Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Konstitusiyanın qəbul edilməsinin 30 illiyi münasibətilə tədbirlər keçirilib.
AzTehsil.com xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində müvafiq qurumlarda keçirilən interaktiv təlimlər və maarifləndirici görüşlərdə mərkəzlərin əməkdaşları, məktəblilər, müəllimlər,tələbələr, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri ilə yanaşı icma sakinləri də iştirak ediblər.
Tədbirlərdə çıxış edənlər Konstitusiyanın hazırlanmasının demokratik, hüquqi və dünyəvi dövlətin qurulması yolunda əhəmiyyətli mərhələ olduğunu qeyd edərək, bu sənədin ölkəmizdə hüquqi islahatların aparılması, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində əsas rol oynadığını vurğulayıblar.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.![]()












