AzTehsil.com


H/N sənədlər
21 aprel 2017
9 180


Təhsil Nazirliyinin ƏSASNAMƏSİ



Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə  TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan  Respublikasının Təhsil Nazirliyi  haqqında   ƏSASNAMƏ

I.ÜMUMİ  MÜDDƏALAR

1.Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2.Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3.Nazirlik bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyaların yerinə yetirilməsində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq və ictimai təşkilatlarla, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı fəaliyyət göstərir.

4.Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5.Nazirliyin saxlanması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına  maliyyələşdirilir.

6.Nazirlik Bakı şəhərində yerləşir.

II.NAZİRLİYİN ƏSAS VƏZİFƏLƏRİ

7.Nazirliyin əsas vəzifələri aşağıdakılardır:

7.1.Təhsil sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasəti həyata keçirmək;

7.2.Azərbaycan Respublikasında təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafını təmin etmək;

7.3.təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

7.4.vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq;

7.5.mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə elmi, tədris-metodiki rəhbərliyi həyata keçirmək;

7.5-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;1

7.6.Azərbaycan Respublikasının qanunvericiliyi ilə Nazirliyə həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.

III. NAZİRLİYİN FUNKSİYALARI
 
8.Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

8.1.təhsil sisteminin fəaliyyətini və onun inkişafını təmin edən normativ hüquqi bazanın yaradılmasında iştirak edir və müvafiq sahə standartları hazırlayır;

8.2.milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarının icrasına nəzarəti həyata keçirir; 2

8.2-1. təhsil sahəsində dövlətlərarası, regional və beynəlxalq inkişaf proqramlarının həyata keçirilməsini təmin edir;

8.2-2. təhsili idarəetmə orqanlarının, təhsil müəssisələrinin, təhsillə bağlı qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsini təşkil edir; 3

8.3.təhsil prosesinin təşkilinə dair ümumi tələbləri müəyyən edir;

8.4.təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirir;

8.5.təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) istisna olmaqla) təmin edir; 4

8.6.təhsil sahəsində dövlət siyasətinin və dövlət proqramlarının həyata keçirilməsinin monitorinqini  aparır;5

8.7.qanunvericiliyə uyğun olaraq təhsil sistemində demokratik idarəetmənin tətbiqini təmin edir;

8.8.təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya xidmətini yaradır; 6

8.8-1. akkreditasiya olunmuş təhsil müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə məhkəmədə iddia qaldırır; 7

8.9.təhsilin keyfiyyətini yüksəltmək və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqi məqsədilə eksperimentlər aparır;

8.10.təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin edir;8

8.10-1. baza tədris planlarını və proqramlarını təsdiq edir;9

8.11.icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət edir;

8.12.xüsusi istedada malik uşaq, şagird və tələbələrin təhsillərini davam etdirmək üçün lazımi tədbirlər görür;

8.13.təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirir;10

8.13-1. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair monitorinqlər aparılmasında  iştirak edir;11

8.13-2. Nazirliyin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlayır;

8.14.müxtəlif səviyyəli və miqyaslı fənn olimpiadaları təşkil edir;

8.15.yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi-metodik, informasiya-kommunikasiya texnologiyaları və digər texniki vasitələrlə təminatını həyata keçirir; 12

8.16.açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri, təhsil müəssisələri, uşaq evləri və internat məktəbləri şəbəkəsinin yaradılması, habelə inkişafında və ya    davranışında qüsur olan yetkinlik yaşına çatmayanlara pedaqoji və digər yardım göstərən müəssisələrin inkişafı üçün tədbirlər görür, aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə ciddi tərbiyə şəraitinə ehtiyacı olan, sağlamlıq imkanları məhdud" (xüsusi qayğıya ehtiyacı olan) uşaq və yeniyetmələrin təhsilini təşkil edir, inkişafında qüsurlar olan yetkinlik yaşına çatmayanları aşkar edən psixoloji-tibbi-pedaqoji komissiyalar yaradır, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində təhsil orqanlarına həvalə edilən digər məsələləri həll edir; 13

8.17.qəyyumluq və himayə orqanlarına metodiki kömək göstərir, valideyn himayəsindən məhrum uşaqların müəyyənləşdirilməsini və onların təhsilə cəlb edilməsini təşkil edir;.

