AzTehsil.com


Qabaqcıl təcrübə
09 iyun 2016
12 828


Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.



Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.
İnsanın bir dilə hansı səviyyədə bələd olması, onun o mədəniyyətin tərkib hissəsi olub-olmadığının göstəricisidir.  Azərbaycan dilinin qədimliyini, ahəngliyini, zənginliyini  nəzərə alaraq gələcək vətəndaşlarımızın bu mədəniyyətin layiqli daşıyıcıları olması üçün çalışmalıyıq. Şagirdlərə qrammatikanı öyrətmək hələ yolun yarısıdır. Azərbaycan dili dərsinin əsas tərkib hissəsi lüğət üzərində işdir. Azərbaycan dilinin məzmun xətlərinin dördünü də - danışma, oxu, yazı, dil qaydalarını da əhatə edən yeni sözlər şagirdlərdə yeni akademik bacarıqlar formalaşdırır, onların doğma dilimizə olan doğmalığını, bələdçiliyini artırır. Bunları nəzərə alaraq orta ümumtəhsil məktəbləri üçün hazırlanan dərslik komplektlərində  oxu materialından sonra lüğət əsasında iş üçün suallar verilmişdir. Məsələn, VIII sinif  Azərbaycan dili dərsliyində S. Dağlının "Bahar oğlu” romanından  "Evrika” adlı bir parça verilmişdir. Mətnin sonunda  I-IV tapşırıqlarda mətnin məzmununu anlamağa xidmət edən suallar verilmiş, mətnin ideyasına uyğun hikmətli kəlam seçilməsi təklif olunur. 
Mətnin leksikası üzərində iş başqa mətnlərdəki kimi V- VII tapşırıqlardan başlayır. Bu tapşırıqlardan birində fərqləndirilmiş deklamasiya sözünün mənasını izah etmək tapşırılır. "Zivər bəy Əhmədbəyov” adlı mətnin III tapşırığında isə fərqləndirilmiş irs, elitar, ezam etmək, dissertasiya, opponent sözlərinin mənasını aydınlaşdırmaq tapşırılır. Şagird dərs prosesindəcə "Məktəblinin izahlı lüğəti”ndən istifadə edərək deklamasiya – bədii oxu məharəti; irs – miras; elitar – yüksək təbəqə, zadəgan, aritokratiyaya məxsus; ezam etmək - müəyyən bir iş və ya tapşırıqla əlaqədar olaraq bir yerə göndərmək, yollamaq; dissertasiya -  elmi dərəcə almaq üçün təqdim edilən elmi tədqiqat əsəri; opponent - mübahisədə, müzakirədə, disputda və s.-də birinin fikrinə, dəlilinə, mülahizəsinə etiraz, yaxud onları təkzib ilə çıxış edən şəxs kimi izah edir.  Sözlərin leksik mənasını izah etmək mətnin sonunda verilsə də, bu iş oxu ilə paralel şəkildə aparılmalıdır. Cünki tanış olmayan söz və ifadələrin mənası yerindəcə araşdırılmasa, mətnin tam qavranılması mümkün deyil.
Azərbaycan dili fənni üzrə qurulan fəal-interaktiv dərslərdə lüğət üzrə yeni sözlərin öyrədilməsində  bu ənənəvi üsullar fəal metodlarla uzlaşdırıl
- İzahlı lüğətdə söz və ya ifadənin mənasını tapıb dəftərində qeyd etmək
- Verilmiş sözlərə və ya ifadələrə uyğun sinonimlər seçim
- Müvafiq sözlərin sinonim və ya antonim olub-olmamasını əsaslandırmaqvə s.
Fəal- interaktiv dərslərdə lüğət üzrə yeni sözlər üçün istifadə olunan yeni üsullardan "söz assosiasiyaları”, "söz boğçası” adını çəkmək olar. Söz assosasiyaları yaratmaq üçün mətndə rast gəlinən söz lövhəyə yazılır, işlənmə kontekstinə uyğun olaraq ağıllarına gələn sözlər dərhal yazıya alınır. Söz boğçası üsulundan istifadə üçün müəllim belə təlimatlandırılır: Şagirdlərə müxtəlif sözlər verilir və bu sözlərdən istifadə etməklə rabitəli mətn qurmaq tapşırılır. Bu üsul şagirdlərdə söz ehtiyatını artırır, sözün mənasını anlamaqdan əlavə, kontekst daxilində işlətmək bacarığı formalaşdırır. Eyni zamanda şagirdlər sözləri bir yerdə işlədə bilmək üçün mətn qurmalıdırlar.
Lüğət üzrə yeni sözlərin öyrədilməsində təklif etdiyimiz üsullardan biri də "açar söz” texnikasıdır. Mətnin məzmununu, mövzusunu özündə birləşdirən, bir  neçə sözlə mətn haqqında təsəvvür yaradan açar sözlər bu dəfə mətndən əvvəl izahlı şəkildə verilir. Açar sözlərin mənasını anlayan şagirdlər mətni oxuyarkən yeni sözlərin onlara tanış gəldiklərini müşahidə edirlər.Burada bir haşiyə çıxıb respublika ərazisində ali təhsil müəssisələrinə qəbulu reallaşdıran Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının "Ana dili və ədəbiyyatı üzrə 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin fənlər üzrə elmi-metodiki və statistik təhlili” adlı araşdırması göstərib ki, humanitar fənlər yönümlü III ixtisas qrupunda "Kontekstdən asılı olaraq sözün yazılışı” və "Leksika” mövzuları ilə bağlı test tapşırıqlarını yerinə yetirmək abituriyentlər üçün çətin olmuşdur. Belə ki, antonimin tapılmasının tələb olunduğu A variantı 22 saylı test tapşırığına abitriyentlərin yalnız 20,38 %-i doğru cavab vermiş, 47,96 %-i imtina etmiş, C variantında həmin test tapşırığına 22,76 % abituriyent doğru cavab vermiş, 39,74 % cavab verməkdən imtina etmişdir. Bunu nəzərə alaraq dünya təhsil praktikasında Judy Montgomery tərəfindən yaradılan "Kub nəzəriyyəsi” adlı yeni texnika təklif edirik. Bu texnika şagirdlərə sözün sinonimi, antoniminə, ifadə etdiyi mənaya daha diqqətli olmağı tələb edir. Cütlüklərə və ya kiçik qruplara altıüzlü açılmış kub verilir. Gələcəkdə bu açılmış kubun tərəfləri birləşdiriləcək. Birləşdirilənə qədər isə onun verilmiş üzlərinə bunlar yazıl
1) Verilmiş söz və ifadə; 
2) Antonimi; 
3)Sinonimi; 
4)Aid olduğu nitq hissəsi; 
5) Əsas simvolu, xüsusiyyəti; 
6) Nümunə
Şagirdlər göstərilənləri yazdıqdan sonra kəsir, qatlayır və kub formasına salırlar.  Cütlüklər və ya kiçik qruplar bu kubları zər kimi atırlar, yuxarı üzündəki sözlə verilmiş ifadə arasındakı əlaqəni tapırlar.
Göründüyü kimi, şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək işi o qədər geniş və əhəmiyyətli  bir sahədir ki, onu təkcə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin üzərinə atmaq olmaz. Ona görə də bütün fənn müəllimləri çalışmalıdırlar ki, şagirdlərin nitqini yeni sözlər, terminlər, hesabına genişləndirsinlər. Deməli, şagirdlərin lüğət ehtiyatını  zənginləşdirmə yollarından biri də müxtəlif fənlərin faktiki materiallarından istfadə etməklə yanaşı, elmi- kütləvi mətnlərdən istifadə etməkdir. Düzdür, yeni sözlər yalnız Azərbaycan dili dərslərində deyil, başqa fənlərin də (ədəbiyyat, tarix, biologiya, coğrafiya və s.) tədrisi zamanı da praktik cəhətdən öyrədilir. Həmin fənlərdən dərs deyən müəllimlər də şagirdlərin nitq inkişafına, lüğət ehtiyatının artırılmasına fikir versələr də, zəngin nitq mədəniyyəti, Azərbaycan dilinin leksikasına bələdçilik, şagirdlərin zənginləşdirmək, yalnız dil dərslərində deyil, bütün fənlər üzrə aparılmalıdır.
İstifadə olunmuş ədəbiyyat:
1. Azərbaycan Respublikasının Təhsil İslahatı Proqramı. Azər¬bay¬c¬a¬n Res-publikası Nazirlər Kabineti 168 №li sərəncamı, 15 iyun 1999-cu il. 
2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının ma¬te¬rialları. Bakı: Təhsil, 2003. 
3. Rebecca Oxford, David Crookall "Vocabulary Learning: A Critical Analysis of Techniques” TESL CANADA JOURNAL/REVUE TESL DU CANADA VOL. 7, NO.2, MARCH 1990.
4. ebi.missouri.edu/wp-content/uploads/2012/.../Vocabulary-Lesson-Classroom-Ideas.pdf
5.www.mdslha.org/images/documents/2010_handouts/montgomery_handout.pdf
Açar sözlər: innovativ təlim, fəal dərs, interaktiv dərs, lüğət üzrə iş, tanış olmayan sözlər, sözlərin öyrədilməsi, söz boğçası, açar sözlər metodu, kub nəzəriyyəsi, Cudi Montqomeri
Lalə İsmayılzadə BDU magistranti



Загрузка...
Həmçinin oxuyun:
Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Motivasiya nədir? - KURİKULUM

Motivasiya nədir? - KURİKULUM

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Fəal təlimin üsulları - Təqdimat, kublaşdırma,Ziqzaq,beyin həmləsi.....

Fəal-interaktiv təlim

Fəal-interaktiv təlim

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Unutmayın! DANIŞIQ MƏDƏNİYYƏTİ

Unutmayın! DANIŞIQ MƏDƏNİYYƏTİ

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA

Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

Kurikuluma dair 25 maraqlı TEST

Kurikuluma dair 25 maraqlı TEST

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

İnteqrasiyanın dərslərdə rolu  Tövsiyyə

İnteqrasiyanın dərslərdə rolu Tövsiyyə

Metodbirləşmələr

Metodbirləşmələr

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....