Alimlər Evində Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələləri üzrə Dövlət müşaviri, AMEA-nın müxbir üzvü, yazıçı Kamal Abdulla ilə görüş keçirilib. Aztehsil.com apa-ya istinadən xəbər verir ki, tədbir AMEA Alimlər Evinin təşkilatçılığı ilə baş tutub.
 
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, K. Abdulla ciddi bir elm adamıdır, onun dilçiliklə bağlı yazdığı əsərlər bir çox dillərə çevrilib: "Dünya Kamal Abdullanın "Yarımçıq əlyazma" əsərini çox böyük maraqla qarşıladı. Müasir Azərbaycan ədəbiyyatında hələ "Yarımçıq əlyazma" əsəri kimi ikinci belə bir əsər dünya səyahətinə çıxmayıb. Kamal Abdullanın əsərləri bu gün istər Bakı, istərsə də region teatrlarında səhnəyə qoyulur. Kamal Abdullanın şeirləri də orijinallığı ilə seçilir. Mən hesab edirəm ki,  Kamal Abdulla poeziya ilə məşğul olsaydı, "Yarımçıq əlyazma"da qazandığı uğuru poeziyada da qazanardı. Onun rus ədəbiyyatından tərcümələri də çox dəyərlidir. Kamal Abdullanın hekayələri fərqli və orijinaldır. Hesab edirəm ki, Kamal Abdulla böyük əsərlərini yazmaq üçün hekayələrində məşq edir".
 
K. Abdulla belə bir görüşün təşkili üçün AMEA rəhbərliyinə təşəkkürünü bildirib.
 
Dövlət müşaviri deyib ki, o nəinki kitablardan, müəllimlərdən, hətta dərs dediyi tələbələrdən öyrənib: "Mən ömür boyu öyrənməyə hazır olmuşam".
 
K. Abdulla yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
 
Tədbir çıxışlarla davam etdirilib.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...