Xəbərlər
16 mart 2017
1216

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Göygöl məktəbliləri şimal bölgəsinə səfərə yollanıblar


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Göygöl məktəbliləri şimal bölgəsinə səfərə yollanıblar

 

Göygöl rayon ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup martın 16-da "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tur-aksiyaya qoşulublar.
 
Göygöl rayon Heydər Əliyev Mərkəzinin qarşısında şəhər rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə tur-aksiya iştirakçılarının, eləcə də onları müşayiət edən qrup rəhbərləri və müəllimlərin Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə yolasalma mərasimi keçirilib.
 

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Göygöl məktəbliləri şimal bölgəsinə səfərə yollanıblar

 

Rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayev, müəllimlər və şagirdlərin iştirakı ilə keçirilən görüşdə şagirdlərə tur barədə ətraflı məlumat verilib.
 

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Göygöl məktəbliləri şimal bölgəsinə səfərə yollanıblar

 

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Göygöl məktəbliləri şimal bölgəsinə səfərə yollanıblar

 

Məlumat üçün bildirək ki, iştirakçılar tur-aksiya çərçivəsində Qəbələ rayonunda Heydər Əliyev adına Konqres Mərkəzi, ”Qəbələnd” İstirahət Mərkəzi, "Tufandağ” Qış-Yay Turizm Kompleksi, "Beltmann” pianino və Qəbələ konserv zavodları ilə tanış olacaq, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Nohur gölünə, Vəndam şəlaləsinə, udinlərin yaşadığı Nic kəndinə ekskursiya edəcəklər. Tur çərçivəsində qonaqlar Şəki Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan Sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndində yerləşən qədim alban məbədi ilə tanış olacaq, sənətkarlar məhəlləsinə baş çəkəcəklər. Zaqatala rayonunda isə Zaqatala Tarix-Mədəniyyət Qoruğu, Dədə Qorqud Meydanı ilə tanış olacaq, fındıq emalı müəssisəsinə baxış keçirəcəklər.
 

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Göygöl məktəbliləri şimal bölgəsinə səfərə yollanıblar

 

Raminə Məmməova(Göygöl təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)




Whatsapp'ta Paylaş



Загрузка...
loading...