Dövlət qulluğu üzrə qəbul imtahanı keçiriləcək
Dövlət qulluğu üzrə qəbul imtahanı keçiriləcək
İnzibati dövlət qulluğu vəzifələrinin A (AB, AC) və B (BA, BB) növü üzrə 20 iyul 2025-ci il tarixində keçiriləcək test imtahanlarında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
AzTehsil.com xeBu barədə DİM-dən məlumat verilib.
Mərkəzdən bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.