AzTehsil.com

Xəbərlər / test / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Abituriyent / Bölgə / Şagird
13 iyul 2025
990

Abituriyentlər üçün imtahan - İKİNCİ CƏHD



34 mindən çox abituriyent üçün İKİNCİ CƏHD

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.


AzTehsil.com DİM-dən  bildirilib ki, bu gün, həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər coğrafiya fənni üzrə imtahan verəcəklər.


 


Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq imtahanlar saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.


 


İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.


 


Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:


 


- İmtahana buraxılış vərəqəsi;


 


- Şəxsiyyəti təsdiq edən sənədin əsli.


 


a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;


 


b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;


 


- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).


 


İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 144 imtahan binası, 2537 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 144 ümumi imtahan rəhbəri, 396 imtahan rəhbəri, 3177 nəzarətçi, 460 buraxılış rejimi əməkdaşı, 144 bina nümayəndəsi cəlb olunub.


 


Bugünkü imtahanda I ixtisas qrupu üzrə 24059, IV ixtisas qrupu üzrə 5634, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 4536 nəfər olmaqla, ümumilikdə 34229 abituriyentin iştirakı nəzərdə tutulur.


 


İmtahanda 58 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.



Həmçinin oxuyun:
Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər

Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər

Bu gün 48 mindən çox abituriyent II və III qruplara imtahan verib

Bu gün 48 mindən çox abituriyent II və III qruplara imtahan verib

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı KEÇİRİLƏCƏK

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı KEÇİRİLƏCƏK

Bazar günü qəbul imtahanı KEÇİRİLƏCƏK

Bazar günü qəbul imtahanı KEÇİRİLƏCƏK

Bugün 55 minə yaxın abituriyent imtahan verəcək

Bugün 55 minə yaxın abituriyent imtahan verəcək

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Həftəsonu II və III qrupa 50 mindən çox abituriyent imtahan verəcək

Həftəsonu II və III qrupa 50 mindən çox abituriyent imtahan verəcək

40 mindən çox abituriyent imtahan verəcək

40 mindən çox abituriyent imtahan verəcək

Bu gün II qrup üzrə qəbul imtahanı keçiriləcək

Bu gün II qrup üzrə qəbul imtahanı keçiriləcək

DİM qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan etdi

DİM qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan etdi

Bugün 41 mindən çox abituriyent imtahan verəcək

Bugün 41 mindən çox abituriyent imtahan verəcək

İyulun 22-də I, iyulun 23-də IV ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək

İyulun 22-də I, iyulun 23-də IV ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək

20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

19 mindən çox abituriyent I ixtisas qrupu üzrə qəbul imtahanı verəcək

19 mindən çox abituriyent I ixtisas qrupu üzrə qəbul imtahanı verəcək

Həftəsonu 49 minə yaxın abituriyent qəbul imtahanı verəcək

Həftəsonu 49 minə yaxın abituriyent qəbul imtahanı verəcək

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

I və IV ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlərin sayı açıqlandı

I və IV ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlərin sayı açıqlandı

Bu gün DİM II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir

Bu gün DİM II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir

Buraxılış imtahanlarının keçirilmə qrafiki - CƏDVƏL

Buraxılış imtahanlarının keçirilmə qrafiki - CƏDVƏL

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub

DİM 26 mindən çox abituriyent üçün qəbul imtahanı keçirəcək

DİM 26 mindən çox abituriyent üçün qəbul imtahanı keçirəcək

Sabah II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Sabah II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Aprelin 14-də 34 mindən çox abituriyent imtahan verəcək

Aprelin 14-də 34 mindən çox abituriyent imtahan verəcək

Bu gün 46 mindən çox şagird üçün buraxılış imtahanı keçirilib - VİDEO

Bu gün 46 mindən çox şagird üçün buraxılış imtahanı keçirilib - VİDEO