AzTehsil.com


Xəbərlər / H/N sənədlər
28 noyabr 2017
4 485


Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi



Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

1.Ümumi müddəalar


1.1.Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın əlavə təhsilinin istiqamətini, məzmununu, formasını, təşkilini və onlara müvafiq sənədin verilməsi qaydalarını müəyyən edir. 

 

1.2.Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinin, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasının, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır.

 

1.3.Azərbaycan Respublikasında əlavə təhsil ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edir.

 

1.4.Əlavə təhsil ixtisasartırma və yenidənhazırlanma qurumlarında, təhsil müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə həyata keçirilir.

 

1.5.Əlavə təhsilin ayrı-ayrı istiqamətləri üzrə təhsil müvafiq proqramlar əsasında bu Qayda ilə müəyyən edilən bütün növ (dövlət, bələdiyyə və özəl) müəssisə, təşkilat və qurumlar tərəfindən həyata keçirilir.

 

Əlavə təhsil müəssisələrinə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən təsis edilən müəssisələr (universitetlər, institutlar, mərkəzlər və s.) aiddir.


1.6.Əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə təhsil proqramlarının mənimsənilməsi əsasında müvafiq sənəd verilir.


1.7.İxtisasartırma kurslarını bitirmiş şəxslər üçün mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən müvafiq stimullaşdırıcı tədbirlər həyata keçirilir. İxtisasartırma təhsilini keçmiş kadrın vəzifədə irəli çəkilməsində, əməyinin maddi və mənəvi qiymətləndirilməsində və ya təltifə təqdim edilməsində cari dövr üçün ixtisasartırma təhsili üzrə topladığı kreditlər nəzərə alınır.

 

1.8.Təhsil müəssisələrinin rəhbər, inzibati-təsərrüfat və pedaqoji heyəti üçün informasiya və kommunikasiya texnologiyaları proqramları üzrə təşkil olunan treninqlər dövlət büdcəsindən maliyyələşən təhsil müəssisələrində həyata keçirilir.

 

2.İxtisasartırma təhsili


2.1.İxtisasartırma təhsilinin məqsədi və formaları


2.1.1.İxtisasartırma təhsili əlavə təhsilin bir istiqaməti olmaqla, ali, orta ixtisas və ilk peşə- ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan kadrların fasiləsiz təhsil almaq imkanını təmin etmək məqsədi ilə əlavə təhsil müəssisələri tərəfindən həyata keçirilən təhsil növüdür.


2.1.2.İxtisasartırma təhsilinin əsas məqsədi hər bir işçinin və ya mütəxəssisin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasını, ölkənin sosial, iqtisadi, siyasi və mədəni

həyatında fəal və səmərəli iştirakını təmin etməkdir.


2.1.3.İxtisasartırma təhsili əyani və distant (məsafədən) formada həyata keçirilə bilər.


2.2.İxtisasartırma dövrü və bir dövr üçün ixtisasartırma təhsilinin minimum həddi

 

2.2.1.Bir ixtisasartırma dövrü ayrı-ayrı kateqoriyalardan olan kadrların nəzərdə tutulan minimum təhsil kreditlərini toplamaları üçün ayrılan müddətdir.


2.2.2.İxtisasartırma təhsilinin minimum həddi bir ixtisasartırma dövründə hər bir dinləyici üçün müəyyən edilmiş ixtisasartırma proqramının həcmini göstərir.


2.2.3.Bu və ya digər kateqoriyadan olan kadrlar üçün bir ixtisasartırma dövrü və bu dövr üçün ixtisasartırma təhsilinin minimum həddi mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən müəyyən edilir.

 

2.2.4.Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili pillələrinin hər hansı birini bitirmələri haqqında dövlət sənədi olan kadrlar bir ixtisasartırma dövründə müəyyən edilmiş minimum ixtisasartırma təhsilində iştirak etməlidirlər.


2.2.5.Bu və ya digər kateqoriyadan olan kadrlar üçün bir ixtisasartırma dövrünün müəyyən olunan minimum həddi müxtəlif ola bilər.


2.2.6.Hər bir dinləyici müəyyən edilmiş minimum hədd üzrə proqram həcmini mənimsə- dikdən və bu barədə müvafiq sertifikat aldıqdan sonra, bir ixtisasartırma dövrü üçün onun öhdəliyi başa çatmış hesab olunur.


2.2.7.Bu və ya digər kateqoriyadan olan kadrlar öz arzularına və fərdi tələbatlarına uyğun olaraq, digər ixtisasartırma təlimlərində də iştirak edə bilərlər.


2.3.İxtisasartırma modulları və ixtisasartırma təhsilinin kurikulum çərçivəsi


2.3.1.İxtisasartırma təhsilində dinləyicilərin biliklərinin, bacarıq-larının və peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi təlim modulları üzrə həyata keçirilir.


2.3.2.Modul ixtisasartırma təhsili prosesində nəzərdə tutulmuş müəyyən istiqamətdə bilik, bacarıq və vərdişlərin əldə edilməsinə, dünyagörüşü formalaşdırılmasına xidmət edən biliklər sistemini ifadə edir.


2.3.3.İxtisasartırma təhsili üzrə təlim modulları aşağıdakılardan ibarətdir:

 

-peşə fəaliyyətinin ümumi əsasları üzrə təlim;

 

-ixtisas sahələri üzrə təlim;

 

-innovasiyalar üzrə təlim.

