AzTehsil.com


H/N sənədlər
30 noyabr 2016
6 030


Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri



Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

 

      1.1. Ümumi müddəalar
 
1.1.1. Məktəbəqədər təhsil müəssisələrinin tikintisi, yenidən qurulması və əsaslı təmiri zamanı müvafiq sanitar-epidemioloji rəyə malik olan inşaat materiallarından istifadə edilməlidir. 

1.1.2. Məktəbəqədər təhsil müəssisəsinin binasında və həyətində oyun və idman avadanlığı, mebel, kompyuter texnikası, oyun vasitələri, oyuncaqlar, texnika, nəşriyyat məmulatları, gigiyenik vasitələr və uşaqlara qulluq ləvazimatları, yuyucu və dezinfeksiyaedici vasitələr mövcud sanitariya qaydaları və normalarına uyğunluq haqqında rəyə malik olmalıdır. 
      
      1.2. Torpaq sahəsinə dair tələblər
 
1.2.1. Məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün torpaq sahələrinin ayrılmasına və obyektlərin tikintisinə yalnız qanunvericiliklə müəyyən edilmiş sənədlər olduğu zaman yol verilir.
 
1.2.2. Məktəbəqədər təhsil müəssisələri yaşayış məntəqələrinin ərazisində və xüsusi ayrılmış torpaq sahələrində magistral yollardan, kommunal və sənaye obyektlərindən, avtomobil nəqliyyatı müəssisələrindən kənar sahələrdə yerləşdirilməlidir. Məktəbəqədər təhsil müəssisəsinin ərazisindən şəhər (kənd) təyinatlı magistral mühəndis kommunikasiyaları (su təchizatı, kanalizasiya, istilik təchizatı, hava və yeraltı elektrik xətləri) keçməməlidir.  
 
1.2.3. Yeni tikilən məktəbəqədər təhsil müəssisəsinin ərazisində səs təzyiqi və vibrasiya səviyyələri Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları”na uyğun olaraq müəyyənləşdirilir. 

1.2.4. Məktəbəqədər təhsil müəssisəsinin ərazisi hasarla və yaşıllıq zolağı ilə əhatə olunmalıdır. Mürəkkəb relyefli ərazilərdə uşaqların oyun meydançalarının subasmadan mühafizəsi məqsədi ilə leysan və sel sularının kənarlaşdırılması üçün drenaj kommunikasiya sistemi nəzərdə tutulmalıdır. 

1.2.5. Torpaq sahəsinin ərazisi xarici elektrik işıqlandırılmasına malik olmalıdır. Sahənin süni işıqlanma səviyyəsi 10 lx-dən artıq olmamalıdır. 

1.2.6. Ayrıca binası olan yeni tikilən məktəbəqədər təhsil müəssisəsi üçün torpaq sahəsinin ölçüsü 100 yerlik məktəbəqədər təhsil müəssisəsi üçün 1 yerə    35 m2, başqa təyinatlı tikilinin tərkibində təşkil edilmiş və 100 yerə qədər tutumu olan məktəbəqədər təhsil müəssisəsi üçün 1 yerə 29 m2 sahə hesabı ilə qəbul olunmalıdır. Tikililərin yüksək sıxlıq şəraiti olan iri şəhərlərdə binaların yenidən qurulması və mürəkkəb relyefli ərazidə sahənin təşkili zamanı onun ölçülərinin azaldılmasına sanitar-epidemioloji rəy olduqda yol verilir.
 
1.2.7. Torpaq sahəsi aşağıdakı funksional zonalara ayrılır: 
1.2.7.1. tikinti zonası; 
1.2.7.2. oyun zonası; 
1.2.7.3. təsərrüfat zonası. 

1.2.8. Tikinti zonasının tərkibinə ərazinin sərhədləri çərçivəsində yerləşdirilən məktəbəqədər təhsil müəssisəsinin əsas binası daxildir. Həmin ərazidə bu təhsil müəssisəsi ilə funksional əlaqəsi olmayan başqa təyinatlı idarələrin, tikililərin və müəssisələrin yerləşdirilməsinə yol verilmir. 

1.2.9. Məktəbəqədər təhsil müəssisəsinin binaları bir-birindən ayrılıqda layihələndirilir. Şəhərlərdə, çoxmərtəbəli tikililərin sıx yerləşdiyi ərazilərdə, eləcə də yeni salınan şəhərlərdə 140 yerdən artıq tutumu olmayan məktəbəqədər təhsil müəssisəsinin sərbəst giriş-çıxışa malik hasarlanmış ərazisi olmaq şərtilə, binalara bitişik tikilməsinə yol verilir. Məktəbəqədər təhsil müəssisəsinin binası yaşayış binasından əsaslı divarla ayrılmalıdır. 
 
1.2.8. Tikinti zonasının tərkibinə ərazinin sərhədləri çərçivəsində yerləşdirilən məktəbəqədər təhsil müəssisəsinin əsas binası daxildir. Həmin ərazidə bu təhsil müəssisəsi ilə funksional əlaqəsi olmayan başqa təyinatlı idarələrin, tikililərin və müəssisələrin yerləşdirilməsinə yol verilmir. 

1.2.10. Məktəbəqədər təhsil müəssisəsinin yaşıllıq ərazisinin sahəsi ümumi sahənin 50 faizindən az olmamalıdır.

1.2.11. Sahənin perimetri boyunca eni 1,5 m, küçə tərəfdən isə 6 m olan ağac və kollardan ibarət yaşıllıq mühafizə zolağı yaradılır. Ağaclar məktəbəqədər təhsil müəssisəsinin binasından – 15 m, kollar isə – 5 m məsafədə əkilir.  

1.2.12. Sahənin yaşıllaşdırılması üçün il ərzində yaşıl olan bitkilərdən istifadə edilir. Zəhərli məhsulları və tikanı olan ağac və kolların əkilməsinə yol verilmir. Hər il yaz mövsümündə kolların dekorativ budanması aparılır, alçaq və quru budaqlarla yanaşı, cavan zoğlar da kəsilir.

1.2.13. Təbii işıqlanması olmayan və kifayət qədər insolyasiya ilə təmin edilməyən məktəbəqədər təhsil müəssisəsinin ərazisində oyun meydançalarının binadan və ya ərazidən 50 m-dən artıq olmayan məsafədə yerləşdirilməsinə yol verilir. 
1.2.14. Oyun zonasının tərkibinə aşağıdakılar daxildir: 

1.2.14.1. qrup oyun meydançaları  (bu meydançalar hər bir qrup üçün fərdi qaydada olmaqla, 1 yaşlı körpə uşağa 7,5 m2-dən, məktəbəqədər yaşlı 1 uşaq üçün isə 9,0 m2-dən az olmayaraq qəbul edilir); 
 1.2.14.2. ümumi idman meydançası. 

 1.2.15. Qrup oyun meydançaları sahənin perimetri boyu keçən, eni 1,5 m olan dairəvi cığırla (velosiped və xizək sürmək, eləcə də yol hərəkəti qaydalarını öyrənmək üçün) birləşir. Meydançalar yaşıl otla və ya döyəclənmiş süxurla örtülməli və toz yaratmamalıdır. Körpə yaşlı uşaqlar üçün meydançaların örtüyü kombinasiya edilməli, qum meydançalarının ətrafında otluq və kölgəlik talvarlar, döyəclənmiş torpaqla örtülən keçid olmalıdır. Körpə yaşlı uşaqlar üçün meydançalar həmin qrupun otaqlarının çıxışına bilavasitə yaxın yerləşdirilir.  

1.2.16. Hər bir qrup oyun meydançasının ərazisində uşaqların günəşdən və yağıntıdan mühafizəsi üçün sahəsi 40 m2 olan kölgəsalan örtüklər quraşdırılır. Örtüklərin taxta döşəmələri torpaq səthindən 15 sm hündürlükdə yerləşdirilir. Binalara bitişik tikilən kölgəlik örtükləri qrupların otaqlarına kölgə salmamalıdır. 2 yaşa qədər olan körpələr üçün nəzərdə tutulmuş örtüklərin məktəbəqədər təhsil müəssisələrinin binalarına bitişik quraşdırılaraq, eyvan kimi istifadəsinə yol verilir. 1 yaşından 3 yaşına qədər körpə uşaqlar üçün meydançalarda oyun avadanlığı quraşdırılır.  
 
1.2.17. Ərazidə meydançalar arasındakı məsafələr aşağıdakı kimi müəyyənləşdirilir:

1.2.17.1. qrup oyun meydançaları ilə qrup oyun və ümumi idman meydançaları arasında 3 m-dən az olmayaraq; 

1.2.17.2. qrup oyun meydançaları və təsərrüfat zonası ilə ümumi idman meydançaları və təsərrüfat zonası arasında 6 m-dən az olmayaraq;  
1.2.17.3. sahənin hasarı ilə qrup oyun və ya ümumi idman meydançaları arasında 2 m-dən az olmayaraq.

1.2.18. Qrup oyun meydançaları kollarla əhatələnir.

1.2.19. Ümumi idman meydançasının tərkibinə aşağıdakılar daxildir:  

1.2.19.1. hərəkətli oyunlar üçün xüsusi avadanlıqlarla təchiz olunmuş zonalar; 

1.2.19.2. gimnastika avadanlığı və idman ləvazimatları olan zonalar; 

1.2.19.3. qaçış yolları;  

1.2.19.4. uzunluğa tullanma üçün qum çalaları; 

1.2.19.5. maneəli zolaqlar. 

1.2.20. 150 yerə qədər tutumu olan məktəbəqədər təhsil müəssisələri üçün sahəsi 250 m2-dən az olmayan 1 ədəd idman meydançası, 150 yerdən artıq tutumu olan məktəbəqədər təhsil müəssisələri üçün isə sahəsi 150 m2 və 250 m2 olan 2 ədəd idman meydançası nəzərdə tutulur. 

  1.2.21. Avadanlıqlarla təchiz edilmiş hərəkətli oyunlar üçün idman zonasının örtüyü otla, qalan zonaların örtüyü isə bərk qruntla, taxta ilə və tətbiqinə icazə verilmiş digər örtüklərlə döşənir. 

1.2.22. İdman meydançalarının yaxınlığında dəyişən dərinliyi 0,4 m-dən 0,8 m-ə qədər, sahəsi 4m´8m və ya 6m´10m olan üzgüçülük hovuzlarının quraşdırılmasına yol verilir. Hovuzlarda 1 m enində ayaq vannası nəzərdə tutulur.  

1.2.23. Uşaqlara üzgüçülük öyrədilməsi üçün nəzərdə tutulan qapalı hovuzların saxlanılması və istismarı qaydaları üzgüçülük hovuzlarının quruluşuna, istismarına və suyunun keyfiyyətinə dair gigiyenik tələblərə uyğun olmalıdır.
 
1.2.24. Təsərrüfat zonası torpaq sahəsinin sərhədində, qrup oyun və ümumi idman meydançalarından kənarda yerləşdirilərək, digər ərazidən yaşıllıqla ayrılır. Bu zona küçədən müstəqil girişlə təmin edilməli, qida bloku və camaşırxana ilə asan əlaqəyə malik olmalıdır. 

1.2.25. Mərkəzləşdirilmiş istilik sistemi olmadıqda, təsərrüfat zonasının ərazisində yanacaq çəni olan qazanxana yaradılmalıdır. Sanitariya-mühafizə zonasında yerli su təchizatı və kanalizasiya qurğuları, sahəsi 50 m2-dən artıq olmayan tərəvəz anbarı, paltarların qurudulması və xalça məmulatlarının təmizlənməsi üçün sahə yerləşdirilə bilər.  

1.2.26. Təsərrüfat zonasında məişət və qida tullantılarının yığılması üçün zibil meydançası nəzərdə tutulmalıdır. Bərk örtüklü meydançada müxtəlif işarələrlə nişanlanmış qapaqlı konteynerlər yerləşdirilir. Zibil meydançasının sahəsi konteyner əsasının ölçülərindən hər tərəfə 1 m artıq olmalıdır. Zibilin və qida tullantılarının yığılması üçün digər qapalı konstruksiyalardan da istifadə edilə bilər. 

1.2.27. Məktəbəqədər təhsil müəssisəsinin ərazisinə girişlər və çıxışlar, keçidlər, təsərrüfat tikililərinə və zibil meydançalarına gedən cığırlar asfalt, beton və ya digər bərk örtüklərlə döşənməlidir. 
 
1.3. Binalara olan tələblər 
 
1.3.1. Binanın planlaşdırma quruluşuna dair tələblər uşaqlarla aparılan təlim-tərbiyə işlərinin məzmunu ilə müəyyən olunur.

1.3.2. Yeni tikilən məktəbəqədər təhsil müəssisələrinin tutumu 350 yerdən, yaşayış binalarına bitişik və yaşayış binalarının tərkibində tikilən müəssisələrin tutumu isə 150 yerdən artıq olmamalıdır.  Kənd yaşayış  məntəqələri və  şəhər  tipli   qəsəbələr  üçün məktəbəqədər  təhsil müəssisələrinin tutumu 140 yerdən artıq olmamalıdır. 

1.3.3. Məktəbəqədər təhsil müəssisəsinin əsas binasında aşağıdakı sahələr təşkil olunur: 

1.3.3.1. qruplar – ayrılıqda hər bir uşaq qrupuna məxsus təcrid olunmuş otaqlar; 

1.3.3.2. bir və ya bir neçə uşaq qrupları tərəfindən növbə ilə istifadə edilən və uşaqlarla məşğələlərin keçirilməsi üçün təcrid olunmuş ixtisaslaşdırılmış otaqlar; 

1.3.3.3. əlavə otaqlar (tibb kabineti, qida bloku, paltar yuyulan otaq);

1.3.3.4. işçi heyəti üçün inzibati-məişət otaqları. 

1.3.4. Məktəbəqədər təhsil müəssisələrinin binaları 2 mərtəbədən artıq olmamalıdır. İri şəhərlərdə tikililərin sıxlığını və torpaq sahələrinin çatışmazlığını nəzərə alaraq, ərazi gigiyena və epidemiologiya mərkəzi ilə razılaşdırıldığı təqdirdə, məktəbəqədər təhsil müəssisələri binalarının 3 mərtəbə hündürlüyündə tikintisinə yol verilir. 3-cü mərtəbədə yalnız orta və böyük qrupların, zalların və uşaqlarla məşğələlərin aparılması üçün digər ixtisaslaşdırılmış otaqların, inzibati-məişət və rekreasiya sahələrinin yerləşdirilməsinə yol verilir. Körpələr qrupu 1-ci mərtəbədə, digər qruplar isə 2-ci mərtəbədə yerləşdirilir. 

1.3.5. Məktəbəqədər təhsil müəssisəsinin əsas otaqları yerüstü mərtəbələrdə yerləşdirilir. Zirzəmi və kürsü mərtəbələrində uşaqların qalması üçün otaqların və tibb kabinetinin yerləşdirilməsinə yol verilmir. Binaların zirzəmi və kürsü mərtəbələrinin istifadəsi müvafiq tikinti normalarının tələblərinə uyğun olaraq, eləcə də qrunt sularının səviyyəsi nəzərə alınmaqla həyata keçirilməlidir.  

1.3.6. Binalar yer tutumundan asılı olaraq, yığcam, blokşəkilli və ya pavilyon strukturlu ola bilər. Həmin binalar bir neçə pavilyon korpusundan ibarət olub, bir-birindən ayrı və ya isidilən keçidlə birləşə bilər. İsidilməyən keçidlərə və qalereyalara yalnız isti iqlimi olan rayonlarda yol verilir. 

1.3.7. Məktəbəqədər təhsil müəssisəsinin əsas otaqlarının döşəmədən tavana qədər hündürlüyü 3 m olmalıdır.

1.3.8. Binalara giriş iki tamburlu, isti iqlimli rayonlarda isə bir tamburlu qəbul edilməlidir. Tamburun dərinliyi 1,6 m-dən az olmamalıdır. Qismən şüşələnmiş daxili qapılar uşağın boyu səviyyəsində hər iki tərəfdən taxta reyka ilə haşiyələnir. Pilləkən məhəccərinin (üç və daha artıq pilləli) hündürlüyü 0,8 m təşkil edir. Körpələr qrupu otaqlarının girişi qarşısında uşaq arabalarının saxlanması üçün panduslar təşkil olunur.
 
1.3.9. Məktəbəqədər təhsil müəssisələri binalarının planlaşdırılma quruluşunda qrupların təcrid olunması prinsipinə riayət edilməlidir. Körpə yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qruplar sahədən müstəqil girişə malik olmalıdır. 2-ci mərtəbədə yerləşən qrupların uşaqları üçün və məktəbəqədər təhsil müəssisəsinin binasında yerləşməsindən asılı olmayaraq, tərkibi 4 qrupdan artıq olmayan məktəbəqədər yaşlı uşaqlar üçün ümumi girişin nəzərdə tutulmasına yol verilir. 

1.3.10. Qrupun tərkibinə soyunub-geyinmə otağı (körpələr üçün qəbul otağı), qrup (oyun) otağı, yataq otağı, bufet, sanitar qovşağı daxildir. 1 yaşına qədər körpələr üçün nəzərdə tutulan qəbul otağında valideynlərin soyunub-geyinməsi və südəmər uşaqların qidalanması üçün yerlər ayrılır. Bu qruplarda yataq otaqları şüşə arakəsmə ilə 2 zonaya ayrılmalıdır.  

