AzTehsil.com


Xəbərlər / Abituriyent
18 may 2023
726


Həftəsonu II və III qrupa 50 mindən çox abituriyent imtahan verəcək




Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 20-də III ixtisas qrupu, mayın 21-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.


Bu barədə DİM-dən məlumat verilib.


Bildirilib ki, mayın 21-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.


İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.


İştirakçılar mayın 15-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər.


“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.


DİM-dən abituriyentlərin bir daha nəzərinə çatdırılıb ki, imtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.


Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.


Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:


- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.


a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;


b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;


- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).


İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 206 imtahan binası, 3 738 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 206 ümumi imtahan rəhbəri, 609 imtahan rəhbəri, 4 673 nəzarətçi-müəllim, 635 buraxılış rejimi əməkdaşı, 206 bina nümayəndəsi ayrılıb.


Mayın 20-də III ixtisas qrupu üzrə keçiriləcək imtahanda 22 146, mayın 21-də II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni imtahanı) üzrə keçiriləcək imtahanda isə 28 344 nəfər olmaqla, ümumilikdə 50 490 abituriyentin iştirakı nəzərdə tutulur.


İmtahanlarda 54 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.


Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 19-da təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.


İmtahanların gedişini işıqlandırmaq üçün 56 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.




Загрузка...
Həmçinin oxuyun:
Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər

Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

I və IV ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlərin sayı açıqlandı

I və IV ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlərin sayı açıqlandı

14 və ya 15 iyul tarixlərində keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə!

14 və ya 15 iyul tarixlərində keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə!

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Bu gün II qrup üzrə qəbul imtahanı keçiriləcək

Bu gün II qrup üzrə qəbul imtahanı keçiriləcək

19 mindən çox abituriyent I ixtisas qrupu üzrə qəbul imtahanı verəcək

19 mindən çox abituriyent I ixtisas qrupu üzrə qəbul imtahanı verəcək

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

DİM qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan etdi

DİM qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan etdi

20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək

II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək

Bu gün 28 mindən çox abituriyent qəbul imtahanı verəcək

Bu gün 28 mindən çox abituriyent qəbul imtahanı verəcək

Sabah II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Sabah II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub

Abituriyentlərin NƏZƏRİNƏ: Yeni qəbul modelinə uyğun olaraq sınaq imtahanı keçiriləcək

Abituriyentlərin NƏZƏRİNƏ: Yeni qəbul modelinə uyğun olaraq sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 3-də növbəti imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi aprelin 3-də növbəti imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

DİM 26 mindən çox abituriyent üçün qəbul imtahanı keçirəcək

DİM 26 mindən çox abituriyent üçün qəbul imtahanı keçirəcək

Bu gün 33139 abituriyent imtahan verəcək

Bu gün 33139 abituriyent imtahan verəcək

20 mindən çox şagird yenidən imtahan verəcək

20 mindən çox şagird yenidən imtahan verəcək

Həftəsonu yenidən karantin olacaq – Rəsmi

Həftəsonu yenidən karantin olacaq – Rəsmi

Ölkənin 11 şəhər və rayonunda 34041 abituriyent II və III qrup üzrə qəbul imtahanı verəcək – 14 İYULDA HƏLLEDİCİ GÜN

Ölkənin 11 şəhər və rayonunda 34041 abituriyent II və III qrup üzrə qəbul imtahanı verəcək – 14 İYULDA HƏLLEDİCİ GÜN

Ağstafa rayon ümumtəhsil müəssisələrində  Bayraq Günü geniş qeyd edilib

Ağstafa rayon ümumtəhsil müəssisələrində Bayraq Günü geniş qeyd edilib

DİM jurnaslitikaya qəbul olmaq istəyən abituriyentlərə qabiliyyət imtahanı keçirəcək

DİM jurnaslitikaya qəbul olmaq istəyən abituriyentlərə qabiliyyət imtahanı keçirəcək