 

2.3.4.Modulların sayı və modullar üzrə təlim saatlarının tələb olunan minimum həcmi mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən müəyyən edilir.


2.3.5 Bu və ya digər kateqoriyadan olan kadrlar üçün bir ixtisasartırma dövrü üzrə müəyyən edilən təlim saatlarının ümumi miqdarı, modulların mövzuları, vəzifələri, gözlənilən nəticələr və bir modula düşən təlim saatları bir-birindən fərqlənə bilər.

 

2.3.6.İxtisasartırma təhsilinin kurikulum çərçivəsi bir ixtisasartırma dövrü üçün nəzərdə tutulmuş təlimin məzmununu müəyyən edən sənəddir.


2.3.7.Kurikulum çərçivəsində ixtisasartırma modulları, hər modul üzrə ixtisasartırma proqramlarının siyahısı, proqramların həyata keçirilmə müddəti və müvafiq ixtisasartırma təhsili kreditlərinin miqdarı verilir.


2.3.8.İxtisasartırma təhsilinin kurikulum çərçivəsi mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən təsdiq edilir.


2.3.9.Peşə fəaliyyəti sisteminin, bu və ya digər kateqoriyadan olan kadrların tələbat və ehtiyacları nəzərə alınaraq, kurikulum çərçivəsinin məzmunu mütəmadi olaraq yeniləşdirilir və təkmilləşdirilir.


2.4.İxtisasartırma proqramları


2.4.1.İxtisasartırma proqramı - ardıcıl məqsədləri, vəzifələri, məzmunu, təlimə aid tədbirləri və bunların əsasını təşkil edən təlim materialları və vasitələrini, qiymətləndirmə formaları və mexanizmlərini, həmçinin gözlənilən nəticələri əhatə edən vahid məqsədə yönəlmiş mövzular və sənədlər toplusudur.


2.4.2.Kurikulum çərçivəsinə daxil olan modulların hər biri üzrə dəqiq məqsədlər, vəzifələr, məzmun standartları, gözlənilən nəticələr və təlim saatları ixtisasartırma proqramları vasitəsilə müəyyən edilir.


2.4.3.İxtisasartırma təhsilinə cəlb edilən kadrların kateqoriyasından asılı olaraq, hər bir modul daxilində proqramların məzmunu müxtəlif ola bilər.


2.4.4.Modullar üzrə peşə fəaliyyəti sisteminin ümumi ehtiyaclarının ödənilməsinə xidmət edən proqramların siyahısı və hər bir proqram üzrə təlim saatlarının miqdarı mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən, kadrların fərdi maraq və

ehtiyaclarının ödənilməsinə xidmət edən təlim proqramları və təlim saatlarının miqdarı isə əlavə təhsil müəssisələri tərəfindən təklif edilir.

 

2.4.5.Dinləyicilər modula daxil olan təlim proqramlarını sərbəst seçir, proqramlara ayrılan təlim saatlarından asılı olaraq, modul üzrə bir və ya bir neçə təlimdə iştirak etməklə, müəyyən edilmiş minimum tələbləri yerinə yetirirlər.

 

2.5.İxtisasartırma təhsilinin kredit sistemi


2.5.1.İxtisasartırma təhsili krediti müəyyən ixtisasartırma proqra-mının həcmini və məzmununu əks etdirən və ədədlə ifadə olunan şərti anlayışdır. İxtisasartırma təhsili üzrə bir təhsil krediti proqramın 6 təlim saatına bərabər tutulur.


2.5.2.Tədris olunan hər bir ixtisasartırma proqramını mənimsəyən və gözlənilən təlim nəticələrini əldə etdiyini nümayiş etdirən dinləyicilərə müvafiq təhsil kreditləri verilir.


2.5.3.Bir ixtisasartırma dövründə modulların hər biri üzrə toplanılan təhsil kreditlərinin minimum həddi ixtisasartırma təhsilinin kurikulum çərçivəsi ilə müəyyən edilir.

 

2.6.Fərdi tələbat əsasında ixtisasartırma proqramlarının və onları həyata keçirən əlavə təhsil müəssisələrinin seçilməsi

 

2.6.1.İxtisasartırma proqramlarının və onları həyata keçirən əlavə təhsil müəssisələrinin seçilməsi mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən müəyyənləşdirilmiş formada, kadrların işlədiyi müəssisələr və yerli idarəetmə orqanı səviyyələrində həyata keçirilir.


2.6.2.Kadrlar bir ixtisasartırma dövrü ərzində nəzərdə tutulan minimum krediti toplamaq şərtilə hər bir modula daxil olan proqramları və təlim vaxtını seçmək hüququna malikdirlər.


2.6.3.Müəssisələrin və yerli özünüidarəetmə orqanlarının rəhbərləri fərdi ehtiyac və maraqların nəzərə alınması yolu ilə ixtisasartırma proqramlarının seçilməsində kadrlara kömək etməlidirlər.


2.7.İxtisasartırma təhsili barədə müqavilələrin bağlanması və həyata keçirilməsi


2.7.1.İxtisasartırma proqramlarının fərdi seçimi əsasında kadrların özləri və ya işlədiyi müəssisələr, təşkilatlar və qurumlar (bundan sonra - sifarişçi) müvafiq əlavə təhsil müəssisələri ilə müqavilə bağlayırlar.


