AzTehsil.com


Müəllim
05 avqust 2024
475


"Savadsız müəllim işləməməlidir" - İşsiz qalan 4000 nəfərin taleyi necə olacaq?




"Müəllimlərin təkrar sertifikasiyasında nəticəsi uğursuz olan 4 300-dən çox müəllimin müqaviləsinə xitam verilib".


Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.


Müdir müavini əlavə edib ki, 400-ə yaxın işdən azad olunmuş müəllimlə əlaqədar komissiyalar yaradılıb və onların durumunun həssaslığı nəzərə alınaraq, alternativ işlərlə təmin edilməsi üçün çalışmalar davam etdirilir.


Bu məqamda ortaya bir neçə sual çıxır: İşsiz qalan 4000-ə yaxın müəllimin aqibəti necə olacaq? Uğursuz nəticə göstərən 400-ə yaxın müəllim hansı əsaslarla alternativ işlərlə təmin ediləcək?


Misir Mərdanovun fikirlər bildirib.


O qeyd edib ki, 4 300 nəfərin işinə xitam verilməsi o qədər də xoşagələn hal deyil:


"Əlbəttə, o da düzdür ki, savadsız müəllim işləməməlidir. Ancaq dörd mindən çox müəllimin işdən kənarlaşdırılması çətin prosesdir. Ümumiyyətlə, bir neçə saat imtahan götürməklə müəllimin biliyini və bacarığını qiymətləndirmək yanlışdır. Fikrimcə, imtahan verəcək hər bir müəllimin əvvəlki fəaliyyətləri barədə məlumat olmalıdır. Bu məlumatlar nəzərə alınmalıdır, imtahan balları da fəaliyyətlərinə əlavə edilməlidir.


Kütləvi şəkildə dörd mindən çox şəxsin işdən çıxması və sentyabrda onların yerinə kimlərin gələcəyi çox ciddi bir məsələdir. Həmin müəllimlərin yerinə dərs deyəcək şəxslərin biliyi də sual altındadır. Çünki dörd mindən çox müəllimi seçmək asan proses deyil".


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) ictimaiyyətlə əlaqələr sektorunun məsləhətçisi Fəridə Sahib Aztehsil.com-un sorğusuna cavab olaraq bildirib ki, elm və təhsil nazirinin müvafiq qərarına uyğun olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eyni zamanda, regional təhsil idarələri və rayon təhsil sektorlarında təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş imkanlarının araşdırılması məqsədilə komissiyalar yaradılıb:


"Komissiyalar 30 iyul tarixinədək fəaliyyətini davam etdirib. Komissiyalara bu günə qədər ümumilikdə 3 700-dən çox vətəndaş müraciət edib. Vətəndaşların sosial statusları ilə bağlı sənədlər toplanıb və müraciətlər araşdırılıb.


Ümumilikdə 600 nəfərə yaxın sosial baxımdan həssas əhali qrupuna aid vətəndaşın alternativ işlərə cəlb edilməsi istiqamətində qərar qəbul edilib. İlkin mərhələdə 90 nəfər şəhid ailəsi üzvünün müvafiq işlə təmin olunması ilə bağlı tədbirlər görülüb.


Bununla yanaşı, 500-ə yaxın sosial baxımdan həssas əhali qrupuna aid əlilliyi müəyyən edilmiş şəxslərin, eyni zamanda, ailələrin yeganə gəlir gətirən üzvlərinin və müraciət edən digər şəxslərin alternativ işlərə cəlb edilməsi istiqamətində müvafiq işlər həyata keçirilib.


Təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməyən təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə araşdırılması və alternativ iş imkanlarının dəyərləndirilməsi məqsədilə yaradılan komissiyalara daxil olmuş müraciətlərin qiymətləndirilməsi prosesi davam edəcək".




Загрузка...
Həmçinin oxuyun:
Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

"Misir Mərdanovun nə yaşı var: gələn seçkiləri də gözləyə bilər"

"Misir Mərdanovun nə yaşı var: gələn seçkiləri də gözləyə bilər"

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Sədr müavinindən Mərdanova cavab: Misir Mərdanov özü də bilməmiş deyil ki, təhsilimizə “canıyanan” obrazı yaradıb.

Sədr müavinindən Mərdanova cavab: Misir Mərdanov özü də bilməmiş deyil ki, təhsilimizə “canıyanan” obrazı yaradıb.

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Metodbirləşmələr

Metodbirləşmələr

İlqar Orucov: Misir Mərdanovun təhsildən danışmağa haqqı yoxdur

İlqar Orucov: Misir Mərdanovun təhsildən danışmağa haqqı yoxdur

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunmuş silsilə bayram tədbirləri Lənkəran məktəblərində davam etdirilir.

Müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunmuş silsilə bayram tədbirləri Lənkəran məktəblərində davam etdirilir.

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Nurlan İsmayılbəyli: Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə 5 minə yaxın namizəd dəvət olunub

Nurlan İsmayılbəyli: Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə 5 minə yaxın namizəd dəvət olunub