AzTehsil.com


Kurikulum / İnnovasiyalar / Müəllim
18 sentyabr 2016
23 784


Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)



 

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

 

Azərbaycan Respublikasinin ümumtəhsil məktəbləri üçünTəsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)                        
 (STANDARTLAR)
Təsviri incəsənət  fənni üzrə ümumi təlim nəticələri
 İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə şagird: 
•əşyaları və hadisələri praktik yolla təsvir edir;
•yaş səviyyəsinə uyğun təsviri sənət nümunələrini izah edir, onları fərqləndirir ;
•əşyanın məzmunu və forması arasındakı əlaqəni şərh edir;
•rəng çalarlarını ayırır,rəngləri emosional məna çalarlarına görə müqayisə edir;
•sadə kompozisiyalar qurur və onların ay-ayrı hissələrini mütənasib qaydada yerləşdirir;
•sadə tərtibat xarakterli işləri yerinə yetirir.
 2. Məzmun xətləri üzrə ümumi təlim nəticələri
 İbtidai  təhsil səviyyəsində məzmun xətləri üzrə ümumi təlim nəticələri
Cəmiyyət və təsviri  incəsənət  
Şagird:
•təsviri incəsənətin cəmiyyətdə rolunu öz yaş səviyyəsinə uyğun sadə formada izah edir;
•Azərbaycanın tanınmış təsviri və dekorativ sənət nümayəndələri və onların yaradıcılığından nümunələr haqqında zəruri məlumatları şərh edir.
 Təsviri  və dekorativ yaradıcılıq     
Şagird: 
•təsviri və dekorativ sənət növlərini tanıyır, onları xarakterik cəhətlərinə görə fərqləndirir;
•təsviretmə prosesində müvafiq iş ardıcıllığına əməl edir və sadə təsvir üsullarını mənimsədiyini nümayiş etdirir;
•özünün və digərlərinin yaradıcı işləri haqqında mülahizələrini bildirir;
•sadə kompozisiyalar qurur və onların ayrı-ayrı hissələrini mütənasib qaydada yerləşdirir;
•sadə tərtibati işləri yerinə yetirir.
 Estetik reaksiya  
Şagird:
•sadə təsviri sənət nümunələrinin məzmununu, onlarda ifadə olunan əsas fikri yaşına uyğun şəkildə şərh edir;
•təqdim olunan sənət əsərlərinin onda yaratdığı təəssüratı təsvir edir.
 
 3. Siniflər üzrə təlim nəticələri və məzmun standartları
 I sinif
 I  sinfin sonunda şagird:
•təsviri və dekorativ sənətin əsas növlərini sadalayır;
•Azərbaycanın görkəmli təsviri incəsənət nümayəndələrini (Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Fuad Əbdülrrəhmanov) ən məhşur əsərlərini sadalayır;
•sadə təsvir alətlərindən (karandaş, fırca, flamaster, kömür) və bədii ifadə  vasitələrindən (xətt, cizgi, ton) istifadə edir;
•sadə həndəsi fiqurlar çəkir, kiçik kompozisiyalar qurur;
•verilmiş sadə formalı əşyaları şərh edir, rəng çalarlarına ayırır.
 Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.  Cəmiyyət və təsviri incəsənət    
Şagird:            
1.1.  Təsviri və dekor sənətin əsas növlərini tanıdığını nümayiş etdirir.
1.1.1. Təsviri sənətin əsas növlərini (qrafika, rəngkarlıq, heykəltəraşlıq) sadalayır.
1.1.2. Dekorativ – tətbiqi sənətin əsas növlərini (xalçaçılıq, misgərlik, milli geyim) sadalayır.
1.1.3. Azərbaycnın görkəmli təsviri sənət nümayəndələrini (Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Fuad Əbdülrrəhmanov) və onların ən məşhur əsərlərini sadalayır.
 2.Təsviri və dekorativ yaradıcılıq
Şagird:
2.1.Təsviri sənət üzrə zəruri sadə təsvir alətlərindən istifadə bacarıqları nümayiş etdirir.
2.1.1. Sadə təsvir alətlərindən (karandaş, qələm, fırça, flamaster, kömür) təyinatına görə istifadə edir.
2.1.2. Sadə bədii ifadə vastələrindən (xətt, cizgi, ton)  istifadə qaydalarını mənimsədiyini nümayiş etdirir.
2.1.3. Əsas rəngləri tanıyır,  onları sadalıyır.
2.1.4. Sadə  və rəngli karandaşlarla  səthi təsvir yaradır. 
2.2.  Sadə tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
2.2.1. Müxtəlif  növ xətlərdən sadə həndəsi fiqurlar cəkir, plastik materialdan sadə fiqurlar düzəldir, hazır fiqurlardan kiçik kompozisiyalar qurur.
 3. Estetik reaksiya
Şagird:
3.1.  Verilmiş sadə təsviri və dekorativ sənət nümunələrinə münasibət bildirir.
3.1.1. Verilmiş sadə formalı təsvir və əşyaları şərh edir. 
3.1.2. Verilmiş əsərlərdə rəng çalarlarını ayırır və adlandırır.
      II sinif
 II sinfin  sonunda şagird:
•təsviri və dekorativ sənətin əsas növ və janrlarını  fərqləndirir;
•Azərbaycanın görkəmli təsviri sənət nümayəndələrini (Mirzə Qədim İrəvani, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Cəlal Qaryağdı) ən məhşur əsərlərini sadalayır;
•sadə bədii təsvir (rəngli kağız, karton) və ifadə(forma, rəng, işıq-kölgə) vasitələrindən istifadə etməklə rəngli təsvirlər yaradır; 
•sadə həndəsi fiqurlardan ritmik dekorativ kompozisiya qurur;
•verilmiş sadə əşyaları məzmun və formasına, rəsm əsərlərini rəng çalarlarına görə izah edir.
 Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət   
Şagird:             
1.1.  Təsviri və dekor sənətin əsas növlərini tanıdığını nümayiş etdirir.
1.1.1. Təsviri sənət növlərini və əsas janrlarını (animalist, mənzərə, natürmort) sadalayır.
1.1.2. Dekorativ-tətlbiqi sənətin əsas növlərini (tikmə, zərgərlik, dulusçuluq) nümunələrə görə  fərqləndirir. 
1.1.3. Azərbaycnın görkəmli təsviri sənət nümayəndələrini (Mirzə Qədim İrəvani, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Cəlal Qaryağdı) və onların ən məşhur əsərlərini tanıyır.
 2. Təsviri və dekorativ yaradıcılıq
2.1. Təsviri sənət üzrə bədii ifadə vasitələrindən istifadə bacarıqları nümayiş etdirir.
2.1.1. Təsvir alətləri (sadə və rəngli karandaşlar, flamasterlər) vastəsilə sadə  təsvirlər yaradır.
2.1.2. Sadə bədii ifadə  vastələrindən (rəng, işıq-kölgə, həcm) istifadə qaydalarını mənimsədiyini nümayiş etdirir.
2.1.3. Sadə əşyaları nisbi dəqiqliklə təsvir edir.
2.1.4. Əsas rənglərdən alınmış çalarları adlandırır. 
2.2.  Sadə tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
2..2.1. Sadə materiallardan (rəngli kağız, karton, parça, təbiət materialları) həndəsi fiqurlardan və təbiət formalarından ritmik, dekorativ kompozisiya tərtib edir
 3.  Estetik reaksiya
Şagird: 
3.1. Təsviri və  dekorativ sənət nümunələrinə münasibət bildirir.
3.1.1. Verilmiş sadə təsvirləri, əşyaları məzmun və forma baxımından şərh edir.  
3.1.2.  Verilmiş əsərdə rəng çalartlarını izah edir.
                                                                                                                     