2.7.2.Müqavilə bağlanılarkən aşağıdakı şərtlər nəzərə alınır:


-müvafiq reqlamentləşdirici sənədlər əsasında hər bir proqram üzrə qruplarda dinləyicilərin sayı;

 

-mümkün olan hallarda ixtisasartırma təlimlərinin dinləyicilərin iş yerində və ya ona yaxın ərazidə həyata keçirilməsi.

 

2.8.İxtisasartırma təhsilində keyfiyyətə nəzarət və onun təmin edilməsi

 

2.8.1.Keyfiyyətə nəzarət məqsədi ilə müvafiq mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən kadrların ixtisasartırma təhsili haqqında müntəzəm olaraq yeniləşən məlumat bazası yaradılır.


2.8.2.Keyfiyyətin təmin edilməsi məqsədi ilə ixtisasartırma proqramlarının həyata keçirilməsi prosesi, onun nəticələri üzrə mütəmadi olaraq monitorinqlər keçirilir və qiymətləndirilir. Monitorinq və qiymətləndirmə əlavə təhsil müəssisəsi, həmçinin mərkəzi icra hakimiyyəti

orqanı, bələdiyyələr və özəl qurumlar tərəfindən həyata keçirilir. Bu prosesə qeyri-hökumət və beynəlxalq təşkilatlar da cəlb edilə bilər.

 

2.8.3.Keyfiyyətə nəzarətin təmin olunması əlavə təhsil müəssisəsi, həmçinin mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyələr və özəl qurumlar tərəfindən müəyyən edilmiş mexanizmlər əsasında həyata keçirilir.

 

2.8.4.İxtisasartırma təhsilini həyata keçirən kadr potensialının gücləndirilməsi, keyfiyyət tərkibinin yaxşılaşdırılması və kadr ehtiyatlarının yaradılması məqsədi ilə mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyələr və özəl qurumlar tərəfindən ölkədaxili və beynəlxalq layihələr, habelə qrant layihələri vasitəsilə təlim kursları təşkil edilə bilər.

 

2.9.Təhsil haqqında sənədin verilməsi, doldurulması və uçotu

 

2.9.1.İxtisasartırma təhsilini müvəffəqiyyətlə başa vuran və müəyyən edilmiş krediti toplayan hər bir dinləyiciyə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən vahid formalı sertifikat verilir.Sertifikatlar əlavə təhsil müəssisəsi tərəfindən imzalanır və

möhürlənir. Əlavə təhsil müəssisələri başa çatmış hər bir ixtisasartırma tədbirinin nəticələri barədə mərkəzi icra hakimiyyəti orqanlarına, bələdiyyələrə və özəl qurumlara hesabat təqdim edir.

 

2.9.2.Sertifikatda modulun adı, proqramın adı, təlim saatları, müvafiq kreditlərin sayı və ixtisasartırma müəssisəsinin adı qeyd olunur.

 

2.9.3.Sertifikatın surəti və toplanılan kreditlər haqqında məlumatlar hər bir kadrın şəxsi işinə əlavə edilir və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi zamanı nəzərə alınır.


3.Kadrların yenidənhazırlanma təhsili


3.1.Yenidənhazırlanma təhsilinin məzmunu və formaları


3.1.1.Yenidənhazırlanma təhsili ilkin baza peşə-ixtisas təhsili almış və müəyyən əmək sahəsində çalışan hər bir vətəndaşın müvafiq sahə üzrə yeni peşə və ixtisasa yiyələnmək istəyini həyata keçirən əlavə təhsil formasıdır və kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir. Bu təhsil forması ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə mütəxəssislərə verilən əlavə təhsildir. Proqramlar arasındakı fərq yenidənhazırlanma təhsili verən müəssisə tərəfindən müəyyən edilir.

 

3.1.2.Yenidənhazırlanma təhsili aşağıda göstərilən hallara uyğun kadrların hazırlanması tələbatı yarandıqda, müvafiq proqramlar əsasında həyata keçirilir:


-peşə-ixtisas təhsilində yeni ixtisaslar üzrə mütəxəssis hazırlığına başlandıqda, bu ixtisaslar üzrə təhsilverənlərin yenidən hazırlanması;

 

-ilkin kadr hazırlığı kifayət etməyən ixtisaslar üzrə yenidənhazırlanma;

 

-müəyyən müddət işləmiş qeyri-ixtisas təhsilli kadrların işlədiyi ixtisas üzrə yenidən hazırlanması;

 

-sahənin təşkili və idarə olunması üzrə kadrların yenidən hazırlanması.

 

3.1.3.Yenidənhazırlanmaya icazə verilmiş ixtisasların, eləcə də bu ixtisasa yiyələnmək üçün tələb olunan baza ixtisaslarının siyahısı hər il əlavə təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və təsdiq edilir.


3.1.4.Yenidənhazırlanma təhsili əyani formada həyata keçirilir. Bu halda dinləyicilər istehsalatdan ayrılmaqla təhsil alırlar.

 

3.1.5.Maddi-texniki və tədris bazası imkan verən və müvafiq lisenziyası olan müəssisələrdə yenidənhazırlanma təhsili distant (məsafədən) formada həyata keçirilə bilər.


3.2.Yenidənhazırlanma təhsilinin təşkili və yekun attestasiya


3.2.1.Kadrların yenidənhazırlanma təhsili ixtisasartırma və yenidənhazırlanma qurumlarında, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər əlavə təhsil müəssisələrində həyata keçirilir.


3.2.2.Yenidənhazırlanma təhsilinə qəbul kadrların müraciəti və ya onların işlədikləri müəssisələrin sifarişi əsasında aparılır.


3.2.3.Yenidənhazırlanma təhsilinin təşkili, ixtisaslar və qəbul qaydaları barədə əlavə təhsil müəssisəsi və müvafiq qurumlar tərəfindən kütləvi informasiya vasitələrində elan verilir.


3.2.4.Hər tədris ili üçün yenidənhazırlanma təhsilinə qəbul və tədris məşğələlərinin başlanma vaxtı barədə müəssisə rəhbəri tərəfindən əmr verilir.


3.2.5.Mütəxəssislərin yenidən hazırlanmasında müxtəlif tədris formalarından (mühazirə, laboratoriya işləri, seminar, müstəqil işlər, fərdi və qrup üzrə məsləhətlər, tədris ekskursiyaları, referatların hazırlanması və qiymətləndirilməsi, biliklərin test üsulu ilə yoxlanması, pedaqoji

təcrübə və s.) istifadə olunur.


3.2.6.Tədris prosesində yeni təlim texnologiyaları, fəal (interaktiv) təlim metodları, informasiya və kommunikasiya texnologiyalarından istifadə olunur və digər yeni üsullar tətbiq edilir.


3.2.7.Tədrisin təşkilinə müəssisənin ştatlı müəllimləri ilə yanaşı, digər müəssisə və təşkilatlardan mütəxəssislər dəvət oluna bilər.


3.2.8.Tədris proqramı tam yerinə yetirildikdən sonra əlavə təhsil müəssisəsi tərəfindən dövlət attestasiyası təşkil olunur.


3.3.Təhsil haqqında sənədin doldurulması, verilməsi və uçotu


3.3.1.Yenidənhazırlanma təhsili üzrə proqramları tam mənimsəyən, dövlət attestasiyasından müvəffəqiyyətlə keçən hər bir dinləyiciyə tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə təhsil müəssisəsi tərəfindən vahid formada

dövlət sənədi - diplom verilir.


3.3.2.Yenidənhazırlanma haqqında vahid diplom blankları tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə təhsil müəssisəsi tərəfindən yenidənhazırlanma ilə məşğul olan tədris müəssisəsinin sifarişi əsasında verilir.


3.3.3.Diplomların doldurulması, verilməsi və uçotu tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə təhsil müəssisəsi tərəfindən təsdiq edilmiş təlimata uyğun həyata keçirilir.

 

3.3.4.Hər tədris ilinin sonunda təhsil müəssisələri tərəfindən yenidənhazırlanma təhsilinin yekunları və diplomların verilməsi barədə tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanına, bələdiyyəyə və ya əlavə təhsil müəssisəsinə hesabat təqdim edilir.

 

3.3.5.Mütəxəssislərin yenidənhazırlanma diplomu ali və ya orta ixtisas təhsili haqqında müstəqil sənəd deyildir. İşə qəbul zamanı yenidənhazırlanma haqqında verilmiş diplom baza təhsili diplomu ilə birgə təqdim edildikdə hüquqi əsasa malikdir.

 

3.3.6.Yenidənhazırlanma diplomu mütəxəssisə onun aldığı ilkin ali və ya orta-ixtisas təhsili bazasında müəyyən sahədə vəzifə kateqoriyasının peşə-ixtisas tələblərinə müvafiq olaraq fəaliyyət göstərmək hüququ verir.

 

4.Stajkeçmə və kadrların təkmilləşdirilməsi təhsili


4.1.Stajkeçmə və kadrların təkmilləşdirilməsinin məqsəd və vəzifələri

 

4.1.1.Stajkeçmə və kadrların təkmilləşdirilməsi elmi-pedaqoji, pedaqoji, mühəndis-müəllim kadrları, sənaye, tikinti, iqtisadiyyat, tibb, kənd təsərrüfatı, bütün növ istehsal sahələri və s. kateqoriyadan olan kadrlar üçün əlavə təhsil növüdür.

 

4.1.2.Stajkeçmə və kadrların təkmilləşdirilməsi təhsili peşəkarlıq səviyyəsinin və əməyin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır, kadrların peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsinə, nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsinə, daha müasir peşə bacarıq və vərdişlərinin qazanılmasına, yeni texnologiyalar və innovasiyalar sisteminin tətbiqi üzrə təcrübə əldə edilməsinə xidmət edir.

 

4.1.3.Stajkeçmə və kadrların təkmilləşdirilməsi prosesində xüsusi ayrılmış müəssisələrdə yüksəkixtisaslı mütəxəssislərin rəhbərliyi altında əvvəlcədən nəzərdə tutulmuş problem üzrə yeni texnologiyaların, innovasiyaların öyrədilməsi həyata keçirilir.


4.1.4.Stajkeçmə və kadrların təkmilləşdirilməsi təhsili şəbəkəsinə ölkədə və xaricdə olan müxtəlif tip ali təhsil müəssisələri, baza kafedraları, müvafiq ixtisasartırma müəssisələri və fakültələri, ixtisas profilinə uyğun elm, təhsil və istehsalat müəssisələri, təcrübə-sınaq

stansiyaları, dayaq məntəqələri və s. aiddir.


4.1.5.Əlavə təhsil müəssisələrində kadrların ixtisasının artırılması üçün nəzərdə tutulan təhsil tədbirlərinə - stajkeçməyə dair ayrıca blok da əlavə oluna bilər.