8.17-1. məktəbəqədər yaşlı uşaqları evdə tərbiyə edən ailələr üçün müvafiq qaydada metodiki və diaqnostik məsləhət və əlaqələndirmə xidməti təşkil edir;

8.17-2. vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, qanunvericiliyə uyğun olaraq ümumi təhsil müəssisəsində müvafiq dövlət təhsil standartları əsasında tədrisin digər dillərdə aparılmasına razılıq verir;14

8.18.müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə təhsil müəssisələrində idman- sağlamlıq və profilaktik işlərin təşkili ilə bağlı lazımi tədbirlər görür, uşaq, şagird və tələbələrin idman yarışlarını, turist yürüşlərini, özfəaliyyətlərinə, texniki və bədii yaradıcılıqlarına baxışları və bu kimi digər tədbirləri həyata keçirir;

8.18-1. öz səlahiyyətləri daxilində təhsil müəssisəsində bədən tərbiyəsi və idmanın təbliği forma və metodlarını müəyyən edir, qanunvericiliyə uyğun olaraq müxtəlif idman növləri üzrə proqram və normativləri təsdiq edir;15

8.18-2. bədən tərbiyəsi dərslərinin və idman məşğələlərinin yüksək səviyyədə keçirilməsini, tədris planlarına və təhsil standartlarına uyğun olaraq çağırışaqədər yaşlı gənclərin və çağırışçıların hərbi xidmətə zəruri fiziki hazırlığını təmin edir, təhsil alanların üzməyi öyrənməsi, müəyyən edilmiş idman normativlərini yerinə yetirə bilməsi üçün şərait yaradır;

8.19.müvafiq icra hakimiyyəti orqanları ilə birgə təhsil müəssisələrində təhsil alanların, pedaqoji və texniki-yardımçı heyət işçilərinin tibbi müayinədən keçirilməsini təmin edir; 16

8.20.təhsil müəssisələrində aparılan elmi araşdırmaları əlaqələndirir;17

8.21.elmi-texniki konfransların, simpoziumların və müsabiqələrin keçirilməsini, şagirdlərin, tələbə, doktorant və müəllimlərin xarici ölkələrdə keçirilən bu kimi tədbirlərdə iştirakını təşkil edir; 18

8.22.ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatı barədə təklif verir;19

8.23.bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy verir;

8.24.yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrində elmi və pedaqoji şuraların yaradılması və fəaliyyəti ilə bağlı əsasnamələri təsdiq edir;20

8.25.müxtəlif səbəblərə görə pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslərin kateqoriyası, sağlamlıq imkanlarına görə məhdudiyyət qoyulan, eləcə də eksternat yolu ilə mütəxəssis hazırlığı qadağan edilən ixtisasların siyahısı barədə təkliflər verir;
8.26.mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir;

8.27.xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir;21

8.28.xarici dövlətlərdə alınmış təhsil sənədlərinin nostrifikasiyası qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında   şəhadətnamələr  verir;

8.29.təhsilalanlarüçünadlıtəqaüdlərintəsisedilməsibarədəAzərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırır;

8.30.mütəxəssis-kadrlara, o cümlədən pedaqoji kadrlara olan real tələbatı müəyyənləşdirir və onların iş yerləri ilə təmin olunmasını tənzimləyir;22

8.31.ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinə illik tələbə və şagird qəbulu barədə təklif hazırlayır; 23

8.32.müvafiq təhsil müəssisələrində magistratura və doktoranturaların açılması məsələsini həll edir;

8.33.pedaqoji kadrların və təhsil işçilərinin hazırlanması və əlavə təhsili işini təşkil edir; 24

8.34.müasir təhsil texnologiyalarından istifadə etməklə müxtəlif təhsilalma formalarının tətbiq edilməsinə və inkişafına şərait yaradır;25

8.35.aidiyyəti icra hakimiyyəti orqanları, müəssisə və təşkilatlarla birlikdə əhalinin işləməyən təbəqəsinin peşə hazırlığını, o cümlədən əlavə təhsilini təmin edir;26

8.36.ümumi təhsil müəssisələrində təhsilverənlərin və təhsilalanların attestasiyasını həyata keçirir; 27

8.37.dövlət ali təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi məsələsini həll edir; 28

8.38.təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyinə razılıq verir; 29

8.39.pedaqoji kadrlara olan tələbatın ödənilməsi üçün tədbirlər görür, gənc mütəxəssislərin iş yerlərilə təminatı prosesinə əməli köməklik göstərir, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə lazımi işlər aparır;

8.40.təhsil müəssisələrinin tədris-maddi bazasını inkişaf etdirir, onların tikintisinə, maddi-texniki təchizatına dair vahid normaları, şagird yerləri ilə təminat normativlərini müəyyənləşdirir;

8.41.qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirir; 30

8.41-1. azkomplektli dövlət ümumi təhsil müəssisələrinin mövcud normativlərdən üstün maliyyələşdirilməsi məsələsini həll edir; 31

8.42.təhsil sistemində "attestasiya-maddi stimullaşdırma" mexanizminin tətbiqilə əlaqədar təkliflər hazırlayır;

8.43.təhsil işçilərinin həvəsləndirilməsi və mükafatlandırılması tədbirlərini həyata keçirir, onlara mövcud qanunvericilik çərçivəsində "Əmək veteranı" adının verilməsini təmin edir;

8.44.təhsil sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görür;

8.45.təhsil sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı həyata keçirir;

8.46.xarici ölkələrdə yaşayan azərbaycanlıların öz ana dilində ümumi təhsil almalarına, habelə Azərbaycan dili və ədəbiyyatının, Azərbaycan tarixi və coğrafiyasının öyrənilməsinə yardım göstərir;

8.47.Azərbaycan Respublikası vətəndaşlarının mövcud qaydalara uyğun dövlət xətti ilə xaricdə təhsil almaları və elmi tədqiqat işləri aparmaları üçün tədbirlər görür;

8.48.təsdiq olunmuş formada statistik məlumatların və hesabatların toplanılmasını, onların təhlilini və nəticələrin müvafiq orqanlara təqdim edilməsini həyata keçirir;
 
8.49.öz səlahiyyətləri daxilində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirir;

8.50.qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir. 32

IV. NAZİRLİYİN HÜQUQLARI

9.Nazirlik öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara  malikdir:

9.1.mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada təhsilin inkişafı ilə bağlı zəruri məlumatlar və arayışlar tələb etmək;

9.2.təhsil sisteminin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar qəbul etmək, onları dəyişdirmək və ləğv etmək;33

9.3.səlahiyyətləri daxilində təhsil müəssisələri tərəfindən icrası məcburi olan göstərişlər, əmr və sərəncamlar vermək, onların icrasına nəzarət etmək;

9.4.mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən təlim-tərbiyə müəssisələrin-də monitorinqlər keçirmək, tədrisin keyfiyyətinə dövlət nəzarətini təşkil etmək; 34

9.5.qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) vermək, lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına müntəzəm nəzarət etmək;

9.6.mövcud qanunvericiliyin  tələblərinə uyğun  olaraq tenderlər keçirmək,  texniki şərtləri müəyyənləşdirmək, onların icrasına nəzarəti təmin etmək;

9.7.qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil məsələləri ilə bağlı beynəlxalq və dövlətlərarası münasibətlərdə Azərbaycan Respublikasını təmsil etmək, qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr (sazişlər, memorandumlar, bəyannamələr və s.) imzalamaq;
9.8.qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. NAZİRLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

10.Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən nazir rəhbərlik edir.

11.Təhsil naziri Nazirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

11-1. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. 35

12.Təhsil nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan üç müavini vardır. Nazir müavinləri onların arasında nazir tərəfindən aparılmış vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.

13.Təhsil naziri:

13.1.Nazirliyin fəaliyyətini təşkil edir və ona ümumi rəhbərliyi həyata keçirir;

13.2.nazir müavinləri arasında vəzifə bölgüsü aparır;

13.3.müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Nazirliyin mərkəzi aparatının, habelə birbaşa tabeliyində olan büdcədən maliyyələşən qurumların strukturunu təsdiq edir;

13.4.Nazirliyin mərkəzi aparatının işçilərini və təsdiq olunmuş nomenklatur çərçivəsində kadrları  vəzifəyə  təyin  edir  və  vəzifədən  azad  edir,  onlarla  əmək  müqavilələri   bağlayır,
 
müqavilələri ləğv edir, işçilər barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada mükafatlandırma, həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

13.5.səlahiyyətləri daxilində Nazirliyin mərkəzi aparatının, habelə tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

13.6.bilavasitə tabeliyində olan təhsil müəssisələrinin, idarə və təşkilatların nizamnamələrini (əsasnamələrini), eləcə də Nazirliyin aparatının struktur bölmələrinin əsasnamə və iş planlarını təsdiq edir;36

13.7.təhsilin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, monitorinqlərin aparılması, strateji fəaliyyət proqramlarının hazırlanması məqsədilə mütəxəssislərdən ibarət işçi qrupları, eləcə də koordinasiya və idarəetmə şuraları yaradır;

13.8.qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin dövlət orqanları, qeyri- hökumət təşkilatları və hüquqi şəxslərlə, beynəlxalq təşkilatlarla danışıqlar aparır;

13.9.Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

14.Nazirlikdə nazirdən (kollegiyanın sədri), nazir müavinlərindən, Naxçıvan Muxtar Respublikasının təhsil nazirindən, Nazirliyin mərkəzi aparatının, tabeliyində olan qurumların rəhbər işçilərindən və alimlərdən ibarət kollegiya yaradılır.37

15.Nazirliyin kollegiyasının sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur.

16.Nazirliyin kollegiyası öz iclaslarında təhsillə bağlı aktual məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

17.Nazirliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

18.Kollegiya qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, protokollarla rəsmiləşdirilir və bir qayda olaraq nazirin müvafiq əmrləri və sərəncamları ilə həyata keçirilir.

19.Zəruri hallarda kollegiya iclaslarına iştirak etmək üçün digər icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimai təşkilatların nümayəndələri də dəvət edilə bilərlər.38


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.16 dekabr 2005-ci il tarixli Fərman ("Azərbaycan” qəzeti, 17 dekabr 2005-ci il)

2.26 oktyabr 2007-ci il tarixli 642 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 947)

3.11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970)

4.21  dekabr  2009-cu  il  tarixli  195  nömrəli  Azərbaycan  Respublikasının  Prezidentinin Fərmanı ("Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, №  289)

5.10 fevral 2010-cu il tarixli 219 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan” qəzeti 12 fevral 2010-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 83)

6.15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)
 
7.19 aprel 2012-ci il tarixli 612 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan” qəzeti, 20 aprel 2012-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 04, maddə 291)

8.1   iyun   2012-ci   il   tarixli   637   nömrəli   Azərbaycan   Respublikası   Prezidentinin      Fərmanı ("Azərbaycan” qəzeti, 2 iyun 2012-ci il, № 120)

9.4   sentyabr  2012-ci   il  tarixli  702   nömrəli  Azərbaycan   Respublikası  Prezidentinin    Fərmanı ("Respublika” qəzeti, 6 sentyabr 2012-ci il,    № 198, "Azərbaycan” qəzeti 8 sentyabr 2012-ci il,
№ 200)


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»yə 7.5-1-ci bənd əlavə edilmişdir.

2 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40) ilə 8.2- ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:
8.2. təhsilin inkişafı ilə bağlı proqramların hazırlanıb həyata keçirilməsini təmin edir, bu sahədə digər orqanların fəaliyyətini əlaqələndirir;

3 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə yeni məzmunda 8.2-1- ci və 8.2-2-ci bəndlər əlavə edilmişdir.

4 19 aprel 2012-ci il tarixli 612 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan” qəzeti, 20 aprel 2012-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 04, maddə 291) ilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.5-ci yarımbənddə "qiymətləndirməni” sözündən sonra "(ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) istisna olmaqla)” sözləri əlavə edilmişdir.


5 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 8.3-8.6-cı bəndlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.1.təhsil müəssisələrinin şəbəkəsini və onların inkişaf perspektivlərini müəyyənləşdirir;

8.2.təlim və tədris prosesinin keyfiyyətinə, təhsil qanunvericiliyinin icrasına, təhsilin dövlət standartlarına riayət olunmasına nəzarət edir;

8.3.təhsil sisteminin inkişafı sahəsində analitik təhlillər aparır və monitorinqlər keçirir;

8.4.təhsil sistemində biliyin qiymətləndirilməsi meyarlarını, qiymətləndirmənin bal sistemini müəyyənləşdirir;

6 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40) ilə 8.8- ci bənd yeni redaksiyada verilmişdir.
 