 III sinif
 III sinfin sonunda şagird:
•təsviri və  dekorativ sənətin növ və janrlarını nümunələrə görə fərqləndirir;
•Azərbaycanın görkəmli təsviri və dekorativ sənət nümayəndələrini (Qəzənfər  Xalıqov, Ələkbər Rzaquliyev, Tokay Məmmədov, Lətif Kərimov, Toğrul Nərmanbəyov) və onların ən məhşur əsərlərini fərqləndirir;
•rənglərdən və  bədii ifadə vasitələrindən istifadə edərək sadə təsviri və dekorativ kompozisiyalar qurur;
•sadə dekorativ kompozisiyaları məişət predmetlətinə tətbiq edir;
•verilmiş sadə və mürəkkəb əşyaları, məzmun və formasına, rəsm əsərlərində rəngləri emosional məna çalarlarına görə şərh edir.
 Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.  Cəmiyyət və təsviri incəsənət 
Şagird:                
1.1. Təsviri və dekor sənətin əsas növlərini tanıdığını nümayiş etdirir.
1.1.1. Təsviri incəsənətin növ və janrlarını (portret məişət) nümunələr əsasında fərqləndirir
1.1.2. Dekorativ-tətbiqii sənətin əsas növlərini (ağac üzərində oyma, keramika, metal üzərində döymə) nümunələrə görə fərqləndirir
1.1.3.Azərbaycanın görkəmli təsviri və dekorativ sənət nümayəndələrini (Qəzənfər Xalıqov, Ələkbər Rzaquliyev, Tokay Məmmədov, Lətif Kərimov, Toğrul Nərimanbəyov) və onların ən məhşur əsərlərini fərqləndirir
 2. Təsviri və dekorativ yaradıcılıq
Şagird:
2.1. Təsviri sənət üzrə bədii ifadə vasitələrindən istifadə bacarıqları nümayiş etdirir.
2.1.1. Təsvir alətləri (rəngli karandaşlar, flomaster və sulu boyalar)  vasitəsiilə sadə təsvirlər yaradır.
2.1.2. Təsviri və dekorativ kompozisiyalarda bədii ifadə vastələrindən (kolorit, ton , siluet) istifadə bacarıqları nümayiş etdirir.
2.1.3. Sadə üçölçülü əşyaları naturadan nisbi dəqiqliklə təsvir edir.
2.1.4. Rənglərdən istifadə edərək sadə kompozisiyalar qurur.
2.2. Sadə tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
2.2.1. Sadə dekor (bəzək) kompozisiyaları məşət predmetlərinə tətbiq edir. 
 3.  Estetik reaksiya
Şagird:
3.1. Təsviri və  dekorativ sənət nümunələrinə münasibət bildirir.
3.1.1. Verilmiş sadə və mürəkkəb əşyaları məzmun və forma baxımından şərh edir.
3.1.2. Verilmiş əsərlərdə rəngləri  məna çalarlarına görə şərh edir.
IV sinif
 IV sinfin sonunda şagird:
•təsviri və dekorativ sənətin növ və janrlarına aid kiçik təqdimatlar edir;
•Azərbaycanın görkəmli təsviri və dekorativ sənət nümayəndələrini (Salam Salamzadə, Elbəy Rzaquliyev, Cəfər Müciri, Tahir Salahov, Ömər Eldarov) və onların ən  məhşur əsərlərini fərqləndirir;
•əşya və hadisələri praktik yolla təsvir edir;
•əşyaların xarici səhədində bəzə) kompozisiyalar yaradır;
•real əşya və hadisələri mücərrəd formada təsvir edir;
•verilmiş əşyanın məzmun və forması arasındaki əlaqəni şərh edir, rəsm  əsərindəki rəngləri emosional məna çalarlarına görə müqaisə edir.
 Məzmun xətləri üzrə əsas və alt-standartlar           
1.  Cəmiyyət və təsviri incəsənət    
Şagird:            
1.1. Təsviri və dekorativ sənətin əsas növlərini tanıdığını nümayiş etdirir. 
1.1.1. Təsviri və dekorativ sənət növlərini əsas xüsusiyyətlərinə görə şərh edir.
1.1.2. Təsviri və dekorativ sənətin növləri və janrları barədə kiçik təqdimatlar edir.
1.1.3. Azərbaycanın görkəmli  təsviri və dekorativ sənət nümayəndələrini (Salam Salamzadə, Elbəy Rzaquliyev, Cəfər Müciri, Tahir Salahov, Ömər Eldarov) və onların ən məşhur əsərlərin fərqləndirir.
 2. Təsviri və dekorativ yaradıcılıq
Şagird:
2.1. Təsviri sənət üzrə bədii ifadə vasitələrindən istifadə bacarıqları nümayiş etdirir.
2.1.1. Fırçadan istifadə etməklə sulu boyalar (akvarel və quaş) vastəsilə sadə təsvirlər, dekorativ kompozisiyalar yaradır.
2.1.2. Bədii ifadə vastələrindən istifadə etməklə sadə təsvirlər və dekorativ kompozisiyalar yaradır.
2.1.3. Sadə üçölçülü əşyaları naturadan  və yaddaşdaşdan  nisbi dəqiqliklə təsvir.  
2.1.4. Əşya və hadisələri praktik yolla təsvir edir.
2.2. Sadə tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
2..2.1. Müxtəlif əşyaların xarici səthində bəzək kompozisiyaları yaradır.
2.2.2. Real əşya və hadisələri mücərrəd formada təsvir edir
 3.  Estetik reaksiya
Şagird:
3.1. Təsviri və  dekorativ sənət nümunələrinə münasibət bildirir.
3.1.1. Verilmiş əsərlərdə və əşyalarda məzmun və forma arasındakı əlaqəni şərh edir.
3.1.2. Verilmiş əsərlərdə rəngləri emosional məna çalarlarına görə müqayisə edir.

 

1.  Texnologiya fənni üzrə ümumi təlim nəticələri
 İbtidai təhsil  səviyyəsi ( I-IV siniflər) üzrə şagird:
•materialları müqayisə edir və çeşidləyir, müvafiq texnologiyalardan (ölçmə, kəsmə, biçmə, tikmə, toxuma, qatlama, yapma, birləşdirmə) istifadə edir, sadə məmulatlar hazırlayır;
•sadə məişət xidmətlərini yerinə yetirir;
•birgəfəaliyyət bacarıqları nümayiş etdirir, özünün və başqalarının hazırladığı məmulatlara münasibət bildirir;
•təhlükəsizlik texnikası və sanitariya-gigiyena qaydalarını şərh edir və praktik fəaliyyətə onlara riayət etdiyini nümayiş etdirir;
•yaradıcılıq tələb edən sadəmodel və layihələr qurur.
 2. Məzmun xətləri üzrə təlim nəticələri
 İbtidai təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
Emal texnologiyaları
Şagird:
•istifadə edilən materiallara əsasən məmulatların emalı texnologiyalarını fərqləndirir;
•məmulat hazırlamaq üçün emal prosesinə hazırlıq mərhələsini həyata keçirir;
•emal texnologiyalarından istifadə edərək fərdi qaydada sadə məmulatlar hazırlayır;
•müvafiq emal prosesində qrup daxilində işləmək bacarıqları, təhlükəzlik və sanitariya-gigiyena qaydalarını gözlədiyini nümayiş etdirir;
•hazırladığı sadə məmulatları təqdim edir, yoldaşlarının hazırladığı   məmulatlara münasibət bildirir.
 Texnika  elementləri
Şagird:
•texnoloji maşınları və texnolojı vasitələri təsnif edir,  onları ayrılıqda bir – birindən fərqləndirir;
•nümunə, sxem, şəkil və çertyojdan istifadə edərək müvafiq konstruktor detallarından texniki qurğuların, maşınların maket və modellərini qurur;
•maket və madellərin quraşdırılması prosesində kollektivdə birgə fəaliyyət və dizayn bacarıqları nümayiş etdirir.
 Məişət mədəniyyəti
Şagird:
•təlim-tədris yerini təşkil edir;
•ailə, məktəb və digər içtimai yerlərlə bağlı mədəni davranış və ünsiyyət qaydalarını sadə formada şərh edir; 
•məişət texnikasından istifadə bacarıqları nümayiş etdirir;
•sadə təmir və bəzək işlərini yerinə yetirir;
•kulinariya və masa bəzəmək bacarıqları nümayiş etdirir;
•özünəxidmət qaydalarını və ekoloji mədəniyyət haqqında fikirlərini şərh edir;
•şəraitə və təbii imkanlara uyğun olaraq bitkilərin yetişdirilməsi və onlara qulluq qaydalarını izah edir.
 Qrafika 
Şagird:
•qrafika fəaliyyətində zəruri alətlərdən istifadə bacarıqları nümayiş etdirir;
•texnoloji xəritələri oxuyur;
•sadə qrafik təsvir və çertyojlar çəkir.
 