1.3.11. Qrup otaqlarının sahəsi aşağıdakı kimi olmalıdır: 

1.3.11.1. soyunub-geyinmə otağı (qəbul otağı) – 18 m2-dən  az olmayaraq; 

1.3.11.2. qrup (oyun) otağı – 50 m2-dən az olmayaraq (körpələr qrupuna aid olan uşaqlar üçün hər uşağa 2,5 m2, yuxarı qruplara aid olan uşaqlar üçün isə hər uşağa 2,0 m2  hesabı ilə);

1.3.11.3. bufet – 3,8 m2-dən az olmayaraq;

1.3.11.4. yataq otağı – 50 m2-dən az olmayaraq (körpələr qrupuna aid olan uşaqlar üçün hər uşağa 1,8 m2,  yuxarı qruplara aid olan uşaqlar üçün isə hər uşağa 2,0 m2); 

1.3.11.5. sanitar qovşağı – 16 m2-dən az olmayaraq (uşaqların hər birinə 0,8 m2-dən az olmayaraq).

 1.3.12. Qrupları yuxarı mərtəbədə yerləşən uşaqlar üçün soyunub-geyinmə otaqları binanın 1-ci mərtəbəsində, hər qrup üçün ayrı-ayrı otaqlar olmaqla yerləşdirilir.  
 
1.3.13. İstifadə olunan uşaq arabalarının, xizəklərin, velosipedlərin, oyuncaqların yerləşdirilməsi üçün binada xüsusi anbar otaqları nəzərdə tutulmalıdır.  

1.3.14. Uşaqların qidalanması qrup otaqlarında təşkil olunur. Qrup otaqları bufetin qablarının yuyulması üçün isti və soyuq su xətti çəkilmiş 3 hissəli yuma vannası ilə təchiz edilir. Köhnə tipli məktəbəqədər təhsil müəssisələrində 2 hissəli vannanın quraşdırılmasına yol verilir.

1.3.15. Məktəbəqədər təhsil müəssisəsinin binasında otaqların pəncərələrinin istiqaməti üfüqün cəhətləri üzrə 1 nömrəli cədvəldə göstərilən qaydada yerləşdirilməlidir:  
CƏDVƏL 1                                                                                                     
 

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

 


1.3.16. Otaqların həddən artıq isidilməsinin məhdudlaşdırılması üçün qrup (oyun) və yataq otaqlarının, zalların, izolyatorların, mətbəxlərin, ərzağın tədarükü və emalı sahələrinin pəncərələri günəşdən mühafizə vasitələri ilə təchiz olunmalıdır.

1.3.17. Bütün qrup (oyun) və yataq otaqlarının, eləcə də mətbəx, camaşırxana, paltarların qurudulması və ütülənməsi otaqlarının pəncərələri nəfəsliklərlə təchiz edilməlidir.

1.3.18. Ümumilikdə, metal tor çəkilmiş pilləkən məhəccərinin hündürlüyü 1,5 m, uşaqlar üçün tutacaqların hündürlüyü 0,5 m, böyüklər üçün isə 0,85 m səviyyəsində olmalıdır. Pilləkən məhəccərində şaquli elementlər arasındakı məsafə 0,1 m-dən artıq olmayaraq, üfüqi bölgülərə yol verilmədən qəbul olunur.
 
1.3.19. Tualet sahəsi sanitar qovşağı və yuyunma zonasına bölünür. Yuyunma zonasında uşaqlar üçün əlüzyuyanlar və duş üçün forması dəyişən duş altlıqları yerləşdirilir. Sanitar qovşağı zonasında unitazlar quraşdırılır. Duş cihazları elastik rezin boru ilə təchiz olunmalıdır.

1.3.20. Məktəbəqədər təhsil müəssisələrində orta qrupa aid olan uşaqlar üçün əlüzyuyanların döşəmədən cihaza qədər hündürlüyü 0,4 m, böyük və məktəbəhazırlıq qruplarına aid olan uşaqlar üçün 0,5 m, duş altlıqları üçün isə 0,3 m təşkil edir. 
1.3.21. Körpələr qrupları üçün tualet zonası bir otaqda yerləşdirilir. Bu zona daimi isti və soyuq su ilə təmin olunan 3 ədəd əlüzyuyanla, işçi heyəti üçün bir ədəd əlüzyuyanla, güvəclər üçün rəflər, çirkabların təmizlənməsi üçün kanalizasiya axın sistemi, uşaq vannası və təsərrüfat şkafı ilə təchiz olunur. 

1.3.22. Körpələr qruplarında uşaqlar üçün 4 ədəd, orta və böyük qruplarda uşaqlar üçün 1 ədəd əlüzyuyan, 4 ədəd uşaq unitazı, 1 ədəd dəsmalqurudan cihaz quraşdırılır. 

1.3.23. Məktəbəhazırlıq qruplarında uşaqlar üçün 4 ədəd, orta və böyük qruplarda isə uşaqlar üçün 1 ədəd əlüzyuyan, 4 ədəd uşaq unitazı, 1 ədəd dəsmalqurudan cihaz quraşdırılır. Uşaq unitazları cəftəsiz bağlanan kabinələrdə quraşdırılır. Uşaq unitazı üçün nəzərdə tutulan kabinənin ölçüsü 1,0 m´0,75 m, kabinə divarının döşəmədən hündürlüyü 1,2 m, döşəmədən məsafəsi isə 0,15 m təşkil edir. 

1.3.24. Məktəbəhazırlıq qruplarında qızlar və oğlanlar üçün ayrıca tualet zonaları nəzərdə tutulmalıdır. İşçi heyəti üçün sanitar qovşağı olmadığı hallarda uşaqların tualet zonasında onlar üçün xüsusi kabinə nəzərdə tutulmalıdır. 

