AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
23 avqust 2021
1 899


İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.



İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

 

Mütəxəssislər nə tövsiyə edirlər ?

Ali təhsil müəssisələrinə qəbulda önəmli olan mərhələlərdən biri də ixtisas seçimidir. Tələbə adını qazanmaq istəyən hər bir abituriyent ixtisas seçimi edərkən yığdıqları bala və yiyələnmək istədikləri ixtisasa önəm verməlidirlər. Necə deyərlər, yüz ölçüb, bir biçməlidirlər.

Qeyd edək ki, avqustun 20-dən etibarən bütün ixtisas qrupları üzrə ixtisas seçiminə başlanılıb və bu proses avqustun 30-dək davam edəcək. İxtisas seçimi DİM-in rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, səhv etmək ehtimalı yoxdur və ərizənin yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.

Bəs ixtisas seçimi zamanı hansı məqamlara diqqət edilməlidir?

 Abituriyentlərin qarşısında hansı vəzifələr durur?
 

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov "İki sahil”ə açıqlamasında qeyd edib ki, avqustun sonunadək müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur: "DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə ayrı-ayrı ixtisas qrupları üzrə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər  nəşr edilib. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb. Başqa sözlə proqram təminatı elə qurulub ki, kiminsə səhv etmək ehtimalı yoxdur, sadəcə diqqətli olmaq tələb olunur. Hətta, Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri” belə yaradılıb. Abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış "Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.

Çətin pandemiya şərtləri ilə tələbə adını qazanmaq ikiqat şərəfdir, amma...

N.İsrafilov vurğuladı ki, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi edən 16 mindən artıq ixtisas seçmək hüququ olan ərizəçi  ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna  aid olan 15-dək ixtisas kodunu qeyd edə bilər ki, bu zaman uğurlu addım düşünülmüş qərardan asılı olacaq: "Müdriklər demişkən, görmək istədiyin işlə bağlı fikirləşərək qərar qəbul et və verdiyin qərarın üstündə möhkəm dur.  Gedəcəyin yeri bilmirsənsə, çatacağın yerin heç bir əhəmiyyəti yoxdur.  Çünki, ötən illər ərzində tərəddüdlü qərarların acı nəticələrinin çox şahidi olmuşuq. Bir mühüm məqamı da unutmamalıyıq ki ali məktəbə qəbul olmaq üçün yetərincə bal yığmaq, hələ tələbə adını qazanmaq demək deyil, düzgün ixtisas seçimi mütləqdir. Əks halda yüksək bal toplamış abituriyentlər belə, tələbə adını qazanmaqdan mərhum ola bilərlər. Ürəyincə olmayan peşəyə sahib olmaq gələcəkdə peşəkar mütəxəssis olmaq planlarının üzərindən bir qara xətt çəkə bilər. Çətin pandemiya şərtləri ilə tələbə adı qazanmaq ikiqat şərəfdir. Bəri başdan iddiaçılara uğurlar arzulayır, onların gərgin zəhmətinin hədər getməyəcəyinə ümid bəsləyirəm.”

Abituriyentlər DİM-in tövsiyə olunan vəsaitlərindən istifadə etməlidirlər
 

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi , fəlsəfə doktoru İlqar Orucov isə vurğuladı ki, abituriyentlər DİM-in xüsusi vəsaitində bir il öncəki qəbul balları ilə bağlı dərc olunmuş məlumatlara diqqət etsinlər. Hesab edirəm ki, bu da abituriyentlər üçün  tövsiyə olunan vəsaitlərdəndir. Çünki həmin vəsaitlərdə ixtisaslar üzrə plan yerləri və sayı, keçid balları haqqında məlumat verilir. Plan yerləri əsasında abituriyent yığdığı bala uyğun olan ixtisasları seçməlidir. Əlbəttə ki, ötən ilki imtahan balları ilə builki imtahan balları arasında müəyyən fərqlər ola bilər. Amma, əksər hallarda bu fərq çox böyük olmur.

Abituriyentin yığdığı imtahan balı onun hansı ixtisası seçməsində ilk göstəricidir

Ekspert qeyd etdi ki, əgər abituriyent orta bal yığıb və seçimini düzgün etməsə, birmənalı olaraq universitetdən kənara qala bilər və yaxud daha aşağı balı olan yerə daxil ola bilər. Hansı ki, onun  topladığı göstərici ilə daha yüksək yerlərə qəbul olunmaq mümkün idi. Zənnimcə, abituriyentlər bu məsələlərə diqqət etməlidirlər.

Həmsöhbətimiz əlavə etdi ki, müəyyən mütəxəssislər tərəfindən ixtisas seçimi ilə bağlı xidmət təşkil olunur ki, əgər abituriyentlər ixtisas seçimi zamanı çətinliklə üzləşirlərsə həmin xidmətdən yararlana bilərlər. Bu zaman mütəxəssislərin düzgün istiqamətləndirməsi nəticəsində abituriyentlər doğru seçim edə biləcəklər. İxtisas seçimi çətin bir proses deyil. Burada xüsusi istedad tələb olunmur. Əslində, prosesi  diqqətlə izləsə, bu seçimləri hər bir abituriyent özü də edə bilər və doğru seçimi əsasında həm doğru, həm də balına uyğun ixtisasa qəbul oluna bilər.  

Abituriyentlər reallıqları nəzərə almalıdırlar
 

 

Təhsil eksperti Kamran Əsədov "İki sahil”ə açıqlamasında bildirdi ki, bu məqamda düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini, həmçinin ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.

300-400 bal toplayan abituriyentin məqsədi istədiyi ixtisası seçmək yox...

Təhsil ekspertinin sözlərinə görə, ixtisas seçimində ən önəmli faktorlardan biri abituriyentin topladığı balın miqdarıdır. Çünki abituriyent ixtisaslar seçimindəki sıralamanı topladığı bala uyğun olaraq müəyyənləşdirir: "Yüksək bal toplayan tələbələrdə ixtisas seçimi çətinlik yaratmır. Yəni onlar hansı ixtisası öz potensiallarına uyğun hesab edib seçirlərsə, həmin ixtisasa da qəbul olmaq ehtimalları çox olur. 600 və 700 bal toplayan abituriyentlər hansı sahənin mütəxəssisi olmaq istəyirlərsə, buna asanlıqla yiyələnə bilirlər. Ballar aşağı düşdükcə isə heç şübhəsiz, abituriyentlər ciddi seçim qarşısında qalırlar. Əsasən 300-400 bal toplayan abituriyentlər böyük risk altında olur və onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa olsun universitetə qəbul olmaq olur.

Ən çox istifadə edilən forma ötən illərin keçid ballarını nəzərə almaqdır

K.Əsədov vurğuladı ki, abituriyent müvafiq ixtisas seçimində ilk ikisinə topladığı baldan bir az yuxarı bal tələb edən ixtisasları yazmalıdır. Bundan sonra isə ideal seçim sırası edilməlidir. Burada da əsas olaraq abituriyentin istəyi ön planda olmalıdır: "Abituriyentin ixtisas seçərkən diqqət etməli olduğu əsas məsələlərdən biri də ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparmasıdır. İxtisas seçimində ən çox istifadə edilən forma ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməkdir.

Mütəxəssis qeyd edib ki, hər hansı ixtisas üzrə qəbul planı 50 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 300 nəfər göstərib. Bu zaman həmin 300 nəfərdən ən yüksək bal toplayan 50 abituriyent bu ixtisasa qəbul edilir və 50-ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur: "Abituriyentləri ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə sizin üçün oriyentir rolunu oynaya bilər. Yuxarıda qeyd olunan kimi, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən hər il keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyillər, tendensiyalar da özünü göstərir.”

Ötənilki keçid balı və plan yerlərinə diqqət edilməlidir

K.Əsədov əlavə edib ki, ixtisas qrupları daxilində qəbul aparılan ixtisaslar üzrə keçid balının formalaşmasına 3 əsas amil – abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir: "Abituriyentlərə 2020-cı ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları ilə tanış olmağı məsləhət görürəm. Amma onunla tam şəkildə yola çıxmaq uğurlu olmayacaq. Abituriyentlər mütləq şəkildə 2020-ci ildə ixtisas qrupu üzrə eyni və daha çox bal toplayanların sayına və həmin ildəki plan yerlərinə baxmalıdır.  2020-ci ildə bəzi aşağı balla formalaşmış ixtisasların plan yerlərini müqayisə edilməlidir. Çünki bu il onların bəzisində azalma var ki, bu da ixtisas seçimi zamanı sizi yanılda bilər. Misal üçün, 2020-ci ildə 250 keçid balının formalaşdığı Azərbaycan Texniki Universitetinin Elektronika, telekommunikasiya və radiotexnika ixtisasında 200 plan yeri var idi, bu il isə o ixtisasda plan yeri 110 yer azalıb, 105 plan yeri olub. Bu o deməkdir ki, keçən illə müqayisədə bu ixtisasda plan yerinin azalması həmən balın təkrarlanmamasına səbəb ola bilər. Başqa bir misal, 2020-ci ildə 278 keçid balının formalaşdığı Azərbaycan Neft və Sənaye Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasında 85 plan yeri var idi, bu il isə o ixtisas üzrə plan yeri 25 yer azalaraq 60 plan yeri olub. Deməli, bu ixtisası seçən abituriyentlər də diqqətli olmalıdırlar. Belə hallar çoxdur, ona görə də ixtisas seçimi edən hər kəs DİM-in jurnallarına baxmalıdır, heç bir əlavə informasiyaya aldanmamalıdır. Abituriyentlər mütləq şəkildə yalnız DİM-in resurslarından istifadə etməklə uğurlu ixtisas seçim edə bilərlər.”

Əziz abituriyentlər, hər birinizə düzgün ixtisas seçimi və müsabiqədə uğurlar arzu edirik.



Загрузка...
Həmçinin oxuyun:
"Müsabiqə şərti" və "keçid balı" anlayışları...Abituriyentləri çaşqın salan bu iki faktor barədə ekspertin rəyi..

"Müsabiqə şərti" və "keçid balı" anlayışları...Abituriyentləri çaşqın salan bu iki faktor barədə ekspertin rəyi..

"Bu işi yalnız kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmayın!"

"Bu işi yalnız kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmayın!"

DİM "Abituriyent" jurnalının 5-ci buraxılışında orta ixtisas müəssisələrinin əvvəlki ildə keçid ballarını qeyd edib

DİM "Abituriyent" jurnalının 5-ci buraxılışında orta ixtisas müəssisələrinin əvvəlki ildə keçid ballarını qeyd edib

Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə!

Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə!

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

DİM ixtisas seçimi edəcək abituriyentlərə müraciət etdi

DİM ixtisas seçimi edəcək abituriyentlərə müraciət etdi

Yüksək balla tələbə ola bilməyənlər barədə rəsmi AÇIQLAMA verildi

Yüksək balla tələbə ola bilməyənlər barədə rəsmi AÇIQLAMA verildi

İxtisas seçimində diqqətli olun!

İxtisas seçimində diqqətli olun!

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

Boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

Boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

DİM-dən xəbərdarlıq: “Ötənilki keçid balları ilə ixtisas seçimi etməyin”

DİM-dən xəbərdarlıq: “Ötənilki keçid balları ilə ixtisas seçimi etməyin”

4 min plan yeri bu qrupda boş qalacaq...İxtisas seçimi davam edir

4 min plan yeri bu qrupda boş qalacaq...İxtisas seçimi davam edir

DİM-dən ixtisas seçimi ilə bağlı xəbərdarlıq: “Bu şəxslərə inanmayın!”

DİM-dən ixtisas seçimi ilə bağlı xəbərdarlıq: “Bu şəxslərə inanmayın!”

Boş qalan plan yerlərinə ixtisas seçimi sabah bitəcək

Boş qalan plan yerlərinə ixtisas seçimi sabah bitəcək

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatdı

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatdı

Kolleclərə qəbul olmaq üçün 12 mindən çox abituriyent ixtisas seçimi edib

Kolleclərə qəbul olmaq üçün 12 mindən çox abituriyent ixtisas seçimi edib

İxtisas seçmək hüququ olan abituriyent 15-dək ixtisas kodunu qeyd edə bilər

İxtisas seçmək hüququ olan abituriyent 15-dək ixtisas kodunu qeyd edə bilər

Bu abituriyentlər xəbərdarlıqlara rəğmən “kəsildi”

Bu abituriyentlər xəbərdarlıqlara rəğmən “kəsildi”

Boş qalan yerlərə və kolleclərə ixtisas seçimi bugün başa çatır

Boş qalan yerlərə və kolleclərə ixtisas seçimi bugün başa çatır

Kolleclərin boş qalan plan yerləri üzrə ixtisas seçimi davam edir

Kolleclərin boş qalan plan yerləri üzrə ixtisas seçimi davam edir

11-ci siniflər üçün orta ixtisasın boş plan yerlərinə qeydiyyat başa çatır

11-ci siniflər üçün orta ixtisasın boş plan yerlərinə qeydiyyat başa çatır

Kolleclərə də ixtisas seçimi başlayıb

Kolleclərə də ixtisas seçimi başlayıb

Kolleclərə ixtisas seçimi sona çatır

Kolleclərə ixtisas seçimi sona çatır