Əvvəlki redaksiyada deyilirdi:

8.8. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəyyən olunmuş qaydalar əsasında təhsil müəssisələrinin attestasiyasını və akkreditasiyasını aparır;

7 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə yeni məzmunda 8.8-1- ci bənd əlavə edilmişdir.

8 16 dekabr 2005-ci il tarixli Fərman ("Azərbaycan” qəzeti, 17 dekabr 2005-ci il) ilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 8.10-cu bəndinə "təsdiq edir,"  sözlərindən sonra "yetkinlik yaşına çatmayanlarda cəmiyyətə və qanunlara hörmət ruhunda davranışın formalaşdırılmasına yönəldilmiş proqram və metodikalar işləyib hazırlayır və onları təhsil müəssisələrinin işində tətbiq edir," sözləri əlavə edilmişdir.

15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 8.10-cu bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.10. dövlət təhsil standartlarının tələblərinə uyğun olaraq baza təhsil proqramlarını təsdiq edir, yetkinlik yaşına çatmayanlarda cəmiyyətə və qanunlara hörmət ruhunda davranışın formalaşdırılmasına yönəldilmiş proqram və metodikalar işləyib hazırlayır və onları təhsil müəssisələrinin işində tətbiq edir, dərslik, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyatın siyahısını tərtib edir, onlara qrif (nəşr hüququ) verir;

9 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə yeni məzmunda 8.10- 1-ci  bənd əlavə edilmişdir.

10 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 8.13-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.13-cü ümumtəhsil məktəblərində sinifdən-sinfə keçirmə və buraxılış imtahanlarının sayını, formasını və qiymətləndirmə mexanizmini, təhsil alanların bir tədris müəssisəsindən digərinə köçürülməsi qaydalarını müəyyən edir;

11 4 sentyabr 2012-ci il tarixli 702 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 6 sentyabr 2012-ci il, № 198, "Azərbaycan” qəzeti 8 sentyabr 2012-ci il, № 200) ilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə 8.13-1-ci və 8.13-2-ci yarımbəndlər əlavə edilmişdir.

12 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 8.15-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.15.tədris müəssisələrinin kompüterləşdirilməsi, şagirdlər üçün təhsil portalının və saytlarının yaradılması istiqamətində müvafiq proqramlar hazırlayıb həyata keçirir;
 
1 iyun 2012-ci il tarixli 637 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan” qəzeti, 2 iyun 2012-ci il, № 120) ilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də 8.15-ci bənddə "dövlət” sözündən əvvəl "yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər” sözləri əlavə edilmişdir.

13 16 dekabr 2005-ci il tarixli Fərman ("Azərbaycan” qəzeti, 17 dekabr 2005-ci il) ilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 8.16-cı bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.16.aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə ciddi tərbiyə şəraitinə ehtiyacı olan, sağlamlıq imkanları məhdud (xüsusi qayğıya ehtiyacı olan) uşaq və yeniyetmələrin təhsilini təşkil edir;

14 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə yeni məzmunda 8.17- 1-ci və 8.17-2-ci bəndlər əlavə edilmişdir.

15 10 fevral 2010-cu il tarixli 219 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan” qəzeti 12 fevral 2010-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 83) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə 8.18-1-ci və 8.18-2-ci bəndlər əlavə edilmişdir.

16 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 8.19-cu bənddə "tədris” sözü "təhsil” sözü ilə əvəz edilmişdir.

17 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 8.20-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.20. tabeliyində olan təhsil müəssisələrinin və təşkilatların digər elmi müəssisə və təşkilatlarla elm və təhsil sahəsində fəaliyyətini əlaqələndirir;

18 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 8.21-ci bənddə "aspirant” sözü "doktorant” sözü ilə əvəz edilmişdir.

19 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 8.22-ci bənddə "peşə- ixtisas” sözlərindən əvvəl "ilk” sözü əlavə edilmişdir.

20 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 8.23-cü və 8.24-cü bəndlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.23.mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrinin nümunəvi əsasnamələrinin layihələrini hazırlayır, təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğvi barədə rəy və təkliflər verir;

8.24.təhsil müəssisələri məzunlarının  yekun dövlət  attestasiyası qaydalarını  və  imtahan prosesilə
 
əlaqədar müvafiq reqlamentləşdirici sənədləri təsdiq edir;

1 iyun 2012-ci il tarixli 637 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan” qəzeti, 2 iyun 2012-ci il, № 120) ilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də 8.24-cü bənddə "dövlət” sözündən əvvəl "yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər” sözləri əlavə edilmişdir.

21 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 8.27-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.27. təhsil sənədlərinin tanınması və ekvivalentliyi ilə bağlı məsələləri həll edir;

22 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 8.30-cu bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.30.əmək bazarı tələbatının öyrənilməsi və mütəxəssis hazırlığının proqnozlaşdırılmasında iştirak edir;

23 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 8.31-ci bənddə "texniki peşə məktəblərinə” sözləri "ilk peşə-ixtisas təhsili müəssisələrinə” sözləri ilə əvəz edilmişdir.

24 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 8.33-cü bənddə ", ixtisasının artırılması və yenidən hazırlanması” sözləri "və əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.

25 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 8.34-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.34. distant təhsili üçün müvafiq şərait yaradır;

26 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 8.35-ci bənddə "ixtisasartırmasını və yenidən hazırlanmasını” sözləri "o cümlədən əlavə təhsilini” sözləri ilə əvəz edilmişdir.

27 19 aprel 2012-ci il tarixli 612 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan” qəzeti, 20 aprel 2012-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 04, maddə 291) ilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.36-cı yarımbənddən "və təhsilalanların” sözləri çıxarılmışdır.


28     1   iyun   2012-ci   il   tarixli   637   nömrəli   Azərbaycan   Respublikası   Prezidentinin    Fərmanı ("Azərbaycan”  qəzeti,  2  iyun  2012-ci  il,  №  120)  ilə  "Azərbaycan  Respublikasının  Təhsil   Nazirliyi
 
haqqında Əsasnamə”də 8.37-ci bənddə "müəssisələri” sözündən sonra "və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri” sözləri əlavə edilmişdir.


29 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 8.36-8.38-ci bəndlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.31.pedaqoji kadrların təsdiq olunmuş qaydalara uyğun attestasiyasının keçirilməsini təşkil edir;

8.32.təhsil  müəssisələrində  pedaqoji  və  elmi-pedaqoji  kadr  vəzifələrinin  tutulması    qaydalarını
müəyyən edir;

8.33.Nazirliksistemindəolantəhsilmüəssisələrindərəhbərkadrlarınnomenklaturunu müəyyənləşdirir;

30 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 8.41-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.41. təhsil sistemində maliyyələşdirmə normativlərinin hazırlanmasında iştirak edir;

31 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə yeni məzmunda 8.41-1- ci bənd əlavə edilmişdir.

32 26 oktyabr 2007-ci il tarixli 642 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 947) ilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"də 8.49-cu bənd 8.50-ci bənd hesab edilmişdir və yeni məzmunda 8.49-cu bənd əlavə edilmişdir.

33 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 9.2-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

9.2. qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil üzrə müvafiq normativ hüquqi aktlar qəbul etmək;

34 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, "Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 9.4-cü bənd çıxarılmışdır.

35 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»yə yeni məzmunda 11-1-ci bənd əlavə edilmişdir.

36 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 13.6-cı bənddə «mərkəzi aparatın» sözləri «Nazirliyin aparatının» sözləri ilə
 
əvəz edilmişdir.

37 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 13.3-cü, 13.4-cü, 13.5-ci və 14-cü bəndlərdən «mərkəzi» sözü çıxarılmışdır.

38 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 19-cu bənddən «rəhbərləri» sözü çıxarılmışdır.




Загрузка...
Həmçinin oxuyun:
"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

" BİLİK GÜNÜ "nün təsis edilməsi haqqında Prezdentin 114 №-li ƏMR

" BİLİK GÜNÜ "nün təsis edilməsi haqqında Prezdentin 114 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

TƏDRİS İLİNİN müddəti ilə bağlı 1140 №-li ƏMR

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

Gənc müəllimlər üçün GÜZƏŞTLƏR  Təhsil Nazirinin 455 №-li əmri

Gənc müəllimlər üçün GÜZƏŞTLƏR Təhsil Nazirinin 455 №-li əmri

Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları

Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mədəniyyət və turizim sektoru icra başçılarının təsirindən qurtuldu- sağ əli təhsilin başına

Mədəniyyət və turizim sektoru icra başçılarının təsirindən qurtuldu- sağ əli təhsilin başına

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi