Nazir Türkiyənin Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının sədri ilə görüşüb
Nazir Türkiyənin Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının sədri ilə görüşüb.
Noyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK) sədri Ümit Kocabıçak ilə görüşüb.
AzTehsil.com xəbər verir ki, görüş çərçivəsində akkreditasiya qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.










