AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə
15 iyun 2025
670

“4 min nəfərdən artıq Azərbaycan vətəndaşı Ukraynada təhsil alır”



"Bu gün 4 min nəfərdən artıq Azərbaycan vətəndaşı Ukraynada təhsil alır. Ölkəmiz uzun illərdir ki, Azərbaycan Ukrayna universitetlərini seçən ölkələr arasında 4-cü yeri tutur".


AzTehsil.com APA- a istinadən xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev "Ukraynada təhsil" adlı sərgi və konfransı zamanı çıxışında deyib.


O bildirib ki, ölkəsinin ali təhsil müəssisələrinin təmsil olunduğu bu tədbir iki ölkə arasında elm və təhsil sahəsində mövcud tərəfdaşlığın möhkəmlənməsi yolunda mühüm addımdır:"Bu rəqəm Ukrayna universitetlərinə və təhsil sistemimizin keyfiyyətinə, əlçatanlığına və beynəlxalq tanınmasına olan yüksək etimadın bariz nümunəsidir. Ukrayna uzun illərdir ki, Azərbaycan gəncləri üçün ən çox seçilən təhsil istiqamətlərindən biri olaraq qalır — biz bu seçimi dəyərləndiririk. Ölkələrimizin gələcəyi məhz elm və təhsil sahəsində bu gündən formalaşır. Biz akademik mübadilənin, ikili diplom proqramlarının, birgə elmi layihələrin və tələbə mobilliyinin genişləndirilməsində xüsusilə maraqlıyıq. Ukrayna universitetləri artıq "Erasmus+" proqramında fəal iştirak edir, çevik tədris formatları təklif edir və müasir tədris yanaşmalarını tətbiq edirlər. Biz daha çox Azərbaycanlı abituriyentin Ukraynada əyani, tam və keyfiyyətli təhsilə qatılmasını arzulayırıq. Çünki məhz əyani təhsil mədəniyyətə yaxından bələd olmağa, akademik inkişaf və həqiqi insan əlaqələri qurmağa ən gözəl şərait yaradır. Ukrayna bütün dünyadan istedadlı gənclər üçün açıq olaraq qalır. Biz hər bir tələbənin öz potensialını reallaşdıra biləcəyi, qlobal akademik məkanın bir hissəsinə çevrilə biləcəyi təhlükəsiz, dostyana və innovativ təhsil mühiti yaradırıq. Bu günkü tədbir təhsil sahəsində birbaşa əlaqələr qurmağa, təhsil proqramları barədə daha ətraflı məlumat almağa və əməkdaşlıq üçün yeni imkanların yaradılmasına xidmət edir. Fürsətdən istifadə edib, Ukrayna ilə Azərbaycan arasında yeni əməkdaşlıq üfüqləri arzulayıram".


Səfir həmçinin, ölkəsinin Azərbaycanla bütün sahələrdə olduğu kimi təhsil sektorunda əlaqələrin daha da möhkəmlənməsində maraqlı olduğunu söyləyib.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Universitetlərdə YENİ QAYDALAR

Universitetlərdə YENİ QAYDALAR

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

TƏHSİL HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür