Bəli, düz bir il baundan qabaq, Bakı şəhəri, Xəzər rayonu Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəbin direktoru Elşən Qafarovun "Həmkara dəstək” kitabının təqdimat mərasimi oldu.
Kitab – o zamankı boşluğu dolduraraq, doğurdan da müəllimlərə, həmkarlara əsil –"Dəstək” oldu. Bu kitabdan nəinki müəllimlər və eləcə də yenicə auditoriyadan ayrılmış müəllim olmaq istəyən gənclərə də öz töhfəsini verdi.
Müəllim daim öz üzərində işləməli, öz peşəkarığını , bilik və təcrübəsini artırmalıdır. Bu baxımdan - yeni təlim metodları və təhsidə idarəetmə ilə bağlı bir sıra yerli və beynəlxalq təlim və seminarlarda iştirak etmiş, Bakı şəhəri Xəzər rayonu Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbin direktoru Elşən Qafarovun "Həmkara dəstək” kitabını tədqirə layiqdi. 27 illik pedoqoji fəaliyyətimə, təcrübəmə əsaslanaraq, tam məsuliyyəti ilə bildirirəm ki,bu kitab-hər bir müəllimin və eləcə də müəllim peşəsini sevən, bu peşəyə bağlanan gənc müəllimlərin-stolüstü kitabı oldu..
Kitabda nə var? Etiraf edək ki, biz müəllimlər, fəal təlimdə-iş forması ilə -iş üsulunu qarışdırırıq.Kitabda hər bir iş formasını fərqləndirərək-müsbət və mənfi cəhətlərini müqayisəli şəkildə izhının verildiyinin şahidi olacaqsınız.Bundan başqa,iş üsullarının-(BİBÖ, klaster, Ziq-zaq, Akvarium və s.) geniş şəkildə açıqlamasını, perpektiv və gündəlik panlaşdırmanı, eləcə də gündəlik panlaşdırmada -fəal dərsin mərhələlərini-çox sadə formada izahını görəcəksiniz.
. Məzmun xəttinin, əsas standartın, və alt standarın –zəruriiyini, mahiyyətini və eləcə də sadə dildə izhını, taksonomiyaların quruluşunu –oxuyub öyrənəcəksiniz. Qiymətləndirmə isə-təhsildə ən yaralı yer olduğu üçün, kitabda bu haqqda daha geniş şəkildə məlumat verilib. Diaqnostik, Formativ və Summativ qiymətləndirmənin üsul və vasitələri haqqında sadə dildə bilgilər əldə edə bilərsiniz.

Ən vacib məsələlərdən biri də kitabda - bölgələrdə keçiriləcək sınaq qiymətləndirməsinə aid – 9999 test və onun cavabları da əks olunub. Bundan başqa Kurikulum nəzəriyyəsində diimizə, leksionumuza daxil olan elmi sözlərin mənasını -"Tazaurus” bölməsində oxuyb, onların sadə , loru dildə izahını öyrənə bilərsiniz.
Kitabı müəllif yenidən təkmilləşdirərək, ikinci nəşrini çap etdirdi. Və bu versiya, birinci nəşrdən öz kreativliyi, sanballı olması, daha geniş versiya ilə oxucu kütləsinə təqdim olundu.
Ümumiyyətlə, kitabı oxuduqdan sonra,onun nə qədər vacib olduğunu dərk edəcək, bigilərinizi yeniləyəcək, fəal təlimi yenidən Sizlərə -sevdirəcək, bir növ stolüstü kitabınıza çevriləcəkdir. Mən buna - əminəm!
Arzu edirəm ki, Təhsil sahəsində öz sözünü demiş Elşən Qafarovun "Həmkara dəstək” kitabı.... axırıncı deyil, axarıncı olacaq.... Uğurlarınız bol olsun...Elşən müəllim...Davamlı olsun....
Gəncə şəhəri, 25 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi: Cumalıyeva Aytən Mahir qızı.