Livanda yaşayış binasına hücum: ölənlər arasında uşaqlar da var

Livanda yaşayış binasına hücum: ölənlər arasında uşaqlar da var
Bölmə adı Xəbərlər
Yayımlandı 8 Mart 2026, 14:09

İsrailin Livanın cənubundakı Nəbatiyə vilayətinə hücumu nəticəsində 19 nəfər həlak olub.

Aztəhsil.az xəbər verir ki, bu barədə NNA məlumat yayıb.

Məlumata görə, zərbənin hədəfi yaşayış binası olub. Bina tamamilə dağılıb. Azı 19 mülki sakin həlak olub. Ölənlər arasında qadın və uşaqlar var.

Məlumatda qeyd olunub ki, xilasetmə qrupu dağıntıların təmizlənməsi və ölənlərin meyitlərinin çıxarılması işləri görür.