AzTehsil.com


Kurikulum / Müəllim
18 sentyabr 2016
32 854


I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)



 

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

 

Azərbaycan Respublikasinin ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)                          (STANDARTLAR)
 
1. Azərbaycan dili fənni üzrə ümumi təlim nəticələri
 İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə şagird: 
 •danışanın fikrinə münasibət bildirir, öz fikirlərini sərbəst və ardıcıl ifadə edir;
•düzgün,sürətli, şüurlu, ifadəli oxuyur, oxuduğu mətnlərə münasibət bildirir;
•kiçikhəcmlıi rabitəli mətnlər qurur;
•lüğətlərdən, məlumat kitablarından istifadə edir;
•Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi dəyərləri, incəsənəti, adət-ənənələri haqqında öyrəndiyi məlumatları sadə formada təqdim edir;
•yazılı və şifahi nitqində fonetik, leksik,  qrammatik qaydalara yiyələndiyini nümayiş etdirir.
 2. Məzmun xətləri üzrə təlim nəticələri
 İbtidai təhsil səviyyəsində məzmun xətləri  üzrə təlim  nəticələri
Dinləyib-anlama və danışma
Şagird:
•müsahibinin fikrinə münasibət bildirir və öz mövqeyini əsaslandırır;
•müxtəlif informasiyaları seçib təhlil edir, ümumiləşdirir və bunlara münasibət bildirir;
•müşahidə etdiyi şəkil, əşya, mənzərə və hadisə əsasında hekayə qurur;
•məktəb tədbirlərində müstəqil çıxış edir;
•dinləyəni inandırmaq üçün fikrini müxtəlif vasitələrlə əsaslandırır;
•danışarkən nitq etiketlərindən (salamlaşmaq, təbrik etmək, təşəkkür etmək, üzr istəmək) istifadə edir.
 Oxu
Şagird:
•mətni düzgün, sürətli, ifadəli, şüurlu oxuyur;
•müxtəlif mətnləri bütöv sözlərlə səsli və səssiz oxuyur;
•oxuduğu mətnlərin məzmununa münasibət bildirir;
•mətnin hissələri arasında məna əlaqələrini müəyyənləşdirir;
•bədii və elmi – kütləvi mətnləri fərqləndirir.
 Yazı
Şagird:
•kiçik və böyük hərfləri, sözləri və cümlələri aydın yazır;
•müşahidə etdiyi əşya və hadisələr haqqında təsviri xarakterli kiçikhəcmli mətnlər yazır;
•əməli yazı (məktub, ərizə, elan, divar qəzetinə məqalə, tərcümeyi-hal) bacarıqları nümayiş etdirir;
•yazıda kalliqrafiya, orfoqrafiya və durğu işarələri qaydalarına əməl edir.
 Dil qaydaları
Şagird:
•yaş həddinə uyğun zəruri fonetik, leksik, qrammatik biliklərə yiyələndiyini nümayiş etdirir;
•seçdiyi dil faktlarını qruplaşdıraraq təqdim edir;
•dinlədiyi fikri anladığını nümayiş etdirir;
•şifahi nitq bacarıqlarına  malik olduğunu nümayiş etdirir;
•qarşılaşdığı sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir;
•oxu texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir; 
•yazı texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir;
•kalliqrafiya və orfoqrafiya qaydalarını gözləməklə  müxtəlif  növ yazılı çalışmaları (üzündənköçürmə yaddaşa əsasən yazı,  imla,  ifadə, inşa)  yerinə yetirir;
•fonetik, leksik, morfoloji, sintaktik, orfoqrafik qaydaları mənimsədiyini nümayiş etdirir.
 

 

 3. Siniflər üzrə təlim nəticələri və məzmun standartları
 I  sinif
 I sinfin sonunda şagird:
•dinlədiyi sadə fikrə münasibət bildirir;
•müşahidələrə əsaslanan danışığında, dialoji nitqində sadə nitq etiketlərindən və mimikalardan  istifadə edir;
•mətndəki yaxınmənalı sözləri  izah edir və cümlədə işlədir;
•kiçikhəcmli mətni düzgün oxumaqla məzmununu nəql edir, əsas fikri müəyyənləşdirir; 
•nəzm və nəsri fərqləndirir;
•hərfləri sözləri və kiçikhəcmli mətnləri hüsnxət qaydalarına uyğun yazır, müşahidə xarakterli mətn qurur əməli yazılar yazır;
•səs və hərfi fərqləndirir, sözləri hecalara ayırır, böyük və kiçik hərfi fərqləndirir, ad, əlamət, hərəkət bildirən sözləri, məqsəd və intonasiyaya görə cümlələri tanıyır və fərqləndirir.
 Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi sadə fikrin mahiyyətini şərh edir.
1.1.2. Dinlədiyi fikrə münasibətini bildirir. 
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1. Müşahidə etdiyi əşya,  hadisələr haqqında və şəkillər üzrə danışır.
1.2.2. Dialoqlarda sadə nitq etiketlərindən istifadə edir.
1.2.3. Nitqini  müvafiq  mimika və jestlərlə  müşayiət edir.
 2.Oxu
Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü  nümayiş  etdirir.
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələri adlandırır.
2.1.2. Mətndəki müəyyən olunmuş sözləri yaxın¬mənalı sözlərin köməyi ilə izah edir.
2.1.3. Mətndə öyrəndiyi yaxınmənalı sözləri cümlədə işlədir. 
2.1.4. Mətndən sadə bədii ifadələri seçir.
2.2. Oxu texnikası və ilkin oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
2.2.1. Kiçikhəcmli mətnləri düzgün  tələffüz etməklə oxuyur.
2.2.2. Müxtəlif bədii mətnləri (nəzm, nəsr) fərqləndirir.
2.2.3. Mətnin şəkilli planını tutur.
2.2.4. Mətndəki əsas fikri müəyyənləşdirir və sadə formada ifadə edir.
2.2.5. Mətnnin məzmununu nəql edir.
 3. Yazı
Şagird:
3.1. Yazı texnikasına və ilkin yazı bacarıqlarına yiyələndiyini  nümayiş etdirir.
3.1.1. Hərflərin elementlərini və konfiqurasiyasını müəyyən olunmuş xətt boyunca düzgün yazır və bitişdirir.
3.1.2. Əl yazısı şəklində olan sözləri və kiçikhəcmli mətnləri üzündən köçürür.
3.1.3. Şəklə uyğun cümlələr qurub yazır.
3.1.4. Bir neçə cümlədən ibarət müşahidə xarakterli rabitəli mətn yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən sadə əməli yazılar (açıqca) yazır.                    
 4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Səs və hərfi  fərqləndirir.
4.1.2. Sözləri hecalara ayırır.
4.1.3. Böyük və kiçik hərfləri fərqləndirir.
4.1.4. Hərfləri əlifba sırası ilə sadalayır.
4.1.5. Ad, əlamət və hərəkət bildirən sözləri tanıyır və fərqləndirir.
4.1.6. Cümləni tanıyır və əsas əlamətlərini sadalayır.
4.1.7. Məqsəd və intonasiyaya görə cümlələri fərqləndirir.
 II  sinif

 II sinfin sonunda şagird:
•dinlədiyi fikirlə bağlı münasibətini əsaslandırır; 
•müşahidə etdikləri, eşitdikləri, oxuduqları haqqında danışığında, dialoji nitqində situasiyaya uyğun nitq etiketlərindən, jest və mimikalardan istifadə edir;
•mətndəki yaxınmənalı və əksmənalı sözləri fərqləndirir, frazeoloji ifadələrin mənasını izah edir;
•kiçikhəcmli mətni düzgün və sürətli oxuyur, əsas fikrə münasibət bildirir, mətni hissələrə ayırır, bədii mətni janrlara görə fərqləndirir;
•hüsnxət və orfoqrafiya qaydalarına  əməl etməklə müşahidə və təəssüratlar əsasında kiçikhəcmli esse və sadə əməli yazılar yazır;
•sait və samit səsləri fərqləndirir, sözlərin sətirdən-sətrə keçirilməsi, böyük hərflə yazılması qaydalarını tətbiq edir, ad, əlamət, hərəkət bildirən sözləri qruplaşdırır, onların yazılış və tələffüzünü müəyyənləşdirmək üçün lüğətdən istifadə edir, cümləni digər nitq vahidlərindən fərqləndirir, məqsəd və intonasiyaya görə qurduğu cümlələri müvafiq durğu işarələri ilə tamamlayır.
 Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib- anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Sual verməklə dinlədiyi fikrin mahiyyətini aydınlaşdırır.
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini əsaslandırır.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və oxuduqları haqqında danışır.  
1.2.2. Dialoqlarda vəziyyətə uyğun nitq etiketlərindən istifadə edir.
1.2.3. Nitq situasiyalarından asılı olaraq müvafiq jest və mimikalardan istifadə edir.
 2. Oxu
Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələrin adlarını müvafiq məna qrupuna aid edir.
2.1.2. Mətndə verilmiş yaxınmənalı və əksmənalı sözləri fərqləndirir.
2.1.3. Mətndə frazeoloji ifadələrin mənasını izah edir.
2. 2.  Oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müafiq mətnləri tələffüz normalarına uyğun düzgün və sürətli oxuyur.  
2.2.2. Kiçikhəcmli bədii mətnləri janrlara görə fərqləndirir.  
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə məzmununa aid sadə plan tutur. 
2.2.4. Mətnin məzmununu tərtib etdiyi plana uyğun nəql edir.
2.2.5. Mətndəki əsas fikri həyatla əlaqələndirir.
 3.Yazı
Şagird:
3.1. Yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir. 
3.1.1. Yazısında sadə hüsnxət  və orfoqrafiya normalarına riayət edir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni üzündən köçürür. 
3.1.3. Marağına uyğun seçdiyi nəzm nümunəsini əzbərdən yazır.
3.1.4. Müşahidə və təəssüratlar əsasında kiçikhəcmli esse yazır. 
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən sadə əməli yazılar (məktub, açıqca, elan) yazır.
 4. Dil  qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sait və samit səsləri fərqləndirir.
4.1.2. Sözlərin sətirdən-sətrə keçirilməsi qaydalarını tətbiq edir.
4.1.3. Sözlərin böyük hərflə yazılışına dair qaydaları (şəxs və coğrafi adlar) məqamına uyğun tətbiq edir.  
4.1.4. Mətndə rast gəldiyi yeni sözlərin yazılış və tələffüzünü müəyyənləşdirmək üçün lüğətdən istifadə edir.
4.1.5. Ad, əlamət, hərəkət bildirən sözləri qruplaşdırır.
4.1.6. Cümləni digər nitq vahidlərindən fərqləndirir.
4.1.7. Tələb olunan məqsəd və intonasiyaya görə cümlə qurur və müvafiq durğu işarələri ilə tamamlayır.
 

 

 III sinif
 III sinfin sonunda şagird:
•dinlədiyi fikirlərii müqayisəli təhlil etməklə mövqeyini şərh edir;
•müşahidə etdiklərinə, eşitdiklərinə, oxuduqlarına münasibət bildirməklə nəql edir, dialoqlarda iştirak edir, situasiyaya uyğun jest və mimikalardan istifadə edir;
•sözlərin həqiqi və məcazi mənasını, çoxmənalı sözləri fərqləndirir; 
•müvafiq mətni düzgün sürətli və intonasiya ilə oxuyur, bədii və elmi-kütləvi mətnləri fərqləndirir, mətnin məzmununu tərtib etdiyi plana uyğun nəql edir, əsas fikri həyatla əlaqələndirir;
•hüsnxət və orfoqrafiya qaydalarına əməl etməklə təsvir və nəqli xarakterli inşa və sadə əməli yazılar  yazır;   
•sait və samit səsləri xüsusiyyətinə görə fərqləndirir, sözlərin  böyük hərflə yazılmasına dair  qaydaları tətbiq edir,
•yeni sözlərin mənasını müəyyənləşdirmək üçün lüğət və sorğu kitablarından istifadə edir;
•qrammatik mənalarına görə sözləri qruplaşdırır;
•cümlədə sözlərin düzgün ardıcıllığını müəyyənləşdirir, baş və ikinci dərəcəli üzvlərin rolunu sadə şəkildə izah edir;
•məqsəd və intonasiyanı dəyişməklə cümləni müxtəlif məqamlarda işlədir.
 
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1.  Dinlədiyi fikirləri   müqyaisəli  təhlil edir. 
1.1.2.  Dinlədiyi fikirləri təhlil etməklə mövqeyini şərh edir.  
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1. Müşahidə etdiklərini, eşitdiklərini və oxuduqlarını müqayisə etməklə nəql edir.
1.2.2. Eşitdiyi, oxuduğu bədii nümunələri dialoq şəklində təqdim edir.
1.2.4. Ədəbi-bədii nümunələri ifa edərkən müvafiq situasiyaya uyğun  jest və mimikalardan istifadə edir.
 2. Oxu
Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü  nümayiş   etdirir.
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələrin xarakterik əlamətlərini adlandırır.
2.1.2.Mətndəki çoxmənalı sözləri fərqləndirir.
2.1.3. Sözlərin həqiqi və məcazi mənasını fərqləndirir
2.2.  Oxu  bacarıqlarına yiyələndiyini nümayiş etdirir. 
2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (cümlə növlərinə görə) oxuyur.
2.2.2. Bədii və elmi-kütləvi mətnləri fərqlən¬dirir.
2.2.3. Mətnin geniş planını tutur.
2.2.4. Mətndəki əsas fikrə münasibətini bildirir.
2.2.5. Mətnin əsas hissələrini seçib nəql edir.

 3.  Yazı
Şagird:
3.1. Yazı  bacarıqlarına yiyələndiyini  nümayiş etdirir.
3.1.1. Hüsnxət və orfoqrafiya qaydalarına riayət etməklə səliqəli və  sürətlə yazır.      
3.1.2. Sadə redaktə işləri aparmaqla  mətni  köçürür.
3.1.3. Verilmiş mətnin  planını tutur  və məzmununu yazır. 
3.1.4. Təsvir və nəqli xarakterli inşalar yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən əməli yazılar (məktub, elan, anket, dəvətnamə) yazır.
 4. Dil  qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sait və samit səsləri xüsusiyyətlərinə görə   fərqləndirir.
4.1.2.Sözlərin böyük hərflə yazılışına dair qaydaları (bayramlar və tarixi günlər) məqamına uyğun tətbiq edir. 
4.1.3.Rast gəldiyi yeni sözlərin mənasını, yazılış və tələffüzünü müəyyənləşdirmək üçün lüğət və sorğu kitablarından istifadə edir. 
4.1.4. Qrammatik mənalarına görə (isim, sifət, fel, say) sözləri qruplaşdırır.
4.1.5. Cümlənin formalaşmasında baş və ikinci dərəcəli üzvlərin rolunu sadə şəkildə izah edir.
4.1.6. Cümlədə sözlərin düzgün ardıcıllığını müəyyən edir.
4.1.7. Məqsəd və intonasiyanı dəyişməklə verilmiş cümləni müxtəlif məqamlarda işlədir.
 
 IV sinif
 IV sinfin sonunda şagird:
•dinlədiyi fikirlər barədə yekun rəy bildirir və onu əlavələrlə inkişaf etdirir; 
•müşahidə etdikləri, eşitdikləri, oxuduqları fakt və hadisələr haqqında məzmuna uyğun jest və mimikalardan istifadə etməklə təqdimatlar edir, dialoji mətnlər qurur;
•mətndəki terminləri, obrazlı ifadələri fərqləndirir;
•müvafiq mətni düzgün sürətli və intonasiya ilə oxuyur, bədii və elmi-kütləvi mətnlər haqqında kiçik təqdimatlar edir, verilmiş mətnə dair yaradıcı plan tərtib edir, məzmununu yaradıcı şəkildə davam etdirir, mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir;
•orfoqrafiya qaydalarına riayət edir, sadə əməli və kiçikhəcmli mühakimə xarakterli yazılar yazır;
•sadə fonetik təhlil aparır, sözlərin böyük hərflə yazılışına dair qaydaları tətbiq edir, sözlərin mənasını  müəyyənləşdirmək üçün lüğətdən, ensiklopediyadan istifadə edir, sözləri qrammatik mənalarına görə qruplaşdırır;
•cümlənin düzgün qurulmasında baş və ikinci dərəcəli üzvlərin yerini müəyyən edir, məqsəd və intonasiyaya görə cümlənin növlərinə aid təqdimatlar edir.
 Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi eyni məsələlər barədə müxtəlif fikirləri ümumiləşdirməklə yekun   rəy bildirir.
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf etdirir.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.
1.2.1.Müşahidə etdiyi, oxuduğu, eşitdiyi fakt və hadisələr haqqında kiçik təqdimatlar edir.
1.2.2. Dialoji mətnlər qurur və təqdimatlar edir.
1.2.4.Nitqini canlı və obrazlı etmək məqsədi ilə məzmuna müafiq jest və mimikalardan istifadə edir.
 2. Oxu
Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü  nümayiş etdirir.
2.1.1. Mətndəki hadisələri həyat hadisələri ilə müqayisə edir.
2.1.2. Mətndəki terminləri fərqləndirir.
2.1.3.  Mətndəki obrazlı  ifadələri fərqləndirir.
2.2. Oxu vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 
2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (obrazların xarakterinə uyğun) oxuyur.
2.2.2. Bədii və elmi-kütləvi mətnlər haqqında kiçik təqdimatlar edir. 
2.2.3. Verilmiş mətni genişləndirmək, dəyişdirmək və ya davam etdirmək məqsədi ilə yaradıcı plan tutur. 
2.2.4. Mətnin məzmununu genişləndirir, dəyişdirir, yaradıcı şəkildə davam etdirir. 
2.2.5. Mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir.
 3. Yazı
Şagird:
3.1. Yazı vərdişlərinə  yiyələndiyini  nümayiş etdirir.
3.1.1. Yazısında orfoqrafiya normalarına riayət edir və əsas durğu işarələrindən yerində istifadə edir.
3.1.2. İxtisar və əlavələr etməklə  mətni üzündən köçürür.
3.1.3. Verilmiş mətni genişləndirərək  məzmununu yazır. 
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy, esse, inşa yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən əməli yazılar (məktub, elan, ərizə, dəvətnamə) yazır.
 4. Dil qaydaları
Şagird:
4.1.  Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sadə fonetik təhlil aparır.
4.1.2. Sözlərin böyük  hərflə yazılışına dair qaydaları (bəzi mürəkkəb adlar) məqamına uyğun tətbiq edir. 
4.1.3. Mətndəki yeni sözlərin və adların mənasını, yazılışını müəyyənləşdirmək üçün lüğətdən, ensiklopediyadan istifadə edir. 
4.1.4. Sözləri qrammatik mənalarına görə (bağlayıcı, qoşma)  fərqləndirir.
4.1.5.Cümlənin düzgün qurulmasında baş və ikinci dərəcəli üzvlərin yerini   müəyyən edir.
4.1.6. Cümlə və onun növləri ilə əlaqədar kiçik təqdimatlar edir.
4.1.7. Cümlənin məqsəd və intonasiyasına görə növünü müəyyənləşdirir.
Esmira Kazımova







Загрузка...
Həmçinin oxuyun:
Dərsin məqsədi  şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

Dərsin məqsədi şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Fasilitasiya qaydaları

Fasilitasiya qaydaları

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

]Fikrin təhrik edilməsi qaydaları:

]Fikrin təhrik edilməsi qaydaları:

Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Riyazi təfəkkür və məntiq körpəlikdən aşılanmalı və formalaşdırılmalıdır..

Riyazi təfəkkür və məntiq körpəlikdən aşılanmalı və formalaşdırılmalıdır..

Çin, Hindistanda tərbiyə və təhsil

Çin, Hindistanda tərbiyə və təhsil

İdarəetmənin təşkilati strukturu

İdarəetmənin təşkilati strukturu

Zamanın tələbi: “Həmkara dəstək”

Zamanın tələbi: “Həmkara dəstək”

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Təlimin mərhələləri.-Yeni tədris materialının qavranılması

Təlimin mərhələləri.-Yeni tədris materialının qavranılması

Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

Fəal dərsin mərhələləri və nəticələri

Fəal dərsin mərhələləri və nəticələri

Pedaqoji təcrübə - dəyirmi masa..

Pedaqoji təcrübə - dəyirmi masa..

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi

Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı  kitab  çap olundu

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı kitab çap olundu

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...