AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Abituriyent / Bakalavr / Ekspert / Manşet / Bölgə
20 avqust 2025
992

Bu ixtisas qrupunda vəziyyət çox GƏRGİNDİR



Bu ixtisas qrupunda vəziyyət çox gərgindir - Ekspert

"Artıq bu gün ixtisas seçimlərinin yekunlaşacağı qeyd olunur.  Amma təxmin edirəm ki, 20-si günortaya qədər ixtisas seçimi davam edər. Çünki elektron ərizənin açılması ayın 11-i günorta çağı baş tutdu. Günortaya qədər sistem açılmamışdı. Ona görə də düşünürəm ki, Dövlət İmtahan Mərkəzi hardasa 20-si günortaya qədər buna müəyyən güzəşt tətbiq edər". AzTehsil.com- n əldə etdiyi məlumata görə bu fikirləri redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev abituriyentlərin ixtisas seçimlərindən danışarkən bildirdi.


Onun sözlərinə görə, bu il 1-ci ixtisas qrupunda vəziyyət çox-çox yaxşıdır:


"1-ci ixtisas qrupunda xüsusilə də 350-500 bal aralıqlarında 100 bala qədər balların düşəcəyini ehtimal edirəm. Xüsusilə də orta ballarda ciddi bir şəkildə, 100 bala qədər ballar düşəcək. Riyaziyyat-kimya alt qrupunda da ballar düşəcək. Amma riyaziyyat-kimya alt qrupunda blok imtahanında 100 balı keçməyənlərdə vəziyyət yenə də gərgin olaraq qalır. Çünki onlarda məhdud ixtisasların seçimi olacağı üçün orda vəziyyət bir az tamamilə fərqlidir. Amma digər bal aralıqlarında, xüsusilə də orta bal və ortadan yuxarı bal aralıqlarında balların ciddi bir şəkildə düşəcəyi gözlənilir. Mən 1-ci qrupda balların 50-70 ətrafında düşəcəyini güman edirəm. Təbii ki, bu, az bal toplayan abituriyentlərə o qədər də şamil olunmur. Birinci qrup riyaziyyat-informatika alt qrupunda hesab edirəm ki, yenə də bal düşüşü olacaq. Bu, rus və Azərbaycan bölməsinin hər ikisinə aiddir. Həm riyaziyyat-kimya alt qrupunda ballar düşəcək, həm də riyaziyyat-informatika alt qrupunda ballar düşəcək. Riyaziyyat-informatika alt qrupunda isə balların hardasa 20-30 bal düşəcəyini ehtimal edirəm".


Müsahibimizin sözlərinə görə, həm Azərbaycan bölməsində, həm də rus bölməsində 1-ci qrupda vəziyyət çox-çox yaxşıdır.


"2-ci ixtisas qruplarında ortalama olaraq hardasa balların 10-15 bal aralığında qalxacağını ehtimal edirəm. Ümumi olaraq 2-ci qruplarda da vəziyyət qənaətbəxşdir. Həm Azərbaycan bölməsində həm də rus bölməsində bir az daha çox balların qalxacağı ehtimal olunur. Amma çox ciddi bir şəkildə qalxış müşahidə olunmur.


3-cü qrupda vəziyyət çox-çox gərgindir, çox-çox pisdir. Balların yenə də eyni şəkildə 40-60 bal ətrafında qalxacağı müşahidə olunacaq. Xüsusilə də bəzi ixtisaslarda dövlət sifariş əsaslı plan yerlərində ciddi keçid ballarının artacağı müşahidə olunacaq. 3-cü ixtisas qrupu həm Azərbaycan bölməsi, həm də rus bölməsində vəziyyət gərgin olaraq qalır. Xüsusilə də 3-cü qrupda müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayının çox olması, plan yerləri ilə müqayisədə hardasa 9000 abituriyentin plan yerlərinə uyğun olaraq kənarda qalacağını göstərir. Bununla yanaşı 3-cü ixtisas qruplarında 2000 və 2500 arasında ixtisas seçimini səhv edən abituriyent olacaq".


Ramin Nurəliyev diqqətə çatdırdı ki, 3-cü ixtisas qrupuna nisbətən 4-cü ixtisas qrupunda vəziyyət daha da gərgindir:


"4-cü ixtisas qrupunda bəzi bal aralıqlarında balların 70 bala qədər qalxacağını ehtimal edirəm. Bu təbii ki, orta ballarda xüsusilə də özünü daha çox göstərəcək. Tibb ixtisasının ballarında hesab edirəm ki, çox ciddi dəyişiklik olmaz. Tibb ixtisasında balların qalxacağı təbii ki, qaçılmazdır. Hardasa 605 bal keçən il formalaşmışdı, bu 625 bal və daha çox olma ehtimalı var.


2-ci ixtisas qrupunda dövlət sifarişli ixtisasların plan yerində azalma müşahidə olunur. 1-ci xtisas qrupunda dövlət sifarişli ixtisasların plan yerində isə çoxalma müşahidə olunur. Bu da təbii ki, IT yönümlü ixtisaslara daha çox diqqətin ayrılmasının təzahürü kimi qiymətləndirilir. Hesab edirəm ki, IT yönümlü ixtisasların plan yerinin artırılması məhz süni intellektin və yüksək texnologiyanın artıq günümüzün bir parçası olmasının səbəbidir və bunun da əlbəttə ki, təsiri qaçılmazdır".



Həmçinin oxuyun:
"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"

"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

İxtisas qrupları üzrə SİYAHI- ADPU

İxtisas qrupları üzrə SİYAHI- ADPU

I və IV qrupların qəbul imtahanları çətin olub

I və IV qrupların qəbul imtahanları çətin olub

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

200-dən aşağı bal toplayan abituriyentlərin -DİQQƏTİNƏ

200-dən aşağı bal toplayan abituriyentlərin -DİQQƏTİNƏ

"Yüksək bal toplamaq heç də bütün hallarda keyfiyyət göstəricisi ola bilməz”

"Yüksək bal toplamaq heç də bütün hallarda keyfiyyət göstəricisi ola bilməz”

Buraxılış imtahanında ballar belə hesablanacaq

Buraxılış imtahanında ballar belə hesablanacaq

Bütün müəllimlərin yararlanacağı summativ hesablanma qaydaları – Sadə izahlarla

Bütün müəllimlərin yararlanacağı summativ hesablanma qaydaları – Sadə izahlarla

11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası haqqında məlumat

11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası haqqında məlumat

Summativin hesablanma qaydaları....

Summativin hesablanma qaydaları....

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

Müəllim əməyini stimullaşdırmaq,əmək haqqına differensial yanaşmaq məqsədilə fəxri adlara layiq görmək olar.

Abituriyentlərimizin şansı gətirib

Abituriyentlərimizin şansı gətirib

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

II və III ixtisas qrupları üzrə müsabiqə şərtləri - Minimal ballar

II və III ixtisas qrupları üzrə müsabiqə şərtləri - Minimal ballar

Plan yerləri boş qala bilər ?

Plan yerləri boş qala bilər ?

Bu layihəyə məktibimi qoşarkən də bu məqsəd daşımışam ki.....Ramin Mahmudov

Bu layihəyə məktibimi qoşarkən də bu məqsəd daşımışam ki.....Ramin Mahmudov

Bu il ali məktəblərə qəbulun müsabiqə şərtləri açıqlanıb

Bu il ali məktəblərə qəbulun müsabiqə şərtləri açıqlanıb