4.1.6.Stajkeçmə və kadrların təkmilləşdirilməsi zamanı mütəxəssisin ixtisas sahələri üzrə nəzəri bilikləri əsas götürülür.


4.2.Stajkeçmə və kadrların təkmilləşdirilməsinin məzmunu və formaları


4.2.1.Stajkeçmə və kadrların təkmilləşdirilməsi zamanı aşağıdakılar nəzərə alınır:


-müvafiq ixtisas üzrə nəzəri və təcrübi hazırlıq;


-nəzərdə tutulmuş problem üzrə yeniliklərin, müasir yanaşmaların əhəmiyyəti;

 

-mövzular üzrə diskussiyaların, məsləhət saatlarının təşkili;


-konfranslarda, müzakirələrdə, müşavirələrdə, işgüzar görüşlərdə, seminarlarda iştirak etmək;

 

-stajkeçmə və kadrların təkmilləşdirilməsinin nəticələri barədə hesabatın hazırlanması.

 

4.2.2.Stajkeçmə və kadrların təkmilləşdirilməsi aşağıdakı proses və ya tədbirləri özündə birləşdirir:

 

-hər hansı sahə üzrə yeniliklərlə operativ tanışlıq və öz həmkarları ilə təcrübə mübadiləsini;

 

-distant (məsafədən) ötürmə üsulu ilə yeni materialların əldə edilməsi, onların yayılması və bu istiqamətdə fikir mübadilələrinin aparılmasını;

 

-aktual mövzuların dinlənilməsi üçün sahə üzrə qabaqcıl mütəxəssislərin dəvət olunması, problem mövzular ətrafında müzakirələrin təşkili və nəticələrin təhlilini;

 

-kadr hazırlığı, ixtisasartırma təhsilində tətbiq olunacaq modulların, eləcə də yeni təlim materiallarının müzakirəsində iştirak edilməsi və nəticələr barədə əsaslandırılmış təkliflərin verilməsini.

 

4.3.Stajkeçmə və kadrların təkmilləşdirilməsi işinin təşkili


4.3.1.Stajkeçmə və kadrların təkmilləşdirilməsi işinin təşkili sifariş əsasında stajkeçənin və ya təkmilləşdirilənin işlədiyi müəssisənin təqdimatı ilə həyata keçirilir.

 

4.3.2.Verilən təqdimat əsasında stajkeçmə və kadrların təkmilləşdirilməsini təşkil edəcək müəssisə ilə razılaşdırılmış cədvəl hazırlanır.

 

4.3.3.Stajkeçmə və kadrların təkmilləşdirilməsini həyata keçirmək üçün bu işi həyata keçirən müəssisə tərəfindən təcrübəli və səriştəli əməkdaşlar rəhbər təyin edilirlər.

 

4.3.4.Stajkeçmə və kadrların təkmilləşdirilməsi dövründə rəhbərin hüquq və vəzifələri aşağıdakılardır:

 

-stajkeçmənin vaxtını, yerini və formasını müəyyən etmək;

 

-stajkeçmə və kadrların təkmilləşdirilməsi işini koordinasiya etmək və stajkeçənlə birlikdə görüləcək işlərin planını tərtib etmək;

 

-əvvəlcədən və stajkeçmə dövründə planın yerinə yetirilməsində stajkeçənə məsləhətlər vermək və köməklik göstərmək.

 

4.3.5.Stajkeçənin hüquq və vəzifələri aşağıdakılardır:


-müəssisənin daxili nizam-intizam qaydalarına riayət etmək;


-nəzərdə tutulan bütün tədbirlərdə fəal iştirak etmək;


-innovasiya metodlarını, təlim texnologiyalarını fəal və çevik şəkildə mənimsəmək;


-nəzərdə tutulan müddətin sonunda fərdi plana uyğun olaraq yazılı hesabat təqdim etmək.


4.3.6.Müxtəlif sahələrdə çalışan kadrların stajkeçmə və təkmilləşdirilmə yolu ilə peşəkarlıq səviyyəsinin artırılmasında seminar, treninq və digərləri ilə yanaşı, dayaq məntəqələri mexanizmindən də istifadə edilə bilər.


4.3.7.İxtisasartırma dövründə stajkeçmə və kadrların təkmilləşdirilməsinin müddəti əlavə təhsilin tədris-tematik planı və digər amillərlə müəyyən olunur.


4.4.Stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə müvafiq təhsil sənədlərinin verilməsi


4.4.1.Stajkeçmə və təkmilləşmənin sonunda stajkeçənə və təkmilləşdirilənə əlavə təhsil müəssisəsinin müəyyən etdiyi vahid formada sənəd - stajkeçənə sertifikat, təkmilləşdirilənə arayış verilir.


4.4.2.Stajkeçmə və təkmilləşmə tədbirlərini başa vuranlara təqdim olunan sənəd bu tədbirlərin keçirildiyi müəssisə rəhbəri tərəfindən imzalanır, möhürlə təsdiq olunur.


5.Təkrar ali təhsil və orta ixtisas təhsili


5.1.Təkrar ali təhsil və orta ixtisas təhsilinin məzmunu və formaları


5.1.1.Təkrar ali təhsil və orta ixtisas təhsili ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda, mütəxəssislərə verilən əlavə təhsil növüdür. Proqramlar arasındakı fərq təkrar ali təhsil və orta ixtisas təhsili verən müəssisə tərəfindən müəyyən edilir.


5.1.2.Mütəxəssis hazırlamaq işində çevikliyi və ayrı-ayrı şəxslərin əlavə ixtisas təhsili almaq arzusunu təmin etmək məqsədi ilə təkrar ali təhsil və orta ixtisas təhsili bu təhsili almaq istəyən şəxslərlə və ya onların işlədikləri idarə və təşkilatlarla müvafiq təhsil müəssisəsi

arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir.


5.1.3.Ali təhsili olanlar təkrar ali, orta ixtisas təhsili olanlar isə təkrar orta ixtisas təhsili ala bilərlər.


5.1.4.Hər hansı təhsil müəssisəsində təkrar ali təhsil və orta ixtisas təhsili həmin təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə aparıla bilər.


5.1.5.Təkrar ali təhsil və orta ixtisas təhsilinin məzmunu əlavə təhsil müəssisəsi tərəfindən təsdiq edilmiş tədris planları və proqramları əsasında müəyyənləşdirilir.


5.1.6.Təkrar ali təhsil və orta ixtisas təhsili müvafiq ixtisas üzrə bakalavr (subbakalavr) pilləsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsili proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.

 

5.1.7.Təkrar ali təhsil və orta ixtisas təhsili əyani, qiyabi və distant (məsafədən) formalarda həyata keçirilə bilər.

 

5.2.Təkrar ali təhsil və orta ixtisas təhsilinin təşkili


5.2.1.Təkrar ali təhsil və orta ixtisas təhsili üzrə qəbul qaydaları və müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.

 

5.2.2.Təkrar ali təhsil və orta ixtisas təhsili müəyyən istiqamət və ixtisaslar üzrə müvafiq fa- kültələrdə (şöbələrdə) həyata keçirilir.

 

5.2.3.Qruplarda tələbələrin sayı 15-30 nəfər müəyyən edilir.

 

5.2.4.Əvvəl aldığı ixtisasın baza proqramında öyrənilmiş fənlərin məzmunu yeni almaq istədiyi əlavə ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğun olduqda, tələbə həmin fənlər üzrə məşğələlərdən və attestasiyadan azad olunur.


5.3.Təkrar ali təhsil və orta ixtisas təhsili haqqında sənədin doldurulması, verilməsi və uçotu


5.3.1.Təkrar ali təhsil və orta ixtisas təhsili üzrə proqram və tədris planı əsasında ali (orta ixtisas) təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr (subbakalavr) dərəcəsi və ali (orta ixtisas) təhsil haqqında diplom verilir.


5.3.2.Diplomların doldurulması, verilməsi və uçotu tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə təhsil müəssisəsi tərəfindən təsdiq edilmiş təlimata uyğun həyata keçirilir.


6.Dərəcələrin yüksəldilməsi təhsili


6.1.Dərəcələrin yüksəldilməsi təhsilinin məzmunu və formaları


6.1.1.Dərəcələrin yüksəldilməsi təhsili orta-ixtisas təhsili müəssisələrini bitirmiş və subbakalavr dərəcəsi almış kadrların uyğun ixtisaslar üzrə bakalavr səviyyəsinə hazırlığını nəzərdə tutan təhsil növüdür.


6.1.2.Dərəcələrin yüksəldilməsi təhsili ali təhsilli kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir və ilkin baza təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisas üzrə bakalavr təhsili proqramı arasındakı fərqin 1 tədris ilinə hesablanmış saatdan az və 2 tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə subbakalavra verilən əlavə təhsildir.


6.1.3.Dərəcələrin yüksəldilməsi üzrə təhsil müddəti subbakalavrın ilkin baza təhsili proqramı ilə onun təhsil almaq istədiyi müvafiq ixtisas üzrə bakalavr təhsili proqramı arasındakı fərqə əsasən müəyyən edilir.


6.1.4.İlkin baza təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisas üzrə bakalavr təhsil proqramı arasındakı fərqdən asılı olmayaraq, subbakalavrlar bakalavr dərəcəsi üzrə ali təhsil almaq üçün yalnız dövlət tərəfindən müəyyən olunmuş ümumi qaydada ali məktəblərin birinci kursuna qəbul olunurlar.


6.1.5.Dərəcələrin yüksəldilməsi üzrə təhsil proqramları ali təhsil müəssisələri tərəfindən həyata keçirilir.

 

6.1.6.Dərəcələrin yüksəldilməsinə icazə verilmiş ixtisasların, eləcə də bu ixtisasa yiyələnmək üçün tələb olunan baza ixtisaslarının siyahısı hər il əlavə təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir və təsdiq edilir .

 

6.1.7.Hər hansı təhsil müəssisəsində dərəcələrin yüksəldilməsi təhsili həmin təhsil müəssisə- sində hazırlanan ixtisaslar üzrə aparıla bilər.

 

6.1.8.Dərəcələrin yüksəldilməsi təhsilinin məzmunu hər bir ixtisasa uyğun proqramlar əsasında müəyyən edilir.

 

6.1.9.Dərəcələrin yüksəldilməsi təhsili əyani, qiyabi və distant (məsafədən) formalarda həyata keçirilir.

 

6.2.Dərəcələrin yüksəldilməsi təhsilinin təşkili və yekun attestasiya

 

6.2.1.Dərəcələrin yüksəldilməsi təhsilinin təşkili məqsədi ilə hər il ali təhsil müəssisəsi müvafiq ixtisaslar üzrə orta ixtisas və ali təhsil müəssisələrinin tədris proqramlarının müqayisəli təhlili əsasında qısamüddətli tədris proqramları hazırlayır və təklif edir. Dinləyicilər tədris

proqramları və müqavilə şərtləri ilə tanış olduqdan sonra sənədlərini təhsil müəssisəsinə təqdim etməli və müsahibədən keçməlidirlər. Yalnız müsahibə komissiyasının müsbət qərarından və müvafiq təhsil xərci ödənildikdən sonra, qarşılıqlı razılaşma əsasında müqavilə imzalanır və dinləyici dərəcənin yüksəldilməsi üzrə əlavə təhsilə qəbul olunur.


6.2.2.Dərəcələrin yüksəldilməsi üzrə təhsil bakalavr hazırlığına uyğun olaraq həyata keçirilir.


6.2.3.Mütəxəssis hazırlamaq işində çevikliyi və ayrı-ayrı subbakalavrların uyğun ixtisaslar üzrə bakalavr təhsili almaq arzusunu təmin etmək məqsədi ilə dərəcələrin yüksəldilməsi təhsili həmin şəxslərlə və ya onların işlədikləri idarə və təşkilatlarla müvafiq əlavə təhsil müəssisəsi arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir.


6.2.4.Dərəcələrin yüksəldilməsi prosesində orta-ixtisas təhsili müəssisəsini bitirmiş subbakalavrların bakalavr təhsili səviyyəsinə yüksəldilməsi dinləyicilərin öz arzuları əsasında ödənişli əsaslarla həyata keçirilir.


6.2.5.Tədris proqramı tam yerinə yetirildikdən sonra, tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə təhsil müəssisəsi tərəfindən təsdiq edilmiş qaydada dövlət attestasiyası təşkil olunur.

 

6.3.Təhsil haqqında sənədin doldurulması, verilməsi və uçotu


6.3.1.Dərəcələrin yüksəldilməsi təhsili üzrə proqram və tədris planı əsasında ali təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr dərəcəsi və ali təhsil haqqında vahid formalı diplom verilir. Bu halda dinləyicinin orta ixtisas təhsili müəssisəsində topladığı kreditlər və ya tədris olunan fənlərin saatlarına uyğun kredit ekvivalentləri tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş qaydada nəzərə alınır.


6.3.2.Diplomların doldurulması, verilməsi və uçotu tabeliyində təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş təlimata uyğun yerinə yetirilir.


6.3.3.Dərəcələrin yüksəldilməsi üzrə təhsil almış şəxslər ali təhsilli bakalavrlara bərabər tutulur və onlar təhsillərini magistraturada davam etdirə bilərlər.


7.Yaşlıların təhsili


7.1.Yaşlıların təhsilinin məzmunu və formaları


7.1.1.Yaşlıların təhsili vətəndaşların fasiləsiz olaraq cəmiyyətdə və iqtisadiyyatda baş verən dəyişikliklərə uyğunlaşmasını təmin edən əlavə təhsil növüdür.


7.1.2.Əlavə təhsilin bu istiqaməti əməkqabiliyyətli əhalinin böyük bir hissəsinin əmək bazarında rəqabətqabiliyyətli olmaları üçün onların yenidən ixtisaslaşması, yeni şəraitə uy- ğunlaşdırılması və yeni iş imkanlarının yaradılması zərurətindən irəli gəlir.


7.1.3.Yaşlıların təhsilinin məqsədi yaşlı vətəndaşların cəmiyyətin daim dəyişən sosial, siyasi, mədəni həyatında fəal və səriştəli iştirakını təmin etməkdən ibarətdir. Bu növ təhsil vasitəsilə yaşlı vətəndaşlar öz bacarıqlarını artırır, biliklərini zənginləşdirir, peşəkarlıqlarını təkmilləşdirir və ya yeni istiqamətə yönəldir və bu yolla onların müstəqil sosial, iqtisadi və mədəni inkişafda iştirakı təmin edilir.


7.1.4.Yaşı 18-dən yuxarı, müstəqil fəaliyyət təcrübəsi və peşəsi olan, bəzi hallarda isə heç bir peşəsi olmayan insanlar yaşlıların təhsilinə cəlb oluna bilər.


7.1.5.Yaşlıların təhsilinin məzmunu konkret vəziyyətə, şəraitə uyğun olaraq müəyyənləşdirilir, cəmiyyətin və şəxsin (fərdin) inkişafına xidmət edir.


7.1.6.Yaşlıların təhsili kontingentinə daxil olan insanlar əvvəllər müəyyən bilik və bacarıqlara malik olduqlarından, bu təhsil formasının təşkili zamanı yeni metodlar tətbiq edilməklə, onların tələbatları və əvvəllər qazandıqları bilik və bacarıqların maksimum dərəcədə nəzərə alınması təmin edilir.


7.1.7.Yaşlıların təhsili üçün cəmiyyətin və əmək bazarının tələbləri nəzərə alınaraq yaşından, dini və milli mənsubiyyətindən, dünyagörüşündən, ilk təhsilindən və sosial vəziyyətindən asılı olmayaraq, bütün yaş qruplarını əhatə etməklə təhsil proqramları hazırlanır.


7.1.8.Yaşlıların təhsili dövlət, bələdiyyə və özəl müəssisələr tərəfindən formal, qeyri-formal və informal formada həyata keçirilir.


7.1.9.Təhsilə cəlb ediləcək kontingentin tərkibinə aşağıdakı şəxslər daxil ola bilər:


-əmək funksiyalarının məzmununda baş vermiş yeniliklərlə əlaqədar ixtisasartırma və yenidənhazırlanmaya cəlb edilən peşəkar işçilər;

 

-məşğuliyyət sahəsini və ya peşəsini dəyişmək fikrində olan şəxslər;

 

-uzunmüddətli fasilədən sonra peşəkar əmək fəaliyyətinə qayıdanlar;

 

-peşəsi olmayanlar;

 

-yeni peşəyə yiyələnməyə və ya ixtisasını artırmağa ehtiyacı olan işsizlər;

 

-hərbi xidmətdən tərxis olunanlar;

 

-evdar qadınlar və uşaqlı analar;

 

-şəxsi keyfiyyətlərini inkişaf etdirmək və ya bilik dairəsini genişləndirmək arzusunda olan şəxslər.

 

7.2.Yaşlıların təhsilinin təşkili


7.2.1.Yaşlıların təhsilini həyata keçirən müəssisələr öz fəaliyyətlərində yerləşdiyi ərazinin xüsusiyyətlərini, adət və ənənələrini, dinləyicilərin maraqlarını nəzərə almalı, dinləyicilərə yalnız yeni peşə almaq imkanları deyil, həmçinin mövcud peşələrin spesifik xüsusiyyətləri və perspektivləri haqqında müfəssəl məlumat verməlidir. Yaşlıların təlimi zamanı təhsilalanlara ümumi biliklərlə yanaşı, sahibkarlıq fəaliyyəti, müstəqil işin qurulması barədə bacarıqların aşılanması da nəzərdə tutulur.

 

7.2.2.Yaşlıların təhsilinin təşkili zamanı aşağıdakı amillər nəzərə alınmalıdır:


-yaşlıların təhsili baza təhsilini əvəz etmək məqsədini daşımamalı, əksinə onun əsasında həyata keçirilməlidir;

 

-yaşlıların təhsili heç bir peşə və təhsili olmayan gənclərin müvafiq peşə almalarına şərait yaratmalıdır;

 

-yaşlıların təhsili zamanı onların fərdi təcrübələri nəzərə alınmalıdır;

 

-bir təhsil pilləsi və səviyyəsindən digərinə keçid asanlaşdırılmalıdır;

 

-təhsil sistemi onu əhatə edən sosial-mədəni və iqtisadi mühitə uyğunlaşdırılmalıdır;

 

-təhsilə çəkilən xərclər sosial həyata, mədəniyyətə və iqtisadiyyata çəkilən xərclərdən daha çox effekt verməlidir;

 

-inkişaf proqramlarında yaşlıların təhsili ilə əlaqədar tədbirlər nəzərdə tutulmalı, yaşlıların təhsili milli, regional, sosial-iqtisadi inkişaf və təhsil proqramlarında nəzərdə tutulmuş məqsədlərə uyğun istiqamətləndirilməli və koordinasiya edilməlidir.


7.3.Yaşlıların təhsili üzrə müəssisələr


Yaşlıların təhsili dövlət, bələdiyyə və özəl qurumlar tərəfindən təşkil edilir. Bu təhsil ixtisasartırma və yenidənhazırlanma qurumlarında, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə həyata keçirilir.

 

7.4.Yaşlıların təhsili üzrə müvafiq təhsil sənədlərinin verilməsi


Yaşlıların təhsilinin sonunda mənimsənilmiş proqramın məzmununa, yeni qazanılan ixtisasa uyğun tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş və möhürlə təsdiq edilmiş vahid formada sertifikat və ya diplom verilir.

 

8.Əlavə təhsilin hər bir istiqaməti üzrə təhsilin maliyyələşdirilməsi

 

8.1.Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan kadrların ixtisasartırma təhsilinin minimum həddi, eləcə də stajkeçmə və təkmilləşdirilməsi üçün nəzərdə tutulan maliyyə xərcləri bu məqsədlə ayrılan büdcə vəsaiti hesabına həyata keçirilir. Digər müəssisə və

təşkilatlarda çalışan kadrlar üçün müvafiq maliyyə xərcləri həmin qurumlar və yaxud kadrın özü tərəfindən ödənilir.

 

8.2.Əlavə təhsilin digər istiqamətləri (yenidənhazırlanma təhsili, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili) üzrə təhsil yalnız ödənişli əsaslarla (dövlət büdcəsindən vəsait ayrılmamaqla) həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Bu halda təhsil üçün ödənişin miqdarı müvafiq qaydalara uyğun müəyyənləşdirilir.

 

8.3.Əlavə təhsil formaları təhsil müəssisələrinin ödənişli təhsil haqqından əldə etdikləri büdcədənkənar vəsaitlər, habelə qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilə bilər.

 

8.4.Hər il dövlət büdcəsinin tərtib edilməsi prosesində ixtisasartırma təhsili, stajkeçmə və təkmilləşdirmə ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən proqnozlaşdırılan maliyyə xərclərinin həcmi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılır.




Загрузка...
Həmçinin oxuyun:
Formal təhsilin təşkili qaydaları

Formal təhsilin təşkili qaydaları

GDU-dan ixtisasını dəyişmək və ikinci ali təhsil almaq istəyənlər üçün fürsət...

GDU-dan ixtisasını dəyişmək və ikinci ali təhsil almaq istəyənlər üçün fürsət...

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin  tipləri və növləri

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin tipləri və növləri

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür?

Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür?

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur