AzTehsil.com
RU


Kurikulum
19 may 2016
164 062


Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....



Fəal təlimin üsulları:


Təqdimat


Fəal (interaktiv) təlim metodları ilə aparılan dərslərin mühüm elementləeindən biri olan təqdimat şagirdin tədqiqat fəaliyyətinin göstəricisi sayılmalıdır. Bu metod şagirdlərə imkan verir ki, o, tədqiqatın nəticəsini müxtəlif yollarla təqdim edə bilsin, öz fikirlərinidəqiq ifadə etmək, mükəmməl nəticə çıxarmaq bacarığına yiyələnsin. Təqdimata hazırlaşan şagird qrup halında işləyəndə ünsiyyət mədəniyyətinə yiyələnir, fikir bölüşməyi bacarır. Belə olduqda isə onun (onların) hazırladıqları təqdimat dəqiq olur, ya xşı tərtibatı ilə diqqəti cəlb edir.
Təqdimata hazırlaşan şagirdlər təqdimatın hansı formada keçirmək barədə qaydalara yiyələnirlər. Müəllim təqdimatın növü və onun keçirilməsi qaydaları barədə şagirdləri təlimatlandırmalıdır. Bu təlimatlara əməl edən şagird vaxtdan səmərəli istifadə etməyə, fikrini daha dəqiq və yığcam şəkildə ifadə etməyə əvvəlcədən hazır olur. Təqdimatı keçirərkən ona şərh verməyi bacarır. Təqdimat müzakirə olunur və meyar cədvəli əsasında qiymətləndirilir.
Təqdimat fərdi və ya qrup şəklində həyata keçirilə bilər.


Kublaşdırma


Bu, tədqiqat metodlarından biri olub mövzunun hərtərəfli öyrənilməsinəə şərait yaradır. Kublaşdırma vasitəsilə şagird mövzunu təsvir və müqayisə etməyə, əlaqələndirməyə, təhlilə, tətbiq və mübahisəyə yönəldir. Bu zaman şagirdin tənqidi və məntiqi təfəkkürü inkişaf edir, mövzuya hərtərəfli baxışı, qiymətləndirmə bacarığı, əməkdaşlıq vərdişləri formalaşır.


Bu metod müəllimə imkan verir ki, mövzunu, vəziyyəti ətraflı tədqiq etsin, şagirdlərin mürəkkəb və inteqrativ yanaşmalarına şərait yaratsın.


1.Kub düzəldilir.
2.kubun hər üzünə verilən altı göstərişdən biri yazılır. (Bu barədə interaktiv iş vərəqləri haqqında verilmiş əlavələrdə yazılıb)
3.Müzakirə olunacaq mövzu müəyyən edilir.
4.Sinif 6 qrupa bölünür və hər qrupa mövzu üzrə bir göstəriş verilir.
5.Şagirdlər təlimatlandırılır.
6.Şagirdlər təsvir, müqayisə, əlaqələndirmə, təhlil, tətbiq, mübahisə edirlər.
7.Təıqdimat edirlər
8.Nəticə çıxarır, ümumiləşdirmə aparırlar.
9.Yekun lövhədən asılır.


Ziqzaq


Nisbətən iri həcmli əsərlərin mətni üzərində aparılan işi ziqzaq üsulu ilə aparmaq vaxtdan səmərəli istifadəyə şərait yaradır, əməkdaşlıq vərdişlərini inkişaf etdirir.


İş tədqiq olunacaq mətni hissələrə bölünüb, nömrələnməklə başlanır. Qruplara bölünmüş şagirdlər 1-dən 4-ə qədər sayırlar. Qrupdakı şagirdlər (ekspertlər) müvafiq nömrələrlə işarələnir, sonra eyni nömrəli şagirdlər bir parta ətrafına toplanır, mətnin müvafiq hissəsini oxuyur, verilmiş tapşırıqları yerinə yetirirlər. İş başa çatdıqdan sonra ikinci mərhələ başlanır. Ekspertlər əvvəlki qrupa qayıdır, ekspert kimi əldə etdikləri informasiyanı bir-biri ilə bölüşür və mətn üzərində işi bütövləşdirirlər.


Beyin həmləsi


Dərsdə 5-10 dəqiqə ərzində şagirdlərin öyrənilən mövzu, problemin həlli yolları üzrə müxtəlif ideyaları irəli sürməsi vasitəsi kimi istifadə olunur. Ədəbiyyat dərslərində problemli vəziyyətin yardılması üçün gərək olan ilkin ideyanın formalaşmasında beyin həmləsi əvəzsiz rol oynayır.
Beyin həmləsi şagirdlərin yeni bilikləri üzə çıxarmağa, müzakirə olunan məsələyə maraq oyadır.


Əqli hücum şagirdlərin yeni mövzu üzrə biliklərini sürətlə üzə çıxarmağa, onlarda müzakirə olunan məsələyə maraq oyatmağa imkan verir. Bu metodun tətbiqi şagirdləri fəallaşdırır, verilən suala tez və düzgün cavab tapmağa, müxtəlif ideyalar irəli sürməyə həvəs yaradır.


Əqli hücum tətbiq edilərkən müəllim həll olunmalı problemi elan edir. Sual lövhəyə yazılır və ya şifahi şəkildə verilir. Əqli hü­cum zamanı yeni mövzu ilə əlaqədar hər hansı bir fikrin, ifadənin ta­mamlanması üçün mümkün variantları müəyyənləşdirmək tapşı­rığı vermək də məqsədəuyğundar.
Müəllim mümkün qədər çox şagirdin fikir söyləməsinə nail olmalıdır. Şagirdlər vaxt itirmədən problemlə bağlı yığcam şəkildə müx­təlif ideyalar, təkliflər irəli sürürlər. Söylənilən bütün mülahizə­lər heç bir şərh verilmədən, tənqidi münasibət bildirilmədən lövhədə qeyd olunur. Sonra təhlil, müzakirə mərhələsi gəlir. Müxtəlif ideyalar qiymətləndirilir, lehinə və əleyhinə fikirlər söylənilir. Şa­gird­lər müzakirə olunan problemin həlli üçün faydalı hesab et­dikləri ideyaları seçirlər.


BİBÖ (nəyi bilirik, nəyi bilmək istəyirik, nəyi öyrəndik və nə­yi öyrənməliyik) şagirdlərin əvvəlki biliyi, təcrübəsi ilə yeni biliklər ara­sında əlaqə yaratmağa imkan verir, mövzu, problem barədə dü­şün­məsini təmin edir.


Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı böl­mələri qeyd edir: "Nəyi bilirik”, "Nəyi bilmək istəyirik”, "Nə öy­rəndik və hələ nələri öyrənməliyik”.


İnteqmetodtest


Şagirdlər əvvəl mənimsəmiş olduqları bilikləri bir daha nəzərdən keçirir və öyrənmək, cavabını tapmaq istədiyi mə­sə­lə­ləri, sualları müəyyənləşdirir. Bu məqsədlə müəllim özü və ya şa­girdlər cütlər, qruplar halında mətni oxuyur.


Cütlər və ya qruplar mövzu barəsində əvvəlki biliklərinə dair qeydlər aparırlar. Mətn oxunduqdan sonra müəllim ikinci sütundakı suallara qayıdır, əgər mətndə sualların cavabları verilibsə, onları üçüncü sütunda qeyd etməyi tapşırır.


Şagirdlərin qeydləri dinlənilir, məqsədəuyğun sayılan cavablar müvafiq sütunda qeyd edilir. Şagirdlər əvvəlki biliklərini (birinci sü­tunda qeyd edilənləri) yeni öyrəndikləri biliklərlə (yeni öy­rə­ni­lən­lər sütunundakı məlumatla) müqayisə edir, nəticə çıxarırlar.


Ədəbiyyat dərslərində istifadə ediləcək təlim metod və texnika nümunələri sırasında auksion, anlayışın çıxarılması, rollu oyun, debat, şaxələndirmə və başqalarından səmərəli şəkildə istifadə etmək üçün onları yalnız məqamında işlətmək tələb olunur.


Akvarium


Bu üsulun məqsədi diskussiya vərdişlərini inkişaf etdirməkdir. Akvarium bir neçə variantda keçirilə bilər.


"Akvarium”un keçirilməsinin 1-ci variantı:


Şagirdlərin köməyi ilə diskussiya aparmaq qaydaları (məsələn, reqlamentə əməl etmək, bir-birinin sözünü kəsməmək və.s) müəyyən edilir. Şagirdlər 2 qrupa bölünür. Bir qrup dairənin daxilindəki stullarda əyləşərək müəllimin təklif etdiyi problemi müzakirə edir. Dairədən kənardakı stullarda əyləşmiş digər qrup isə diskussiyanın müəyyən edilmiş qaydalara uyğun aparıldığını müşahidə edir.


Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır.15-20 dəqiqədən sonra diskussiya dayandırılır, "xarici dairənin” iştirakçıları diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini dəyişərək bu və ya digər problemin müzakirəsini davam etdirirlər.


"Akvarium” un keçirilməsinin 2-ci variantı:


"Daxili dairənin” iştirakçıları müəllimin təklif etdiyi problemi müzakirə edir və birinci variantdan fərqli olaraq iştirakçılar bu zaman yalnız problemin "lehinə” olan dəlilləri söyləyirlər.


Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər,dəlilləri dinləyir, yazıya alır, təhlil edir, öz əks dəlillərini hazırlayırlar.15-20 dəqiqədən sonra diskussiya dayandırılır, xarici və daxili dairədən olan şagirdlər öz yerlərini dəyişirlər. Onlar əvvəlki iştirakçıların dəlillərini təkzib etmək üçün diskussiya aparırlar.


Burada qrupların vahid fikrə gəlməsi önəmli deyil.


Auksion


Müəllim öyrənilən məsələni müəyyən edərək şagirdləri auksionun keçirilmə qaydaları haqqında təlimatlandırır. Öyrənilən əşya və ya hadısənin xüsusiyyətləri ardıcıl şəkildə adlandırılır.


Hamı növbə ilə əşya və ya hadisə haqqında fikir söyləyir: hər bir fikirdən sonra müəllim sayır. "Bir, iki”. Bu zaman başqa iştirakçı tez təklif verə bilər. Sonuncu təklif verən qalib sayılır .Fikirlər bir-birini təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini dinləyir.


Nümunə:


Riyaziyyat dərsində müəllim 7 ədədinin tərkibini keçərkən sinfə "7 ədədini necə aldınız? " sualını verməklə auksion keçirir.


Müəllim üçün məlumat


Mümkün olan cavablar:
1) 6+1=7 4) 5+2=7
2) 4+3=7 5) 3+4=7
3) 2+5=7 6) 1+6=7
7) 1+1+1+1+1+1+1=7


Oyunda axırıncı mümkün cavabı verən şagird "Auksion”u qazanır.



Mühazirə


Mühazirəməlumatın müəllimdən şagirdə ötürülmə üsuludur. Bu üsuldan mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması məqsədilə istifadə etmək məqsədəuyğundur. Belə qısa mühazirələr 10-15 dəqiqə ərzində aparılır.


Mühazirə ilə bağlı aşağıdakı məsələlərə nəzər yetirmək məqsədəmüvafiqdir:


Mühazirənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək,


Plan tərtib etmək və onu şagirdlərə paylamaq (və ya lövhədə yazmaq).


Əyani və texniki vasitələrdən istifadə etmək.


Müəllim mühazirə prosesini verbal (suallar vermək) və vizual (şagirdlərin sifətlərinin ifadəsini və jestlərini müşahidə etmək) tənzimləməlidir.


Karusel 
Dərsdən əvvəl iri ağ kağızlarda (vatman) mövzuya aid suallar yazılır. Müəllim qruplara müxtəlif sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur və bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə qruplara ötürülür. "Karusel” kimi kağızlar bütün digər qruplardan keçərək axırda öz qrupuna qayıdır. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif cavabları müzakirə edir.


Klaster (şaxələndirmə)


Müəllim tərəfndən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun mərkəzində yazılmış anlayış ilə bağlı söz və ya ifadələr söyləmək şagirdlərə tapşırılır. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz onunla əlaqəli sözlər xətlərlə birləşdirilir. Vaxt bitənə qədər mümkün qədər çox fikir yazmaq və onları əlaqələndirmək tövsiyə olunur.Vaxt bitəndən sonra alınan klaster müzakirə edilir və ümumiləşdirmə aparılır.


Anlayışın çıxarılması


Bu üsul oyun- tapmaca formasında keçirilir və şagirdlərdə yüksək fəallıq yaradır.Müəllim lövhədə dairəvi kart asır, onun arxasında şagirdlərdən tələb olunan anlayışı yazır. Kartın yazı olmayan tərəfini şagirdlərə göstərir və gizlədilmiş anlayışların xüsusiyyətlərinə aid 2 və ya 3 yönəldici söz sadalayır və ya yazır. Şagirdlər həmin xüsusiyyətlərə uyğun olaraq gizlədilmiş anlayışı tapırlar.


Əgər şagirdlər anlayışı tapmaqda çətinlik çəksələr, müəllim əlavə olaraq yeni xüsusiyyətlər sadalayır.


Şagirdlər öz fərziyyələrini dedikdən sonra müəllim bu tapmacananın tapilib-tapilmamsını hamıya çatdırır və kartoçkalarda yazılan sözləri açıqlayır.


İnteqmetodtest2


Bu üsul qərarların qəbul edilməsi zamanı alternativ yolları araşdırmaq və təhlil etmək məqsədi daşıyır.


Müzakirə olunacaq problem müəllim tərəfindən izah edilir və onun həlli yollarının bir neçə variantı şagirdlərlə birlikdə müəyyənləşdirilır. 4-6 nəfərdən ibarət qruplarda şagirdlər problemin həlli yollarının üstünlüklərini və çatışmazlıqlarını təhlil edir,onları "+”, və ya "-” işarəsinin qarşısında müvafiq qaydada qeyd edirlər. Son nəticə cədvəlin qərar hissəsində yazılır və üstü örtülür.


Bütün qrupların təqdimatından sonra müəllim əldə olunmuş nəticələri ümumiləşdirmək üçün müzakirə aparır.



Müzakirə
Müzakirə mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin qarşılıqlı mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək həlli yolunu tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır.



Müzakirə dinləmək, təqdim etmək, sual vermək mədəniyyətini formalaşdırır, şagirdlərin məntiqi və tənqidi təfəkkürünü, şıfahi nitqini inkişaf etdirir.


Müzakirə apararkən əvvəlcədən şagirdlərə müzakirə qaydaları xatırladılır. Mövzu aydın şəkildə ifadə olunur. Müzakirə prosesini inkişaf etdirən suallar vermək və şagirdlərin cavablarını nəzərdən keçirməklə müəllim müzakirəni tənzimləyir. Bu zaman cavabı "Bəli” və ya "xeyr” olan qapalı suallar vermək məqsədəuyğun hesab edilmir.


Müzakirədə mövzuya aid "Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa cür ola bilərdimi və necə? Siz bu vəziyyətdə nə edərdiniz? Sizin fikrinizcə, həmin obraz nə hiss etdi? Siz bu şəraitdə nə hiss edərdiniz? Bu, düz idimi? Nə üçün?” kimi suallardan istifadə olunur.


Söz assosiasiyaları


Bu üsuldan istifadə edilərkən öyrəniləcək mövzuya aid əsas söz (və ya söz birləşməsi) lövhəyə yazılır. Şagirdlər həmin söz ilə bağlı ilk xatırladıqları fikirləri söyləyir və həmin fikirlər müəllim tərəfindən lövhəyə yazılır.Mövzu ilə bağlı olan sözlər deyilən fikirlərin arasından seçilir və əlaqələndirilir, onlardan anlayış və yaxud ideya çıxarılır.Bu anlayış əsasında yeni materialın öyrənilməsinə başlanır. Bu üsul həm də şifahi formada tətbiq edilə bilər.



Problemli vəziyyət


Bu üsul tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərini inkişaf etdirir.


Müəllim əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayır. Şagirdlər 4-5 nəfərlik qruplara bölünür.Problemli vəziyyət əks olunmuş iş vərəqləri uşaqlara paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və həlli yolunu göstərir.Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə aparılır.



Venn diaqramı


Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur.
Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır.
Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir
Kəsişən dairələr çəkilir (ortada yazmaq üçün yer saxlanır)
I və III dairədə müqayisə olunacaq obyektlər qeyd olunur
Şagirdlər təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə danışılır).
Müqayisə olunan obyektlər təsvir edilir: (fərqli cəhətlər sağ və sol tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur).
Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir

Layihələrin hazırlanması



Layihələrin hazırlanması müxtəlıf mövzuların müstəqil şəkildə tədqiq edilməsidir. Şagirdlər öz layihələrini təqdim etməzdən əvvəl uzun müddət onun üzərində işləyirlər. Layihələr şagirdlərin tədqiqat vərdişlərinin, biliklərə müstəqil yiyələnmə bacarıqlarının formalaşmasında mühüm rol oynayır, onlara müstəqil şəkildə öz fəaliyyət proqramlarını qurmağa, habelə öz vaxtını və işini qrafik üzrə planlaşdırmağa kömək edir.Bu üsul həmçinin şagirdlərin bir-biri ilə, eləcə də məktəbdən kənarda müxtəlif adamlarla qarşılıqlı əlaqəsi üçün şərait yaradır, hadisələrin hər hansı bir aspektini daha dərindən anlamağa imkan verir, əlavə ədəbiyyatdan istifadə etməyə istiqamətləndirir.



Layihələr hazırlayarkən müəllim mövzu və ya problemi müəyyən edir və sinfə bunlardan birini seşmək imkanı verir. Problem həmçinin sinif tərəfindən "əqli hücum ” üsulu ilə seçilə bilər.



Problem konkret olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə üzərində işin başlama və başa çatma müddətini, istifadə olunacaq əyani vasitələri (ədəbiyyatlar, mənbələr, təsviri vasitələr və s.) bunları əldə etmək yollarını, iş formalarını (fərdi yoxsa, qrup şəklində) müəyyən edirlər.
İş prosesində müəllim suallara cavab verə və ya yol göstərə bilər. İşin icrasına isə şagirdlər özü cavabdehdir.



Tədqiqatın nəticəsi hesabat, xəritə, illüstrasiya, fotoşəkillər cədvəllər, qrafiklər, formasında ifadə oluna bilər.



Sorğu vərəqləri və müsahibə



Bu üsullar araşdırılan məsələ ilə bağlı fakt və hadisələr haqqında müəyyən qrupların ictimai rəyini öyrənmək məqsədilə aparılır.
Sorğu vərəqi araşdırılan məsələ ilə bağlı tərtib edilir və burada suallar qoyulur. Sorğuda iştirak edənlər bu vərəqi müstəqil doldurur.

 



 Aytən Cumaliyeva 





Загрузка...