Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub
Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 5 və 12 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə 9, 16 və 30 aprel 2023-cü il tarixlərində keçiriləcək. Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.
İmtahan tarixi İmtahan keçiriləcək şəhər (rayon)
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı
5 mart
Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal, Sumqayıt, Gəncə (I hissə), Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Lənkəran, Masallı, Astara, Bərdə, Tərtər, Yevlax, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Xızı, Çilov adasında yerləşən məktəb, tədrisi ingilis və fransız dilində olan məktəblər
12 mart
Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron, Naxçıvan, Gəncə (II hissə), Mingəçevir, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar, Bakı xüsusi məktəblər (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblər
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı
9 aprel Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov, Gəncə (I hissə), Samux, Daşkəsən, Şəmkir, Şəki, Lənkəran, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Saatlı, Qusar, Siyəzən, Xızı, Şabran
16 aprel Qaradağ, Yasamal, Suraxanı, Binəqədi, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Göygöl, Tovuz, Gədəbəy, Qəbələ, Oğuz, Cəlilabad (I hissə), Masallı (I hissə), Yardımlı, Beyləqan, Füzuli, Zəngilan (Ağalı kəndi), Göyçay (I hissə), Ağdaş, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz (I hissə), Quba (I hissə)
30 aprel Xəzər, Nizami, Sumqayıt (II hissə), Abşeron (II hissə), Pirallahı, Naxçıvan, Mingəçevir, Goranboy, Naftalan, Qazax, Ağstafa, Qax, Balakən, Zaqatala, Cəlilabad (II hissə), Masallı (II hissə), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay (II hissə), Ucar, Şamaxı, İsmayıllı, Şirvan, Salyan, Xaçmaz (II hissə), Quba (II hissə), Bakı xüsusi məktəblər (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi ingilis, fransız və gürcü dilində olan məktəblər
Qeydlər:
– Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
– Gəncə şəhərində yerləşən məktəblərin 11-ci və 9-cu sinif, Sumqayıt, Abşeron, Cəlilabad, Masallı, Göyçay, Xaçmaz və Quba rayonlarında yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, I hissə və II hissə kimi adlandırılıb. İmtahan gününə 2 həftə qalmış hissələr üzrə məktəblərin siyahısı cədvələ əlavə olunacaq.
– İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.


"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

IX sinif üçün buraxılış imtahanlarının cədvəli

20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

İyunun 24-25-də növbəti buraxılış imtahanı keçiriləcək

2022-ci təqvim ili rəqəmlərdə

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

DİM qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan etdi

Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafiki müəyyən olunub

70 min şagird buraxılış imtahanı verəcək

Göygöl məktəbliləri tətil müddətində Şəmkir rayonunda təşkil olunan Skautların Yaz düşərgəsində iştirak edib

Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər

Buraxılış imtahanlarının qrafiki açıqlandı

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Regional Təhsil İdarələrinin yaradılması prosesi yekunlaşmaq üzrədir

Azərbaycanda rayon təhsil şöbələri ləğv edildi: 12 regional idarə yaradılır

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə təqvim planı açıqlanıb

Siyəzən, Göyçay, Bərdə və Zərdabda sentyabr konfransları

İmtahanların siyahısı

Daha 40 minə yaxın şagird buraxılış imtahanı verəcək

Respublika çempionatının zona yarışlarına yekun vurulub

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Digər bölgələrdəki doqquzuncuların imtahan vaxtı açıqlanıb - Birinci mərhələ

Bu gün Azərbaycanda buraxılış imtahanı keçirilir