 3. Siniflər üzrə təlim nəticələri və məzmun standartları
 I  sinif
 I sinfin sonunda şagird:
•sadə emal texnologiyalarını tanıyır, emal prosesinə hazırlıq görür, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl etməklə sadə məmulatlar hazırlayır, onları təqdim edir;
•texnoloji maşınları və texnoloji vasitələri təsnif edir, onları ayrılıqda bir-birindən fərqləndirir;
•özünəxidmət, bitkilərə qulluq və mədəni davaranış qaydalarını sadə formada izah edir;
•zəruri məişət texnikalarından istifadə bacarıqları nümayiş etdirir;
•sadə əşyaları qrafik təsvir edir.
 Məzmun xətləri üzrə əsa və alt-standartlar
1. Emal texnologiyaları
Şagird: 
1.1.Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş etdirir.
1.1.1. Müvafiq emal texnologiyalarını (ölçmə, kəsmə, yapma, birləşdirmə, qatlama, tikmə) sadalayır.
1.1.2. Sadə emal texnologiyalarını fərqləndirir.
1.1.3. Emal vasitələrini sadalayır.
1.2.Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Məmulatın  hazırlanması üçün uyğun emal vasitələri seçir.
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif məmulatlar hazırlayır.
1.3.1. Məmulatların detallarını hazırlayır.
1.3.2. Detalları birləşdirməklə sadə məmulat (məmulatlar) hazırlayır.
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir. 
1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena qaydalarına əməl edir. 
1.3.6. Hazırladığı məmulatı təqdim edir.
 2. Texnika elementləri
Şagird: 
2.1.Texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
2.1.1. Verilmiş təsvirlərdə texnoloji maşınları (nəqliyyat, yük, məişət və texnoloji vasitələri (əl alətləri, mexaniki alətlər) adlandırır. 
2.1.2. Texnoloji maşınları və vasitələri sadalayır. 
2.1.3. Məişət texnikalarını sadalayır.
 3. Məişət mədəniyyəti
Şagird: 
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Özünəxidmət və sanitariyya-gigiyena qaydaları haqqında fikirlərini sadə formada şərh edir.
3.1.2. Otaq bitkilərinə qulluq qaydalarını şərh edir.
3.1.3. Yemək masası arxasında davranış qaydaları ilə bağlı fikirlərini bildirir.
3.1.4. Müxtəlif təyinatlı (səhər, nahar, şam, qonaq, bayram) yemək süfrələri və onların atributlarını sadalayır.
3.1.5. Səhər süfrəsini tərtib edir.
 4. Qrafika
Şagird: 
4.1. Əşyaları qrafik təsfir edir.
4.1.1. Əşyaların ayrı-ayrı hissələrinin qrafik təsvirini çəkir.
4.1.2. Çəkilmiş ayrı-ayrı hissələri birləşdirməklə əşyanın tam təsvirini çəkir. 
 