1.3.25. Məktəbəqədər təhsil müəssisəsinin binasında hər birinin sahəsi layihə tapşırığı ilə müəyyənləşdirilən musiqi və idman məşğələləri üçün 2 zal nəzərdə tutulmalıdır. Tutumu 100 yerədək olan binada idman və musiqi məşğələləri üçün ümumi zalın təşkilinə yol verilir. İdman və musiqi məşğələləri üçün nəzərdə tutulan zallarda tədbirlər və məşğələlər yalnız 2 qrup üçün təşkil edilir. Zallar keçid funksiyasını daşımamalıdır. Zalların döşəməsi cüzi istilik keçiriciliyinə malik örtüklə (parket, taxta lövhələr, isti əsaslı linoleum) döşənməlidir. Zalların nəzdində idman avadanlıqlarının və musiqi alətlərinin saxlanılması üçün sahəsi 6 kv.m-dən az olmayan anbar otağı nəzərdə tutulur.

1.3.26. Məktəbəqədər təhsil müəssisələrinin binalarında isidilən gəzinti eyvanlarından idman məşğələlərinin keçirilməsi üçün istifadə edilməsinə yol verilir. 

1.3.27. Məktəbəqədər təhsil müəssisələrinin binalarında kompyuter məşğələləri üçün xüsusi otaqlar nəzərdə tutulur. Kompyuterlə iş üçün nəzərdə tutulan otaqların əlverişli səmti şimal və şimal-şərq istiqamətləridir. 

1.3.28. Məktəbəqədər təhsil müəssisələrinin binalarında ölçüləri        3 m´6 (7) m və ya 6 m´10 (12,5) m, dəyişən dərinliyi isə 0,6m-0,8m olan vannalı üzgüçülük hovuzunun yerləşdirilməsinə yol verilir. Vannanın perimetri boyunca eni 0,75 m, duş kabinələrinin çıxış tərəfindən isə 1,5 m olan dolayı yollar nəzərdə tutulur. Duş kabinələrindən çıxışlarda uzunluğu və eni 0,8 m, dərinliyi isə  0,1 m olan ayaq vannası quraşdırılır. Hovuz otaqlarının tərkibinə vannalı zal otağı, duş və tualetli iki soyunub-geyinmə otağı, məşqçi otağı, tibb bacısı otağı, suyun müayinəsi üçün laboratoriya, idarəetmə qovşağı, xidmət və texniki otaqlar (xlorlama otağı və anbar) daxildir.  

1.3.29. Məktəbəqədər təhsil müəssisələrində tutumundan asılı olmayaraq tibb kabineti, prosedur otağı və izolyatordan ibarət tibb bloku nəzərdə tutulmalıdır. Tibb bloku binanın birinci mərtəbəsində, binaya girişin bilavasitə yaxınlığında təşkil edilir. Tibb kabineti dəhlizdən sərbəst girişə malik olmalı və izolyatorun palatalarından biri ilə bitişik yerləşdirilməlidir. Tibb otaqlarının tərkibinə və sahəsinə dair tələblər 2 nömrəli cədvəldə göstərilmişdir:  

2 nömrəli cədvəl 
 
 

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

 


1.3.30. İzolyatorun tərkibinə qəbul otağı, palatalar və sanitar qovşağı daxildir. İzolyatorun palatalarında yerlərin sayı müəssisənin ümumi yerlərinin 1,5 faizini təşkil edir. İzolyator ən azı 2 yoluxucu xəstəlik üçün nəzərdə tutulmalıdır. İzolyatorun palatalarında bir və ya iki çarpayı qoyulur. Onlar yalnız təcrid olunmuş otaqlarda yerləşdirilir. İzolyatorun qəbul otağında qidanın paylanması, qabların yuyulması və saxlanması üçün sahə ayrılmalıdır.  

1.3.31. Uyğunlaşdırılmış məktəbəqədər təhsil müəssisələrində tibb kabinetindən və izolyatordan ibarət tibb blokunun təşkil olunmasına yol verilir.  

1.3.32. Məktəbəqədər təhsil müəssisələrinin binalarında sahəsi 12-18 m2 olan zal və xidməti giriş nəzərdə tutulmalıdır. İnzibati-məişət otaqlarının tərkibinə sahəsi 12 m2-dən az olmayan metodik kabinet daxildir. İnzibati-məişət otaqlarının tərkibi və sahələrinə qoyulan tələblər 3 nömrəli cədvəldə göstərilmişdir:

 
3 nömrəli cədvəl 
 

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

 


 
1.3.33. Məktəbəqədər təhsil müəssisəsinin binasında ərzaq məhsulu və ya yarımfabrikatlarla işləyən qida bloku nəzərdə tutulmalıdır. Qida bloku birinci mərtəbədə yerləşdirilməlidir. İstehsal otaqlarının və ərzaq məhsulları (quru, dənəvər) saxlanan anbarların zirzəmilərdə və ya yarımzirzəmilərdə yerləşdirilməsinə yol verilmir. 

1.3.34. Ərzaq məhsulu ilə işləyən qida blokunun tərkibinə isti sex, paylama sahəsi, soyuq qəlyanaltılar sexi, ət-balıq sexi, tərəvəzlərin ilkin emalı sexi, tərəvəz sexi, mətbəx qablarının yuyulması otağı, quru ərzaq məhsulları anbarı, tərəvəz anbarı, soyuducu kamera olan tez və xüsusilə tez xarab olan məhsulların saxlanması anbarları (ət və balıq, qastronomiya məhsulları, yağ-süd məhsulları və meyvələr üçün), yük və qablaşdırma avadanlığının yuyulma sahəsi, heyət otağı, soyunub-geyinmə otağı, heyət üçün duş otağı və sanitar qovşağı daxildir. 

1.3.35. Qida bloku otaqlarının planlaşdırma quruluşu çiy və hazır qida məmulatlarının qarşılıqlı axınını istisna edən texnoloji proseslərin ardıcıllığını nəzərdə tutmalıdır. 

1.3.36. Yarımfabrikatlarla işləyən qida blokunda arakəsmə ilə bir-birindən təcrid olunmuş soyuq və isti qəlyanaltı sexləri, quru və ədədi ərzaq məhsullarının saxlanılması üçün otaq, məhsullar saxlanılan soyuducu kameraların yerləşdiyi otaqlar, mətbəx qablarının yuyulması otağı, məhsulların yüklənmə sahəsi və əvəzlənən qablaşdırma avadanlığının yuyulma sahəsi nəzərdə tutulmalıdır. Yarımfabrikatlarla işləyən qida bloku təmizlənmiş tərəvəz və yüksək hazırlıq vəziyyətində olan yarımfabrikatlar almalıdır.  

1.3.37. Mətbəx qablarının və qablaşdırma avadanlığının yuyulmasının eyni otaqda təşkilinə yol verilmir. Quru ərzaq məhsulları və tərəvəz anbarları, eləcə də soyuducu kameralar mətbəxdən təcrid olunmalıdır. Yuma sahələri, duş otaqları və sanitar qovşaqları, eləcə də çirkab sularının axını sistemi olan istehsal sahələrinin altında anbar otaqlarının və soyuducuların yerləşdirilməsinə yol verilmir. 

1.3.38. Tutumu 190 yer və daha artıq olan şəhər məktəbəqədər təhsil müəssisələrində qidanın 2-ci və 3-cü mərtəbələrə şaquli daşınması üçün mexaniki yükqaldırıcı vasitələr nəzərdə tutulmalıdır. 

1.3.39. Qida bloku otaqlarında elektriklə işləyən avadanlıqlar quraşdırılır. Texnoloji avadanlıqlar elə yerləşdirilməlidir ki, onlara sərbəst müdaxilə təmin olunsun və texniki təhlükəsizlik qaydalarına əməl edilsin.
 
1.3.40. Mətbəxin, ağlar yuyulan otaqların və sanitar qovşaqlarının pəncərələrinin qrup (oyun) və yataq otaqlarının pəncərələri altında yerləşdirilməsinə yol verilmir. 

1.3.41. 50 yerədək tutumu olan məktəbəqədər təhsil müəssisələrində ağların yuyulması üçün bir otaq, 50 yerdən artıq tutumu olan məktəbəqədər təhsil müəssisələri üçün isə 2 otaq (yuma və ütüləmə otaqları) nəzərdə tutulur. Yuyulma və ütüləmə otaqları bitişik olsa da, çirkli ağların qəbulu və təmiz ağların verilməsi üçün girişlər (və ya pəncərələr) bir-birindən ayrı yerləşdirilməlidir. Qrupların və qida blokunun qarşısında yuyulma otağına giriş qapısının qoyulmasına yol verilmir. Ağların yuyulması sahəsinin tərkibi və sahələri 4 nömrəli cədvəldə təsvir olunmuşdur:  
    
 
4 nömrəli cədvəl 
 

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

 


1.3.42. Otaqların yerləşməsi planının dəyişdirilməsi və ya onların öz funksional təyinatına görə istifadə olunmaması uşaqların müəssisədə qalma şəraitinə, sağlamlıq vəziyyətinə və təlim-tərbiyə prosesinə mənfi təsir göstərməməlidir. Yalnız sanitar-epidemioloji rəyin olduğu təqdirdə, bu struktur dəyişikliklərinin həyata keçirilməsinə yol verilir. 

 
1.4. Otaqların daxili tamamlama işlərinə dair tələblər
 
1.4.1. Məktəbəqədər təhsil müəssisələri binalarının otaqlarının divarları hamar, nəm üsulla təmizlənməsinə və dezinfeksiyasına şərait yaradan örtüyə malik olmalıdır. 

1.4.2. Qida blokunda mətbəxin, bufetin, tərəvəz anbarının, soyuducu kameraların, vannalı hovuzların, duş kabinələrinin, ağlar yuyulan otağın, ütüləmə otağının və sanitar qovşaqlarının divarları 1,5 m hündürlüyündə səthi minalanmış keramik plitələrlə, vannaların və qida blokunun tədarük sahələrinin divarları isə 1,8 m hündürlüyündə üzlənməlidir. 

  1.4.3. Üfüqün cənub səmtində yerləşən otaqlarda işığı əksetmə əmsalı 0,7-0,8 olan solğun və soyuq tonlu (solğun mavi, solğun yaşıl), şimal səmtində yerləşən otaqlarda isə əksetmə əmsalı 0,6-0,7 olan isti tonlu (solğun sarı, solğun çəhrayı, bej) boyalar və bəzək materialları tətbiq edilir. Otaqların ümumi sahəsinin 25 faizindən artıq olmaması şərtilə, müxtəlif elementlərin daha parlaq rənglə boyanmasına yol verilir. Musiqi və gimnastika məşğələləri keçirilən otaqların divar səthləri işığı əksetmə əmsalı 0,6-0,8 olan açıq tonlu boyalarla rənglənməlidir.  

1.4.4. Adi istismar rejimli otaqlarda tavanların boyanması üçün tabaşirli və ya əhəngli ağardıcı məhlullardan istifadə edilir. Eyni zamanda, su-emulsiya boyalarının tətbiqinə də yol verilir. Yüksək rütubət yaranan otaqların tavanları (qida blokunun istehsal sexləri, duş kabinələri, ağların yuyulması otaqları, əlüzyuma otaqları, sanitar qovşaqları) yağlı boyalarla rənglənir. 

1.4.5. Otaqların döşəmələri hamar, sürüşməyən, dəliksiz və qüsursuz olmalı, plintuslar divara və döşəməyə kip bərkidilməlidir.  
1.4.6. 1-ci mərtəbədə yerləşən qrup (oyun) otaqlarının döşəmələri isidilməlidir. Əsas otaqlarda döşəmə materialı kimi taxtadan istifadə olunur (yağlı boyalarla rənglənmiş taxta döşəmələr və ya parket lövhələr). Döşəmələrin asan yuyulan və dezinfeksiya edilən, eləcə də müvafiq sertifikata malik olan sintetik polimer materiallarla döşənməsinə yol verilir.  
  
1.4.7. Qida bloku otaqlarında, yuma və ütüləmə sahələrində, yardımçı təsərrüfat otaqlarında, duş kabinələri və sanitar qovşaqlarında döşəmələr keramik və ya cilalanmış mozaik metlax plitələrlə döşənməlidir.  
 
1.4.8. Duş kabinələrində, ağlar yuyulan otaqlarda, qida blokunun istehsal sahələrində döşəmənin səthinə suyun axıdılmasını təmin edən maili traplar quraşdırılmalıdır. 
 
1.5. Otaqların təbii və süni işıqlandırılmasına dair tələblər
 
1.5.1. Məktəbəqədər təhsil müəssisələri binalarının əsas otaqları təbii işıqlanmaya malik olmalıdır. 

1.5.2. Əsas otaqların qeyri-bərabər təbii işıqlanması 3:1 nisbətindən artıq olmamalıdır. Təbii işıqlanma əmsalı göstəricisi qrup (oyun) və yataq otaqlarında, tibb kabinetində, izolyatorun palatalarında, idman və musiqi məşğələləri otaqlarında, kompyuter sinfində 1,5 faizdən, soyunub-geyinmə otağında isə 1 faizdən az olmayaraq qəbul edilir. Həyətdə yerləşən bufetdə, anbar otağında və sanitar qovşağında təbii işıqlanmanın olmamasına yol verilir.

1.5.3. Qrup (oyun) və yataq otaqlarında işıqdüşmə mənbələri günəşdən mühafizə olunmaq üçün tənzimlənən qurğularla təchiz edilir. Günəşdən mühafizə qurğuları kimi daxili, şüşəarası, xarici və şaquli istiqamətli jalüzlərdən istifadə olunur. Jalüz üçün istifadə edilən material suya, yuyucu və dezinfeksiya vasitələrinə qarşı davamlı olmalıdır. Qrup otaqlarının pəncərəsində asılan pərdələr (jalüz) təbii işıqlanmanı azaltmamalıdır. Uşaqlar yatan zaman yataq otaqlarında pərdələrin bağlanmasına yol verilir. Qalan vaxtlarda isə otaqların insolyasiyasının təmin edilməsi üçün pərdələr açıq vəziyyətdə saxlanır.  

1.5.4. Birtərəfli işıqlanma zamanı qrup (oyun) otaqlarının işıq düşən istiqamətdən uzunluğu 6 m-dən çox olmamalıdır. 
1.5.5. Pəncərə altlıqlarında təbii işıqlanma səviyyəsini azaldan enliyarpaqlı güllərin və bitkilərin yerləşdirilməsinə yol verilmir. Güllərin hündürlüyü 15 sm-dən artıq olmamalıdır. Güllər divardan asılmış vəziyyətdə və döşəmədən   65-70 sm hündürlükdə olan dibçəklərdə və ya təbii guşələrdə yerləşdirilməlidir. 

1.5.6. Kifayət qədər təbii işıqlanma olmayan şəraitdə keçirilən məşğələlər zamanı əlavə süni işıqlanma təmin edilməlidir. 
1.5.7. Süni işıqlanma mənbələri bütün otaqların kafi dərəcədə və bərabər işıqlanmasını təmin etməlidir. Lüminessent işıqlanmaya üstünlük verilməlidir. Əsas otaqlarda süni işıqlanma normativləri  (lüminessent lampalarından istifadə zamanı)  5 nömrəli cədvəldə göstərilmişdir: 

5 nömrəli cədvəl 
 

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

 


1.5.8. Közərmə lampalarından istifadə olunan zaman işıqlanma normaları iki dəfə azalır. 

1.5.9. İşıqlandırıcı armatur işığın bərabər paylanmasını təmin etməlidir. Lampaların seçimi və çıraqların yerləşdirilməsi (lüminessent lampalarından istifadə zamanı) 6 nömrəli cədvələ uyğun həyata keçirilməlidir: 
 
   6 nömrəli cədvəl 
 

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

 

 
1.5.10. Közərmə lampalarından istifadə zamanı işıqlanmanın səviyyəsi 150 lx-dən az olmamalıdır. Közərmə lampaları şamdan tipli mühafizə armaturu ilə təchiz edilməlidir. 

1.5.11. Kompyuterlə məşğələlər keçirilən otaqlarda süni işıqlanma işığın ümumi bərabər paylanması sistemləri ilə təmin edilir. 

1.5.12. Bir otaqda eyni zamanda lüminessent və közərmə lampalarından istifadə edilməməlidir. Yeni tipli lampalardan və çıraqlardan istifadəyə yalnız onlar qanunvericiliklə müəyyən edilmiş texniki tələblərə uyğun olduğu zaman icazə verilir. 

1.5.13. Uşaqların daim olduğu otaqlarda qapalı elektrik açarları və rozetkalar döşəmə səviyyəsindən 1,8 m hündürlükdə quraşdırılmalıdır. İdman zallarında çıraqlar və pəncərələr mühafizə qurğuları ilə təchiz edilməlidir. 

1.5.14. Soyuq iqlimli rayonlarda əsas otaqların ümumi işıqlanma sistemində ultrabənövşəyi şüalanma mənbələri quraşdırıla bilər. 

1.5.15. Süni işıqlandırma mənbələri işlək vəziyyətdə saxlanılmalıdır. Səs-küy yaradan lüminessent lampaları təcili olaraq yenisi ilə əvəzlənməlidir. Sıradan çıxmış və yanmış lüminessent lampaları xüsusi ayrılmış sahədə yığılır və məktəbəqədər təhsil müəssisəsinin ərazisindən kənarlaşdırılır. 

1.5.16. Pəncərə şüşələrinin, mühafizə armaturunun və çıraqların təmizlənməsi ildə 2 dəfədən az olmayaraq həyata keçirilməlidir. 

1.5.17. Qida blokunun istehsal sahələrində işıqlanma mənbələrinin bişirilmə sobaları, texnoloji avadanlıqlar və emal masaları üzərində yerləşdirilməsinə yol verilmir. İşıqlandırma cihazları mühafizə armaturuna malik olmalıdır. 
 
1.6. İsidilmə və ventilyasiya sistemlərinə dair tələblər
 
1.6.1. Məktəbəqədər təhsil müəssisələrinin binaları ictimai binalarda havanın isidilməsinə, ventilyasiyasına və soyudulmasına dair layihələndirmə normalarına müvafiq olaraq, mərkəzləşdirilmiş istilik və ventilyasiya sistemləri ilə təchiz edilir.  

1.6.2. Məktəbəqədər təhsil müəssisələrinin binalarının istiliklə təchizatı yaşayış məntəqəsinin mərkəzi istilik şəbəkəsindən nəzərdə tutulmalıdır. Fərdi və ya qazla işləyən istilik sistemlərinin tətbiqinə də yol verilir. Kənd yerlərində birmərtəbəli təkmilləşdirilməmiş məktəbəqədər təhsil müəssisələrinin binalarında dövlət sanitar-epidemioloji nəzarət orqanları və yanğından mühafizə müfəttişliyi ilə razılaşdırılaraq, fərdi sobalar vasitəsilə otaqların isidilməsinə yol verilir. Dəmir sobaların quraşdırılmasına icazə verilmir.  

1.6.3. Qızdırıcı cihazlar kimi radiatorlardan və beton panellərdə quraşdırılmış boruşəkilli qızdırıcı elementlərdən istifadə olunur. 

1.6.4. Qızdırıcı cihazların səthinin temperaturu 80°C-dən artıq olmamalıdır. Uşaqlarda yanıq və zədələnmə hallarının qarşısını almaq üçün istilik cihazları sökülə bilən taxta şəbəkələrlə bağlanmalıdır. Mühafizə məqsədi ilə taxta-yonqarlı plitələrdən və digər polimer materiallardan istifadəyə yol verilmir. 
 
            1.7.  Su təchizatı və kanalizasiya sistemlərinə dair tələblər
 
1.7.1. Məktəbəqədər təhsil müəssisələrinin binaları şəhər və kənd yaşayış məntəqələrinin planlaşdırılmasına və tikintisinə dair tələblərə uyğun olaraq, təsərrüfat-içməli, yanğın əleyhinə, isti su, kanalizasiya və su axıdılma sistemləri ilə təchiz edilir. 

1.7.2. Məktəbəqədər təhsil müəssisələri qüvvədə olan sanitar-epidemioloji tələblərə və standartlara uyğun olaraq keyfiyyətli içməli su ilə təmin edilməlidir.
 
1.7.3. Məktəbəqədər təhsil müəssisəsinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemləri olmalıdır. 

1.7.4. Mərkəzləşdirilmiş su və kanalizasiya şəbəkələri olmadığı hallarda, yerli su təchizatı və kanalizasiya sistemlərinin seçiminə və quraşdırılmasına yalnız müsbət sanitar-epidemioloji rəy olduqda yol verilir. 

1.7.5. Mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan rayonlarda yerləşən məktəbəqədər  təhsil  müəssisələri  həyətdə  çirkab quyusu tikilməklə, daxili kanalizasiya sistemi ilə təchiz edilir. Yaranan çirkab suları ümumi təmizləyici qurğulara axıdılır və ya yerli təmizləyici qurğularda zərərsizləşdirilir. 

1.7.6. Mətbəx, bufet, uşaqlar və işçi heyəti üçün sanitar qovşaqları, camaşırxana, izolyator və tibb təyinatlı digər otaqlar, əlüzyuyanlar və təsərrüfat ehtiyacları üçün ayrılmış otaqlar daimi isti və soyuq su ilə təchiz edilməlidir. 

1.7.7. Mərkəzləşdirilmiş su təchizatı olmayan hallarda qida blokuna, izolyatora və tibb təyinatlı digər otaqlara, camaşırxanaya, bütün qrupların sanitar qovşaqlarına suyun mexaniki yolla (nasoslar vasitəsilə) verilməsi təmin edilməlidir. Əlüzyuyanlara və duş kabinələrinə verilən suyun temperaturu 37°C-dən aşağı və 60°C-dən yuxarı olmamalıdır.

1.7.8. İsti su təchizatı sisteminə qəbul otağında və soyunub-geyinmə otaqlarında yerləşən, şkaflarda paltarların və ayaqqabıların qurudulması üçün quraşdırılmış qızdırıcı cihazlar, eləcə də sanitar qovşaqlarındakı dəsmalqurudanlar da birləşdirilməlidir. 

1.7.9. Məktəbəqədər təhsil müəssisələrində fərdi isti su təchizatı sistemlərinin təşkilinə yol verilir. 
 




Загрузка...
Həmçinin oxuyun:
Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar-2. Ümumi təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar-2. Ümumi təhsil müəssisələri

Bir daha MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARI haqqında

Bir daha MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARI haqqında

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Təhsil Nazirliyi 571  xarici diplomu tanımadı !

Təhsil Nazirliyi 571 xarici diplomu tanımadı !

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

Məktəblərdə və digər müəssələrdə DALANDAR işinin xüsusiyyətləri

Məktəblərdə və digər müəssələrdə DALANDAR işinin xüsusiyyətləri

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Fiziki tərbiyənin mahiyyəti və məqsədi,  Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Əmək Məcəlləsindən çıxarış  IV bölmə   İş vaxtı

Əmək Məcəlləsindən çıxarış IV bölmə İş vaxtı

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi