AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Direktor / Müəllim / Digər Elan / Bölgə / Şagird
07 iyun 2025
895

Summativin hesablanma qaydaları....



Bütün müəllimlərin yararlanacağı summativ hesablanma qaydaları ...

Bütün müəllimlərin yararlanacağı summativ hesablanma qaydaları – Sadə izahlarla

AzTehsil.com - Məktəbdaxili qiymətləndirmə qaydalarına edilən dəyişiklərdən sonra  kiçik və böyük summativ ballarının necə hesablanması, jurnala hansı formada qeyd edilməsi ən çox müzakirə edilən mövzulardandır. Müəllimləri çaşdıran əsas məqam isə yeni qaydaların açıqlandığı gündən - yanvarın 3-dən əvvəl keçirilmiş KSQ-lərin necə hesablanmasıdır.


Müəllimlərin yararlana biləcəyi bu qaydaları sadə dildə izah edir:

Öncə bəlli siniflərdə böyük summativqiymətləndirmə keçirilməyən fənlərdəki hesablamaqaydasına nəzər salaq:

Aydındır ki, II və III siniflərdə heç bir fəndən, V, VI, VII, VIII, X siniflərdə isə buraxılış imtahanı fənləri-Azərbaycan dili, Riyaziyyat, İngilis dilini çıxmaqla qalan fənlərdən BSQ keçirilmir.

Bu halda hesablama aşağıdakı ardıcıllıqla aparılır:

1.Öncə indiyədək aparılanKSQ-ləri bu şkalaya əsasən bala çevirin;


"2” - 40 bal;


"3” – 60 bal;


"4” – 80 bal;


"5” – 100 bal.


Yanvarın 3-dən 26-na qədər keçirilmiş KSQ-lərin yeni təlimata görə ballarını hesablayın;

Daha sonra bütün KSQ ballarının ədədi ortasını hesablayın;

Aldığınız orta balı aşağıdakı şkala üzrə qiymətə çevirin;

0-30 bal-(30 daxil) – "2”


30-60 bal (30 bal daxil deyil, 60 bal isə daxildir) – "3”


60-80 (60 bal daxil deyil, 80 isə daxildir) – "4”


80-100 (80 bal daxil deyil, 100 isə daxildir) – "5”


Jurnala həm balı, həm də qiyməti yazın.

Göstərdiyimiz izaha uyğun nümunəyə baxaq:


Tutaq ki, aşağıdakı tarixlərdə KSQ keçirilib:


20 oktyabr KSQ1- "2”


8 dekabr KSQ2 –"3”


19 yanvar KSQ3 (55 – "3”)


Yarım ilin hesablanması üçün I bəndə uyğun olaraq əvvəlki KSQ-ləri bala çevirək:


KSQ1 - "2”= 40 bal


KSQ2 – "3” = 60 bal


III bəndə uyğun olaraq bütün KSQ ballarının ədədi ortasını hesablayaq:


40+60+55=155


155:3=51,6 bal, yəni "3”


İndi isə BSQ keçirilən fənlərdə hesablama qaydasına nəzər salaq


Xatırladaq ki, BSQ IV, IX, XI siniflərdə bütün fənlər; V,VI, VII, VIII, X siniflərdə Azərbaycan dili, Riyaziyyat, İngilis dilindən keçirilir.


Hesablama aşağıdakı qaydada aparılır:


1.İndiyə qədər keçirilən bütün KSQ-ləri bala çevirin;


"2” - 40 bal;


"3” – 60 bal;


"4” – 80 bal;


"5” – 100 bal.


2.Yanvarın 3-dən 26-dək keçirilmiş KSQ-lərin ballarını yeni təlimata uyğun hesablayın;


3.Bütün KSQ balların ədədi ortasını çıxarın və 0.4-ə vurun;


4.BSQ-dən şagirdin aldığı balı 0.6-a vurun;


III və IV bənddən aldığınız balları toplayın və aşağıdakı qiymət şkalasına görə çevirin:

0-30 bal-(30 daxil) – "2”


30-60 bal (30 bal daxil deyil, 60 bal isə daxildir) – "3”


60-80 (60 bal daxil deyil, 80 isə daxildir) – "4”


80-100 (80 bal daxil deyil, 100 isə daxildir) – "5”


6.Jurnala həm balı, həm də qiyməti qeyd edin.


Göstərilən qaydanı nümunələrlə izah edək:


Tutaq ki, aşağıdakı KSQ və BSQ-lərkeçirilib:


24 oktyabr KSQ1 – "3”


23 noyabr KSQ2 – "4”


11 yanvar KSQ 3 (65 bal –"4”)


25 yanvar BSQ1 (70 bal – "4”)


Öncə, ilk bəndə uyğun olaraq, əvvəlki KSQ-ləri bala çevirək:


24 oktyabr KSQ1 – "3”= 60 bal


23 noyabr KSQ2 – "4”= 80 bal


III bəndə uyğun olaraq bütün KSQ ballarının ədədi ortasını tapaq və 0,4-ə vuraq:


60+80+65=205


205:3=68,3 bal


68,3 x 0,4 =27,3 bal


Daha sonra IV bəndə əsasən, BSQ-dən topladığımız balı 0,6-a vuraq:70x0,6=42 bal


V bəndi nəzərə alıb hər iki balı toplayıb qiymətə çevirək:


27,3 + 42 =69,3 bal


Beləlikləyarımil balı 69.3, qiyməti isə "4” alınır.


Jurnala həm bal, həm də qiymət yazılır.KSQ və BSQ, həmçinin yarımillik və illik nəticələr sinif jurnalında iki sütunda yazılır - soldan birinci sütunda ballar,(məsələn, 25, 72, 37) ikinci sütunda isə ona uyğun qiymətlər yazılır.(məsələn, 2, 4, 3).


Bal və qiymətin jurnalda yazılması ilə bağlı daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.





Həmçinin oxuyun:
Bütün müəllimlərin yararlanacağı summativ hesablanma qaydaları – Sadə izahlarla

Bütün müəllimlərin yararlanacağı summativ hesablanma qaydaları – Sadə izahlarla

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Şagirdləri qiymətləndirməyin 3 yolu

Şagirdləri qiymətləndirməyin 3 yolu

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Ən yaxşı ingilis dili kursları hansılardır?

Ən yaxşı ingilis dili kursları hansılardır?

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Qiymətləndirmədə yeni yanaşma

Qiymətləndirmədə yeni yanaşma

Qiymətləndirmədə yeni yanaşma

Qiymətləndirmədə yeni yanaşma

Məktəblərdə attestasiyanın aparılması qaydası müəyyənləşdi

Məktəblərdə attestasiyanın aparılması qaydası müəyyənləşdi

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Summativ Qiymətləndirmələrlə bağlı ehtimal olunan dəyişikliklər

Summativ Qiymətləndirmələrlə bağlı ehtimal olunan dəyişikliklər

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Qiymətləndirmə vəsaitləri hazırlanarkən çətinlik dərəcəsinə xüsusiə diqqət edilməlidir

Qiymətləndirmə vəsaitləri hazırlanarkən çətinlik dərəcəsinə xüsusiə diqqət edilməlidir

Məktəbdaxili qiymətləndirmədə yeni qaydalarla bağlı ən çox verilən suallar və cavabları

Məktəbdaxili qiymətləndirmədə yeni qaydalarla bağlı ən çox verilən suallar və cavabları

11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası haqqında məlumat

11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası haqqında məlumat

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi