AzTehsil.com

Xəbərlər / Sinif rəhbəri / Yazarlar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə / Şagird
05 dekabr 2025
1 207

Dərsliklərin dili sadələşdirilir? - ARTİ-dən AÇIQLAMA

Dərsliklərdə təqdim olunan materialların dili ilə bağlı çətinliklər uzun müddətdir ki, təhsil mütəxəssisləri və müəllimlərin müzakirə mövzusudur. Onlar dərslik dilinin şagirdlər üçün çətin olduğunu, məzmunu qavrama prosesinə mane yaratdığını qeyd edirlər. Hətta elm və təhsil naziri Emin Əmrullayev də brifinqlərdən birində dərsliklərin dilinin şagirdlərin oxuyub-anlaması baxımından çətinlik yaratdığını vurğulamışdı.

Dərsliklərin dilinin sadələşdirilməsi ilə bağlı yaxın zamanda hər hansı yeniliyin olub-olmayacağı sual doğurur.

AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı Təhsil Portalı Azərbaycan Respublikası Təhsil İnstitutuna (ARTİ) sorğu ünvanlanıb.

Sorğuya  cavab olaraq məlumat üçün bildirilib ki, yeni dərsliklərin hazırlanması prosesində Elm və Təhsil Nazirliyi tərəfindən dərsliklərin yaradıcı heyətinə dil-üslubun anlaşılan, aydın və daha səlis formada yazılması ilə bağlı tələblər qoyulub:

"Bu səbəbdən dərslik hazırlayan hər bir komandanın tərkibində minimum bir neçə dil redaktoru və korrektorun, həmçinin elmiliyin dəqiqliyini təmin etmək məqsədi ilə elmi redaktorların iştirakı təmin edilir.

ARTİ olaraq dərsliklərin hazırlanmasının təşkili prosesində  dilin düzgünlüyü, üslubun səlisliyi və anlaşıqlılığı əsas prioritetlərimizdən biridir. Vacib məqam ondan ibarətdir ki, dilin sadələşdirilməsi məzmunun elmi dəqiqliyinə və fənnin mahiyyətinə xələl gətirməməlidir.

Bəzi fənlərin spesifikliyi səbəbi ilə terminologiya mürəkkəb görünə bilər və bu, normaldır. Yaradıcı heyət qarşısında qoyulan əsas tələblərdən biri də məzmunun keyfiyyətini aşağı salmadan və elmi dəqiqliyinə  xələl gətirmədən dərsliklərin dilinin sadələşdirilməsini təmin etməkdir".

Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

“Uşağın nə dilinə yatır, nə də yadında qalır”: Dərslik DƏRDİ, ya şəxsi İNTRİQA?

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Metodbirləşmələr

Metodbirləşmələr

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

MİQ-ə hazırlaşan bu müəllimlərin DİQQƏTİNƏ !

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...