 
          II  sinif
 II sinfin sonunda şagird:
•sadə emal texnologiyalarını və vasitələrini tanıdığını nümayiş etdirir;
•emal prosesinə hazırlıq işlərini yerinə yetirir;
•verilmiş materiallardan (kağız, karton, parça, plastilin) sadə məmulatlar hazırlayır;
•texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
•məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir;
•sadə əşyaları qrafik təsvir edir.
 Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Emal texnologiyaları
Şagird: 
1.1. Emal texnologiyalarını və vasitələrini tanıdığını nümayiş etdirir.
1.1.1. Emal texnologiyalarını nümayiş etdirilən təsvirlərdə tanıyır. 
1.1.2. Müvafiq emal texnologiyalarını (ölçmə, kəsmə, yapma, birləşdirmə, qatlama, tikmə) təyinatına görə sadə formada izah edir.
1.1.3. Emal vasitələrinin funksiyalarını şərh edir.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
1.2.3. Məmulatin hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (kağız, karton, parça, plastilin)  müxtəlif məmulatlar hazırlayır.
1.3.1. Məmulatların detallarını hazırlayır.
1.3.2. Detalları birləşdirməklə məmulat (məmulatlar) hazırlayır.
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir. 
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq   bacarıqları nümayiş etdirir. 
1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena qaydalarına əməl edir. 
1.3.6. Hazırladığı məmulatı təqdim edir.. 
2. Texnika elementləri
Şagird: 
2.1. Texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
2.1.1. Texnoloji maşınları (nəqliyyat, yük, məişət) bir birindən fərqləndirir.
2.1.2. Texnoloji vasitələri (əl alətləri, mexaniki alətər) bir birindən fərqləndirir.
2.1.3. Məişət texnikalarını bir-birindən fərqləndirir.
 3. Məişət mədəniyyəti
Şagird: 
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Özünəxidmət və sanitariya-gigiyena qaydalarını izah edir.
3.1.2. Bitkilərə qulluq qaydalarını şərh edir.
3.1.3. Yemək masası arxasında davranış qaydalarını izah edir.
3.1.4. Yemək süfrəsinin növlərinə uyğun olaraq qabları, alət və ləvazimatları seçir.
3.1.5. Nahar süfrəsini tərtib edir.
 4. Qrafika
Şagird: 
4.1. Əşyalarirı qrafik təsvir edir.
4.1.1. Verilmiş ölçülərə əsasən nişanlama işləri aparır. 
4.1.2. Hazırlanacaq məmulatın təsvirini çəkir.
III S İ N İ F
III sinfin sonunda şagird:
* emal texnologiyalarının mahiyyətini anladığını nümayiş etdirir;
* emal prosesinə hazırlıq işlərini yerinə yetirir;
* verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif
məmulatlar hazırlayır;
*texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik olduğunu
nümayiş etdirir;
* məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir;
*müxtəlif əşyaları qrafik təsvir edir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1.Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş etdirir.
1.1.1. Müxtəlif emal texnologiyalarına aid iş proseslərini mərhələlər üzrə izah edir.
1.1.2. Mərhələlər üzrə iş prosesində zəruri emal vasitələrinin əhəmiyyətini izah edir.
1.1.3. Emal vasitələrinin funksiyalarını şərh edir və təyinatını müəyyənləşdirir.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif məmulatlar hazırlayır.
1.3.1. Məmulatların detallarını hazırlayır.
1.3.2. Detalları birləşdirməklə müxtəlif məmulat (məmulatlar) hazırlayır.
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
1.3.6. Hazırladığı məmulatı (məmulatları) təqdim edir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
2.1.1. Texnoloji maşınları (nəqliyyat, yük, nəqledici, elektron, məişət) birbirindən fərqləndirir.
2.1.2. Texnoloji vasitələri (əl alətləri, mexaniki alətər, elektrik alətləri) birbirindən fərqləndirir.
2.1.3. Məişət texnikalarından istifadə qaydalarını izah edir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Özünəxidmət və sanitariya-gigiyena tələblərinin insan həyatında əhəmiyyətini izah edir.
3.1.2. Bitkilərin insan sağlamlığının mühafizəsində rolunu şərh edir.
3.1.3. Yemək masası ətrafında davranış bacarıqlarını nümayiş etdirir.
3.1.4. Yemək süfrəsinin növlərinə uyğun olaraq qabları, alət və ləvazimatları seçir və düzgün yerləşdirir.
3.1.5. Şam süfrəsini tərtib edir.
4. Qrafika
Şagird:
4.1. Əşyaları qrafik təsvir edir.
4.1.1. Müstəvi və həcmli fiqurların hissələrinin ölçülərə əsasən təsvirini çəkir.
4.1.2. Hissələri birləşdirməklə əşyanın tam şəklini çəkir.
IV S İ N İ F
IV sinfin sonunda şagird:
* emal texnologiyalarının mahiyyətini anladığını nümayiş etdirir;
*emal prosesinə hazırlıq işlərini yerinə yetirir;
* verilmiş materiallardan (kağız, karton, parça, plastilin, oduncaq, ərzaqlar) müxtəlif məmulatlar hazırlayır;
* texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir;
* məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir;
* müxtəlif əşyaları qrafik təsvir edir;
Məzmun xətləri üzrə əsas və alt standartlar
1.Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş etdirir.
1.1.1. Müxtəlif emal texnologiyaları və vasitələri ilə bağlı kiçik təqdimatlar edir.
1.1.2. Tanıdığı emal texnologiyalarının tətbiq edildiyi istehsal sahələri  (zavod, fabrik, kombinat) haqqında məlumata malik olduğunu nümayiş etdirir.
1.1.3. Emal vasitələrinin funksiyalarını şərh edir, təyinatını müəyyənləşdirir və təqdimatlar edir.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (kağız, karton, parça, plastilin, oduncaq, ərzaqlar) müxtəlif məmulatlar hazırlayır.
1.3.1. Məmulatların detallarını hazırlayır.
1.3.2. Detalları birləşdirməklə müxtəlif məmulat (məmulatlar) hazırlayır.
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət
və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
1.3.6. Hazırladığı məmulatı (məmulatları) təqdim edir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik  olduğunu nümayiş etdirir.
2.1.1. Texnoloji maşınların təsnifatını aparır və onlar haqqında kiçik  təqdimatlar edir.
2.1.2 Texnoloji vasitələrin təsnifatını aparır və onlar haqqında kiçik  təqdimatlar edir.
2.1.3. Məişət texnikalarından istifadə bacarıqları nümayiş etdirir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Özünəxidmət qaydalarına riayət olunması barədə kiçik təqdimatlar edir.
3.1.2. Bitkilərin ətraf aləmdə rolu və əhəmiyyəti haqqında kiçik təqdimatlar edir.
3.1.3. Yemək masası ətrafında qrup tərkibində davranış bacarıqlarını nümayiş etdirir.
3.1.4. Müxtəlif variantlı yemək süfrələri tərtib edir.
3.1.5. Qonaq və bayram süfrələrini tərtib edir.
4. Qrafika
Şagird:
4.1. Əşyaları qrafik təsvir edir.
4.1.1. Hazırlanacaq məmulatın texniki rəsmlərini və eskizlərini oxuyur.
4.1.2. Müstəvi və həcmli fiqurların hissələrinin təsvirini çəkərkən sadə dizayn  bacarıqları nümayiş etdirir
Esmira Kazımova 



