Yeni materialların öyrənilməsinə şagirdlərin istiqamətləndirilməsi və köhnə materialın təkrar etməklə
dərinləşməsi əsas götürülür. Şagirdlərin diqqətini yeni materialın izahında fəal düşünməyə yönəltmək,
müəllimin haqqında məlumat verəcəyi müəyyən hadisələri müqayisə etmək və bunlar arasındakı qarşılıqlı
əlaqəni bərpa etmək, müəllimin şərhindəki əsas fikri aşkar etməklə nəticə çıxarmaq məhz bu bölümə aiddir.
Müəllim izahatının planının tərtib olunması, hadisə və faktların qiymətləndirilməsi sahəsində şagirdlərin
tapşırığı yerinə yetirməsi, yeni materialı izah edərkən istifadə etdiyi vəsait, yeni materialı izah edərkən ehtiyat
biliyin aktuallaşdırılması, real vəziyyətin aşkar olunmasına diqqət yetirmək xüsusən vacibdir.
Həmin hissədə aşağıdakı tərəflər xüsusi yer tutmalıdır: seçilmiş materialların ideyalılığı və elmiliyi, onun
həyatla əlaqəsi, diyarşünaslıq materiallarından istifadə, psixoloji yanaşmanın səmərəli metodlarından istifadə
edilməsi, yeni materialın izahında psixoloji təsirin səmərəsi, dərsdə yeniliyin əhəmiyyəti, onun həyatla sıx
əlaqələndirilməsi, elmin yeni nailiyyətləri, materialın məzmununa diqqəti cəlb etməsi, şərh olunan mövzunun
forma və metodu, düşündürücü dialoqun səmərəsi, fikir müxtəlifliyinin müqayisəsi, həyatı və elmi mübahisələr
və s.
Dərsdə müəllimin şagirdləri öyrətmə bacarığı, onların yaradıcı marağının inkişaf etdirilməsi, müəllimin
pedaqoji yeniliklərin yayılmasına səy göstərməsi, əyani və texniki vasitələrdən, inkişaf xarakterli kiçik paylama
materiallarından istifadə, təlim prosesində vətənpərvərlik və milli mənlik hissinin aşılanması, fənnin aparıcı
ideyasının şagirdlərin nəzərinə çatdırılması şagirdlərlə sorğu zamanı müəllimin fəaliyyətinə müxtəlif tələblər
verilir. Məsələn, tarix dərslərində ölkənin yeniləĢməsi şəraitində tarixdəki nöqsanların öyrənilməsi və təhlil
olunması, əsl həqiqətlərin faktlar əsasında şagirdlərə çatdırılması, xüsusilə Azərbaycan tarixindəki ağ ləkələrin
təhlili, Azərbaycan Demokratik Respublikası haqqındakı məlumatların olduğu kimi şagirdlərə çatdırılması
Azərbaycanın tarixi xəritəsinin, tarixi şəxsiyyətlər haqqında şəkil və məlumatlara aid materiallardan istifadə
mühüm yer tutmalıdır.
Coğrafiya dərslərində yerli coğrafi şəraitin izahına diqqətin artırılması, Azərbaycanın coğrafiyasındakı
dəyişikliklərin düzgün izah olunması, indiki şəraitdə Azərbaycan haqqında geniş məlumat vermək, coğrafiya
kabinetində Azərbaycanın bütün dövrlərə aid xəritəsinin, məlumatların olmasının təşkili, rayonun, şəhərin,
kəndin xəritəsinin tərtibi, yerli şəraitə uyğun coğrafiya meydançasının təşkili və s. əsas şərtlərdən hesab edilir.
Təbiət, riyaziyyat dərslərində təbiətin dərk olunması, ekologiyanın qorunub saxlanması, yerli şəraitə
uyğun olaraq zərərli obyektlərin nəticələri haqqında məlumatların verilməsi, tədris prosesində qanun, qayda və
qanunauyğunluqların təhlil olunması, hüquqların qorunması, milli qürurun aĢılanmasına diqqətin yetirilməsi,
kabinetlərdə digər alimlərlə yanaşı, Azərbaycanın görkəmli alimlərinin və portretlərinin və onlar haqqında
məlumatların olmasının təşkili müəllim fəaliyyətində əsas yerlərdən birini tutur.
Öyrəniləcək materialın həyatla, cəmiyyətdəki ictimai dəyişikliklərlə əlaqələndirilməsi, şagirdlərin
dünyagörüşünün formalaşması sahəsində metodikanın təkmilləşdirilməsi, təlim prosesində fənlərarası əlaqənin
həyata keçirilməsi şagirdlərin intellektual inkişafı, emosional və müstəqilliyi üçün şəraitin yaradılmasının
vacibliyi diqqət mərkəzində durmalıdır.