AYYS - Avtomatlaşdırılmış Yazı Yoxlama Sistemi yazı işlərinin meyarlar əsasında onlayn və oflayn rejimlərdə qiymətləndirilməsi prosesinin təşkilini, keçirilməsini və yoxlama prosesində iştirak edən markerlərin fəaliyyətinin auditini özündə ehtiva edən texnoloji dövrə malik sistemdir. Dövlət İmtahan Mərkəzinin müxtəlif səpgili imtahanlarda yazı işlərinin yoxlanılması məqsədilə hazırlayıb istifadə etdiyi bu qiymətləndirmə sisteminə Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyat şəhadətnaməsi (patent) verilib.
Xatırladaq ki, bu patent qiymətləndirmə sisteminin beynəlxalq patentə namizədliyinin verilməsi üçün əsasdır.
AYYS şəffaflıq, obyektivlik və effektivlik prinsipləri əsas götürülərək qurulmuşdur. Sistem aşağıdakı əsas mərhələlərdən ibarətdir:
Avtomatlaşdırılmış Yazı Yoxlama Sisteminin hazırlanmasına 2014-cü ildən başlanılıb. 2014–2017-ci illər ərzində respublikanın V-XI siniflərində keçirilmiş monitorinq imtahanlarının yazı işlərinin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar aparılıb və bu müddət ərzində AYYS-nin həm metodik, həm də proqram təminatı işlənilib hazırlanıb. 2017-ci ildən başlayaraq ümumi orta (IX illik), 2019-cu ildən başlayaraq tam orta (XI illik) təhsil səviyyələri üzrə buraxılış və 2019-cu ildən başlayaraq ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə qəbul imtahanlarının yazı işlərinin yoxlanılması bu sistem vasitəsilə həyata keçirilir. Hazırda AYYS-də aşağıdakı imtahanların yazı işləri və inşalarının (esselərinin) qiymətləndirilməsi aparılır:
Qeyd edək ki, AYYS ilə bağlı “IFAC Papers online” jurnalında məqalə də dərc edilib və aşağıdakı beynəlxalq konfranslarda sistem haqqında məruzələr edilib:
Hazırki dövrədək AYYS-də müxtəlif imtahanlar və fənlər üzrə ümumilikdə 47 milyondan (47000000) çox qiymətləndirmə həyata keçirilib.