AzTehsil.com
RU


Kurikulum
23 may 2016
9 787


Dərsin məqsədi şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO



Dərsin məqsədi  şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEODərsin məqsədi  şagirddə koqnitiv bacarıq formalşdırmaqdır  "Bacarıq” pedaqoji elmlər sistemində ən geniş yayıl­mış anlayışlardandır. Onun qu­ruluşu psixoloji məzmun kəsb et­məklə özündə bir sıra poseslərin nəticələrini bir­­ləşdirir. Ba­carıq dedikdə - insanın (sub­yek­tin – şagir­din, müəllimin) hərəki və ya əqli imkanlara yiyələnməsi üçün ic­ra etdiyi hərəkətləri müvafiq qaydada yerinə yetirməsi ba­şa düşülür. Bu zaman yeni bacarıqlarla yanaşı yeni biliklər və vərdişlər də yaranır. Bacarıqlar  təlim pro­­se­sində yerinə yetirilən mümarisələr: çalışma, tapşırıq, oyun, təmrin, test, layihə və s. vasitəsi ilə formalaşır. 
Bacarığın daha bir izahı hərəkətlərin fəaliyyətin məq­­sə­dinə və şəraitinə uyğun əlverişi vasitələrlə yerinə ye­tiril­mə­sidir. Bacarıqların mə­nim­sənilməsi və icrası hə­rəkətlə­rin səhvsiz, düzgün və ar­dı­cıl yerinə yetiril­mə­sindən asılı olur. Bacarıqlar daim yenilənir. Mənimsə­nil­­miş bacarıq­lar əsa­sında yeniləri formalaşır. Hər bir yaşda müvafiq ba­carıqları formalaşdırıldıqda o yeni ba­carıqlar üçün özülə çevrilir. 
Bü­tün hallar­da bacarıq bilik və hərəkət baxımından bacarı­lanlardır. Əgər ba­carıq varsa, o, həmişə və hər yerdə bacarıqdır. Bu fi­­kir onu ifadə edir ki, insan artıq bacarığa çevrilmiş hərə­kətləri müxtəlif situasiyalarda tətbiq edə bilməlidir.
Baca­rığın tət­biq edilməsi vasitələri müxtəlif ola bi­lər, lakin onun nəti­cə­ləri gözlə­nildiyi kimi olmalıdır. Ba­carığın başlıca əla­mə­ti - insanın konkret situasiyada özü­nün bilik və vərdiş­lərini tətbiq edə bilməsidir. Buna "icraetmə bacarığı” və ya "tətbiqetmə bacarığı” da de­yi­lir. Bacarıqlı insan müvafiq bacarıqlar sistemindəki hə­rə­kətləri dəqiq mə­nimsəmiş, onu müxtəlif vaxtda, müx­təlif si­tuasiyada tətbiq etməyi bacaran insandır.
Bacarıqların əsas qruplaşmasına bunlar daxildir:
  •   dərketmə (koqnitiv) bacarıqları;
  •   ümumi təlim və ya əmək bacarıqları;
  •   konstruktiv bacarıqlar;
  •   təşkilati bacarıqlar;
  •   texnoloji bacarıqlar;
  •   kommunikativ bacarıqlar.
"Koqnitiv bacarıq” (dərketmə) bacarığın bir növü­dür. Burada söhbət bilavasitə in­sa­nın dərketmə sahəsinə aid olan bacarıqlarından gedir. Ona görə də koqnitiv ba­ca­rıqlara daha çox əqli keyfiy­yət­lərə şa­mil olan bilik, ba­ca­rıq və vərdişlər sistemi kimi ya­naş­maq daha düz­gündür.
Koqnitiv bacarıqların formalaşmasında iştirak edən ən mühüm proseslər koqnitiv pro­ses­lərdir. Koqnitiv pro­­ses­­lər dedikdə - qıcıqlayıcının pesep­tor­la­ra təsir et­di­­yi an­­dan baş­­­­layaraq bi­­lik formasındakı ca­vab reak­si­ya­­la­rı­nın hazır­lan­­ması və sen­sor informa­si­yanın işlən­mə­si­ni tə­min edən pro­seslər” (idrak, emosional və ira­di pro­­­ses­lər, fər­diy­yətin, şəxsiyyətin, tipik, dəyiş­mə­yən kom­po­nent­ləri və s.) nə­zər­də tu­tu­lur. Bir sözlə, koqnitiv pro­ses - insanın dün­ya haq­qın­­da aldı­ğını infor­ma­siyanı tə­səv­vür etməsi, hafizədə sax­layaraq bi­liyə çe­vir­məsi, bu bi­lik­lərin koqnitiv bacarıqlar sayəsində fəa­liyyətə tət­bi­q etməsi prosesir. 
Beləliklə, biz koqnitiv bacarıqlar haqqında müəyyən ümumiləşdirmə apara bilərik. "Koqnitiv bacarıq” - dərk­etmə fəaliyyətində subyektin sensor siqnalları də­qiq­liklə qəbul edərək onları qavraması, əvvəllər mə­nim­sədiyi bi­­lik, bacarıq və vərdişlərlə üzərində əmə­­liyyat­lar apar­ması, yeni əqli nəticəyə gəlməsi və bu biliklərə uyğun olaraq yerinə yetirilməli olan hərəkətləri icra etmək bacarığının mənimsənilməsidir. 
Koqnitiv bacarıqlar koqnitiv (təlim) fəaliyyətdə for­malaşır. "Koqnitiv fəaliyyət” - (cognitive activity) psi­xo­lo­giyada "anlamaq, qavra­maq, dərhal başa duşmək” mə­nasında işlədilir. Koqnitiv fəaliyyət anlayişı özünə­məx­sus koqnitiv pro­ses­lərlə tənzim­lənən informativ qu­ruluşdur. O, insanın bu və di­gər həll yolu ilə biliklər əl­də etdiyi, nə­ticə olaraq nəyi isə anladığı, təqdim et­­mə­yə (interpretasiyaya) nail olduğu fikri fə­aliyyətidir.
Koqnitiv fəaliyyət, həm də "dərketmə”, yaxud "id­rak” fə­­­­a­liyyətinə sinonim kimi işlədilir. Əslində bu anlayış­la­rın fərq­ləndirilməsində məqsəd on­ların psixoloji qu­ruluna görə fərqli olmasıdır. Koq­ni­tiv fəaliyyətin quru­luşu daha mü­rək­kəbdir, çünki burada idrak proses­lə­rin­dən əla­və digər proseslər: emosiya, psixi hal, xas­sə, fərdi xü­­su­siyyətlər daha fəal iştirak edir.
Digər tərəfdən, koqnitiv fəaliyyət - subyektin kon­k­ret həll yo­luna gə­lərək, yaxud biliklər əldə edərək nə­yi­sə anlamağa aparan əqli fə­a­­liy­yətidir. Koq­­nitiv fəa­liy­yət­də in­for­masiyaların işlənməsinin müxtəlif sistemləri iş­­tirak et­diyin­dən onun səmərəliliyi infor­masiyanın han­sı kanallarla daxil olma­sın­dan da asılıdır.
Təhsil sistemində şagirdlərin koqnitiv fəaliyyətində onlarda formalaşdırılmalı olan koqnitiv ba­carıqların bir neçə təsnifatlaşdırılması aparılmışdır. Ümumilikdə onlara aşağıdakılar aid edilir:
  •   təlim məqsədini anlayaraq hərəkətləri tapşırıqlar və müstəqil işlər əsasında ona doğru istiamətləndirmək;
  •   yerinə yetiriləcək hərəkətlərin quruluşunu, qay­da­­la­rı­nı, istiqamətlərini bilmək və əməl etmək;
  •   hərəkətlərə məzmun və texniki ba­xımdan yaxşı bə­ləd olmaq, onun strategiyasını, planını qu­rmaq, mo­del­ləş­dir­mək və
  • sxemləşdirmək;
  •   hərəkətləri texniki baxımdan düz­gün icra edərək sə­mərəli nəticəyə gəlmək;
  •   nümunə əsasında hərəkətlərin qoyul­­muş vaxtda keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
  •   fəallıq göstərmək;
  •   qoyulmuş fərziyənin doğruluğunu sınaqdan ke­çi­rər­kən gözlənilən nəticələrin vasitələrlə icrasına səy gös­tərmək;
  •   hərəkətlərinin icrası zamanı özündə yeni koqni­tiv qu­ruluşların formalaşmasına yaradıcı yanaşmaq;
  •   tapşırığın həlli üsullarının seçilməsinə kreativ ya­naşmaq;
  •   dəkredilmiş əqli nəticəyə gəlmək;
  •   özünün bacarıqlarını obyektiv qiymətləndirmək.
Şagirdlərin peşəyönümündə tələb olunan koqnitiv bacarıqların əhatə dairəsi isə daha genişdir:
– İKT-dən istifadə edərək daha sə­mə­rəli fəaliyyət gös­tər­mək;
– müasir informasiya vasitə­lə­rinə bələd olmaq və onlardan səmərəli qaydada istifadə etmək;
– kommunikasiya texnologiyalarından istifadə edə­rək zəruri məlumat­la­r axtarmaq, onları təhlil etmək və lazım olanları seçmək;
– yeni informasiyanı yara­dıcı şə­kildə təhlil etmək;
– maraqlandığı sahə ilə bağlı lazım gələn məlumat­ları toplayaraq sistemləşdirmək, onların qo­run­­ma­sı­nı tə­min etmək,
– informasiyaların işlən­mə­­si, ümu­­mi­ləş­di­rilməsi, sax­lanılması, ötürülməsi və yük­sək sə­viy­yə­də nəticə əldə et­mək bacarığına sahib olmaq.
İndi isə 1 dərs nümunəsində şagirdlərdə koqnitiv bacarığın formalaşması prosesini nəzərdən keçirək.
VI sinif – Tarix
Mövzu : Atropatenna dövlətinin yaranması
Standartlar: 1.1.1. Tarixi zaman anlayışları arasındakı əlaqələri müəyyənləşdirir.
                        3.1.1. Azərbaycan dövlətləri haqqında sadə biliklər nümayiş etdirir.
                        4.1.2. Mənbələrə əsasən şəxsiyyətlər haqqında təqdimatlar hazırlayır.
İnteqrasiya:
Texnologiya: 1.3.2. 2-3 detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir.
Məqsəd:
1.      Azərbaycanın yaranması dövrü haqqında biliklərini nümayiş etdirir.
2.      Bu dövrün siyasi-ictimai şəraitini müəyyənləşdirir.
3.      Şəxsiyyətlər haqqında təqdimat edir.
4.      Qrupla birgə tarixi abidələrin maketini hazrlayarkən tərtibat bacarıqları nümayiş etdirir.
 Meyarlar üzrə (koqnitiv) bacarıqlar: Biliklər nümayiş etdirir.
  •    Tarixi şəraiti müəyyənləşdirir.
  •    Təqdimat edir.
  •    Tərtibat bacarıqları nümayiş etdirir.
  •    Əməkdaşlıq edir.   
Şagirdlərin bu bacarıqlara yiyələnmələri üçün onlar dərsin mərhələləri üzrə nəzər­də tutlmuş prosedurları keşməlidir. Bunun üçün dərs prosesində onlar üçün  yaradıcı mü­hit olmalıdır:
  •  xronoloji təhlil aparmaq (məntiqi təhliletmə, əsaslandırma bacarığı);
  •   tarixi şəxsiyyətlər haqqında təqdimatlar hazırlamaq, onların zəif və güclü tə­rəf­lərini, yol verdikləri yanlışlıqları izah etmək (müqayisə,  ümumiləşdirmə, fərqləndirmə, nəticəyəgəlmə bacarığı);
  •  tarixi ərazilər xəritə, sxem və ya qrafik təsvirlər, tarixi abidələr haqqında fiqur, maket, heykəl və s. hazırlamaq (əqli bilikləri praktik fəaliyyətə yaradıcı tətbiqetmə - ref­leksiya bacarığı);
  •   borgəfəaliyyət prosesində müəllim və qrup yoldaşları ilə yaxından əməkdaşlıq etmək, onlarla məsləhətləşmək, fikirlərini nəzərə almaq, öz fikirlərini təqdim etmək və s. (ünsiyyətə girmək, kommunikativ əlaqə qurmaq, özünütəqdimetmə və özünüqəbul­etdirmə - bacarığı).
  • Göründüyü kimi, koqnitiv bacarıqlar bilavasitə mü­asir dövrdə şagirdlərin təlim fə­aliyyətində onlardan tə­ləb olunan bacarıqlardır. Bu bacarıqlara ayrı-ayrı idrak pro­sesləri kontekstindən deyil, kompleks yanaşılır. Hər bir bacarığın quruluşunda bütün idrak prosesləri və on­ların aralıq mərhələləri, o cümlədən emosiya, iradə, davranış, fə­aliyyət və kommunikasiya vardır.
     




Загрузка...