Balkan Riyaziyyat Olimpiadası üçün şagird seçimlərinə başlanılıb.

Balkan Riyaziyyat Olimpiadası üçün şagird seçimlərinə başlanılıb.
Bölmə adı Xəbərlər
Yayımlandı 25 Fevral 2026, 14:07

Balkan Riyaziyyat Olimpiadasına (BMO) hazırlıq məqsədilə beynəlxalq olimpiadalara hazırlıq qrupuna cəlb olunan şagirdlər arasında imtahan keçirilib.

Aztəhsil.az xəbər verir ki, şagirdlər müxtəlif çətinlik səviyyəsində olan tapşırıqları yerinə yetirərək bilik və bacarıqlarını nümayiş etdiriblər. Tapşırıqlar, əsasən, analitik düşünmə və problem həlletmə bacarıqlarının qiymətləndirilməsinə yönəlib.

Nəticələrə əsasən seçilən şagirdlər BMO üzrə hazırlıq qrupuna cəlb ediləcəklər.