Загрузка...
Həmçinin oxuyun:
I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Dərsin məqsədi  şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

Dərsin məqsədi şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Fəal dərsin mərhələləri və nəticələri

Fəal dərsin mərhələləri və nəticələri

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Fasilitasiya qaydaları

Fasilitasiya qaydaları

“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” nə bilirik ?

“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” nə bilirik ?

Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

Zamanın tələbi: “Həmkara dəstək”

Zamanın tələbi: “Həmkara dəstək”

" Azərbaycan SSR-in bayrağı " haqqında bilmədiklərimiz ..

" Azərbaycan SSR-in bayrağı " haqqında bilmədiklərimiz ..

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

İnteqrasiyanın dərslərdə rolu  Tövsiyyə

İnteqrasiyanın dərslərdə rolu Tövsiyyə

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Psixoloji test - Şagirdlərin məktəb həyatından razılıq  səviyyəsinin öyrənmə metodikası

Psixoloji test - Şagirdlərin məktəb həyatından razılıq səviyyəsinin öyrənmə metodikası

Çin, Hindistanda tərbiyə və təhsil

Çin, Hindistanda tərbiyə və təhsil

Məktəb laborantının əmək funksiyası

Məktəb laborantının əmək funksiyası

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

İDARƏETMƏDƏ QƏRARLARIN HAZIRLANMASI VƏ QƏBUL EDİLMƏSİ PROSESİ

İDARƏETMƏDƏ QƏRARLARIN HAZIRLANMASI VƏ QƏBUL EDİLMƏSİ PROSESİ

Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi

Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi