AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Yazarlar / İKT / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Bölgə
03 dekabr 2025
1 342

Təhsil müəssisələrinin akkreditasiyası qaydasında YENİLİK

Təhsil müəssisələrinin akkreditasiyası qaydası dəyişib, akkreditasiya üçün toplanılan bal həddi aşağı endirilib.

AzTehsil.com- n əldə etdiyi məlumata görə Nazirlər Kabineti bununla bağlı “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, Akkreditasiya Meyarları üçün maksimum bal ölçüsü hər bir meyar üzrə indikatorların sayından və hər bir indikator üzrə müəyyən edilən maksimum baldan asılı olaraq hesablanacaq. Təhsil müəssisəsi və ya təhsil proqramı üçün maksimum bal ölçüsü Akkreditasiya Meyarları üzrə hesablanmış maksimum balların toplanmasından ibarət olacaq. Təhsil müəssisəsi və ya təhsil proqramı üçün müəyyən olunmuş maksimum bal ölçüsünün akkreditasiya zamanı toplanılan bal üzrə qiymətləndirilməsi aşağıdakı qaydada müəyyənləşdiriləcək:

- maksimum balın 85-100 faizi - “uyğundur”;

- maksimum balın 70-84 faizi - “əsasən uyğundur”;

- maksimum balın 55-69 faizi - “qismən uyğundur”;

- maksimum balın 54 və daha aşağı faizi - “uyğun deyil”.”.

Akkreditasiya Şurası Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təqdimatı əsasında Yekun Hesabatı müzakirə edəcək və Akkreditasiya Komissiyasının rəyini nəzərə alaraq aşağıdakı qərarlardan birini qəbul edəcək:

- təhsil müəssisəsi və ya təhsil proqramı “uyğundur” və ya “əsasən uyğundur” qiymətləndirildikdə (təhsil müəssisəsi üzrə təlim və tədris istiqaməti, təhsil proqramı üçün tədrisin təşkili meyarı üzrə müəyyən olunmuş maksimum bal ölçüsünün toplanılan bal üzrə qiymətləndirilməsi 70 faiz və ya yuxarı olması şərtilə), təhsil müəssisəsini və ya təhsil proqramını növbəti 5 (beş) il üçün tam akkreditasiya olunmuş hesab etmək;

- təhsil müəssisəsi və ya təhsil proqramı ilk dəfə keçirilən akkreditasiya qiymətləndirilməsinin nəticəsində “qismən uyğundur” hesab edildikdə (təhsil müəssisəsi üzrə təlim və tədris istiqaməti, təhsil proqramı üçün tədrisin təşkili meyarı üzrə müəyyən olunmuş maksimum bal ölçüsünün toplanılan bal üzrə qiymətləndirilməsi 65 faiz və ya yuxarı olması şərtilə), təhsil müəssisəsinə akkreditasiya zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması və fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə vaxt verməklə təhsil müəssisəsini və ya təhsil proqramını 2 (iki) ildən sonra təkrar akkreditasiya etmək;

- əvvəlki dövrdə akkreditasiyadan keçmiş təhsil müəssisəsi və ya təhsil proqramı akkreditasiya qiymətləndirilməsinin nəticəsində “qismən uyğundur” hesab edildikdə (təhsil müəssisəsi üzrə təlim və tədris istiqaməti, təhsil proqramı üçün tədrisin təşkili meyarı üzrə müəyyən olunmuş maksimum bal ölçüsünün toplanılan bal üzrə qiymətləndirilməsi 65 faiz və ya yuxarı olması şərtilə), qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətini növbəti 2 (iki) il üçün uzatmaqla təhsil müəssisəsini və ya təhsil proqramını 2 (iki) ildən sonra təkrar akkreditasiya etmək;

- təkrar akkreditasiya nəticəsində təhsil müəssisəsinin və ya təhsil proqramının bu Qaydaların 4.30.1-ci yarımbəndində göstərilən tələblərə cavab vermədiyi müəyyən edildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya olunmuş hesab etməmək;

- təhsil müəssisəsi və ya təhsil proqramı “qismən uyğundur” (təhsil müəssisəsi üzrə təlim və tədris istiqaməti, təhsil proqramı üçün tədrisin təşkili meyarı üzrə müəyyən olunmuş maksimum bal ölçüsünün toplanılan bal üzrə qiymətləndirilməsi 65 faizdən aşağı olması şərtilə) və ya “uyğun deyil” qiymətləndirildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya olunmuş hesab etməmək.

İndiyə qədər Akkreditasiya Meyarları üçün müəyyən olunmuş maksimum bal ölçüsünün akkreditasiya zamanı toplanılan bal üzrə qiymətləndirilməsi aşağıdakı qaydada müəyyənləşdirilib:

- maksimum balın 91-100 faizi - “uyğundur”;

- maksimum balın 76-90 faizi - “əsasən uyğundur”;

- maksimum balın 61-75 faizi - “qismən uyğundur”;

maksimum balın 60 və daha aşağı faizi - “uyğun deyil”.

Akkreditasiya Şurası Agentliyin təqdimatı əsasında Yekun Hesabatı müzakirə edib və Akkreditasiya Komissiyasının rəyini nəzərə alaraq aşağıdakı qərarlardan birini qəbul edib:

- təhsil müəssisəsi və ya təhsil proqramları Akkreditasiya Meyarlarının bütün tələblərinə “uyğundur” və ya “əsasən uyğundur” hesab edildikdə, növbəti 5 (beş) il üçün (tam müddətli) akkreditasiya etmək;

- təhsil müəssisəsi və ya təhsil proqramları Akkreditasiya Meyarlarının tələblərinin üçdə biri üzrə “qismən uyğun” və ya hər hansı istiqamət üzrə “uyğun deyil” hesab edildikdə, qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətini növbəti 2 (iki) il üçün uzadaraq, təhsil müəssisəsini və ya proqramı 1 (bir) ildən sonra təkrar akkreditasiya etmək;

- təkrar akkreditasiya nəticəsində təhsil müəssisəsinin və ya təhsil proqramlarının bu Qaydaların tələblərə cavab vermədiyi müəyyən edildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya etməmək;

- təhsil müəssisəsi və ya təhsil proqramları təkrar akkreditasiyadan keçmədiyi təqdirdə və ya Akkreditasiya Meyarlarının tələblərinin üçdə biri üzrə “uyğun deyil” hesab edildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya etməmək.

İndiyə qədər akkreditasiya qiymətləndirilməsinin nəticəsi olaraq, təhsil müəssisəsinin və ya təhsil proqramının təkrar akkreditasiya olunması barədə qərar qəbul edildikdə, müvafiq olaraq təhsil müəssisəsinə və ya təhsil proqramına təhsilalanların qəbulu dayandırılıb. Dəyişikliyə əsasən, akreditasiya qiymətləndirilməsinin nəticəsi olaraq, təhsil müəssisəsinin və ya təhsil proqramının təkrar akkreditasiya olunması barədə qərar qəbul edildikdə, müvafiq olaraq təhsil müəssisəsinə və ya təhsil proqramına təhsilalanların qəbulunun azaldılması və ya dayandırılması məsələsinə baxılacaq.

Həmçinin oxuyun:
Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

TƏHSİL HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi