AzTehsil.com


Xəbərlər / Müəllim
22 fevral 2021
5 512


Pul yığılması ilə bağlı səsyazıları ictimailəşdiriləcək – 8 Mart hazırlıqları Whatsapp qruplarında



Pul yığılması ilə bağlı səsyazıları ictimailəşdiriləcək – 8 Mart hazırlıqları Whatsapp qruplarında

 

8 mart Beynəlxalq Qadınlar günü ərəfəsindəyik. Təəssüf ki, yenidən orta məktəblərdə şagirdlərdən "ənənəvi" pul yığılması halları müşahidə olunur.

Təhsil Nazirliyi bu kimi hallara qarşı mübarizə apardığını dəfələrlə bəyan etsə də, neqativ hallar yenə qalmaqdadır.

Təhsil eksperti Kamran Əsədov problemlə bağlı Sfera.az-a danışarkən bildirib ki, bu cür hallara daha çox Bakı məktəblərində rast gəlinir:

"Bizə də kifayət qədər müraciətlər daxil olur - xüsusilə Bakının bir neçə məktəblərindən. Regionlarda isə bu hallara rast gəlinmir. Paytaxt məktəblərində əlamətdar günlərlə bağlı xüsusi iclaslar təşkil edilir. Əvvəllər bunu direktor, direktor müavinləri, sinif rəhbərləri edirdi. İndi valideyn-müəllim şurası yaradıblar, komitə adı veriblər və onlar "Whatsapp” qruplarında bu istiqamətdə valideynlərlə əlaqə yaradırlar”.

Ekspertin sözlərinə görə, bir neçə məktəblərdə uşaqlar pandemiyaya görə dərsə getməsələr də, maraqlı hallar baş verib:

"Belə ki, müəllimin bank hesabının nömrəsi qruplara atılır və pulun ödənilməsi tələb edilir. Sanki məktəblərimiz şadlıq sarayıdır və kimsə gəlib nəmər yazdırır. Bu, iyrənc haldır. İstənilən valideyn imkanı çərçivəsində övladının müəlliminə təşəkkürünü bildirir. Kimisi bunu hədiyyə almaqla da edə bilər. Amma bayramlara görə konkret məbləğin müəyyənləşdirilməsi və yığılması iyrəncdir.

Problem nəzarət və cəza mexanizminin olmamasıdır. Məktəblərlə bağlı mütəmadi olaraq şikayətlər daxil olur və bu araşdırılmır. Tutaq ki, Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi bu istiqamətdə ümumi məlumat deyil, konkret fakt tələb edirlər. Amma faktlar aşkara çıxarsa, məktəbdə həmin uşağın başına nə oyun açılacağını hər kəs bilir. Ciddi nəzarət mexanizmi olmalı, müraciət daxil olan kimi araşdırma aparılmalıdır. Təbii ki, məktəbə hansısa qurumdan nümayəndə gələndə orada işləyənlər narahat olacaqlar, bu hallara son qoyulacaq”.

Müsahibimiz qeyd edib ki, Təhsil nazirliyi uzun müddətdir, bir prinsiplə işləyir:

"Nazirlik bildirir ki, anonim müraciətlər qəbul edilmir. Anonim müraciətlər isə nazirliyin şəffaflığına inanılmadığına görə edilir. Qorxurlar ki, bundan sonra uşaq daha da sıxışdırılsın, bu zaman isə nazirlik həmin şagirdin yanında olmayacaq. Bu gün orta ümumtəhsil məktəblərində bu və ya digər məqsədlər üçün pul yığılması aidiyyatı qurumların öz işlərini görməməsinin nəticəsidir.

K.Əsədov konkret fakt göstərərək sözlərinə belə davam edib: ”Bizə məktəblərin birində 50 manat yığılması ilə bağlı müraciət daxil olmuşdu. İmkanı zəif olan şagirdlərdən biri 50 deyil, 20 manat verib və müəllim həmin pulu uşağın başına çırpıb ki, bunu nə edirəm? Valideynlər sosial şəbəkələrdə faktları yazmasalar, jurnalistlər məsələni işıqlandırmasalar, problem həllini tapmayacaq. Nazirliyin özünün alt qurumlarını idarə etmək gücü yoxdursa, o zaman insanlar nə etsin? Qarşıdan 8 mart Beynəlxalq Qadınlar günü gəlir və 4447 orta ümumtəhsil müəssislərində çalışan işçilərin 81 faizini qadınlar təşkil edir. 1,6 milyon şagird var. Təsəvvür edin, Bakıda 440 min şagird mövcuddur və ən çox pul yığımı buradadır. Hətta xüsusi qiymətlər qoyulub. Hesab edirəm ki, ciddi cəza tədbirlər görülməlidir – işdən azad etmək, şiddətli töhmət və.s. Bəlkə bundan sonra nəyinsə qarşısını almaq olar.

Pul verməyən şagirdə qarşı ciddi psixoloji təzyiqlər edilir, bunları hər kəs bilir. Düşünürəm ki, ən azından martın 8-nə yaxın tarixlərdə valideynlər məktəblərə buraxılmamalıdır. Pul yığılması ilə bağlı səs yazısı və ya digər faktlar varsa, bunlar ictimailəşdirilməlidir. Bir daha qeyd edirəm ki, bu məsələlər könüllülük prinsipi ilə ola bilər, şəxsi işləridir. Lakin konkret pulların yığılması absurddur. Bu cür halların olduğunu heç kim inkar etməsin”.



Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyindən 8 mart XƏBƏRDARLIĞI

Təhsil Nazirliyindən 8 mart XƏBƏRDARLIĞI

"Müəllimlər Günü ilə əlaqədar pul yığılması hallarına rast gəlinərsə..."

"Müəllimlər Günü ilə əlaqədar pul yığılması hallarına rast gəlinərsə..."

Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir - BŞTİ

Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir - BŞTİ

Emin Əmrullayev: “Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir”

Emin Əmrullayev: “Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir”

“Müəllimlər bəzən, şagirdlərdən pul yığmaqda bəlkə də  haqlıdırlar” - SORĞU

“Müəllimlər bəzən, şagirdlərdən pul yığmaqda bəlkə də haqlıdırlar” - SORĞU

Nazirlik xəbərdarlıq etdi – Bu müəllimlər işdən azad ediləcək

Nazirlik xəbərdarlıq etdi – Bu müəllimlər işdən azad ediləcək

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

DİQQƏT: Bakının orta məktəblərində valideynlərdən pul tələb edilir? - Rəsmi AÇIQLAMA

DİQQƏT: Bakının orta məktəblərində valideynlərdən pul tələb edilir? - Rəsmi AÇIQLAMA

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

Pul yığan müəllimlərə ciddi xəbərdarlıq - "Mənfi hal baş verdikdə..."

Pul yığan müəllimlərə ciddi xəbərdarlıq - "Mənfi hal baş verdikdə..."

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

300  direktora  töhmət verildi - 30-u işdən çıxarıldı

300 direktora töhmət verildi - 30-u işdən çıxarıldı

Təhsil Nazirliyindən “8 Mart”la bağlı - Xəbərdarlıq

Təhsil Nazirliyindən “8 Mart”la bağlı - Xəbərdarlıq

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...

Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...

KRİMİNAL HESABLAŞMA - Məktəbin direktoru cidd-cəhdlə hadisəni ört-basdır etməyə çalışır

KRİMİNAL HESABLAŞMA - Məktəbin direktoru cidd-cəhdlə hadisəni ört-basdır etməyə çalışır

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Quba təhsilində özbaşınalıq - "Müəllimlərin hər birindən 100 manat rüşvət tələb edilir"

Quba təhsilində özbaşınalıq - "Müəllimlərin hər birindən 100 manat rüşvət tələb edilir"

“İkinövbəli təhsil sistemindən imtina etmək lazımdır” - Deputata dəstək

“İkinövbəli təhsil sistemindən imtina etmək lazımdır” - Deputata dəstək

Repetitor biznesi: 2000 manat xərc və məktəblərin adlarına yazılan "uğurlar"

Repetitor biznesi: 2000 manat xərc və məktəblərin adlarına yazılan "uğurlar"

Gözətçi ümidinə qalan mühafizəsiz məktəblər: TƏHLÜKƏ VARMI?

Gözətçi ümidinə qalan mühafizəsiz məktəblər: TƏHLÜKƏ VARMI?

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"