"Təhsil müəssisələrində pul yığılması ilə bağlı tədbirlər görülür"
"Təhsil müəssisələrində pul yığılması ilə bağlı tədbirlər görülür" - Nazir
Təhsil müəssisələrində pul yığılması və neqativ hallarla bağlı müvafiq tədbirlər görülür.
AzTehsil.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda 4 400 məktəb var: "Bütün hallarla bağlı araşdırmalar aparılıb. Bu cür məsələlərə həm media, həm də ictimaiyyət diqqət göstərməlidir".