Məktəbdə təsərrüfat müdirlərinin müəllimlərin işinə müdaxilə etməsi narazılıq doğurur – Şikayətlər artır
Məktəbdə təsərrüfat müdirlərinin müəllimlərin işinə müdaxilə etməsi narazılıq doğurur – Şikayətlər artır
Ölkənin bir sıra ümumtəhsil müəssisələrində təsərrüfat müdirlərinin müəllimlərin işinə qarışması ilə bağlı narazılıqlar artıb. Müəllimlər bildirirlər ki, bəzi məktəblərdə təsərrüfat işinə cavabdeh şəxslər öz səlahiyyətlərini aşaraq pedaqoji heyətə göstəriş verir, bu isə ciddi narahatlıq yaradır.
Müəllimlərin sözlərinə görə, dərs prosesi zamanı kabinetlərlə bağlı texniki və ya təsərrüfat xarakterli tapşırıqların verilməsi, tədrisi yarımçıq qoymağa məcbur edən göstərişlər və kabinetlərin təmizliyi ilə bağlı əsassız tələbələr tədris fəaliyyətinə birbaşa müdaxilə kimi qiymətləndirilir.
Şikayət edən pedaqoqlar qeyd edirlər ki, belə hallar həm psixoloji gərginlik yaradır, həm də tədrisin keyfiyyətinə mənfi təsir edir:
- Dərs saatlarında pedaqoqa dərslə əlaqəsi olmayan tapşırıqlar verilməsi
- Müəllimlərin işinə rəhbərlik edirmiş kimi göstərişlərin verilməsi
- Pedaqoji mühitə uyğun olmayan davranış və ünsiyyət tərzi
- Tədris prosesinə mane olan texniki işlərin təcili şəkildə tələb edilməsi
Təhsil üzrə mütəxəssislər bildirirlər ki, təsərrüfat müdirlərinin səlahiyyətləri yalnız məktəbin maddi-texniki təminatı və təsərrüfat işləri ilə məhdudlaşır. Pedaqoji fəaliyyətə müdaxilə isə nə qanunvericiliyə, nə də məktəb daxili qaydalara uyğun sayılır.
Məsələ ilə bağlı təhsil orqanlarından bildirilib ki, belə şikayətlər daxil olduqda araşdırma aparılır və səlahiyyətlərin aşılması təsdiqlənərsə, müvafiq intizam tədbirləri görülür. Qurumlar müəllimləri oxşar hallarla üzləşdikdə rəsmi qaydada müraciət etməyə çağırır.
AzTehsil.com xəbər verir ki, ekspertlər hesab edir ki, bu kimi vəziyyətlərin aradan qaldırılması üçün həm məktəb rəhbərliyində səlahiyyət bölgüsü dəqiq müəyyən edilməli, həm də müəllim–təsərrüfat heyəti arasında korrekt və işgüzar əməkdaşlıq mühiti yaradılmalıdır. Ümumilikdə şagird sayı az olan məktəblərdə bu ştata ehtiyac yoxdur.











